Bakıda məktəb direktoru müəlliməyə təcavüz etdi ?

Bakıda məktəb direktoru müəlliməyə təcavüz etdi ?
Sevgi Dünyası
10.09.2017 33
Bu
günlərdə Türkiyə mətbuatında Azərbaycanla bağlı iki sensasion yazı dərc
edilib.





Yazılarda Bakıdakı orta məktəblərin birində direktorun gənc müəlliməyə əxlaqsız təkliflər etməsindən söz açılır.

"Müəllimənin
göz yaşları” başlıqlı məqalənin müəllifi, türkiyəli jurnalist Süleyman
Güdül yazır: "Sizlərə gözlərimlə şahid olduğum, qulaqlarımla eşitdiyim
bir olaydan - 13 illik pedaqoji təcrübəsi olan azəri müəllimənin göz
yaşlarından yazmaq istəyirəm.

Azərbaycandan
ayrılmazdan bir gün öncə həmin müəllimə ilə təsadüfən rastlaşdıq. Həyat
yoldaşımın müəlliməyə "İki gün sonra məktəblər açılır. Uşaqlar sizi
gözləyir, xeyirli olsun” dedi. Qadın ağlamağa başladı və məktəbdə ona
qarşı haqsızlıq edildiyini, işdən çıxarıldığını söylədi”.

Müəllif
daha sonra "müəllimənin məruz qaldığı haqsızlığı anlatmağa əxlaqım yol
vermir” yazır və sözünə belə davam edir: "Mənim burada o müəllimənin
məruz qaldığı haqsızlığı yazmağa əxlaqım yol vermir. Həm də bir qadına,
iki oğul anasına və müəlliməyə hörmət edirəm. Üstəlik müəllimə mənim
jurnalist olduğumu bilmədiyindən ondan heç nə soruşmadım. Ancaq onun
həyat yoldaşıma söylədiklərinin bir hissəsini oxucularımla bölüşürəm.

Edilən
haqsızlıqlara göz yummaq mənim kitabımda yer almayıb. Bir dövlətin
daxili işlərinə qarışmağa da ixtiyarım yoxdur. Amma bir insan olaraq da o
dövlətdə törədilən haqsızlığı dövlət rəsmilərinə çatdırmaq mənim
borcumdur.

Məsələnin
araşdırılması üçün Azərbaycanın dövlət başçısına, bu ölkənin Təhsil
Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna müraciət edərək mənim burada yaza
bilmədiyim hadisələrin araşdırılmasını istəyirəm. O qadın Azərbaycan
dövlətinə iki oğlan verib, onları dövlətə əsgər olaraq yetişdirir.

Bu
müəllimə 13 illik məslək həyatının 11 ilini Şəmkirdə, sonradan isə
Bakıya gələrək 2 ilini Bakıda davam etdirib. Həyat yoldaşından ayrılıb.
Azərbaycan dövlətinə iki oğul əsgər yetişdirir.

Azərbaycanda
analıq məzuniyyəti yerinə işə göndərilən müəllimələr işlə təmin
edilirlər. İşlə təmin olunmazdan əvvəl isə onlar imtahan verirlər. Bu
müəllimə də həmin imtahanda oğlunun başına iki gün əvvəl gələn bir
hadisədən həyəcanlanmış vəziyyətdə iştirak edib. Depressiya vəziyyətində
qatıldığı imtahanda testdən lazımi keçid balını toplaya bilməyib. Bu
müəllimənin hansı səbəblərdən sarsıntı keçirdiyi rəsmi məlumatlarda qeyd
edilib. Keçid balını toplaya bilmədiyi üçün 13 illik təcrübəsi olan
müəllimənin işsiz qalması yolverilməzdir. Bu, bir dul qadının iki oğlan
uşağı ilə aclığın, yoxsulluğun ağuşuna atılmasıdır. Məncə, bunun tək
günahkarı məktəb müdiridir. Əgər araşdırma aparılsaydı, bu faktlar bəlli
olardı.

Hələ
istefa verməmiş və maaş almamış bir müəllimənin maaş almaması faktını
araşdırmayan Təhsil Nazirliyini qınayıram. İnşallah, əlaqədar qurumlar
iki övladı ilə birgə aclığa məhkum olunmuş müəllimənin göz yaşlarını
dinləyəcək, beləcə də dövlət olaraq müəlliməyə sahib çıxdıqlarını
dünyaya duyuracaqlar”.

Qeyd
edək ki, S.Güdül "Müəllimənin göz yaşları” başlıqlı yazıdan bir neçə
gün sonra "Sizin namus anlayışınız bumu” başlıqlı ikinci məqaləsini də
dərc etdirib. Türk yazar həmin məqalədə daha dəhşətli məqamlara toxunur.

