Zorla ərə verilən gəlin şadlıq evindən qaçdı - ŞOK

Zorla ərə verilən gəlin şadlıq evindən qaçdı - ŞOK
Sevgi Dünyası
10.09.2017 41
Ağcabədi şəhərindəki "Cavid” Şadlıq Sarayında müdhiş olay baş verib. 


Noyabrın
3-də Ağcabədi şəhərindəki "Cavid” Şadlıq Sarayında toy mərasimi zamanı
gəlin şadlıq evindən qaçıb. Daha sonra isə "102” qaynar xəttinə zəng
vurub və zorla ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından
yardım istəyib.
 Məlumatı
"Axar.az”a verən mənbənin sözlərinə görə, şadlıq evindən qaçan gəlini
təhdidlərdən qorumaq üçün polis rəisi və rayon İcra Hakimiyyətinin
rəhbərləri toya gəliblər və qudaların mübahisəsinə müdaxilə ediblər.
Qız dayısı oğlunu sevirmiş
 Məlumatı
dəqiqləşdirmək üçün Ağcabədi rayonunda şahidlərlə əlaqə saxlamağa
çalışdıq. Toy şahidlərdən birinin verdiyi məlumata görə, əslində, gəlin
toy zamanı yox, toydan sonra, oğlan evindən qaçıb, daha doğrusu,
qaçırılıb: "Toyu yarımçıq qalan şəxs Balabəy adlı gəncdir. Uşaq
yaşlarından atasını itirib və anası Zülfiyyə xanımın himayəsində
böyüyüb. Balabəy kasıbçılıqla böyüyüb, həm də yazıq bir həyat yaşayıb.
Toy isə bütün adət və ənənələrə uyğun olaraq baş tutub. Zülfiyyə xanımın
ailəsi bir ay bundan qabaq Avşar kəndinə, gəlini kimi gördüyü Z.Q.-nın
(ad şərtidir) qapısına elçi gedib. Qızın "hə”-sini alıb, el adəti üzrə
nişan verib. Valideyinləri tərəfindən gəlinin adına alınan cehiz oğlan
evinə də gətirilib”.
 Hadisə
şahidinin sözlərinə görə, toy şadyanalıqla izlənilib. Toy başa
çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman
gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından
çıxmaq istəməsə də, valideyinlərinin təzyiqi ilə otağı tərk edib:
 "Səhərisi
isə o, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevdiyini deyib. Həqiqətən
nələr baş verdiyini bilmirik. Zülfiyyəyə oğlunun toyunu etməyə qonşular
yardım göstərib. Hadisə vaxtı Zülfiyyənin ürəyi getdi, indi həkim
nəzarətindədir”.
 Qaynağımızın sözlərinə görə, bu olay bütün Ağcabədidə danışılır və hamı heyrət içindədir.
 Polis araşdırma aparır
Ağcabədi
rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Rzayev "Axar.az”a bildirdi
ki, bu məsələ tədqiqatdadır. Rayon Prokurorluğunun nəzarətində
istintaq-araşdırma işləri aparılır: "Hadisə haqqında müxtəlif fikirlər
səsləndirilir – gəlinin istəmədən bu toya məcbur edildiyi də, ailəsinin
narazılığı da deyilir. İndi istintaq gedir, ona görə də qəti söz demək
mümkün deyil”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!