Gündən günə

Gündən günə
Sevgi Dünyası
10.09.2017 35
Mən hamıdan gec öləcəmSaatların əqrəbləri təmbəlləşir gündən-günə.Zaman yoxmu, zaman varmı?Ilk baharmı, son baharmı? Ötürdüyüm hər bir ildən xatirələr yadigarmı? Gizlimi, ya aşikarmı qocalıram gündən-günə, Inan, aşağı endikcə ucalıram gündən günə.
***
Sarmaşıqlar sarılıbdır əllərimə qoymur yazam, Yaddaşıma lənət olsun bu şəhərdə qoymur azam.Bədən ölər, ruh yaşayar, məhəbbəti ruh daşıyar,Nə edim ki, bədəndən tez ruhum ölür gündən-günə, Bu zülmətdə bir şam ilə o da sönür gündən-günə.
***
Milyonların arasında tənhalığa qapılmışam, Nə deyərəm, nə gülərəm, sanki daşdan yapılmışam, Cırılmış bir paltar kimi bədənimdən atılmışam, Ciyərlərim vermir nəfəs paxıllaşır gündən-günə, Güzgüdəki düşmənlərim yaxınlaşır gündən-günə.
***
Ağıllı anlamaz məni dəlilərin şairiyəm, Dənizlərdə batım gedən gəmilərin şairiyəm, Qığılcımla alovlanan zəmilərin şairiyəm. Alovlanan zəmilərim külə dönür gündən-günə, Yaxınlarım məzarlıqda gülə dönür gündən günə.
***
Gəncəm, amma qəlbim deyir: -Qoca, yüzü vurdun başa Ürəyin hər döyüntüsü deyir yaşa,yaşa,yaşa!Nə yaşamaq? Yaşadıqca yaşananlar dəydi daşa.Yazı qışı aşa-aşa yaşayıram gündən-günə,Daşıyıram yaraları qaşıyıram gündən-günə,Ağacların yarpaqları, bax, tökülür gündən-günə,
***
Qurduğum arzulara bax, bax, sökülür gündən-günə,Belim düzdü qəlbim isə bax, bükülür gündən-günə.Amma yuxularım deyir, mən hamıdan gec öləcəmMən ya dahi bir sənətkar, ya da ki, bir heç olacam
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!