Təsadüf yoxsa alın yazısı (Bölüm 3-4)

Təsadüf yoxsa alın yazısı (Bölüm 3-4)
Sevgi Dünyası
10.09.2017 33
Artıq bir neçə həftə keçmişdi. Ülviyyə isə Şəhriyarı unuda bilmirdi 
Uzun
müddətdir onu görmürəm. Görünür bundan sonra da görməyəcəm. Niyə də
görməliyəm ki, sadəcə 2 dəfə təsadüfü görüşdük vəssalam. İstəmirəm. Onun
haqqında fikirləşmək istəmirəm.Heç adını da bilmirəm. Adını bilmədiyim,
iki dəfə gördüyüm bir insan haqqında niyə fikirləşməliyəm ki? 

- Ülviyyə, qızım. Burdasan? Aaa... Hələ hazırlaşmamısan? Ay qız tez ol gecikəcəksən.

- Hara?

- Necə yəni hara? Bəs dünən biz nə danışdıq. Rəşad səni bu gün gözləyəcəkdi.

- Mən gedəcəm deyə söz verdiyimi xatırlamıram. 

- Sən məni axırda dəli eləyəcəksən. Niyə bizi belə incidirsən?

- Bəs sən niyə mənim əvəzimə danışıb görüş təyin eləyirsən. Mən dedim ki, tanımaq istəmirəm. 

- Bu dəfə mən danışmamışam. Rəşad zəng eləyib atandan icazə alıb. Gör
nə düşüncəli, nəzakətli oğlandır. Bu hərəkəti heç kim eləməz. Halal
olsun ona. Tərbiyəli uşaqdır.

- Baxeee heyran oldum vAllah. 

- Tez ol çox danışma. Hazırlaş. 

- Amma..

- Atan dünən söz verib. O boyda kişinin sözünü yerə salacaqsan.

-...

- Mənim ağıllı balam. Dur hazırlaş.

Düzü desəm getmək istəyirdim. Amma Rəşadı görmək üçün yox. Sadəcə düşündüm ki, bəlkə...Nə isə.

Budur görüş təyin olunan məkandayam. Rəşad mənə yaxınlaşıb çox
nəzakətlə salam verib masa arxasına dəvət etdi. Elə hey keçən görüşə
gələ bilmədiyinə görə üzrxahlıq edirdi, sonra valideynlərimizin
dostluğundan danışırdı. Dediyinə görə uşaq vaxtı biz bir- birimizi
tanıyırmışıq. Nə bilim eee ordan burdan danışırdı. Söhbət əsnasında
"siz”dən "sən”ə keçməsi heç ürəyimcə olmadı. Mən indi bütün cəsarətimi
toplayıb ona istəmədiyimi, bu işə razı olmadığımı açıq aydın deməliyəm.
Amma halım yoxdur danışmağa. Niyəsə özümü halsız, yorğun və bədbin hiss
edirdim. Elə bil sussaydım o məni daha yaxşı başa düşəcəkdi.
İstəmədiyimi daha yaxşı anlayacaqdı. 

- Kimisə gözləyirsən?

- Nə?

- Elə bil kimisə axtarırdın ona görə soruşurdum ki, kimisə gözləyirsən?

- Xeyr. Heç kimi gözləmirəm.

Haqlıydı. Fərqinə varmadan tez tez ətrafa boylanırdım. Niyə? Mən kimi gözləyirdim? 

(Şəhriyar)

Ad günündən sonra onu görməmişəm. Bilmirəm niyə, amma onu görmək və
saatlarca söhbət etmək istəyirəm, düz gözlərinin içinəbaxmaq istəyirəm.
Gülüş dolu gözlər. Balaca uşaqlar kimi uzun kipriklərini tez tez
döyməsi. Utandan qızarmasına.. saatlarnan baxaram. Niyə? Tanımadığım,
adını bilmədiyim birini niyə görmək istəyim? Niyə getdiyim hər yerdə onu
axtarıram? 