S.Güdül
yazır: "Mən ölkə qadınlarına hörmət qoyaraq iki öğlan övladı olan
qadının adını yazımda vermədim. Sadəcə faktla maraqlananlardan mənə
müraciət edəcəklərini gözləyirdim. Məqsədim qadını inciltmədən hadisənin
araşdırılmasına nail olmaq idi. Halbuki Azərbaycanın Təhsil və Ədliyyə
nazirliklərinə, prokurorluğa müraciət etmişdim.

Lakin
göndərdiyim məlumata cavab verən olmadığından müəllimə ilə görüşüb
vəziyyəti araşdırmayıblar. Əxlaqsız təklif edən şəxsə rəsmən dəstək
olublar.

Yəni
bu müəlliməyə əxlaqsız təkliflər edən məktəb direktorunun dediyi kimi:
"Sən istədiyin yerə şikayət edə bilərsən. Mən pul verib bu hadisəni
ört-basdır etdirərəm. Amma sonrasını sən düşün”.

Deməli,
rüşvət verib istənilən hadisənin üstünü örtmək olar bu ölkədə? Yəni
pulu olan hər kəs sərbəstdir, pulu olmayan isə qanuni haqqını tələb edə
bilmir?

Təbii
ki, bu hadisənin araşdırılmasından sonra pul verməklə faktın
gizlədiləcəyinin, yoxsa sözlə və əllə təcavüzə məruz qalan azərbaycanlı
müəllimənin namusunun üstün gələcəyinin şahidi olacağıq.

Müəllimənin
13 illik iş təcrübəsi var. Sadəcə bir hadisədən təsirlənərək imtahan
verə bilməyib. Bundan istifadə edən məktəb direktoru müəlliməyə sözlə və
əllə təcavüz edib. Onun cinsi istəyi ilə razılaşmayan müəllimə işdən
kənarlaşdırılıb.

Namus
bu qədər ucuzdurmu? Namus bu qədər ucuzdur ki, məktəb direktoru
səlahiyyətlərindən yararlanaraq 13 illik müəlliməni onun şəhvət
arzularına qarşılıq vermədiyi üçün qapıdan qovur?

Namus bu qədər ucuzdur ki, pul verərək hadisənin üstünü örtmək mümkün olsun? Bunu Azərbaycan yetkililərindən soruşuram.

Bu
qadın Azərbaycan millətindən olduğu üçün o ölkənin namusunu daşıyır.
Azərbaycan pulu çox olan, əxlaqdan kənar, namus anlayışını heçə sayan bu
məktəb direktoruna həddini bildirməklə iki oğul anasına sahib
çıxmalıdır.

Günahsız
olan müəllimə dərdini kimsəyə söyləyə bilmir, qorxu yaşayır. "Mənə
pislik edərlər, məni öldürərlər, uşaqlarıma zərər vurarlar” - deyir.
Çünki məktəb direktoru müəlliməni qorxudub. Hüquq-mühafizə orqanları
bunu da dəyərləndirməlidir.

Təpik
vurub küçəyə atmaq asandır, namusu qorumaq isə çətindir. İnsanlar namus
üçün yaşayırlar. Birilərinin seks arzu və ehtiyaclarını qarşılamaq üçün
namuslarından vaz keçməzlər. Üstəlik bir azərbaycanlı və iki oğul
anasıdırsa...

Azərbaycanın yetkililəri unutmasınlar ki, namus bu qədər ucuz deyil və bu namus onlarındır”.

Virtualaz.org
saytı Türkiyə mətbuatında dərc edilmiş və sosial şəbəkədə geniş
müzakirəyə səbəb olmuş bu hadisədə adı keçən müəlliməni tapdı. Q.R adlı
(onun adı-soyadı bizə məlumdur, amma bəlli etik mülahizələrə görə
yazmırıq-red.), 36 yaşlı müəllimə başına gələnləri danışdı. Onunla
söhbətimizi olduğu kimi təqdim edirik:

- Neçə ildir o məktəbdə çalışırsınız?

-
O məktəbdə 2 il ibtidai sinif müəlliməsi işləmişəm. Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin keçirdiyi imtahana qatılandan sonra analıq
məzuniyyətinə çıxmış müəllimənin yerinə məktəbdə işə götürüldüm. Bu ilin
avqustunda isə təkrar imtahan verdim.

- Bu iki il ərzində direktorla probleminiz olub?

-
Yox, amma ara-sıra niyyətini bildirirdi. Ona görə də çalışırdım ki,
onunla üz-üzə gəlməyim. Amma uşaqlarıma görə dözürdüm. İmtahana
girməzdən əvvəl otağına girib vaxt istədim. Məsələ burasındadır ki,
imtahandan iki gün əvvəl oğlumla bağlı problem yaranmışdı, sarsıntı
keçirirdim. Xahiş etdim ki, problemi həll edəndən sonra imtahan
verməyimə yardım etsin.

