Rəbbim bizi qorusun

Rəbbim bizi qorusun
Sevgi Dünyası
10.09.2017 26
7-ci sinifdə oxuyurdum. Bu vaxtlar biz çox qorxurduq. Səbəbi məktəb ətrafında yayılan manyak söhbəti idi. Uzaqda yaşayan uşaqları polis maşınları evlərinə qədər ötürürdü. Bizim evimiz məktəbə yaxın olduğundan oğlanlarla gəlirdik. 1 gün bizim binada qalan sinifyoldaşım Sevdanın qarşısına çıxan manyak onu çox qorxutmuşdu. Mən bunu eşidəndə yerində mən olsaydım heç qorxmazdım dedim.
1 həftə keçdi. Mağazaya çörə kalmağa düşmüşdüm. Bloka girəndə arxadan birinin gəldiyini hiss etdim. Arxada mənim qorxdugum bir tip vardı. Uzun, alnı böyük bir oğlan. Qorxduğum üçün dayandım. O məni keçməsi üçün, amma o da dayandı. Artıq qorxmağa başlamışdım. İri addımlarla bloka girdim. Ətrafda isə heç kim yox idi. Liftin qabağında yolumu kəsdi və məni getməyə qoymadı. Əslində əllərim açıq idi, mənsə qorxudan heçnə edə bilmirdim. Qışqırmağa başladım. O isə qışqırmamağım üçün məni danışdırmaq istəyirdi. Həmdə bir tərəfdən liftin düyməsini basırdı. 10 dəqiqə bele keçdi. Məndə ancaq qışqırırdım. 1 ci mərtəbədə saxlanılan it hürməyə başladı. Amma o itin səsinə mahal vermədi. Yuxarıdan ayaq səsləri gəldi kimsə pilləkənlərə düşürdü. Səs bizə çox yaxınlaşdı. Bu vaxt o məni piləkənə itələyib qaçdı. Çox qorxmuşdum. Yuxarı qalxdım heç kimi görmədim. Oturub olanları fikirləşdim əslində orada tək olmadığımı anladım. Heç kimin olmasına baxmayaraq yuxarıdan gəlan ayaq səsləri, başqa vaxt 2 dəqiqəyə gələn liftin işlədiyi halda 10 dəqiqə gəlməməsi. Bəlkədə bunlar olmasaydı çox pis şeylər olardı. ALLAHım mənimləydi və məni qorudu...
Heç vaxt tək olduğunu fikirləşmə. Rəbbin səni daim görür...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!