Sevgililər günün mübarək sevgilim!

Sevgililər günün mübarək sevgilim!
Sevgi Dünyası
10.09.2017 49
 
Doğan hər günün sabahında içimdə gözlərini görə bilmək eşqi olmasa, inan heç bir şeyə dəyməzdi yaşamaq. Sevgililər günün mübarək olsun!
 
Sənə doğru bir kəpənək uçurdum, dağları, dənizləri keçdi səni tapdı, yanağına sakitcə bir öpüş qondurdu. Hiss etdinmi? Sevgililər günün mübarək olsun!
 
Bir qurtum sevgi böyük bir okeana əvəzdir. İndi uzaqlarda sənin bir qurtum sevginə həsrətəm sevgilim. Səni həsrətimi tükədircəsinə qucaqlayiram.
 
Bir quş olub getsəm, keçsəm bu ənginlikləri, gəlsəm sənin yanına. Öpə bilsəm doyunca, iyləsəm səni, ən böyük hədiyyə odur mənə...
 
Buludlara yüklədim həsrətimi, küləklərlə göndərdim sevgimi, yağışlar yağdırdım göz yaşlarımla, kiçik mələklər göndərdim səni öpməyə! Sevgililər günün mübarək olsun!
 
Mavi geyər bulud olaram, yaşıl geyər bahar olaram, bəlkə bir gün ağlar geyər sənin olaram. sevgililər günün mübarək olsun.
 
Sevgililər öpüşərkən niyə gözlərini bağlayar bilirsənmi? Çünki, gözləriylə deyil ürəkləriylə görmək istəyərlər. Yəni hiss etmək istəyərlər. Mən də səni ruhumun dərinliklərində hiss edirəm sevgilim çünki, səni çox sevirəm. Sevgililər günümüz mübarək olsun!
 
Gözlərin çay, kirpiklərin körpü olsa, mən üzərindən keçərkən iplər qopsa və düşdüyü yer dodaqların olsa. Sevgililər günündə bir öpücük borclusan mənə...
 
Tez gəl tut əllərimi! Mənimlə yan! Mənimlə meydan oxu hər çarəsizliyə! Mənimlə yat, mənimlə oyan. Birlikdə keçək neçə illərə.
 
Sən mənim dünyada əsla ve heç kimlə paylaşamayacağım ürəyimin tək sahibi, sevgimin tək dəyərini bilən, ömrümün ən gözəl gerçəyi və yalnız mənim olan həyat yoldaşımsan... Sevgililər günün mübarək olsun sevgilim. Səni çox sevirəm N.....
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!