- Yardım etdimi?

-
Dedi ki, məni evinə qonaq çağırmırsan. Dedim mənim evimə yalnız atam
gələ bilər. Mən həyat yoldaşımdan ayrılmışam. O da bunu bilirdi. Dedi
ki, oğlanların evdə olmayanda dəvət elə. Razılaşmadım. Sonra imtahana
getdim.

- Təkrar görüşünüz oldu?

-
İmtahanda keçid balını toplaya bilmədim. Doğrusu, 300 manat götürüb
direktorun yanına getdim. Pulu masanın üstünə qoyub dedim ki, bu pul
şirinlikdir. Təkrar söz atdı. Ayağa qalxdım, qolumdan tutub məni özünə
tərəf çəkməyə çalışdı, pulu götürüb sinəmə basmaq istədi. Amma imkan
vermədim. Dedi ki, niyə nazlanırsan. Özümü təhqir olunmuş hiss edirdim.
İşdən çıxdım. Yəqin ki, onu evimə "qonaq” çağırsaydım, mənə də sinif
verərdi. Deyim ki, mənimlə bir illik müqavilə bağlanmışdı. Sonradan bir
il yenə işlədim. Bəzi müəllimələr var ki, onlara 3 sinif verirlər.
Müəllimələrdən biri sözarası dedi ki, "direktorun qəlbinə dəyməsəydin,
sənə də sinif verərdi”.

- Niyə Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən kömək istəmədiniz?

-
Təhsil Nazirliyinə məktub yazdım. Direktora da dedim ki, təhsil
idarəsinə gedəcəm. Cavabında qayıdıb dedi Nailə xanımı (Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyevanı nəzərdə tutur-red.) da
işdən çıxaracaqlar, nazirliyə də şikayət edirsən et. Sonradan bildim ki,
mənim az bal topladığımı əsas gətirərək işdən çıxarıblar, amma yerimə
iş təcrübəsi olmayan, imtahanda bal toplaya bilməyən birisini
götürüblər.

- Söhbətin hansı məktəbdən getdiyini niyə açıqlamaq istəmirsiniz?

-
Düzü, qorxuram, oğlanlarım böyüyür, qohumlarım var. Amma edilən
haqsızlığa da göz yummaq istəmirəm. Elə məsələlər var ki, onu mətbuata
deyil, ancaq nazirə açıqlamaq istəyirəm. Əgər məni qəbul edib
dinləyərlərsə, dediklərimi araşdırıb çox mətləbləri öyrənə biləcəklər.

- Məktəbin adını yenə də açıqlamadınız...

-
Deyim də. Sabunçu rayonunda yerləşən 69 saylı orta məktəbdə işləmişəm.
Haqqında danışdığım direktor isə Xalqverdi Abbasovdur. Mənə edilən
haqsızlığın araşdırılmasını istəyirəm.

- Bəs Türkiyə mətbuatı bundan necə xəbər tutub?

-
Həmin ərəfədə yazının müəllifi Bakıda olub. Mən onun jurnalist olduğunu
bilmədən başıma gələnlərdən həyat yoldaşına danışmışam. Bundan sonra
zəng edərək Türkiyə mətbuatında yazı getdiyini dedilər. Mən onun
jurnalist olduğunu bilsəydim, yoldaşı ilə bu mövzuda danışmazdım.

Hadisədə
adı çəkilən məktəb direktoru Xalqverdi Abbasovun da məsələyə
münasibətini öyrəndik. Onunla telefon danışığımızı olduğu kimi təqdim
edirik:

- Xalqverdi müəllim, Türkiyə mətbuatında sizin məktəblə, konkret olaraq sizinlə bağlı yazı verildiyindən xəbərdarsınızmı?

- Yox. Nə yazıldığından xəbərsizəm.

- O yazıda məktəbinizdəki bir müəllimənin haqsızlıqla üzləşdiyi və ona əxlaqsız təklif etdiyiniz barədə danışılır...

-
O müəllimə müqavilə əsasında analıq məzuniyyətinə çıxmış müəlliməni
əvəzləyirdi. Analıq məzuniyyətində olan müəllimə geri qayıdandan sonra o
xanım işdən çıxdı. Mən onu işdən saxlaya bilməzdim axı.

- Bəs ona əxlaqsız təklif etməyinizlə bağlı iddialar necə olsun?

-
Bu məsələ araşdırıla bilməz. O qadın çox söz deyə bilər. Onun deməyinə
kim inanır axı? Qadındır da, deyir. Ona kim inanacaq? Kimin yanında
olub? Niyə bu işlər həmin müəllimənin işlədiyi 3 ildə yox, sonra açıldı?
Bu nə dəlilikdir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!