Qız uşaqları özəldir

Qız uşaqları özəldir
Sevgi Dünyası
10.09.2017 26
Evliliklərinin ilk günü qadın və həyat yoldaşı qapını heç kimsəyə açmamağa qərar verib razılaşdılar. İlk olaraq o günü oğlanın valideyinləri evli cütlüyü görməyə gəldi. Onlar qapının arxasında dayanmışdılar. Qadın və yoldaşı bir-birinə baxdı. Kişi qapını açmaq istədi, amma yoldaşı ilə razılaşdığına görə, qapını açmadı. Və beləcə valideyinləri artıq gözləməyib getdilər. Həmin günü gəlinin ailəsidə gəlmişdi. Razılaşmaqlarına baxmayaraq, bir birinə baxdılar. Gəlin göz yaşları içərisində, bunu eləyə bilmərəm deyə pıçıldayıb qapını açdı. Oğlan isə heç bir şey demədi...
İllər sonra 4 oğlan uşağının ardınca 1 qız uşağı dünyaya gəldi. Ata yeni doğulmuş qız uşağı üçün böyük bir ziyafət təşkil eləməyi planladı və bütün tanışlarını dəvət elədi. Sonra o gecə həyat yoldaşı 4 uşağa gonağlıq  eləmədiyi halda bu dəfə niyə belə bir ziyafət eləmək istədiyini soruşdu. Yoldaşı sadə bir açıqlama verdi: Çünki yalnız qızım mənə qapını açacaq...                               скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!