Seni basa salmaq isteyirem Sevgilim

Seni basa salmaq isteyirem Sevgilim
Sevgi Dünyası
10.09.2017 30
Səni başa salamaq istəyirəm sevgilim!!!Cümlələrimdə səni başa salan sözlərimə bir gün nöqtə qoya biləcəm ya yox, bilmirəm...Həmişə deyirəm bu son şerim...Bu son hekayəm desəm də...sənli yazılarımın sonu olmadı..Heç bir cümlə səni tamamlaya bilmədi...Heç bir cümləm mənasız deyildi...içimdən necə gəldisə elədə yazdım, söylədim hər şeyi..Yenə də səni başa sala bilmədim..Fikrimi sənə olduğu kimi çatdıra bilmədim...Sənə söyləyə bilmədiklərimi yazmağa çalışdım...Yazıda da fikrimi çatdıra bilmədiyimdə, sənə hiss etdirməyə çalışdım..Duyğularımızı başa sala biləcək cümlə varsa mən bu cümləni heç vaxt öyrənə bilmədim.Özümü ifadə etməyi heç bilmədim..Sənə aşiq olduğum kimi, sərbəstliyə də aşiq idimÖzümü sərbəst buraxdım..Amma yalnız bu sevgidə...Heç bir nöqsanına fikir vermədən sevdim...Sadəcə….sevdim...Sən isə getməyə üstünlük verdin...bütün sevib tərk edənlər kimi bütün anları özünlə götürdün amma özünlə bağlı fikirləri mənimlə qoyub getdin.. Bu dəfə də sənsizliyə vuruldum sevgilim. Sənin üçün darıxıb, sevgimin daha da, artdığını hiss etdim...Nə yaman güclü hiss imiş bu?Heç yanımda olanda bu qədər nazınla oynamırdım..Heç bu qədər nəfəsindən uzaq ayırmamışdın məni...Heç bu qədər sənsizliyə dözə bilməyəcəyimi bilməmişdim..İndi məndən soruşma ki, necəsən?Gecələr sənin nəfəsini hiss edərək yatıb,səhərlər isə toxunuşunu hiss edərək yuxudan ayılıram. Sevginin ən yüksək zirvəsindəyəm...canımın içi...Gəl bu incikliyi mənim şıltaqlığıma bağışla!!Sənə ömrümü həsr etməyə hazıram sevgilim, gəl artıq!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!