Maskalı həyat (11-ci bölüm)

Maskalı həyat (11-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 14
-Ayda səni göydə axtarırdım yerdə tapdım

Kamran xanımın əllərin boynundan çəkib aralı durdu. ilk üzündə qaş-qabaq yaratmaq istəsə də bu alınmadı və hər ikisi başladı bərkdən gülməyə. mən heç nə anlamıram. ya burda prablem məndədi yada onlarda. ama məncə məndə bir prablem yoxdu ağlımda yerindədi. 

-Kamran, deyəsən sənin bu sevgilin deyil?

-odu. tanış ol sevgilim Süsən, xalam qızı Sara

-onda bunun qısqanclığı yoxdu

axır mənə hər şey çatdı. bu xalası qızıdı və oyun oynamaq istəyib. nəysəəəəə

mən yaxınlaşıb Kamranın qoluna girərək 

-biz bunu mən sevgilimə güvənirəm adlandırırıq.

Saradan daha çox Kamran mənə çaşmış baxışlar ilə baxırdı axır özün toparladı. Sara məni süzüb 

-mən bilən Kamran bunu almağa icazə verməz

bu qız deyəsən ölmək istəyir bəlasında məndən gözləyir.

-sən bilən Kamranı deyə bilmərəm ama (daha da bərk qolundan yapışaraq, başımı çiyninə söykədim) mənim sevgilim Kamran artıq icazə verib.

Sara bir az çaşmış bir az da qəribə baxışlar ilə baxdı. Kamran isə əlini yumruq şəklində sıxmışdı. bütün əzələlərini sıxdığını hiss edə bilirdim.

-sizi gördüyümə şad oldum. ama tələsirəm üzürlü sayın

deyib Kamranın yanaqlarına yapışıb öpdü. mən də o gözəl süni gülüşümü əksik etmirdim. mənimlə də sadəcə əl ilə görüşüb dikdabanlarını yerə bərk vura vura getdi. mən isə hələ də Kamranın qoluna yapışmış üstəlik başım da çiynində. 

-belə deyəsən yerin rahatdı

mən özümə gələrək tez dik atılıb ondan ayrıldım. 

-yox yox sadəcə oyunu oynamağa çalışırdım 

-onda əl çalıram sənə əla oynuyursan. ama bu paltarı almırıq

-alırıq

-al-mı-rıq

-məncə alırıq

o mənə əsəbi şəkildə baxıb

-deyəsən sən axırda möhkəm döyüləssən

-o sizə elə gəlir Kamran bəy

-bunu yoxlamaq istəmirsizsə Süsən xanım gedib sakitcə paltarı çıxardırsız

-özüm alaram

deyib getmək istəyirdim ki qolumda çox ağrı his etdim. ağrının səbəbi Kamranın kobud əlləri idi. 

-burax

-Süsən həqiqətən səbrimi yoxlama mən əsəbləşəndə üzümü görmə

-mən adi halında da üzünü görmək istəmirəm

o məni özünə tərəf sıxıb daha da özünə yaxınlaşdırdı. sakit pıçıltılı ama bir o qədər əsəb ilə dilləndi

-Süsən!!!!!! 

başımı yuxarı qaldırdıqda onun gözləri ilə gözlərim tuş gəldi. ilk qorxu versə də bu hiss əslində qorxduğum onun gözlərindəki deyil idi, öz içərimdə tuğyan edən hislər idi. mən onun qollarından, əllərindən qurtulmağa çalışdıqca o məni özünə doğru daha çox çəkirdi. 

-sən məndən qorxursan? əsirsən 

-heç də

səsimin titrəməsin istəməsəm də bu titrəyişə mane ola bilməzdim, oynamağı bu qədər yaxın təmasda bacarmadığımı indi anlamış oldum. 

-yoxsa ?

-nə yoxsa Kamran bəy, bu ancaq sizdən qorxduğumdan ola bilər

-əminsən?

-hə əlbətdə

-onda bu edəcəyim dünənki üzümə telefon qapamana, bu günki Səbuhi və indi mənə qarşı etdiyin əmrivakiyə görə cəza olaraq qəbul et

mən heç nə anlamadım. o aramızda qalan santmetrlə ölçülən məsafəni belə yox edərək daha da yaxınlaşıb öpməyə başladı. mən nə qədər çabalasam da bir xeyri olmurdu. nə də olsa pəzəvəng adı üstündə.aralanıb bir azcıq

-qışqırmağa heç başlama oynadığımız oyunu unutma

deyib artıq belimdən bərk şəkildə tutub öpdü. mən taxta parçasından fərqləmirdim. ama əsəbi qəzəbli taxta parçası. o məndən ayrılıb yavaşca belimi buraxdı.

