Evə ötürmək bəhanəsilə maşına mindirib zorladılar

Evə ötürmək bəhanəsilə maşına mindirib zorladılar
Sevgi Dünyası
10.09.2017 24
Boluda restorandan çıxan qadını evə ötürmək bəhanəsilə maşınlarına mindirib meşədə təcavüz edən 2 kişi saxlanılıb.
Qadınlar.Biz-in Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə keçən cümə
günü baş verib. Gölköy qovşağında yerləşən bir restorandan gecə
saatlarında sərxoş çıxan qadın D-100 Karayolu ərazisindən kənd mərkəzinə
kimi piyada getməyə başlayıb. Restorandan tək çıxan qadının arxasınca
iki kişi maşınla düşüb. S.B. və A. Ç. yolda gedən qadının yanına
yaxınlaşaraq evə ötürmək bəhanəsiylə onu maşına mindiriblər. Qadın
maşının meşəyə girdiyini görəndə qışqırmağa başlayıb. Kişilər qadının
əllərini və ağzını bağlayaraq ona təcavüz ediblər. 
 
Daha sonra qadını maşına mindirərək şəhər mərkəzinə doğru yönəliblər.
Maşındakı kişilərdən biri yolun yarısında maşından düşüb. Ondan bir az
sonra qadın maşının qapısını açaraq özünü tullayıb. Bundan qorxan sürücü
dayanmadan sürətlə ordan uzaqlaşıb.
 
Qadının şikayəti əsasında polislər restorandakı və yoldakı kameralar
vasitəsilə maşının nömrəsini təyin ediblər. Şəxsiyyətləri bilinən
kişilər bu gün tutularaq məhkəməyə sövq ediliblər.            скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!