Gəl, Mənim Həyatım!

Gəl, Mənim Həyatım!
Sevgi Dünyası
10.09.2017 19
 
Gəl, Mənim Həyatım!

Bu gün yada salıb ötən günləri
Nakam arzulara bir badə qaldır!
Canlandır yuxulu xatirələri,
Burda tənha qalan bir dünya vardır.

Eşqin ürəyimdə yanan bir ocaq
Sənsiz nəfəs almaq mənə çətindi.
Gəlməsən, sevgimiz yetim qalacaq
Isti nəfəsinə möhtacam indi...

Söylə, nə etmədim səninçün daha?
Qürurum məhəbbət önündə aciz...
Gecələr sevgidən dönsə sabaha
Nurlu dalğalara qərq olarıq biz.

Həsrət gözlərimin silib nəmini
Qəlbimi ovundur nəvazişinlə.
Sənsiz günlərimin qüssə-qəmini
Sən mənə unutdur öz gəlişinlə.

Qayıt gəl, “əlvida” söyləmə bir də!
Son qoymaq bu qədər asanmı məgər?
Sevgilim, məhəbbət olduğu yerdə
Hər bir çətinliyə dözməyə dəyər.

Gəl, mənim həyatım, barışaq bu gün!
Kədəri, nisgili ürəyindən at!
Yalnız ikimizçün, yalnız bizimçün
Sevincdən əbədi bir dünya yarat!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!