Bir həftədə sevginizi təzələmək üsulları!

Bir həftədə sevginizi təzələmək üsulları!
Sevgi Dünyası
10.09.2017 24
Əlaqənizin ilk zamanlarındakı ürəyinizi ağzınıza gətirən həyəcanlı
günləri üçün darıxır və bir daha geri gəlməyəcəyini düşünürsünüzsə
yanılırsınız. Məsləhətlərimizlə bir həftədə eşqinizi təzələyəcəksiniz. Qadınlar.Biz sizlərə qızıl qaydaları təqdim edir:


Ehtiraslı öpüşün!
Dodaqlarımız barmaq uclarımızdan 100 qat daha həssasdır. Öpüşmək;
endorfin, dopamin və feniletilamin (şokoladda da olan bir növ kimyəvi)
kimi seks hormonlarının ifraz olunmasını təmin edir. Bu hormonlar həzz
duyğusunu ön plana çəkər və aranızda güclü romantik bir bağ meydana
gəlməsini təmin edir.

Gözlərinin içinə baxın!
Amma təbii dik-dik də baxmayın! Araşdırmalar, təklikdə və ya sıxlıq
bir mühitdə bir-birinin gözlərinin içinə baxan cütlərin yüzdə 75 daha
çox aşiq olduğunu göstərir. Bu, sevgilinizlə yaxınlaşmanın ən kəsə
yoludur.

Kiçik hekayənizi paylaşın!
Bir-birinizə uşaqlıq xatirələrini izah etmək yaxınlaşmağınızı təmin
edər. Xatirələriniz bir-birindən tamamilə fərqli ola bilər amma bu
ziddiyyətlərin aranızdakı səmimiyyəti artıracağından əmin ola
bilərsiniz.

Birlikdə idman edin!
Məşq etmək,
bədəninizin seks zamanı da ifraz endorfin hormonlarını ifraz etməsini
təmin edər. Cinsi orqanlara gedən qan axışını da artırar. Bu, möhtəşəm
bir orgazma gedən ən kəsə yollardan biridir.

Televizor pultunu gizlədin və unudun!
Hamımız televizorun qarşısında yayılmaqdan xoşlanırıq. Amma ağılınız
başqa bir yerdəykən fikrinizi sevgilinizə verəbilməyəcəyinizi qəbul
etməniz lazımdır. Yaxınlaşmanın ən asan və sürətli yolu televizoru
bağlamaqdan keçir.

Üzr istəyin və özünüzü BAĞIŞLADIN!
Üzr istəmək möhtəşəm bir barışma seksi təmin edə bilər. Elə isə açıq
olun. Üzr diləyin. Onun da sizə açılıb ehtimalla üzr diləyəcəyini
görəcəksiniz. Maksimum romantik yaxınlıq qurmaq üçün ona diqqətinizi
verin, bir-birinizin üzünü görəcək şəkildə uzanın və işıqları
söndürməyin.

Onu dinləyin!
Yoldaşınıza gününün necə keçdiyini, problem və cavabını həqiqətən
dinləyin. Danışmaq istəmədiyi vəziyyətlər də ola bilər. O zamanda, nə
hiss etdiyini kəşf etməyə çalışın. Işə yaradığını görəcəksiniz.

Eşq dolu mesajlar Göndərin!
Bütün gün boyunca onu düşünmüş ola bilərsiniz. Bu düşüncələrinizi
özünüzə saxlamaq əvəzinə onu nə qədər istədiyinizi ya da darıxdığınızı
yazan mesajlar göndərin

Ətiriniz möhtəşəm olsun!
Bu axşam evə getdiyinizdə, ilk görüşünüzdə istifadə etdiyiniz ətiri
istifadə edin. Psixoloq Jessica Chivers "duyğularını hərəkətə keçirəcək
və xatirələri canlandırmaq ilk günlərin həyəcanını geri gətirəcək ”
deyir. Hətta ilk tanış olduğunuz yerə də gedə bilərsiniz. Bunun sizi
yaxınlaştırdığını hiss edəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!