Sevginin ritmi...

Sevginin ritmi...
Sevgi Dünyası
10.09.2017 22
Hər musiqinin daxilində kiçik bidlər olur və o bidlər arasında fasilələr... Bu fasilələri gözəl hərəkətləri ilə bəzəyir rəqsimizi - əgər ritmi düzgün tuta bildiksə.

Bəs sevgimizin ritmi necədir? Harada durmalı, harada ayaq saxlayıb idarəni "o" na verməli?

Tanqo ilə məşğul olmusunuz mu heç? Olmasanız belə bəlkə də videolarını izləmisiniz, və müşahidə etmisiniz ki, bu rəqsdə kənardan bütün gözəl hərəkətləri edən qadınmış kimi görünür... Necə də gözəl süzülür kişinin qolları arasında... Amma əslində qadına o hərəkətləri etdirən kişidir. Qadın gözlərini yumur və iradəsini "o" na buraxır... O isə nazik əlləri, yumşaq toxunuşu ilə bütün musiqi boyu qadına etməsini istədiyi bütün hərəkətləri hiss etdirir... Sevginin ritmi də hisslərdən keçir... Gözünüzü yumun və qarşı tərəfin nə istədiyini anlayın... İdeal cütlük olmaq üçün tək gərəkli və ən əhəmiyyətli amil bir-birinizi anlamaqdır. "O" nun hər addımını əvvəlcədən hiss etməyə başlasanız həyatınızın nə qədər asanlaşacağını təsəvvür edin...

O, bir addım irəli atırsa siz bir addım geriyə atın, o ikinci addımı atır, siz yenə də geriyə addım atın. Və üçüncü addım-indi isə o geriyə addım atır, siz indi irəli addım ata bilərsiniz. Ritmi tutun, qoyun hissləriniz sizi idarə etsin...





Müəllif: Gülçin Sh-vaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!