İbrətamiz hekayə

İbrətamiz hekayə
Sevgi Dünyası
10.09.2017 40
Rəvayətə görə bir varlının və bir kasıbın uşaqları bir sinifdə oxuyurmuş. Zəngin olan kişinin oğlu hər zaman dərslərindən aşağı qiymət alar və danlanarmış… Kasıbın oğlu yüksək qiymət alar və hər zaman təriflənərmiş.
Bir gün zəngin bəyzadə öz oğlunu da götürüb müəllimi danlamağa gələr. Deyir ki, mənim oğlum zəngin, atası böyük nüfuza malik bəs niyə o yoxsul gədanın oğlu mənim oğlumdan yaxşı qiymət alır, təriflənir?! (acıqlı halda ) 
Müəllim: — Bilmək istəyirsinizmi səbəbini? 
Zəngin bəyzadə :- Bəli! 
Müəllim uşaqlara eyni tapşırıq verib deyir ki, sabaha kimi hazır olsun. Tapşırıq belədir: Qonşunun hinindən yumurta götürmək, amma bu yumurta elə götürülməlidir ki, heç kim görməsin. 

Uşaqlar evə gəlir. Səhər açılır... həm kasıb, həmdə zəngin valideyinlərin hər ikisi uşaqları ilə bərabər məktəbə gəlir. 
Müəllim soruşur tapırığımı yerinə yetirdinizmi ?
Zəngin balası ucadan fərəh hissi ilə: — Bəli müəllim! Yumurtanı müəllimə verir. 
Müəllim kasıb şagirdindən soruşur: sən niyə dinmirsən yoxsa tapşırığı yerinə yetirməmisən? 
Uşaq məyus halda :- Xeyr müəllim .
Müəllim:- Niyə?
Uşaq: -Müəllim vallah neçə dəfə girdim hinə həm gündüz, həm qaranlıqda ha çalişdim yumurtanı götürəm, amma məni kimsə görürdü. Ona görə də götürə bilmədim… 
Müəllim:- kim? 
Uşaq: -Vicdanım, Allahım həm gecə, həm gündüz, həm işıqda, həm qaranlıqda məni izləyirdi:(

Müəllim üzünü zəngin bəyzadəyə tutub deyir: — indi gördünüzmü sizin tərbiyə verdiyinizlə saymadığınız, ayağının tozu qədər qiymət vermədiyiniz yoxsulun verdiyi tərbiyəni ?
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!