Ata və oğul

Ata və oğul
Sevgi Dünyası
10.09.2017 59
Nebraskada
qoca bir kişi yaşayırdı. Hər il olduğu kimi bu il də kartof əkmək üçün həyətdəki
torpağı belləməli idi. Ancaq bu çox çətin bir iş idi. Yeganə oğlu Devid isə neçə
vaxt idi ki, həbsdə idi. Günahsız olsa da, əlindən bir şey gəlmirdi. Nəhayət qoca
oğluna bir məktub yazdı: "Əzizim Devid! Bu il deyəsən kartof əkmək üçün torpağı
belləyə bilməyəcəm. Çünkü özümü çox pis hiss edirəm. Artıq əvvəlki gücüm də
qalmayıb. Əgər yanımda olsaydın, yəqin ki, bu qədər çətinlik çəkməzdim. Hörmətlə:
atan”.
Qoca
bir neçə gün sonra oğlundan bir məktub aldı: "Əzizim ata! Allah xətrinə torpağı
belləmə. Mən həyətdə cəsədləri basdırmışam. Hörmətlə: oğlun Devid”.
Ertəsi
gün tezdən polislər gəldilər. Hər yeri qazdılar. Ancaq heç bir şey tapa bilmədilər.
Nəhayət qocadan üzr istəyib getdilər.  Elə
həmin gün qoca oğlundan başqa bir məktub da aldı: "Əziz ata! Artıq kartof əkə
bilərsən. Bağışla, sənə kömək etmək üçün əlimdən başqa bir şey gəlmədi. Hörmətlə:
oğlun Devid”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!