Təsadüf yoxsa alın yazısı (8-ci bölüm)

Təsadüf yoxsa alın yazısı (8-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 6
Nərgiz
evə ağlaya ağlaya gəldi. Vüsalla onlar 6 ay idi ki, ayrılmışdılar o isə
hələ də onu sevirdi. Baxmayaraq ki, Vüsal ona nişanlı ola- ola toya 1
ay qalmış xəyanət etmişdi. Nərgizin ad günündə ailələr arası kiçik
yığıncaq keçirmək üçün yığışmışdılar. Vüsal isə gecikmişdi. Nə qədər
zəng vursa da telefonunu açmırdı. Başına bir iş gəldiyini düşünərkən
telefonuna gələn mms harda olduğunu
kimlə olduğunu bəlli etmiş oldu. Yenə də inanmayaraq zəng edirdi ki,
Vüsalla birlikdə şəkildə olan qadın telefonu əlinə alaraq "nə qürursuz
qızssan, şəkili göndərdim görmədin? Bəsdir də narahat etdin bizi. O səni
istəmir başa düşürsən istəmir.” Nərgiz bütün ailə içində üzüyü ataraq 2
gün otağına qapandı. 2 gün sonra isə bir dəri bir sümük çıxmışdı. Qohum
əqrəbası həmin günlərdə evi tərk etməmişdi, nəslin sevimlisi olduğundan
hər kəs onun üçün olduqca narahat idi. İndi nə baş verdiyini bilmək
istədikləri vaxtda Nərgizi dilə tutub otağın qapısını aça bilmirdilər.
Özünə nəsə edər qorxusuyla qapını sındırmaq istəsələrdə Nərgiz bircə
anasını otağa girməyə icazə vermiş hər şeyi ona danışıb, özünü
toparlaması üçün vaxt istəmişdi. Amma bu müddətdə nə yedi nə içdi. Vüsal
da qapıya çox gəldi, amma hər kəs onu Nərgizdən uzaq dayanması üçün
hədələyirdi. Nərgiz çox güclü qız olduğundan hər kəs onun özünü
toparlayacağını bilirdi. Bu sadəcə 2 gün çəkdi. 2 gün sonra üzündə
təbəssümlə öz həyatına qaldığı yerdən davam edirdi. Yəni hər kəs üçün,
amma içində qopan fırtınalardan bir özü xəbərdar idi bir də Ülviyyə.
İndi Kənanadan gizlətdiyi göz yaşlarını axıdaraq evə girdi. anası
narahat şəkildə qabağına qaçdı. Onu uzun zamandır belə görməmişdi. Evə
gec gəlməsinə hirslənsə də haradan gəldiyini bilirdi. Nərgiz anasından
heç nə gizlətmirdi. Olanları anasına danışdıqca daha da ağlayırdı.

- Əllərinə sağlıq oğlanın.. ohhh nə yaxşı ki ağzını burnunu partladıb.

- Ana!

- Nədir o alçağın hələ üzü var bura da gəlir. Qızım bu səni rahat
buraxmayacaq. Biz ən yaxşısı polisə şikayət edək. Mən qorxuram

- Qorxma.. heç nə edə bilməz.

- Özün bil, amma mən qorxuram. Sabah atanla da danışacağam. Lazım olsa buralardan köçüb gedərik

- Yox daha nələr. Ana o heç nə edə bilməz.

- Nərgiz bu 6 ayda başına açmadığı oyun qalmadıye. Hər gün sənə evə gələnə kimi tikan üstündə otururam.

- Narahat olma mən bilirəm neyniyəcəyəm. Nərgiz artıq başında planlar
qurmağa başlamışdı. Əslində Vüsala həm nifrət edirdi, həm də onu hələ də
sevirdi. Vüsal ilk aylarda dəfələrlə gəlib üzr istəsə də peşiman
olmadığı üzündən bəlli idi. Amma 2 ay sonra Nərgiz onu yenə bağışlamağa
hazır idi. Bu dəfə də telefonuna gələn sms onu bu sevdadan vaz keçməyə
vadar etdi. Yenə eyni qadından bu dəfə "mən Vüsaldan hamiləyəm,
aramızdan çəkil” deyə yazması ilə bütün dünyası alt üst olmuşdu. Bunu
yalnız Ülviyyəyə demişdi. Ağlayıb sızlamağı qətiyyən sevmirdi. Bu gün
ağlamağı isə tanımdaığı adamın yanında alçaldılması oldu. Amma bir daha
ağlamayacaq deyə özünə yenidən söz verdi.

