Dünənim Bu günüm Sabahım!

Dünənim Bu günüm Sabahım!
Sevgi Dünyası
10.09.2017 30
Get-gedə ağırlaşır üzərimdəki acılar. Bilmirəm. Bəlkə də sənsizlikdir bədənimi, ruhumu zədələyən.Necə bir acı bu heç keçmir. Bilmirəm ki indi, hansı unudulmanın, təkliyin üfüqündəyəm. Dönəcəkmişsən kimi gözləmək canımı ağrıdır əslində yorulmadan, bezmədən, gözləmək ağır gəlir əslində. Kimsəsiz qalmış kimiyəm sanki. Ətrafımda tanımadığım üzlər var. Heç biri sən deyil, heç biri bizə bənzəyə bilməz əslində bilirəm. Ya da bu yaşadıqlarım ürəyimə görə deyil. Bəlkə də ehtiyacımız olan tək şey kürəyimizi bir divara yaslayıb, ulduzlara baxaraq eşq yorğunluğunu üstümüzdən atmamız lazımdır.Bilirəm əslində. Bəzən çox sevmək də yorar insanı. Ürəyimdə dərin bir yara var. Sənsizlikdən təkliyə doğru aldanır. Gözlərim eşqindən yanmağa başladı. Hər damla əlimə düşərkən bir dəfə daha təkliyimi və kimsəsizliyimi xatırlayıram. Dünən sənlə gözəl idi əslində. Nə cür xəyallar, ümidlər, yaşanmışlıqlar vardı. Bu günsə yenə səni düşünürəm amma sən yoxsan. Sabahsa... heç ümidim yox əslində.Sabaha sağ çıxacağım bəlli belə deyil əslində. Böyük bir tərəddüd içindəyəm. Bəlkə ağlar içində, soyuq torpaqlara qoyacaqlar məni. Bəlkə də üzərimə o torpağı atmaq nəsib olmayacaq sənə. Haqq etmirsəndir bəlkə də. Acı çəkəcəksən ya da bir tərəfdən kin, nifrət, hüzn yaşayarkən digər tərəfdən də mənsizliyi dadacaqsan əslində. Ya da arxanı dönüb ölüm qorxusundan, məndən uzaqlaşdığını zənn edəcəksən. Halbuki mən hər an yanında olacağam. Bədənim bu dünyadan köçüb getsə belə.Ya da yoluna nə çıxarsa çıxsın onu yaşamaq məcburiyyətində qalacaqsan. Ya gülməkdən xoşbəxt olacaqsan ya da ağlamaqdan öləcəksən. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!