Ad günündə qızı pərt elədim. Sonra daha da utandırmayım deyə
yaxınlaşmadım. Bütün cəsarətimi toplayıb yaxınlaşmışdım ki, bu dəfə də o
getdi. Deyəsən bərk incimişdi. Haqqı da var idi. Mən öküzlük elədim. O
çaşqın halı gözümün önündən getmir. Bu təsüdüfü görüş elə iki dəfə
olacaqdı? Mən indi onu haradan tapım?

Təsadüf adlandırdıqları bu görüşlər Şəhriyarın zənn etdiyi kimi sona
çatmamışdı. Onlar hər an hər yerdə görüşə bilərdilər. Hər an hər
yerdə...

- Alo 

- Alo Ülviyyə hardasan?

- Sənə də salam Nərgiz xanım. 

- Vaxt yoxdur hardasan? Təcili surətdə Gəncliyə gələ bilərsən. Mən
ordayam. Kamran müəllim iş tapşırıb, sənsiz eləyə bilməyəcəm. Köməyinə
ehtiyacım var. 

- Nə işidir? İndi 28 Maydayam mən. 

- Gəl danışarıq. Metro ilə gəl daha tez olar, tez ol!

- Baş üstə Nərgiz xa...buna bax telefonu üzümə bağladı. Dayan ifritə göstərəcəyəm sənə. 

(Metro)

Həmişə də burda istiqamətləri səhv salıram. Ülviyyə yuxarıda cədvəl axtara axtara asta addımlayırdı ki, kiminləsə toqquşdu. 

- Ay üzr istə.... Siz?

- Siz? 

Bu Şəhriyar idi. Hər ikisi təəcüb və sevinc dolu baxışlarla bir- birinə
baxırdı. Hər ikisi də fərqinə varmadan bir dəqiqə susaraq şok
vəziyyətində baxışırdılar.

- Bir birimizi hər dəfə görəndə belə müraciət etmək məcburiyyətindəyik? Mən Şəhriyar.

- Ülviyyə.

- Tanış olduğumuza məmnun oldum. 

- Məncə biz artıq tanışıq. 

Hər ikisi bu sözə gülümsündü. 

- Ola bilər. İndi daha yaxından tanış olmuş olarıq. 

Ülviyyə bu sözə istər istəməz qızardı. Şəhriyar Ülviyyənin əlini hələ
də sıxıb yelləyirdi. Özü də fərqində olmadan.. Heç Ülviyyə də fərqində
deyildi vəziyyətin. O anın sehrinə qapılmışdı. Birdən özünə gəlib əlini
çəkdi. Şəhriyar gülümsəyərək. 

- Həmişə buradan istifadə edirsiniz? 

Şəhriyarın niyyəti onun istifadə etdiyi məkanı dəqiqləşdirmək idi. Ülviyyə bunu fərqinə varmadan cavablandırırdı. 

- Yox. Burada kiçik bir işim var idi ona görə. Siz burada neynirsiniz?

Ülviyyə bir az axmaq sual verdiyinin fərqində deyildi. Heç Şəhriyar da
qurduğu cümlələrdə dilinin topuq vurduğunu, uşaq kimi danışdığının
fərqində deyildi. Vaxtı uzatmaq üçün bilmirdi ki, nələrdən söhbət açsın.
Səhər tezdən maşınında birdən –birə yaranan nasazlıqdan bütün əhvalı
korlanmışdısa da indi buna şükür edirdi. 

Ülviyyənin telefonu zəng çaldı. Əlini atıb ekranda Nərgizi görəndə
təəsüflə - Bağışlayın mən getməliyəm. Tələsirəm. dedi. (muellif Lili SH)

- Hə bağışlayın sizi saxladım. Görüşdüyümüzə şad oldum. Bəlkə yenə nə vaxtsa görüşərik.

- Mən də şad oldum. Bəlkə də. 

Ülviyyə arxasını dönüb gedəndə Şəhriyar əlini başına vuraraq "Axmaq
oğlan. Harada görəcəksən bir də. Telefonun istəsəm birdən pis başa
düşər. Mənə güvənməz. Görüş təyin etsəm necə? Eh artlq gecdir. Getdi..”
Şəhriyar da təəsüflə Ülviyyənin getdiyi stansiyanın əksinə getdi. 

( Ülviyyə.) 

