Qadınlar niyə xəyanət edir? - PSİXOLOQ RƏYİ

Qadınlar niyə xəyanət edir? - PSİXOLOQ RƏYİ
Sevgi Dünyası
10.09.2017 13
"Münasibətlərin əksəriyyəti bir tərəfin qarşı tərəfə xəyanət etməsinə
görə bitir” – bu artıq çox geniş yayılmış bir faktdır. Xəyanət çox vaxt
kiçik yalanlarla başlayır, zaman keçdikcə isə bu yalanlar böyüyür və
sonda o arzuolunmaz sonluq gerçəkləşir…
 
Xəyanətin bu cür geniş yayılmasının səbəbləri bir çox mütəxəssislər
tərəfindən araşdırılmış və müxtəlif nəticələr əldə edilmişdir. İndi isə
sizə həmin bu araşdırmaların bəzilərinin nəticələri haqqında məlumat
vermək istəyirik.
 
Araşdırmalara əsasən, qadınlar əsl sevgi, kişilər isə fərqli tərəf müqabili axtarışında olduqlarına görə xəyanət edirlər.
 
Türkiyəli psixoloq Serkan Özgün xəyanət edənin xəyanət edilən üzərindəki təsiri haqqında araşdırmasında bu nəticələrə gəlib:
 
"Araşdırmada iştirak edən 189 türk qadını həyat yoldaşları tərəfindən
aldadılıblar, lakin bu hal təkrarlanmadığına görə onlar evliliklərini
davam etdiriblər. Nəticədə, bu qadınların 34,4 faizində stres sonrakı
əsəb pozğunluğunun əlamətləri müşahidə edilib. Bu göstəricilər isə
gözləniləndən çox yüksəkdir. Bununla yanaşı psixoloqlar düşünürlər ki,
xəyanət aşkarlandığı zaman etdiyi hərəkəti təsdiq edən insanların
psixoloji vəziyyəti hər şeyi inkar edənlərin vəziyyətindən qat-qat
yaxşıdır.
Araşdırmada yazda aldatma hallarının geniş yayılması məsələsinə də
aydınlıq gətirilib. Psixoloq bildirib ki, yaz mövsümündə aldatma
hallarının artmasının səbəbi günün uzanması və havanın isinməsi ilə
əlaqədar, insanların daha sosial həyat keçirmələri ilə bağlıdır.
 
Bu statistikaya əsasən, kişilərın aldatma faizi 20-40, qadınların isə 20-25 faiz olaraq göstərilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!