-bunun acığın çox pis çıxacam unutma

-gözlüyürük Süsən xanım

deyib göz vurdu. hamı bizə baxırdı. əllərimi sıxaraq geyinib-soyunma otağına getdim. üç tərəfimi əhatə edən güzgüdə əlim dodaqlarımda özümə baxdım. çox əsəbi olsam da əlimi dodaqlarıma əsəbdən qoymadığımı bilirdim. beynim bunları desə də dilim

-Kamran sənə od tutacam

deyirdi. əsas odu dilim heç olmaya deyirdi. kabinə satıcı qız qapısını açmadan yaxınlaşıb

-xanım sizin üçün bu paltarı yolladılar

dedi. ilk planım. qızı içəri çağırdım

-mən hansı paltarı versəm də sizə ki bunu alıram deyə siz paketə bu paltarı qoyun və bunun pulun alın. hə paltar qısa idi və mənim bədənimin bərbad olmayan cizgilərini göstərirdi. ama mən bu paltardan vaz keçə bilərdim ama ilk cəzamı vermək lazım idi. 

qız ilk naz etsə də hörmət edəndən sonra razılaşdı. Kamranın göndərdiyi dizdən olan qırmızı paltarı geydim çıxdım və bəyəndi. o zən edirdi ki bu paltarı aldıq. daha sonra ayaqqabını da həll etdik. məni evə qoydu. ona o qədər əsəbi idim ki heç nə danışmırdım. o da nə əcəbsə danışmırdı. onun danışmağın çox istəyirdim çünki bu mənim atom bombası kimi partlamağıma kömək olacaqdı ama olmadı. bu da bir qısmətsizlik. 

aldıqlarımızı otağıma tulladım ki telefonum zəng çaldı. Kamran idi

-hə

-sənə deyən olub ki Süsən, telefonu açanda adətən "bəli” deyirlər

-nə istəyirsən

-saat 6da götürəcəm səni. atam və anam ilə restranda görüşəcəyik.

-bitdi?

-bəli sevgilim

-səni öldürəcəm. meyidini də yandıracam yo yox tikə tikə doğrayacam

-mən də səni sevirəm

deyib gülərək zəngi sonlandırdı.

----

artıq hazır idim. özünün xəbəri olmadan aldığı burda çadugarlar kimi ürəyimdə gülürəm paltarı geyinib hazır idim. artıq altıya qalmışdı. Kamranı qəzəb küpü olaraq görəcəyim anı çox səbirsizlik ilə gözləyirəm. özün istədin bu savaşı.

anam otağıma girib məni görcək doluxdu. bir neçə saniyə o halla mənə baxıb daha sonra

-inşallah bəxtin də gözəlliyin kimi olar.

-ana hələ getmirəm evdən

deyib güldüm. o isə bu dəfə məni süzüb

-Kamranın yaxşı zövqü var

mən bu paltarın onun seçmədiyini mənim gizlin aldırdığımı deyə bilməzdim. ən gözəli 

-məni seçdiyi andan buna əmin ola bilərdin

-yox əslində mən həmin vaxt şüpə etmişdim

-anaaaa

-yaxşı yaxşı qışqırma əynindəki paltara uyğun hərəkət et. həm qulaq as. özünü onların yanında utancaq apar. ifritəliyini indidən göstərmə.

-ana, sən əminsən ki məni uşaqlar evindən götürməmisən?

-düzü səni belə ilk görəndə şüpə hiss etdim. ailədəki heç kəsə oxşamırsan. 

-of ana of

elə bu an qapı döyüldü. 

-aha Kamran gəldi. 

anam otaqdan çıxırdı ki çönüb mən tərəf

-yaxşı ki rastına Kamran çıxıb

deyib çıxdı. onlar mənə o qədər güvənirlər. qızlarının oyunun içərisində olduğun bilmirlər. heç yaraşdırmazlarda. mən çantamı götürüb otaqdan çıxdım. anamın səsi gəlirdi

-Süsən Kamran deyir gəlsin. 

dəhlizə keçdim. kamran əynində kastyum qalustuksuz. köynəyinin ilk iki düyməsi açıq idi. o telefonu ilə məşğul idi. daha sonra da zəng gəldi. arxasın çöndü

-hə.......nə istəyirsən

mənim gəldiyimdən xəbəri yox idi. əsəbi danışırdı. 

-daha olmaz anla..... məncə söhbəti uzadırsan. hə bu gün tanış olacaq. ......mane ola bilməyəcəksən..... Aytən bəsdir......

Aytən? səf eşitdim yəqin. həm də nə qədər Aytən var. əşi vapşeta Süsən sənə nə? ama ürəyim partlayır. o telefon zəngini sonlandırıb çöndü. ilk qəribə təlaş ilə baxdı

-sən bayaqdan burdasan?

-telefon zəngini istəmədən eşidəcək qədər

-Süsən mən...

