İtirmək istəmirəm !

İtirmək istəmirəm !
Sevgi Dünyası
10.09.2017 17
 

İtirmək istəmirəm !

Öyrəşmişəm hər kəlmənə, sözünə,Əyrisinə, hədyanına, düzünə,Ürəyinin yarasına, közünə,Səbəb ola, ola neştər, ola ox.Yox, itirmək istəmirəm səni, yox.Əməlinin ağır ola əzabı,Ağrı verə, bilinməyə hesabı.Günahım nə? – sualına cavabıTapmamaqla peşman qalam xeyli, çox,Yox itirmək istəmirəm səni, yox.Açsam ağız kükrəyəsən, coşasan,Söyləsən nə şər-şəbədə qoşasan.Ən saf, ülvi istəyimi boşasanHəm ac məni, özünüsə gözü tox,Yox itirmək istəmirəm səni, yox.Rəhm etməyib verməməklə heç aman,Endirəsən gözlərimə çən, duman,Bu halıma yerlər, göylər, asiman,Ağlasa da tükənməyə hədə, xox.Yox, itirmək istəmirəm səni, yoxDözdüm, yoxmuş zillətində son qədər,Dözdüm, hopdu varlığıma qəm, kədər,Dözdüm, etdin həyatımı sən hədər.Barı nə olar yaradandan azca qorx,Yox, itirmək istəmirəm səni yox..
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!