Ağ vərəq

Ağ vərəq
Sevgi Dünyası
10.09.2017 37
Ustad tələbələrini imtahana çəkmək qərarına gəldi. Onlardan üçünü çağıraraq ağ vərəqə bir mürəkkəb damcısı saldı və soruşdu:
-Nə görürsünüz?
Birinci tələbə cavab verdi: 
-Qara nöqtə 
İkincisi dedi: 
-Ləkə 
Üçüncüsü isə dilləndi: 
-Mürəkkəb
Son dərəcə məyus halda abid öz otağına çəkildi. Bir müddətdən sonra tələbələri ondan soruşdular:
-Nə üçün cavablarımız sizi bu dərəcədə məyus etdi?
Alim cavab verdi:
-Çünki heç biriniz ağ vərəqi görmədiniz.
Məntiq: Bəzən kiminsə çatışmazlığı ətrafında uzun-uzadı müzakirələr aparmağı, bu şəxsə tənə vurmağı özümüzə borc bilirik. Təəssüf ki, səhvə yol vermiş ALLAH bəndəsinin bütün müsbət xüsusiyyətləri bu zaman unudulur...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!