Səhər sübh vaxtı Ülviyyə
telefonun zənginə ayılmışdı. Başını qaldırıb yuxunun təsirindən bir
anlıq keydi. Əlini telefona atanda üzünü turşudaraq.

- Nərgiz normal insanlar bu vaxtı zəng etmir.

- Səhər səhər anormal dediyin üçün sağol. İfritə tez ol.. Bu gün mənə köməyin lazım olacaq. İşlərim başımdan tökülür.

- Sənin başından tökülür mənim yox ki.

- Dost dedim bağrıma basdım.. Bunu eşitmək üçün

- Nərgiz dolama məni. Gecən xeyrə

- Ay qız nə gecə.. pəncərədən baxmısan. Xoruzların boğazı qurudu ötməkdən. Dur daha.

- Bu gün işə gec gələcəyəm.

- Yaxşı özün bil. O zaman Şəhriyarın dünən yenə səni axtardığını deməyəcəyəm.

- Nərgiz biz artıq görüşmüşük. Get başqa bəhanə fikirləş..
Alo...aloo... Nərgiz... telefondakı qudok səsindən başa düşdü ki, Nərgiz
artıq telefonu bağlayıb. Və əmin idi ki, 15 dəqiqə sonra qapının zəngi
dayanmadan çalacaq. Zənn etdiyi kimi 15 dəqiqə sonra qapının zəngi
dayanmadan çalırdı. Gülnaz xanım qorxa qorxa yuxulu vəziyyətdə qapını
açdı.

- Sabahın xeyir Gülnaz xala. Bilirəm bu vaxtı gəlməyim qəribədir, amma Ülviyyə ilə danışdıq ki, işə birlikdə gedəcəyik.

Gülnaz ağzını açıb söz demək istəyirdi ki, Nərgiz yanından işıq sürəti
ilə danışa danışa Ülviyyənin otağına keçdi. Qapıda dayanan Gülnaz hələ
də heç nə anlamayaraq "biriniz də ağıllı olardınız da nolardı” dedi.
Nərgiz isə bu sözləri eşitmədi çünki otaqda idi artıq. Və yatağa
tullanaraq Ülviyyənin yaxasından yapışdı.

- İfritə mənə niyə indi
deyirsən görüşdüyünüzü. Necə oldu? Nə dedi? Həyəcanlandın? Harada
görüşdünüz? Bir bir cavab ver. Yoxsa üzərində oturaram nəfəsin kəsilər.

- Of Nərgiz.. imkan ver, nəfəs al. Ülviyyə dünənki görüşləri barədə
danışdı. Nərgiz gözlərində işıltı ilə dinləyirdi. Dostunun sevilməsinə
və sevməsinə şad idi, amma həm də qorxurdu.

- Ülviyyə , tez bağlanma. Hələ gör tanı.

- Bağlanma? Məncə bu sözü demək üçün artıq gecdir.

- Gör neçə aydır onun barəsində dayanmadan düşünürəm.

- Başa düşürəm, amma yenə də ehtiyyatlı ol.

Nərgizin niyə belə dediyini çox gözəl başa düşürdü. Nə də olsa
yaralanmışdı. Və atdığı hər addımda artıq özündən asılı olmadan daha da
ehtiyyatlı hərəkət edirdi.

- Canım....Sən necəsən? Neçə vaxtdır baş beynini aparıram, amma
maraqlanmadım ki, sənin halın necədir? Narahat etmir daha..

- Dünən gecə gəlmişdi yenə.

- Nə? Necə?

Nərgiz də baş verənləri bir bir Ülviyyəyə danışdı. İki dost bir neçə dəqiqəlik susdular.

- Nərgiz sən onu hələ də sevirsən?

- Bilmirəm. Ona nifrətim də yoxdur artıq.

- Bəlkə onu unutmaq üçün artıq Etibara hə deyəsən.

- Birini unutmaq üçün başqa birinə sığınmaq alçaqlıq olar. Amma digər
tərəfdən də inanmıram ki, kiməsə bundan sonra öz xoşluğumla hə deyəm.

- Elə demə. Nərgiz... Nərgiz mənə bax..belə danışma.. Sən sevəcəksən.. bir gün mütləq sevəcəksən.

Nərgiz gözləri dolmuş vəziyyətdə Ülviyyəyə baxaraq gülümsədi. Elə pisidə odur ki, mən hələ də sevirəm.

Həmin səhər əyləncə ilə başlasa da qəmgin notlara köklənmişdi. Hər iki
rəfiqə susqun halda iş otaqlarında oturmuşdular. Nərgizi bikef görmək
Ülviyyənin də əhvalını korlayırdı. Otaqdakı səssizliyi isə Kamran bəyin
katibəsinin səsi pozdu.

