Artıq bitdi

Artıq bitdi
Sevgi Dünyası
10.09.2017 53
Nədən başlayım, nədən qurtarım? Hansı sevgidən, hansı duyğudan? Bəlkə ilk tanışlığımızdan? Səninlə olduğum o günlərdən? Bəli o günlərdən
O günlər bütün varlığımla vuruldum sənə. Tək səni sevdim, yalnız sənə vuruldum! Tək 1 sevdiyim var idisə, o da sən idin! Bəli sən. Sən oldun həyatımın mənası. Sən oldun! Sən oldun sənin sevginlə döyünən sənsiz ürəyim! Sən oldun! Sənsiz gecələrdə səni düşünməyə vadar edən tək 1 varlıq sən oldun! Sən oldun qəlbimin qəmli hissləri. Sən oldun! Bu qəlbin sirli gözləri sən oldun! Amma sirli gözlərin qəlbimin heç olmadı mənli günləri! Mən də istədim sevim, sevilim! Hər anı onunla olum. Açılsın sabahım onunla hər gün, yaşıyım hər anı onunla hər gün! Düzdü sevdim, amma sevilməyəcəyimi bilmədim! Bilmədim sən bu sevgidə vəfasız olub məni yox, başqasını sevəcəksən! Başqasını sevsən də sən bunları bilsəm də mən, yenə göz yumaraq bunlara "səni sevirəm"-dedim! Amma həmin gün mənə "səni sevmirəm" deyəcəyini bilmədim! Bütün bunları görmədi gözüm. Axı sevən qəlbin gözü "kor" olar! Hər dəfə ağlımda bu sualları çözməyə çalışırdım: Bütün bunlardan agah olan, bütün bunları görən, duyan, bu sevgi aləmində tək-tənha yalqız qalan, lakin sevgisi üçün bütün bunlara göz yuman tənha, çarəsiz 1 insan mənmiyəm? Bütün tənhalığımla yenə sevdim mən səni. Yenə səni andım hər dəqiqə hər an! Günlər keçdi, aylar ötdü. Unutmağa çalışsam da səni bacarmadım. Bütün varlığımla yenə sevdim səni. Bəlkə də unuda bilərdim. Lakin unutmadım. Həm unutmaq istədim həm də sevib-sevilmək! Amma heç birini bacarmadım. Bəlkə də sevməyi bacarardım, amma sevilmədiyim üçün sevmədim. Bəlkə də unutmağı da bacarardım, amma sonsuz dərəcədə sevdiyim üçün unuda bilmədim. Offf ALLAHım! Bu necə sevgidi bu necə duyğudu, bu necə hisslərdi? Axı, o məni sevə bilmir, mən isə onu unuda bilmirəm. Mən onun üçün yaşayıram, o isə başqası üçün. Mən ona vurğunam o isə... Offf! Axı mən nə edim onu düşünmədən yaşaya bilmirəm. Yenəmi unutmağa çalışım? Axı bunu bacarmıram! Yenəmi tənhalığa dönüm? Axı tənhalığa yox, sənə dönmək istərəm. Sevgimi tənhalığımla deyil, səninlə paylaşmaq, artıq tənha gecələrdə səndən yazan qələmimi buraxmaq istərəm! Offf! Axı mən nə edim? Axı niyə başqaları kimi sevilmirəm mən? Niyə qarşılıqsız oldu bu sevgim? Axı mənim də özgələri kimi sevib-sevilmək haqqım var! Axı mənim də sevgim qarşılıqlı ola bilərdi! Axı nə üçün sevmədin? Axı nə üçün görmədin bu sevgini sən? Bəlkə də sənə necə vurğun olduğumu, səni necə sevdiyimi, hansı ürəkdə döyündüyünü bilmədin! Bəlkə də bunları görmədin, bilmədin! Bəlkə də səni necə sevdiyimi, hansı ürəkdə döyündüyünü bilmək istərdin! Qulaq as! Eşidəcəksən, biləcəksən hansı ürəyin sənə vurğun olduğunu! Hər dəfə andıqca adını bax beləcə: 1an səninlə döyünür ürəyim! (Bu an ürək döyüntüləri səsi eşidilir) Bəlkə də eşitmək istəməzdin bunları. Lakin eşitdin, bildin. Bildin sənə necə vurğun olduğumu! Lakin "Gecdi artıq bitdi!"...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!