Gecə sənsiz gəlmişdi

Gecə sənsiz gəlmişdi
Sevgi Dünyası
10.09.2017 38
Ümüdin gözünə doldu təlaşlar
Xəcalət içində zülmət içində,
Mənim bir sabahım can verdi getdi...
Yenə həmin qayda, eyni biçimdə
Ürək duyuq düşüb ürək bilmişdi
Bu gecə gəlmişdi,
Sənsiz gəlmişdi.
Soyuq küləkləri neydi, kamandı
Yarpaqdan süzülür musiqiləri
Heyif ay vəfasız ürək inandı,
Düşündü bir gecə var olacaqsan.
Bu yazıq halıma qəmin gülmüşdü
Bu gecə gəlmişdi,
Sənsiz gəlmişdi.
Çarəsiz baxışlar qaranlığında
Bir aləm işığın qüdrətimi var?!
Gözümün tor görən dumanlığında
Səmanın gizlicə söhbətimi var?!
Ulduzlar düşmüşdü, ayı enmişdi
Bu gecə gəlmişdi,
Sənsiz gəlmişdi.
Yuxusuz anlarım sözümə dönür 
Qayğılı yolları gəzib dolanır,
Namələr üstündə min ümid sönür,
Min ümüd öldürən səhər yaranır.
Divanə köksündə ürək dinmişdi
Bu gecə gəlmişdi,
Sənsiz gəlmişdi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!