Azərbaycanda ərinə xəyanət edən qadına tövlədə zülm edilir

Azərbaycanda ərinə xəyanət edən qadına tövlədə zülm edilir
Sevgi Dünyası
10.09.2017 31
İki övlad anası iki dəfə ərini və uşaqlarını ataraq sevdiyi oğlanlarla qaçıb.

Azərbaycanda misli görünməmiş ana faciəsi yaşanır. İmişli rayonunun
Otuzikilər kəndində övladları əlindən alınan gənc ana atası və qardaşı
tərəfindən tövlədə saxlanılır.

Qadınlar.Biz Milli.Az-a istinadən xəbər verir ki, iki ildir tövləyə salınan
30 yaşlı Gülnar Əliyeva (ad və soyad şərtidir) işıq üzünə həsrətdir,
yemək və su ona sinidə aparılır.

Kənd sakinlərinin verdikləri
məlumata görə, qapının altından sinidə yeməyi götürən zavallıı qadın
iki ildir yeməyi o formada qəbul edir. Qadının faciəsi bir müddət əvvəl
başlayıb.

İki övladı olan ana ərini və uşaqlarını ataraq
sevdiyi oğlana qoşularaq qaçıb. Həyat yoldaşı onu taparaq yenidən evinə,
uşaqlarının yanına gətirib.

Lakin bir müddət sonra həmin
qadın başqa birinə qoşularaq evdən gedib. Bundan sonra onun həyat
yoldaşı boşanaraq uşaqları da özü ilə Rusiyaya aparıb. Qadını isə atası
Zakir və qardaşı sevgilisindən alaraq evə gətirib tövləyə salıblar.
Qadın əzizlərindən bağışlanmasını yalvarsa da, atası onun yaşamaq haqqı
olmadığını deyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!