Təsadüf yoxsa alın yazısı (9-cu bölüm)

Təsadüf yoxsa alın yazısı (9-cu bölüm)
Sevgi Dünyası
10.09.2017 4
Ülviyye
demek olar ki, her gun Şehriyarla görüşur, telefonlaşirdi. Günler
belece qaydasında, normal kecirdi. Nergiz ise Ülviyye havalarda oldugu
ucun onun işlerini de gorurdu. Kenanin tapsirdigi isler de ust uste
geldikce, işden her defe gec cixirdi. Kenan bu gunler erzinde Nergizi
qiciqlandirmaq ucun elinden geleni edirdi. Ozu dediyi kimi bu ona zövq
verirdi. Bir defe Şehriyar yene işe
Ülviyyenin arxasinca gelmisdi. Ülviyyə anasi şübhə etmesin deye işden 1
saat tez cixirdi ki, Şehriyarla cox vaxt kecirde bilsin. İşinde problem
olmadiqca bele davam etmeyi dusunurdu. Ülviyye Şehriyarla gezerken,
anasindan gelen zeng onun uzundeki tebessumu silir. Şehriyarin yaninda
yalan danişmaq istemediyinden üzr isteyib kenarlaşir.

-Alo.

- Haradasan qizim?

Ülviyye dodagini dişleyerek gozlerini qiyir. Her defe yalan danisanda bele edirdi.

-İşde. Nese olub?

- Soz deyeceyem,hayasızligina salma. Reşad bu gun gelib işden goturecek.

-Ne?

- icaze al bir az tez cix, cox gozlemesin.

- gelmesin. Men.. Men cixa bilmerem. Bu gun dehşetli derecede iş çoxdu.
Hem onu gormek istemirem. Sene demisdim ki, onu tanimaq istemirem.
Gerek acilayim.

- men de dedim ki, sene vaxt veririk onu tani.

- Özu biler, meni yuxusunda gorer. Sagol.

- Ülviyye..

Ülviyye artiq telefonu baglamisdi. Butun ehvali korlanmisdi. Şehriyarin
yanina qayidanda özunu ne qeder toparlamaga calissada bu Ülviyye idi.
Nece vardisa ele. Renginden yaxsi olmadigini goren Şehriyar ne oldugunu
sorusdu. Ülviyye Reşad baresinde hec vaxt danismamisdi. Sehriyarda
soruşmamişdi. İndi ne deyecekdi? Anasinin onu evlendirmek istediyi şexsi
onu gormek ucun yolladigini. Axi bu bir qiz ucun yaxsi sohbet deyildi.
Düşundu ki, Şehriyara dese o sehv basa duser. Ele biler ki, ona söz atir
ki, elcilerim coxdur elini tez tut. Ülviyye ele biri deyildi. Amma indi
bir yalan uydurmali idi.

- Ülviyye. Sene ne oldu? Yaxşisan.

-He, yaxsiyam. Anam idi zeng eden.

-nese dedi? Niye bele oldun?

-Hec..hec ne demedi. Men..

. -Ulviyye!

-eve getsem yaxsi olar. Eve cagirir. Basqa bir sey yoxdu

Şəhriyar başı ilə təsdiqləsə də Ülviyyənin nəsə gizlətdiyini anlamışdı.
Nə də olsa uşaq deyildi. Yol boyu Ülviyyənin susması, fikirli olması
isə onu daha da şübhələndirdi. Özündən asılı olmadan – Ananın zənginə
belə olmarsan, düzünü denən kim idi.. Kimdir səni narahat edən. Dedi.

Ülvyyə çaşqın vəziyyətdə Şəhriyara baxaraq. – dedim axı heç kim. Sadəcə
evə çağırdı narahat oldum. Ülviyyə yalan danışdıqca qızarırdı deyə
şəhriyar lap hirsləndi.

- Yaxşı deyib düz yola baxraq maşını sürməyə davam elədi.

Ülviyyə bilmirdi neynəsin. Şəhriyara deməməyi yaxşı deyildi bilirdi,
amma neynəyə bilərdi ki. Yol boyu hər ikisi susdular. Evə çatanda isə
Ülviyyə cəld sağollaşıb evə tələsdi. Şəhriyara daha da yalan deməmək
üçün onun yanından qaçırdı. Şəhriyar Ülviyyənin bu halına pis olsa da
yenə də heç nə demədən yola düşdü. Amma bütün günü ağlında Ülviyyənin
rəfdarının düşünrdü. Ağlından bir şey keçirdi, amma bunu özünə və
Ülviyyəyə yaraşdırmırdı.