Səhv gəldim. Offfff... Həzi Aslanov yerinə Memar Əcəmi. Çox gözəl. Hər
şey əladır. Bircə burda pərt olmamışdım o da oldu. Bir qatarı buraxım o
getsin sonra gedərəm. Ayıbdır. Nərgiz məni öldürəcək... Şəhriyar. Adı
Şəhriyar imiş. Qəşəng adı var...Ülviyyə bu fikirlərdən cəld ayılaraq
üzündəki təbəssümü yığışdırıb digər tərəfə keçdi. 

- Siz?

- Siz?

Heç bir sözə ehtiyac yox idi. Hər ikisi sadəcə qəh -qəhə ilə güldülər.
Görünən o idi ki, Şəhriyar da stansiyanı səhv salmışdı. Niyəsə....))

- Harda qaldın? Bir stansiyadırda.

- Bağışla istəmədən gecikdim.

-....

- Nə olub niyə elə təccüblə baxırsan?

- Mən də onu soruşacaqdım. Normalda səni belə anidən çağıranda hamının
içində indi məni öldürərdin, ən azından qolumdan bir çimdik atardın.
amma indi gecikdiyin üçün üzr istəyirsən. Nə olub?

- Allah səni güldürsün. Mən eləyəm?

- Hə

Ülviyyə tam ciddi sifətlə - Nərgiz, düş qabağıma!

- Bağışla bağışla. Mənə lazımdır axı bu. Gül kimi əhvalın yaxşı idi. 

- Yaxşı bəsdir gedək. (muellif LILI SH)

(Şəhriyar)

- bilmirəm niyə bu qədər tərslik edirsən. Istəsən 2 dəqiqəyə taparam onu. Bilirsən ki Jalənin tanışıdır. Elə tərs -tərs baxma. 

- Elçin xahiş edirəm. mənim heç kimdən xoşum gəlmir. Hələ belə şeylərdən heç xoşum gəlmir. Birdə bu söhbəti açma.

- Amma səni belə görəndə pis oluram çox bikefsən

- Bikef deyiləm. Sadəcə gözləyirəm.

- Nəyi

- Zamanı

- Şəhriyar məni qorxudursan......... Gülmə... bilirsən ki, dostunam nə kömək lazım olsa hazıram.

- Bilirəm- bilirəm çox sağol. Narahat olma hər şey qaydasındadır.

- Yaxşı sən deyən olsun. Axşam çıxaq bir yerə? 

- Mən evə getsəm yaxşıdır. Hətta gecikdim artıq yolda olmalı idim. Sağol

- Sağol

Elçin başa düşmək istəmir ki, mən bu təsadüfün olmasını istəyirəm. Başa
düşmək istəmir ki, mənim ondan xoşum gəlmir mən... Mən...
mən.....bilmirəm....Hə istəsəm nömrəsini verərə hətta görüşdürər. amma
bunu başqa görüşlərdən fərqli olmayacaq. əgər qismətimdə varsa o yenə
mənim qarşıma çıxacaq. 

- Şəhriyar!

- Hə ana

- Hardasan

- Gəldim

- Oğlum axşam sevincgilə gedəcəyik. Bizi apararsan atanla?

- Ana!!

- Atan maşınını təmirə verib. Yoxsa ki, narahat eləməzdim

- Mən də inandım


- Ayıb olsun xətrimə dəydin yalan deyəcəm?.... hələ gülür

 - Yaxşı apararcağam, amma səndə atamın yanında"bura qədər gəlmisən gəl
salamlaş sonra get” deyib içəri salıb "gəlmişkən Zülfiyyəni də apar
gəzdir bizi götürməyə gələndə gətirərsən” deməyəcəksən

- Deməyəcəm deməyəcəm.. hazırlaş orda sənə köynək də şalvar da
ütüləmişəm. Məncə qara pencəyini geyin o sənə daha çox yaraşır. Daha
yaraşıqlı görünürsən. Mənim oğlum hamıdan yaraşıqlıdır.

- Ana indicə söz dedim axı.

