Sevinc Anama Seir

Sevinc Anama Seir
Sevgi Dünyası
10.09.2017 34
Gecələr yatmayıb yuxusuz qalan Bizi əzizləyərək sevən anadır. Bizi yedizdirib özü ac qalan, Bizi yetişdirib böyüdən anadır.

Ana əyilməzdir, ana müqəddəs qoy bütün dünyaya yayılsln bu səs Bir insan havasız yaşaya bilməz Bizə havadan da vacib anadır.
Ey dünya, səsimə səs ver mənim Anadır həyatda mənim həmdəmim Anadır sevincim, anadır qəmim Mənim həyatım da, elə anadır. Anadır dünyada ən böyük sərvətim Saxlamaq lazımdır onun hörməətin İstəyir övladının görsün mürvətin. Mənim ən böyük arzum ancaq anadır. Doğulub dünyaya gəldim elə ki, Çıxdı rahatlığın əlindən ana. Gecələr yatmayıb laylamı dedin, Of sözü duymadım dilindən ana. Doqquz ay bətnində bəslədin məni, Mən sənə nə etdim bilmirəm ana. İndi göz yaşlarım süzür yanağa, Yanaqda quruyur silmirəm ana. Uşaqkən qədrini bilmirdim sənin, Öpməzdim ağarmış telindən ana. İndi can üstəsən nə mənası var, Yüz kərə öpsəm də əlindən ana.
Qəlbinə toxundum yenə can dedin, Bir ömür xətrimə dəymədin ana. Halal zəhmətinlə böyütdün məni, Heç kimə sən boyun əymədin ana. Yaxşı əməlinlə abidə qurdun, Hər kəsin qəlbində ucaldın ana. O qədər dərdimi, cəfamı çəkdin, Gözümün önündə qocaldın ana.
Ömrünü caladın mənim ömrümə, Özünü mən qədər sevmədin ana. Özün öz canından pay verdin mənə, Ruhumda sən varsan ölmədin ana. Adın müqəddəsdir adına qurban Bəzəmək nə lazım naxışla ana. Əvəzin yox imiş gec anlamışam, Haqqını halal et bağışla ana.
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut etməz aldığı mətanətdən. Ricavü-xəfvə məkan vermərəm gər alimlər Min ildə vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, Və ya ki, vəd edələr dövləti-cahanı mənə. Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim Əyilmərəm nə ki yer, versələr səmanı mənə. Yanımda gər dura cəllad, əlində şəmşiri, Ölüm gücüylə mənə hökm edə olum təslim. Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Gücüylə xalqa həqiranə eyləyim təzim. Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var yahu! Ki hazıram yıxılıb xaki-payinə hər gün Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o? Ana, ana... O adın qarşısında bir qultək Həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əliylə bəla bəhrinə yuvarlansam Yenə xəyal edərəm bəzmi istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla! Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox. Fəqət ana... O adın qabağında, O pak bağrına bassın məni desin layla Təbəssüm oynadaraq, titrəyən dodağında... Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, Ucar səmalara o aləmi-xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz: ANA, ANA... SƏNƏ MƏN RAHİBƏM İTAƏTDƏ!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!