- Axı mən qızı sadəcə yaxından 2 həftədir
tanıyıram. Bu şübhəmin olması normal deyil.. Yoxx... yoxx.. normal
deyil. Mən ona güvənməyəcəyəm kimə güvənəcəyəm bəs? Offf Ülviyyə off...
Nəyi gizlədirsən? Niyə yalan deyirsən? Bunu bilməsəm mən rahat
olmayacağam. Şəhriyar otaqda var gəl edərkən Ülviyyə anası ilə yendən
Rəşad üstündə dava edirdilər.

- Ana sənə demədim ki, mən Rəşadı istəmirəm. Hansı dövr yaşayırıq ki, sən mənim üçün ər seçəsən.

- Ananla düzgün tonda danış.. Yox elə qoyacaqdım öz başına seçəsən. Mən
səni böyüdüb boşa başa çatdırmamışam ki, naxələfin biri gəlib sənin
həyatını alt üst etsin.

- Ana, qurban olum. Niyə belə edirsən.
Həm...həm...mən... Ülviyyə Şəhriyar barəsində demək istədi, amma
Şəhriyardan heç bir addım görməmiş bunu etməyin doğru olmadığın düşündü.
Bir anlıq düşüncələrə daldığını görən anası – Kimsə var? Deyə soruşaraq
Ülviyyəni utandırdı. Onun qızarmağından başa düşdü ki, həyatında kimsə
var. Ülviyyə isə inkar etməkdə davam edirdi. Cəld otağına keçən qızının
arxasınca baxan Gülnaz – Eybi yox, səsi çıxar...deyə düşündü.


Şəhriyar içini yeyə- yeyə otaqda var gəl edirdi. Və nəhayət əlini
telefona atıb Ülviyyəyə sms yazdı. Bir xeyli danışdıqdan sonra Şəhriyar
"Mən sabah səni işdən götürməyə gələ bilməyəcəyəm. İşlərim
çıxdı.”..deyə mesaj atdı. Bu smsdən sonra Ülviyyə pis oldu. Düşündü ki,
bəlkə bu günə görə Şəhriyar ondan inciyib. Əlində telefon mətbəxə
keçəndə anası yenə onu süzürdü. Narahat olduğu görüb. – Nə olub ? deyə
soruşdu. Ülviyyə anasına baxmadan – Heç nə, yorğunam deyib su içərək
otağına keçdi.

Gülnaz axşam yeməyinin hazırlığı ilə məşqul olurdu,
birdən dayanaraq qızının fikirli olduğunu görüb – Bax görürsən indidən
səni incidir. Mən bu gün üçün deyirdim.Məni eşidən kimdir axı.. hamı öz
bildiyini edir. Yenidən işinə dönəndə isə istər istəməz keçmişini
xatırladı. Əzələləri necə sıxıldısa əlində tutduğu bıçaqla özünü
yaraladı. Gülümsəyərək – tam zamanında kəsdim. Yoxsa ki, yenə xatirələr
daha pis incidəcəkdi deyə öz özünə mırıldandı.

Nərgiz isə
Ülviyyənin işləri, öz işləri, Kənanın tapşırdığı əlavə işlər deyərkən
başını itirmiş vəziyyətdə oturmuşdu. – Bu qız da aşiq olmağa vaxt tapdı
da... Dayan sən.. Öz toyum olsun başına açmadığım oyun qalmayacaq. Öz
özünə danışdığını uzaqdan görən Kənan yenə özünü saxlaya bilməyib otağa
girib onu qıcıqlandırmaq istədi.

- Dəli olduğunu hamıya göstərmə. Ayıbdır evdə qalarsan.

Nərgiz onun səsinə dik atılıb, əvvəlcə nə dediyini anlamadı. Sonra
Kənanın dedikləri ona çatanda isə üzünü turşudaraq – Narahat olma sənin
evində qalmaram.

- Min dəfə demişəm elə eləmə. çox çirkin olursan.

- Çirkin sənin sevgilindir.

Nərgiz rəhbəri ilə danışdığını bilirdi. Əslində başqası olsa çoxdan
Nərgizi qapı ardına qoymuşdu bu danışığa görə, amma Kənan bu danışıq
tonuna görə artıq Nərgizə heç vaxt irad tutmurdu deyə o da hayasızlığını
göstərdi.

- Allah eləməsin mənim evimdə qalasan. Həmin gün infarktdan ölərəm.

- Onda köçürəm sizə, Vətənə millətə xeyirli bir iş görək.

- Demək ölməyimi istəyirsən?

- Mənim üçün heç bir əhəmiyyət kəsb etmir.

