Ana sevgisi

Ana sevgisi
Sevgi Dünyası
10.09.2017 38
 
 
Sakit, isti və günəşli bir gün idi. Bir mələk cənnətdən qaçıb yaşlı dünyamıza endi. Mələk tarlalarda, meşələrdə, şəhərlərdə və kiçik kəndlərdə dolaşmağa başladı.
      Günəş batar-batmaz qanadlarını qaldırıb ziyarətim bitdi artıq geri qayıtmalıyam.      Fəqət buradan bir xatirə ilə dönmək istəyirəm -dedi. Gözəl bir gul bağcasına baxdı və bu gullər qədər gözəl və xoş ətirli görmədim onun üçün xatirə olaraq bu güllərdən götürəcəm -dedi.
      Bu an irəlidə gül yanaqlı bir körpə gördü.
      Körpə gülümsəyərək anasının üzünə baxırdı. Bunu görən mələk öz-özünə: Bu körpənin gülümsəməsi götürdüyüm güllərdəndə gözəldir. Onu da özümlə aparmalıyam.      Bunları söyləyərkən körpənin beşiyini, körpəyə və körpənin beşiyinə sel kimi axan anasının sevgisini gördü mələk.
      O anda yenə öz-ozünə dedi: Ananın körpəsinə olan sevgisi bu dünyada gördüyüm ən gözəl seydir. Bunu da özümlə aparmalıyam.
      Bu üç xəzinə ilə birlikdə cənnətə doğru qanad açdı. Mələk cənnətin qapısından içəri girmədən öncə:
       "İçəri girməmiş, xatirələrimə bir göz atım- dedi:"
       Əlindəki nuketə baxdı. Bütün güllər solmuşdu. Körpənin üzünə baxdı körpənin gülümsəməsi də yox olmuşdu. Ananın sevgisinə baxdı, o bütün gözəlliyi ilə yerində dururdu. 
      Solmuş gülləri və gülümsəməyi cənnətin qapısında atdı və qapıdan içəri girib cənnətdəki hər kəsi yanına cağırdı:
      -Budur dünyada tapdığım və cənnətə qədər gözəlliyini itirməyən tək şey. ANA SEVGİSİскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!