Unudulmamış eşq

Unudulmamış eşq
Sevgi Dünyası
10.09.2017 51
 

Dünən gecə yenə səni gördüm yuxumda. Bir yad kimi idin sanki. Yenə gözlərin dəydi ürəyimə. Amma saçların evvelki kimi deyildi. Evvelki qədər gülərüz deyildi üzün. Səssiz gülüşlərin yox idi üzünün xətlərində. Hansı külək oğurladı təbəssümlərivi. Əsl yad idinmi anlaya bilmədim. Sarılmaq istədim qaçıb amma üzünə belə baxa bilmədim. Nə sən evvelki qədər çox sevirdin məni, nə də mən evvelki qədər cəsurdum. Önümdən keçib getdin eləcə. Yuxular tərsinəmi idi yoxsa gerçək idi bilmirəm. Həqiqətən indi qarşılaşsaq, indi görsən məni qaçıb sarılmazsanmı mənə. Həyat səni həqiqətən dəyişdirdimi, doğurdanda yadsanmi bilmirəm.Bir daha heç toxunmayacaqmı baxışların ürəyimə. Bir daha heç sevgi dolu baxa bilməyəcəksənmi. Sənə sinirlənirəm amma yəqin ki artıq məndə baxa bilməyəcəm gözlərinə sevgi dolu ilə.
Kim gunahkardı.? Gunahkar yox, eşdə gunahkar olmaz. Bir tərk edən bir də tərk edilən olar. Nə sən məni tərk etdin nə də mən səni. Adın hələ ürəyimdə rəqs edir. Gözlərini heç unutmadım. Heç unutmadım o gülərüz baxışlarını, bunu bil.Heç unutmadım üzünün parıltısını.Səndən tək istediyim var,birdə qarşılaşsaq yad kimi çıxıb getmə yanımdan. Çünki mən getməyəcəyəm. Və bəlkə qışqırmasam da içimdən səni sevirəm deyəcəyəm.Eyni indi kimi SƏNİ SEVİRƏM...!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!