- Səni öldürməmiş hara gedirəm?

- Demək öldürmək istəyirsən.? Bu qədər işgəncə bəs deyil?

- Buna işgəncə deyirsən sən? İşləyə bilmirsənsə problem deyil Salmanı çağıra bilərəm köməyə.

- Yox! Lazım deyil. Özüm öhdəsindən gələrəm.

Kənan dodaq altı gülümsəyərək – gedim görüm Salma neyniyir. Yaman cəld
qızdır. Nə tapşırıram hər şeyi tez bir zamanda yerinə yetirir. Bu an
Nərgizin başından elə bil qaynar su tökdülər.

- Səlminə... onun adı
Səlminədir. Özü də mən burada neçə illərdir işləyirəm, amma onun əldən
cəld olduğu iş görülməyib. Həəə əgər kişiləri tez ələ keçirmək
bacarığını deyirsinizssə o zaman ona çatan ola bilməz razıyam.


Kənan heç nə demədən gözlərini qıyıb otaqdan çıxdı. Öz otağına girəndə
Salmanı görüb təəccüblənmədi də. Artıq öyrəşmişdi onun boş boş
bəhanələrlə otağına hər dəqiqə girməsinə.

- Nəsə olub?

- Xeyir
Kənan bəy. Kiçik bir işlər var idi istədim sizdən məsləhət alım. Öz
başıma heç nə eləmək istəmirdim. Bu sözləri deyə deyə onun masasına
yaxınlaşıb yavaşca yanını masanın kənarına qoydu. Kənan istehza ilə
gülümsənib.

- Səlminə xanım. Sizin nə işiniz olsa bir başa Nərgizlə danışın o mənə lazım olanı deyəcək.

Kənanın ona Səlminə deməsi hələ üstəgəl onu Nərgizin üstünə göndərməsi
onu hirsləndirsə də özünü o yerə qoymadan. – Salma.. adım Salmadır. Amma
Səlminə xoşunuza gəlirsə elə də deyə bilərsiniz. Bu sözləri deyərək
Kənana daha da yaxınlaşırdı ki, qapı döyüldü və gəl sözü deyilməmiş
açıldı. Bunu ancaq Nərgiz edə bilərdi. Onları bir birinə yaxın görüb
içini çəkdi. – Hiiiii.... Ayıbçılar... Kamran bəy şirkəti gör kimlərə
tapşırmısan.. Eviniz eşiyiniz yoxdur, camaat bura pul qazanmağa gəlire
sizin tamaşalarınızı seyr etməyə yox. Bunu deyib otağın qapısını
bağladı.

Kənan cəld Salmanın yanından ayılaraq Nərgizin yanına getdi.

- Nərgiz sən səhv başa düşdün o özü yaxınlaşdı.

- Ayıbdıre ayıb. Sən rəhbərsən. Sən belə edəndən sonra işçilər neyləsin... Nc nc nc

- Nərgiz həqiqətən gördüyün kimi deyil.

Kənan özündən asılı olmadan ona açıqlama verirdi. Sanki Nərgizin onu
yalnış anlamasını, gördüklərini səhv başa düşməsini istəmirdi... Sanki
yox... Doğrudan istəmirdi.

- İstəmirəm mənim haqqımda yalnış fikirləşəsən.

Özünü inandırmağa çalışarkən ağzından çıxan bu söz hər ikisini bir
anlıq duruxdurdu. Nərgiz ona diqqətlə baxdı. Kənan isə özünü itirmişdi.
Elə bil Nərgizin qarşısında 3 yaşlı günhakar uşaq idi. Nərgiz gözlərini
qıyaraq – deyirəm axı.... sən... sən.. mən başa düşdüm niyə belə
edirsən. Niyə özünü mənim qarşımda belə müdafiə edirsən.

Kənana udqunaraq – nəyi başa düşdün?

- Mən bildim...ay səni... demək belə.

- Nərgiz nəyi başa düşdün?

Kənan artıq əlini atıb qalstukunun bağını açrdı. Tər basmışdı onu.. – Nərgiz mən, mən bilmirəm.. Mən sadəcə.. mən.

- Nə mən mən salmısan... Denən ki, qorxuram, etiraf edə bilmirəm olsun bitsin.

- Yox qorxu deyil.. Mən də bilmirəm bu nədir.. Sən.. səni

- Yaxşı yaxşı... özündən getdin ki... qorxma bu dəfəlik atana demərəm.

- Nə? atam? Atamın bura nə dəxli?