- Mən nə dedim ki. Sən həmişə səliqəli geyinməyi xoşlayırsan. Danışdıq da heç nə deməyəcəm 

Anası Şəhriyarın dediyi hər şeyi eləmişdi. Eyniliynən zorla evə salmış
sonra Şəhriyarın aldığı tərbiyədən etiraz etməyəcəyini bildiyi üçün
Zülfiyyəni gəzməyə aparmağı ona təklif etmişdi. Məcbur Zülfiyyəni
aparacaqdı.Sifəti
bir qarış yerdə maşının arxa qapısını açdı. Zülfiyyənin ürəyindən
qabaqda oturmaq keçdiyi simasından bəlli idi. Narazı şəkildə arxada
oturdu. 
Şəhriyar
heç nə soruşmadan maşını sürdü. Zülfiyə nədən bəhs edirdisə könülsüz ya
"hə” ya "yox” ya da "aha” deyə cavablandırırdı. 

- Mən kinoya getməyi sevirəm. bəs sən?

- Aha

- Nə aha? Xoşlayırsan?

- Yox.

Cavabların ziddiyyətli olduğunu görən Zülfiyyə Şəhriyarın onu dinləmədiyini anlamışdı. 

- Bayaqdan elə hey mən danışıram sənsə ancaq aha deyirsən

- Aha

- ......

- Bağışla işdən yoğrun gəlmişəm. düşünmüşdüm ki, gələn kimi yatacam.
indi burda fikrim dağılır. Səhv başa düşmə xətrinə dəymək istəmirəm,
amma qayıtsaq yaxşı olar. 

- Şəhriyar anan mənə dedi ki, sən utanırsan deyə dəvət eləmirsən mən ....

- Zülfiyyə gec oldu qayıdaq 

- Yaxşı 

onun heç bir günahı yoxdur. Anam yenə eləyəcəyini elədi. Nə bir əksik
nə bir artıq cümlə hər zamanki əzbərlədiyi söz. Salam ver gedərsən. Bir
anlıq boşluğuma düşdü fikrim dağıldı deyə burdayam yoxsa gerçəkdən işim
var deyib gedəcəkdim...Atamın yolda Zülfiyyənin adının Ülviyyə deməsi
hər şeyi alt -üst elədi. Bu gün mənə onu bir daha xatırlatdı. O qız,
Ülviyyə hər səhər hər an qarşıma çıxacaq ümidi ilə oyanıram niyə? Mən
heç onu tanımıram da. Amma gözləyirəm. Getdiyim hər yerdə onu axtarıram.
Yalnız onun gözlərini gəzirəm. onun utanmaqdan al al olan yanaqlarını,
gülüşünü görmək istəyirəm. Səsini eşitmək. İndi Zülfiyyənin maşında
oturması... elə bil kiməsə xəyanət edirmişəm duyğusu... Şəhriyar oğlum
sən deyəsən əməlli başlı... Nə isəə. 

- Çatdıq. Zəhmət olmasa bizimkilərə de ki mən həyətdə gözləyirəm.

- Yaxşı deyərəm...Zülfiyyə maşından düşmək istəyəndə geri döndü. 

- Noldu?

- Şəhriyar sənin yəqin valideyinlərimizin nə fikirləşdiyindən xəbərin var.

- Hə xəbərim var. Məncə biz bunu danışmışdıq axı. 

- Hə bilirəm, amma mən ata anama qarşı çıxa bilmirəm.... (muellif Lili Sh)

Zəifdir. Ya da sadəcə məni aldatmaq istəyir. Yəqin ki öz könlündən
keçir. Mən onun qəlbini qırmadan hər şeyi izah etməyə çalışdım, amma
deyəsən o məni yaxşı anlamadı. Üzünə desəm ki səninlə evlənmək istəmirəm
onun qürurunu tapdamış olacam. Vicdanım yol vermir. Amma o mən də başqa
çarə qoymur. Ülviyyə istəmədiyini açıq açıq dedi. Üsyankar olduğu bəlli
idi. Yəqinki indi onu evləndirmək istədikləri həmin oğlanla bir araya
gətirə bilməyiblər. Yenə Ülviyyə... Şəhriyar bəsdir hər şeydə onu
axtardın. Bu təsadüfdən alınan görüş oldu səni həyəcanlandıran. Qız
qəhət deyil. Bax yanındakına.. bəlidir k,i könlüdə var səndə. Nə
bilirsən Ülviyyəni bir daha görəcəksən ya yox. Bəlkə də o artıq başqa
biri ilə... Yox... eləməz....niyə eləməsin. Niyədə evlənməsin. Hər halda
səni gözləməyəcək ki... axırıncı dəfə onu 28 mayda görmüşdüm. 28 mayda
28 may metrosunda. bu da təsadüf ...Bu gün isə 28 sentyabrdır düz 4
aydır görmürəm. 123 gündür səsini eşitmirəm. amma onun haqqında
düşünürəm. Mən, öz doğma ad günün yaddan çıxaran biri, onunla təsadüfən
görüşdüyüm tarixləri unutmuram.

