Payız sevgilim

Payız sevgilim
Sevgi Dünyası
10.09.2017 19
Bu il yenə tez soyudu havalar. İlıq payız yaşaya bilmirəm. Fəsildəmi naz edir sənin kimi sevgili? Tökdüyü yarpaqların rəngini, yağışını sevdiyim üçünmü belə sərt olur? Sənin kimi. Soyuq və eqoist. Yenə qalın paltarların sezonu tez açıldı, özümü biləndən heç üşüməklə aram yoxdu. Amma bu fəsili yaşaya bilmək üçün qalın geyinməliyəm, səni yaşaya bilmək üçün vecsizliyi geyindiyim kimi. Axşamları pəncərəmi bağlayıram payıza, gecələri daha bir soyuq olur sanki. Küləyin səsi pəncərədən qulağıma pıçıldayır sanki sərtliyini, eşitməməzliyə vururam özümü isti otağımda. Necədə sənə bənzəyir payız. Sənin sərtliyindən qaçmaq üçün öz yalnızlığıma sığınıram. Vecsizlik deyirəm buna, amma bilirəm belə deyil, qırılmağa alışmaqmıdır nədir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!