- Necə yəni? Bayaqdan tər tökürsən, qıvranırsan ki, atana demiyim. Mən
başa düşdüm o saatca..Yaxşı bu dəfə demiyəcəyəm, amma bil ki, bu sənə
baha başa gələcək.

Bic bic gülərək əllərini ovuşdurub otaqdan
çıxdı.. Kənan isə hələ də şok vəziyyətində onun arxasınca baxaraq.. – nə
ata? Nə qorxmaq? Qız, sən mənə neynirsən? Yox.. bircə bu yox.. bircə O
yox. Kim olur olsun, amma o yox.. bu dəlinin nəyindən... susdu. Kənan
sözünün tamamını gətirmədi çünki özü də anlamdı ki, indi baş verənlər nə
demək idi. Tez otağına qayıtdı Salma hələ də otaqda idi. Acıqlı -acıqlı
ona baxırdı.

– Kənan bəy

- Səlminə xanım.. zəhmət olmasa işinizin başına dönün.

- Amma Kənan bəy. əlimdəki sənədlərə baxacaqdıq. O Nərgiz hər şeyi
korlamaqda qoçaqdır. Heç təccüblənmirəm ki, nişanlısının onu atmağına.

- Kənan əvvəlcə Salmanın dediklərinə acıqlı baxış atsa da. Maraq onu bürümüşdü.

- Nişanlısı atıb? Mən elə bilirdim o hələ də nişanlıdır.

- Yox. Atıb. Kimdir belə ifritəni özünə arvad edən.

Kənan özünü maraqlanmırmış kimi göstərərək Salmadan söz almaq istəyirdi.

- Maraqlıdır görən niyə ayrılıblar.

- əşi niyə olacaq xəyanət.

- Xəyanət?

- Hə Nərgizə xəyanət etmişdi nişanlısı. Sonra da atdı getdi. Belə də ki
oğlana haqq qazandırıram belə çirkin qızı kim özünə arvad edər.


Salma danışdıqca Kənan tutuldu. Demək Nərgiz ondan belə qürurulu gəzir.
Çox dərin yaralanığından. Ürəyində onun halına acıdı. Düşündü ki, bir
daha onu incitməsin. O gecə baş verənlər də yəqin ki köhnə nişanlısının
üzündən olub. Amma Salmanın sözünə güvənmək olmazdı. Hər şeyi bilmək
istədi. Olduğu kimi. Nərgiz isə otağında işdən başını qaldırıb – yox bu
belə olmayacaq. Istirahət lazımdır bir az.. Telfonunda sevdiyi şən
mahnılardan birini qoyaraq otağında yavaş -yavaş gəzişməyə başladı. Və
mahnının ritmini tutub özündən asılı olmadan otaqda oynamağa başladı.
Qapının aralı olduğunu görən Kənan otaqda Nərgizin oynadığın görəndə
üzündə təbəssümlə onu azca aralı qapıdan seyr etməyə başladı. Musiqi o
qədər də ritmik deyildi, Fransızca mahnı olduğundan sözlərini baş
düşməyən Nərgiz yenə də mahnını ifa edirmiş kimi özünü müğənni kimi
təsəvvür edirdi. Kənan qapını azca da aralayıb onun hərəkətlərini seyr
etdi. Bu qız elə bil rəqs etmir arı sancmasından qıvranırdı. Özünü
saxlaya bilməyib onun qəribə hərəkətlərinə gülürdü. Artıq mahnı ilə
yanaşı qəribə səsin də gəldiyini eşidən Nərgiz mahnını saxlayanda bunu
qəh- qəhə səsi olduğunu anlayır. Arxaya dönəndə Kənanı əli mədəsində
gözündə gülməkdən yaranan yaşlarla görür.

– indi gəl bunun dilindən qurtula da.. Nərgiz qızarmış halda hələ də gülən Kənana baxırdı.

- Nədir niyə gülürsən. Ayıb deyil sənə başqalarının otağına gizlin girirsən.

Kənan isə hələ də özünü saxlaya bilmirarada Nərgizi yamıslayan tərzdə
hərəkətlər edir daha da gülürdü. Nərgiz onun bu halına əsəbiləşib
çantasını götürüb otaqdan çıxır. Arxaya döndüyündə Kənan hələ də qapıda
gülür onu yenidən yamıslayırdı.

- Səfeh.. uff.... sənə bu da azdır Nərgiz xanım. Dayan görərsən sən.

Gün beləcə bitmişdi.