- Heç nə deməyəcəksən?

- Zülfiyyə mən hələ evlənmək fikirndə deyiləm. Bizimkilərə demişəm. Çox
yaxşı qızssan. Yəni.... mən .... mən sadəcə bu haqda fikirləşmirdim.
Valideynlərimi dünyada hər şeydən çox sevirəm, amma bu onların hər
istədiyini eləyəcəm mənasına gəlmir.

- Başa düşdüm. Mən getsəm yaxşıdır. Gec oldu. Indi deyərə sizinkilər düşərlər. (muellif LILI SH)

- Bağışla səni incitmək istəmirəm....

- Gecən xeyrə 

- Xeyir apar 

Zülfiyyə valideynlərimin sözündən çıxa bilmirəm desə də bəlli idi ki,
Şəhriyara qarşı boş deyil. Evə gözləri dolmuş halda girməsin deyə blokda
bir az gözlədi. 

Az sonra hər kəs öz evinə dağılışdı. Atasının yanında Şəhriyar anasına
heç nə deyə bilmirdi. Anası da bilirdi ki, Şəhriyarın susmağı xeyirə
deyil. Düşündüyü də doğru olmuşdu. Evə çatar çatmaz Şəhriyarın atası
qonaq otağına keçdi. 

- Ana mən sənə dedim axı.. söz vermişdin.

- Nə olarki. Pis oldu bir- birinizi tanıyın. Tanımamış deyirsən istəmirəm. 

- Mən tanımaq istəmirəm!!

- Səsini yüksəltmə

- Bağışla. Amma məni buna məcbur edirsən, mən uşaq deyiləm. özüm bilirəm necə hərəkət etmək lazımdır. 

- Mənim ağıllı balam. Burda nə var ki, qəşəng qızdırda ailəsini də tanıyırıq. Ondan yaxşısını tapmayacaqsan ki. 

- Nə bilirsən bəlkə tapmışam

- Nə? Qara oğlanın dərdi varmış. Bəs bunu de də. Mən nə bilim yazıq. Kimdir o bəxtəvər. 

- Ana

- Yaxşı yaxşı utanma denən

- Heç kim. Heç kim yoxdur. Amma bu Zülfiyyə ilə evlənəcəm mənasına
gəlmir. Istəmirəm. Həm belə elədikcə qızı da incidirəm. Məncə ikimizdə
bunu istəmirik. 

- Atan da razıdır bu işə

- Hə lap yaxşı hamı razıdır. Məndən başqa. Mən də ki heç. önəmli deyiləm ki nə fikirləşirəm. Kimə nə? elə?

- Dəli oğlum elə şey olar.. Biz sənin yaxşılığın üçün deyirik.

- İstəmirəm eləmə mənə yaxşılıq. Birdə bu söhbəti açma xahiş edirəm. 

- Oğlum

- Ana xahiş edirəm. Bağladıq 

Şəhriyar istəmədən anasına səsini yüksəltmişdi. Peşiman olmuşdu. Amma
anasını könlünü alacaqdı. Bəs onun? Onun könlünü kim ovudacaq? Kim onun
qəlbində yaranan müəmmalı hisslərə əncam çəkəcəkdi. Gün keçdikcə ürəyi
daralırdı. Bəlkə də Elçindən xahiş etməli idi ki, Ülviyyənin yerini
telefonunu onun üçün öyrənsin. 

