Ata və iki qızı

Ata və iki qızı
Sevgi Dünyası
10.09.2017 37
"Biharul-Ənvar"da belə bir hekayə nəql olunur:
Bəni-İsrail övladlarından bir kişinin iki qızı var idi. Onlardan birini əkinçiyə, digərini isə dulusçuya ərə vermişdi.

Bir gün onlara baş çəkməyə gedir. Əvvəlcə əkinçiyə ərə verdiyi qızının yanına gedərək onun əhvalını soruşur, yaşayışları haqda məlumat almaq istəyir.

"Ata, yodaşım bolluca əkin əkib, əgər Allah yağış yağdıraraq rəhmətini göydən endirsə, bizim vəziyyətimiz Bəni-İsrail övladları arasında ən yaxşısı olacaq” - deyə qızı cavab verir.

O, qızının yanından ayrılıb dulusçuya ərə verdiyi qızının yanına gedir və onun da əhvalını və yaşayış şəraitini soruşur. Qız cavabında deyir:

"Ata, yoldaşım çoxlu sayda saxsı qablar hazırlayıb, əgər qablar quruyana qədər Allah yağış yağdırmazsa, Bəni-İsrail arasında bizim vəziyyətimiz hamıdan daha yaxşı olacaq”.

Ata evə qayıdandan sonra üzünü Allaha tutub deyir:

"Allahım! Onların haqqında sən nəyi məsləhət görürsənsə, o cür olsun”. (Biharul-Ənvar, c. 14, s. 488)

"Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz".

(Bəqərə, 216.)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!