Amma sabah nə ilə gələcəkdi özü ilə hansı sürprizləri gətirəcəkdi
bilnmirdi. Hər kəs şirin yuxuya dalarkən Şəhriyar içini yeyən şübhələrlə
gözünü bir nöqtəyə zilləmişdi. Bu işin əslini sabaha öyrənmə\səydi
rahat olmayacaqdı.

Səhərin açılması ilə ayağa qalxan Ülviyyə hazırlaşıb işə gedərkən anası onu qapıda saxlayır.

- Bu gün işdən tez çıxacaqsan

- Yox, işlər çoxdur, Nərgizin işinə də kömək edəcəyəm.

- Hə yaxşı.

- Nədir ki?

- Heç nə get sağ salamat.

Ülviyyə anasının baxışlarını qaçırmasından başa düşdü ki, nəsə iş var,
amma əhəmiyyət vermədən şirkətə qaçıb neçə vaxtıd rnərgizin üzərinə
atdığı işləri həll etməli idi. Şəhriyarın gəlməməsindən istifadə
edəcəkdi. Normal iş gününün sonunda Nərgiz Ülviyyəyə çay gətirərkən
münasibətinin necə keçdiyini soruşur. Ancaq vaxt tapıb dedi qodu
edəcəkdilər. Ülviyyə xoş əhval ruhiyyə ilə hər şeyi danışdıqdan sonra
Nərgizə bağışlanması üçün dil tökürdü.

- Bağışla nolar. Bilirəm atdım bəzi işlərimi üstünə

- Bəzi?

- Yaxşı bir çoxunu

- Bir çoxunu?

- Uffff hamısını...

- Ay sağol davam elə.

- Söz verirəm toyunda elə iştirak edəcəyəm ki.

- Səni kimdir toya çağıran. Mən satqın rəfiqəni neynirəm toyda

- Ee Nərgiz bəsdirdə.. Həm de görüm sən neynirsən. Kənan bəylə ümid edirəm atışmaların olmur.

Nərgiz gözünü qaçırdaraq – aaa nə atışma.. o rəhbər mən işçi. Işimi görürəm vəssalam da.

- Dəqiq?

Nərgiz bu neçə gündə olan hər şeyi bir anlıq gözünün önündən keçirib utanaraq – aaa ayıb deyil...

- Yaxşı.. işlər məncə indi səhmana düşdü. Gedim mən. Şəhriyar da yoxdur.

- Nə əcəb

- Işi var gəlməyib. Gəlirsən sən?

- Yoxeee harada bəxtəvər. Mən axırıncı dəfə nə vaxt vaxtında çıxdığımı xatırlamıram.

- Caaann.. qalım köməyə?

- Yox get. Az qalıb 1 saata bitirərəm inşAllah.

Ülviyyə hazırlaşıb çıxanda şirkətin qarşısında tanış bir səs oonu səslədi. Dönüb baxdığında rəngi qaçdı. Bu Rəşad idi.

- Rəşad, sən burada neynirsən?

- Sənə də salam. Gəldim səni ziyarət edəm

- Çox nahaq. Xahiş etməmişdim

- Mən xahişsiz də sənin huzuruna gələrəm. Bu sözlərə əsəbiləşən Ülviyyə Rəşadın düz qarşısında dayanıb.

- - bax Rəşad mənim sevdiyim biri var və mən bütün gələcəyimi onunla qurmağı planlaşdırıram. İstəmədiyimi başdan bilirsən.

- Yalan danışmaq sənə heç yaraşmır. Bu sözü deyərkən Ülviyyəyə tərəf
əyilib onun burnuna çırtma vurur. Bu anda kənardan qalın bir səs hər
ikisinin diqqətini özünə çəkir.

- Narahat etmədim!

- Şəhriyar!

Ülviyyə Şəhriyara Şəhriyar Rəşada Rəşad isə təbii ki ülviyyəyə baxırdı.
Bu üçlü baxışmanı kənardan seyr edən bir nəfərdə var idi. Nərgiz.


-
Bircə bu çatmırdı.. gəldim Ülviyyə! Nərgiz əlindəki stəkanı qoyub
qapını açaraq sürətlə otaqdan çıxacaqdı ki, sərt bir şeyə dəyib yerə
yıxılır, tarazlığını itirdiyindən başı qapının dəstəyinə dəyir. Kənana
dəydiyindən o da öz tarazlığını az qala itirəcəkdi. Nərgizin boş boş
baxdığın başının qanadığını və Nərgizin özündə olmadığın görən Kənan
təlaşlı halda – nərgiz, Nərgiz yaxşısan deyə soruşurdu. Nərgiz isə
Kənana baxaraq üzündə bir təbəssümlə gözlərini yumur. [/b]
[b]Ardı var
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!