(Ülviyyə)

- Ülviyyə məzuniyyət hardan çıxdı?

- Bir az dincəlsəm yaxşı olar.

- Sən və dincəlmək? Sənə nə olub. Bu aralar çox qəmgin gəzirsən? Anangil evdə sıxışdırır evlilik üçün?

- Həm o həm..

- Həm nə?

- Heç nə.

- Ülviyyə üzülüb əldən getmisən. Nə baş verir? Axı biz yaxın idik?

- Nərgiz..Mən...mən onu düşünürəm. artıq neçə ay keçib amma o ağlımdan
çıxmır. Yəqin ki, valideynlərini tanış etmək istədiyi qızla tanış olub,
bəlkə də bu aylar ərzində toyu belə olub.

- Ay qız dayan... stop de. Bunu öyrənməyə nə var ki?

- Necə?

- Dayan, telefonumu ver..Elə baxma, telefonumu ver.(muellif LILI SH)

Ülviyyə heç nə anlamadan Nərgizə baxırdı. Nərgiz isə özündən əmin tərzdə telefon qulağında Ülviyyəyə göz süzdürərək gülürdü. 

- Alo...Canım necəsən? Mən yaxşıyam, nə var nə yox? Toy nə vaxtdır? Ay
nə yaxşı onda inşAllah toyuna indidən paltar axtarıram. 

- Nərgiz kimlə danışırsan

- Dayan bir. 

- Mənə bax sənə işim düşüb, bir söz soruşmaq istəyirəm. Sənin ad günündə Elçinin bir dostu gəlmişdiye

- Nərgiz səni öldürəcəyəm. Səni məhv edəcəyəm. Ver telefonu bura.
Ülviyyə nə qədər eləsə də Nərgiz telefonu vermir daha da gülürdü.
Həə....Demək belə... Hm....

- Nə deyir?

- Sənə nə? Bayaqdan imkan vermirdine indi partda orada. 

- Nərgiz!!

- Hə canım fikrim səndədir. Həyətdə oturmuşam bir sarı cücə civ civ səsi ilə baş beynimi aparıb. 

- Mən sənə göstərəcəyəm cücəni dayan.

Ülviyyə ayağa qalxıb otaqdan çıxmaq istəyirdi ki, Nərgizin telefondakı
sözlərə reaksiyası onun maraqdan az qala ölməsinə səbəb olacaqdı.

- Yaxşıııı...hiiiii...doğrud
an? vay vay... Görürsən sən bir....

Ülviyyə dözməyib Nərgizin yanına qaçıb qulağını telefona dikdi..Amma Nərgiz başını çəkdiyi üçün heç nə eşitmirdi.

- Tez ol ürəyim partladı..

- Öl elə.

- Ölərəm vallah... elə burdaca

- Yaxşı canım... Çox sağol...həə həə.. yanımdadır. O da salam deyir.
Hə.. görəkdə.. xanımımız naz edir hələ. Mən olmasam bu qız evdə qalacaq.
Oldu öpdüm.. görüşərik inşAllah.Sağol.

- Bu nə bitməyən sağollaşmaq oldu belə.. 

- Nə olub. Qoymurdune bayaqdan öldürürdün məni.

- Yaxşı de görüm nə olub. Yazığın gəlsin denən. 

- Neaaa.. deməyəcəyəm. 

- Nəəəə!!!!

- Qışqırma! 

- Nərgiz səni məhv edərəm. Ülviyyə bunu elə sifətlə dedi ki, Nərgiz Ülviyyənin zarafat eləmədiyini anladı.

- Yaxşı da deyəcəyəm. Nə olub sənə. İkiniz də bir- birinizdən betər. 

- Ikiniz?

- Hə ikiniz. Şəhriyar və sən

- Başa düşmədim

- Get çay gətir başa salım.

- Ay Allah Nərgiz!!

- Offf yaxşı... evlənməyib, heç nişanlanmayıb da. 

- Və?

- Vəsi subaydır da

- Elə bu. 3 saatdır içini çəkə- çəkə bunu öyrənirdin.

- Yox başqa bir şey daha var

- Nə?

