Yaman Vefalisan ey derd

Yaman Vefalisan ey derd
Sevgi Dünyası
10.09.2017 22
Yaman Vəfalı
san ey dərd !Xoş günümdə də məndən əl çəkmirsən...Uşaq anasının yaxasından tutub gəzdiyi kimi sən də yaxamdan tutub gəzirsən bu dar dünyanı...Deyəndə də güləndə də elə ağlayanda da...Səndə olan bu etibar kaş səni mənə verən olaydı ey dərd !!!Hərənin bir dərdi var...
Bəlkə dünyanın özü boyda dərdi var...Varsa görəsən onun dərdi nədir ?Dərdlilərin dərdinimi çəkmək ?Sən həm şirinsən həm də acı...Yandıra-yandıra qoymursan yaramı köz bağlamağa gözümü də dincəlməyə...Axı gecələr ağlamaq olmaz...Ağlayanın səsi göydəki mələyin xoşuna gəlir...O mələk istəyir ki ağlayan adam həmişə ağlasın...Elə sən də axşamlar güc gəlirsən mənə...Çağrılmamış qonaq tək...Bəlkə göydəki mələklə əlbirsən ?Yaman şüpələnirəm səndən ey dərd !Heç mən eşitmədim ki kimsə soruşa səndən bəs sənin dərdin nədir ey dərd ?
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!