- Nərgiz, Kənan bəy səni çağırır

"Bircə bu əksik idi” deyə mızıldanaraq Ülviyyəyə baxdı. Ülviyyə ona göz aöardaraq başı ilə getməsinə işarə etdi.

Nərgiz Kənanın iş otağına doğru yollanarkən, Ülviyyə telefonu əlinə
alıb özü özünə "niyə heç nə yazmırsan” deyə deyinirdi. əlini atıb ondan
dünən gələn sms i bir də oxumaq istəyirdi ki, ikinci smsi gördü. Çaş baş
vəziyyətdə xatırlamağa çalışdı ki, bu smsi nə vaxt açıb oxuyub. Dünən
gecə yəqin yuxulu halda baxdığını ona görə xatırlamadığını düşündü.
Sms-ə cavab yazdı.

Nərgiz isə sifəti yer süpürə süpürə Kənanın
otağının qapısını döydü. İçəridən – gəl sənini eşitdiyindən qapını açıb
onun üzünə baqxmadan asatanda dayandı.

- Salam, keç əyləş.

Nərgiz həvəssiz halda keçib stula əyləşdi. Hələ də Kənana tərəf dönmürdü.

Kənan isə əhvalını öyrənmək üçün dünəni xatırlatmaq istəsə də qızı qəzəbləndirməmək üçün dinmədi.

- Bu gündən iş otağınız mənim otağımın yanında olacaq. Bütün
müştərilərin sənədləri oradadır. Əlininz altında olması yaxşıdır. Çünki
işləri böyütmək istəyirəm.

Nərgiz isə vecsiz halda. – mən otağımdan məmnunam. İşimi isə gecikdirmədən görürəm.

- Biz iş yerindəyik, və mən burda rəhbərəm. Dediyimə qarşı çıxma.

- Istədiyiniz nədir? İşi böyütmək, mən kömək edəcəyəm. Amma sizinlə
çalışmaqla yox. Bu işlərə izninizlə Səlminə ilə davam edəcəyəm. O
sizinlə bir başa çalışacaq. Mən Kamran bəylə danışmışam razılığını
almışam.

- Başa düşmədim. İndi burda rəhbər mənəm atam yox. Mənim dediyimi tapadaya bilmərsən.

- O zaman mən ərizəmi kadrlar şöbəsinə qoyaram.

Nərgiz ayağa qalxıb otağı tərk etdi. Kənan heç nə başa düşməyərək. – Bu necə qızdır? Tərsin biri tərs.

Nərgiz otağa qayıdanda Ülviyyə üzündə təbəssümlə telefonda danışırdı.
Nərgizin üzünü görüb. – Bağışla təcili işim çıxdı..olar bir azdan
danışaq. Telefonun o biri başında Şəhriyarın qalın səsi ilə. – naharda
görüşəndə danışarıq deməsi ülviyyəni daha da həyəcanlandırdı. Oldu
hələlik. Telefonu sonlandıran Ülviyyə Nərgizə baxdı. Nərgiz isə
əşyalarını yığırdı.

- Neynirsən sən?

- Mən çıxıram. Daha burada çalışmayacağam.

- Necə yəni? Səni qovdu?

- Yox, özüm ərizə yazacağam.

- Niyə axı.. Düz əməlli danış da, nəsə dedi, neynədi sənə?

- Ülviyyə mən onun üzünə bu gün utandığımdan baxa bilmirdim. Onun
gözünün qabağında fahişə adlandırıldım, sillə yedim. Indi heç nə olmamış
kimi məni öz yanındakı otağa köçürdür ki, hər gün onunla çalışım. Mən
də isə onu çəkəcək səbr inan ki zərrə qədər də yoxdur. Getsin kimlə
işləyir işləsin. Həm belə yaxşıdır. Biraz fərqli işdə çalışmaq mənə də
yaxşı gələcək.

- Bəs mən?

- Sən qalırsan.

- Yox onda mən də gedirəm. Sənsiz neynirəm buranı.

- Yox Ülviyyə heç bir yerə də getmirsən.

- Sən deyəsən dəli olmusan. Unutmusan burda ikimizində çalışmağı üçün
Kamran bəyin başına açdığımız oyunu. Hələ bir otaqda çalışaq deyə
çırpınmağımız. Əgər sən gedirsənsə mən də gedirəm.

- Ülviyyə nolar.. yorğunam... bir də sənin fikrini çəkməyim ki, işsiz qalacaqsan.

- Yorulmusan məzuniyyət götür. Həm ona kimi Kamran bəy qayıdar, Kənan da getmiş olar.