- Bu gün o da Eldara zəng vurub yalvar yaxar sənin telfonunu və iş
yerini öyrənib. Elçin əvvəl özü təklif edibmiş sənin nömrəni yerini
deməyi o istəmirmiş indidə Elçin vermək istəmirmiş ki, ağlı başına
gəlsin. O boyda ki, düşüb bütün günü Elçinin arxasına ki, alsın
nömrəni. 

- Bu sözə qəh qəhə çəkən Ülviyyəni görən Nərgiz şokdan gözlərini bərəltmişdi. 

- Ay qız sən dəli olmusan?

- O da məni axtarır...o da məni axtarır..Nərgiz o da məni sevir...Mənim kimi o da sevir!

Ülviyyə son dediyi sözə özü də birdən dayanaraq şokla qarşıladı.

- Mən nə dedim?

- Sən nələr demədin ki? 

Nərgiz qorxan balaca qızlar kimi əllərini sinəsinə yığıb Ülviyyəyə baxırdı. 

- Mən onu sevirəm dedim?

- Hə .. vallah mən demədim.. sən dedin.

- Mən sevirəm dedim.. Həə.... mən sevirəm...(muellif Lili SH)
sevirəmmmmmmm..Ülviyyənin gülüş səsi bütün evi bürümüşdü. Səsi eşidən
Gülnaz xala cəld otağa girir.

- Nə olub burda. Buna nə oldu? Niyə gülür belə? Nərgiz?? Qızıma nolub.

- Gülnaz xala. Başınız sağolsun. Ülviyyəni itirdik.

- Nə?

- Heç nə boş verin. Təbrik edirəm.

- Niyə? 

- Arzunuza çatdınız. Nənə olacaqsınız.

- Nə????? 

Gülnaz içini çəkib yerə yıxıldı. Nərgiz və Ülviyyə əlləri ağzında içini çəkdilər. 

- Nərgiz nə dedin ona?

- Dedim ki, nənə olacaqsan.

- Nə??? Dəlisən sən. O haradan çıxdı. 

- Ay qız mən nə bilim. O mənada demədim axı.. səni evləndirib nənə
olmaq istəyirdi. Sən də sevirəm deyincə dedim yəni evlənib ona nəvə
verəcəksəndə 

- Nərgiz sənə başqa sözüm yoxdur. Kömək elə qaldıraq.

Bir az sonra Gülnaz xanım gözlərini açaraq hay şüvən eləməyə başlayır. 

- Ay Allah bu nəydi başımıza gəldi. Neynədik bu günü gördük.

- Ana ana özünə gəl.. Nərgiz zarafat edirdi, vallah billah zarafat edirdi. Heç nə olmayıb. 

- Hə vallah Gülnaz xala mən zarafat edirdim. O mənada dedim ki, qızınız aşiq olub ona görə

- Nərgiz!!

Ülviyyənin səs tempindən Nərgiz başa düşdü ki, yenə düzgün ifadə demədi.

- Şey yəni...mən getməliyəm. ən salamatı bu olacaq. Nərgiz cəld durub
qapıya qaçdı. Ülviyyə onun arxasınca getmək istəyirdi ki, Gülnaz xanımın
səsi onu dayandırdı. 

- Kimdir o?

- Kim kimdir?

- O kimdir?

- O kimdir?

- Ülviyyə!

- Bilmirəm. heç kim yoxdur. Nərgiz zarafat edir. Yaxşı olmadı gedim yola salım

- Ülviyyə! Gəl bura!

- Ana həqiqətən o zarafat edirdi. Biz burda danışıb gülürdük. Heç nə yoxdur

- Dəqiq?

- Hə dəqiq.

- Yaxşı sən deyən olsun. Hazırlaş bu gün qonaq gedirik

- Hara?

- Rəşadgilə

- Ana.

- Hazırlaş dedim


Gülnaz
xanımı qəzəbli simasını görəndə Ülviyyə etiraz edə bilmədi. Sevinci
yarım qaldı. Amma yenə də düşünəndə ki, Şəhriyar onun nömrəsini və iş
yerini tapıb səhərin açılmasını səbirsizliklə gözlədi. Ardı var...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!