-gedək 

deyib ayaqqabıları geydim. ona indi çatmış kimi məni süzdü. hətda bir dəfə yetmədi bir neçə dəfə baxdı

-anlamadım

-gedək atangil gözləyir

-Süsən bu nə haldı?

-normal halım

-dəyişirsən bunu. dözməyib gedib aldın təzədən?

-öz aldığın paltarı tanımırsan?

-Süsən əsəbləşirəm

-düz sözümdü

-mən qırmızını bəyəndim və onu aldıq.

-xeyr qırmızını bəyəndin ama qaranı aldıq. çünki mən qaranı bəyəndim

-get dəiş

-istəmirsən getmərəm ama başqa paltar geyinən deyiləm

-axmaqsan?

ilk səsin yüksəltsə də sonra anamın evdə olduğun xatırladı ki aşağı ton ilə

-Süsən yetərincə əsəbləşdirdin məni get və əynini dəiş

-dedim sözümü

-sən bilirsən ki atam bizi gözləyir ona görə də əminsənki səni aparacam

-mənim üçün fərqi yoxdu gedib-getməməyin

-gedək ama sevinmə 

mən əmin addımlar ilə irəliyə doğru addımladım. biz evdən çıxırdıq ki anam mətbəxdən gəldi

-oğlum belə olmadı gərək bir çay içərdin

Kamran dəşətli dərəcədə əsəbi idi. ama anama nəzakət xətrinə gülümsəyib ehtiyac olmadığın dedi.

------

maşın boyu sakitçilik idi. restoranın önünə gəldikki restoranın önü jurnalist axınına məruz qalıb. Kamran bir daha mənə baxıb

-ya səbr 

dedi. 

-sən düşmə. mən gəlib səni düşürdəcəm

özü düşdü. jurnalıstlər balıq görmüş qağayılar kimi Kamranın üzərinə axın etdilər. kamran əsəbi baxışlar ilə qapını açıb əlini mənə uzatdı. mən maşından düşdüm. o belimi əli ilə tutub jurnalıstlərdən keçirməyə çalışırdı.

əlbətdəki suallar suallar və yenə də suallar. biz restoranın işçilərinin köməyi ilə restorana daxil olduq. ilk andan pianinoda daha sonra digər musiqi alətlərinin eşliyində Mətanət İsgəndirlinin müsiqi sədaları səslənirdi.

-sənə ürəyimi aça bilməsəm

-payız baxışından yağış sellənər

-sirrimi sözümü söyləsəm sənə

-yağış gözlərində bahar dillənər

-əyər gözlərinə baxa bilməsəm

-o dəli küləklər haray qoparar

-səndən uzaqlarda olsam da gülüm

-şimşəklər səsimi sənə aparar

-bir gün bulud ürəyindən keçərəm

-bir gün sənin gözlərinə köçərəm

-üzümü söykəyib göyün üzünə

-bir gün saçlarına sığal çəkərəm

mahnının sədaları altında zala daxil olduq. hamı bizə baxırdı. müsiqi mənim tüklərimi biz-biz etməyə yetmişdi. Kamran əlimdən tutub məni yönləndirməyə çalışırdı. səhnəyə baxdım ki səhnədə Mətanət canlı canlı oxuyur. mən sanmışdım ki sadəcə musiqini qoyublar. musiqinin ağuşuna özün verib oynuyanlar da var idi. biz boş masaya yaxınlaşdıq. o mənim qulağıma

-çantanı qoy gedək oynuyaq

-ayıbdı indi atangil gələr

-onlar artıq oynuyanlar arasındadı

o əlimdən çantanı alıb masaya qoydu. mən isə oynuyanlar arasında onları axtarırdım. hər nə qədər tanımasam da. Kamran əlimdən dartıb apardı. belimdən tutub özünə tərəf sıxdı.


-qoşulub bir dəfə ağ göyərçinə
-göylərdən yanına gələrəm sənin
-gözümdə sellənər arzu yağışı 
-bir gün gözlərində gülərəm sənin
-əyər gözlərinə baxa bilməsəm(kamran da mənim gözlərimə baxaraq 
-deyəsən sən də mənim gözlərimə baxa bilmirsən. )
-o dəli küləklər haray qoparar
-səndən uzaqlarda olsam da gülüm
-şimşəklər səsimi sənə aparar
-bir gün bulud ürəyindən keçərəm
-bir gün sənin gözlərinə köçərəm
-üzümü söykəyib göyün üzünə
-bir gün saçlarına sığal çəkərəmmən ona yenə çox yaxın idim. bu məni çox narahat edirdi. sanki musiqi də nbitmək bilmirdi.

-məncə biz xanımları dəyişək 

qalın bir o qədər nəzakətli səs bizə tərəf yönəldi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!