Qapının açılması ilə kəsilən söhbət başqa bir mövzu ilə əvəzlənmiş
oldu. Gələn Səlminə idi. Şirkətdə nazı qəmzəsi ilə, oğlanları başdan
çıxarmaqda lider olan Salma adı ilə çağrılan Səlminə. Ona bu şirkətdə
hər kəs Salma deyirdi. Bir nəfərdən başqa. Nərgizdən..Nərgizdən sonra
işlərə baxan ikinci adam.

- Eşitdim çıxırsan.. İnan o qədər üzüldüm

Nərgiz hər kəslə rahat dil tapmazdı, amma bu qıza xüsusi antipatiyası var idi. Heç nə ilə əvəz olunmayacaq hisslər.

- İnanıram canım mənim, inanıram.. Gözündən axan yaşları görməmək mümkün deyil.

Salma üzünü turşudaraq... – çox ağıllı qərar verdin. Hər halda Kənanın
sənin kimi birinə dönüb baxacağını zənn etmirdin. Bu mübarizədə
uduzardın.

- Nə mübarizəsi? Nə gic gic danışırsan sən? Nolar Səlminə get başımdan

- Salma! Min dəfə demişəm. Adım Salmadır.

- Səlminə! Min dəfə demişəm bundan sonra da deyəcəyəm. Səlminə, Səlminə, Səlminə..

- Axmaq. Sənə də elə bu yaraşır. Uşaq muşaqla əlləşəcək vaxtım yoxdur.
Kənan bəy yanındakı otağı məxsusi olaraq mənə ayırıb. Sənin kimi sarı
cücədənsə məni seçib.

- Tövbə əstafurulla.. Allahım, bax ağıllı qız
olmağa qərar verirəm, heç kimə hç nə eləməyəcəyəm deyirəm, sakit səssiz
səmirsiz çıxıb getmək istəyirəm imkan vermirlər. Nolar günahı mənə
yazma. Nərgizin öz özünə danışması sonlandıqdan sonra Salmanın üstünə
hücum çəkirdi ki, Ülviyyə onu zorla saxladı.

- Tərbiyəsiz! Sənin
kimiləri bura necə işə götürürlər hələ də bilmirəm. Salma bu sözləriu
deyib qapını bağlayıb getmişdi. Nərgiz isə sakitləşmədən. – burax
getməmişdən onun silikon dodaqlarını partladım.

- Nərgiz dur! Allahın bəlası necə də çırpınıree saxlaya bilmirəm. Ay qız dayan. Baş qoşma

- Görümrsən nə deyir. O otaq mənə ayrılmışdı elə danışır ki,

- Sən getməyi qırara alanda ona verəcəklərdə nə istəyirsən.

- Heç yerə də getmirəm

- Nə? Doğrudan?

Ülviyyəni bu sualına cavab verməmiş nərgiz otaqdan çıxıb getdi. Gəldiyi
ünvan isə Kənanın otağı idi. Qapını döyərək, gəl təsdiqini almamış
açdı. İçəridə Salma çoxdan caynaqlarını Kənana keçirtmək üçün dəridən
qabıqdan çıxırdı.

Salmaya baxaraq – Kənan bəy, getməkdən vaz
keçdim. Otağıma köçürəm. Nahardan sonra işlərə bir yerdə baxarıq dedi.
Kənan isə heç nə anlamadan hər iki xanıma baxaraq başı ilə təsdiqlədi.
Salma Kənana dönərək –Axı kənan bəy az əvvəl... – Salma xanım, Nərgiz
xanım getdiyi təqdirdə demişdim.. o isə getmir artıq.

-
Səlminə...Adı Səlminədir Kənan bəy. Nərgiz bu sözü Salmaya baxaraq elə
iştahla demişdi ki, Salmanın hikkədən silikondan şişmiş dodaqlarını daha
da şişib inəyə oxşamasını seyr edirdi. Salma otağı tərk edən kimi
Kənana tərəf dönərək yenə də onun üzünə baxmadan. Otağa köçərəm, amma
indiki otaq yoldaşım da mənimlə gələcək ora..

- Mənə şərt kəsirsən?

- Yox xahiş edirəm.

- Hə deməli xahiş etməyi bilirsən.

Nərgiz gözünü yumaraq səbrini sıxırdı.

- İstəmirsinizssə gedim?

- Mən istəyirəm gedəsən, amma atam siz iki rəfiqəyə toxunmamağı bərk bərk tapşırıb. Yoxsa sən çoxdan azad idin.

Nərgiz yenə heç nə demədən otaqdan çıxır.


Kənan isə gülərək. – bu qızı əsəbiləşdirmək mənə artıq zövq verir. Əla...deyərək qəh qəhə atır.
Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!