Ağlamağı mən seçdim dostum..

Ağlamağı mən seçdim dostum..
Sevgi Dünyası
10.09.2017 34
DOSTUM...
Dost olduğumuz gün nə qədər sevinmişdiy..Uşağlığ xəyalları və oyunlardan ibarət idi həyatımız..Sonralar anladımki həyat doğurdanda oyun imiş..Yenildim bu oyunda həmişə. Halbuki uşağlığda heç yenilməzdim...O şirin gülüşlərimiz indi saxta gülüşlərlə əvəz olunub..Uşağlığda dizimiz qanadığında ağlasağda tez unudurduq bunu..Bəs niyə indi ürəyimiz qanadığında elə asand unuda bilmirik? Niyə keçmir o ağrı..
Pis günlərimiz olmadı demirəm..Təbii ki yaxşı günlərin qədrini bilmək üçün olmalıydı..Geriyə baxıram..çox xoşbəxt idim səninlə..Bəlkədə anlamısan bilmirəm..Mənim əvvəlki olmadığımı..Mən çox sevdim birini..Bunları sənə anlatmaq asand deyil..Eynən ürəyimdəkilər kimi..Bilirəm hər zaman bir birimizin ağlında uşağlığımızdaki o balaca qızlar kimi qalacağıq....Elə buna görə də heç bir birimizə həyatdan sevgidən bəhs etmədik...ürəyimdəki sevginin böyüməyindən çox qorxuram..Bəlkədə budur həmişə uşaq qalmaq istəməyimin səbəbi..Niyə deyə çox soruşuram özümnən..Niyə bu qədər çox sevdim? Uşağlığım yadındadı? Sevgi deyəndə gözümü qaçırmırdım indiki kimi..ürəyim ağrımırdı..Mən heç vaxt heç kimi sevmərəm deyirdim..
Çox düşündüm. Qəbul etmək istəmirdim..Gecələrcə ağladım..Mən bu ola bilməzdim.
Indi necəyəm? Indi artıq onnan asılı olduğumu qəbul eləyirəm..Hə..özümü düşünmürəm..ürəyimi paramparça edən o insanı sevirəm..Həmdə hərşeydən çox..Mənim kimi sevməsini istədim. Xoşbəxt olmaq istədim ama olmadı..
Sevgililərə baxıram..Mənim qədər sevmirlər bəlkədə..Ama ən azınnan məndən daha xoşbəxt görünürlər..Ola bilər ki bir gün yorulum sevməkdən..Ailə qurum..Ana olum..Xoşbəxt görünüm..Ama ’’mən’’ ola bilmərəm o zaman..Hər bir yerlərdə onu mənə xatırladacaq birşeylər olacaq..Oğlumun adın daşıyacaq bəlkədə..Hər səslənişimdə onu xatırladacaq.. Bəlkədə gizli- gizli ağlıyacam..Bir sözlə xoşbəxt ola bilmiyəcəm..
Gəl dostum əlini ver qayıdaq uşaqlığımıza...
Söz verirəm heç incitməyəcəm səni..Heç küsməyəcəm..Heç ağlatmayacam..Sadəcə qayıdaq..Qəlbimiz deyildə dizimiz qanasın yenə...Gülə bilmədim heç o gülüşlər tək ürəkdən..Ağlamağı bacardım sadəcə..Çünki məni saf gülüşlərimnən ayrı salan birini sevdim..Uşağlığımızdakı xəyallara çata bilmədik..Indi isə uşaqlığımız sadəcə xəyallarımızda dolaşır..
Pis olma..Göz yaşlarına dayana bilmərəm..Sən ağlama..Ağlamağı mən seçdim dostum..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!