Yarpaqlar

Yarpaqlar
Sevgi Dünyası
10.09.2017 28
Yarpaqlar töküləcək ardımızdan. .Sonbahara dönəcək indi bu bahar vaxtı mövsümlər..Çünki son zəngini vurur saatlar bizim üçün.. ümağ bir örtü örtəcək hər yanı soyuq. .İçim üşüyəcək sən yanımda yoxsan deyə..Qal deyəcəyəm də amma getməyi istəyən mənim deyəsən..Gedirəm deyirəm bu döngədən sonrası yox deyirəm. Olmur..Sənə yaxınkən başqa bir sevdaya toxunulmur..İçim üşüyür sevgilim..Dəyincə bədənin bədənimə istilənirəm də yoxluğun buna fürsət vermir. Kaş ki deyirəm və susuram zidd düşürəm sonra özümlə. .Sənə yalanlar söyləyirəm. .Özümə söylədiklərimdən daha yüngüllərini.. Olmur.. Biz dediyin yıxıq bir şəhərin sevdaya yanıq uşaqları ayrı düşdük amma eyni ürəkdəyik. Şimşəklər çaxarkən sənin gözlərində mənim içimə düşür fırtınalı yağışlar..Bax yenə yağış var çöldə ilıq əsən külək və yenə bu şəhər ağılıma düşürsən..Danış mənimlə və söylə nə var bizə dair ürəyində..Get deyirsənsə gedərəm, üç beş qırıq cümlə buraxaraq geridə. Sadəcə sevmirəm de və geriyə qalanları düşünmə. .Onsuzda solur susuz qalan eşq , toxunub ləçəklərini tökmə kimsəsəiz küçələrə. Sonsuzluğa çıxan bir səs var içimdən indi. .Bəlk. bir yalvarış kimi bəlkə də çarəsizlik kimi. Mən heç kimi bu qədər sevmədim ki..Mənə sevdalı gözlərin vardı ya bir zaman..İndilərdə gizlətməyə çalışdığın..Gedərkən tək onlar gizli qalar ürəyimdə. .bunu da çox görmə...Gedirsən deyə incik mənə günlərEşidə bilmədiyin qışqırıqlarGözlərimdə isə getmə qal deyən yalvarışlar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!