Sən sevə bilmədin ki...

Sən sevə bilmədin ki...
Sevgi Dünyası
10.09.2017 16
Sən sevə bilmədin ki...   Mən hər gecə bu eşqin atəşində alışdım,
Mən sənə hər baxışda min bir sevgi danışdım,
Mən sənə bu sevgini öyrətməyə çalışdım,
Sən sevə bilmədin ki...
Mən artıq mənliyimi sənə verdim,
"Sən" oldum,Sən ağladın ağladım, sən güləndə şən oldum,Sonda bu məhəbbətə sadiq olan mən oldum,Sən sevə bilmədin ki...
Sən mənimtək gecələr ağlamadın sadəcə,Öpüb, bağrına basıb, bir şəkillə hər gecə,Çəkilib bir kənara danışmadın gizlicə,Sən sevə bilmədin ki...
Sən xəbərsiz olmusan yuxusuz gecələrdən,Sən xəbərsiz olmusan qüssə, qəmdən, kədərdən,Sən xəbərsiz olmusan daha nələr....
nələrdən,Sən sevə bilmədin ki...
Mən yüyürdüm bu eşqin arxasınca çatmadım,
Mən sənsiz özgələrlə xatirə yaratmadım,
Mən səndən özgəsini qəlbimdə yaşatmadım,
Sən sevə bilmədin ki...
Ən ali sədaqətin günahkarı sən oldun,
Bir ömürlük həsrətin günahkarı sən oldun,
Bu nakam məhəbbətin günahkarı sən oldun,
Sən sevə bilmədin ki...Sən sevə bilmədin ki...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!