Təsadüf yoxsa alın yazısı (Bölüm 12)

Təsadüf yoxsa alın yazısı (Bölüm 12)
Sevgi Dünyası
10.09.2017 17
Nərgiz
yavaşca qapını açdı. İlk dəfə idi ki, Kənanı belə görürdü. Bir az
qorxdu. Vüsalın halını kim görsəydi Kənandan qorxardı. Kənan əli ilə
ağzının qanını silib – Sənə sözü var dedi. Nərgiz gözlərini Kənana
dikmişdi. Kənan da gözünü ondan çəkməyərək əli ilə Vüsalı tərpədib –
denən! Deyə əmr etdi. Nərgiz qaşlarını çatıb Vüsala baxanda qaşının
partladığını gözünün üstünə qan axdığını
gördü. Elə ağzı burnu da bir birinə qarışmışdı. İçi narahat oldu
əvvəlcə, amma nədənsə əvvəlki kimi incitmədi Vüsalın yaralı olması.
Vüsal sakitcə Nərgizə baxmadan başı aşağı şəkildə - Nərgiz səni sevirəm
dedi. Kənan isə Vüsalın boynundan yapışdığı əli ilə bir daha onu
silkələyərək. Onu sən demirsən, sənin deyəcəyin başqa söz var. Vüsal
əlini yumurq şəklində sıxıb – Bağışla dedi.

- Davam elə, denən ki, bir də səni narahat etməyəcəyəm.

- Bir də səni narahat etməyəcəyəm

- Söz ver.

Nərgiz onların bu dialoqunu izləyərkən birdən ayılmış kimi-
bəsdirin. Dedi. Sonra Kənana baxaraq sakitcə- burax onu getsin.

- Amma onun deyəcəkləri bitməyib.

- Mənə lazım olanı dedi. Bir daha narahat etməyəcək, burax getsin.

Kənan sakitcə ona baxaraq əlini Vüsalın boynundan çəkib – gedə
bilərsən. Bir də səni burda görsəm dediyimi eləyəcəyəm. Özün bil. Seçim
sənindir deyə hədə qorxulu baxışla ona zilləndi. Vüsal isə başı aşağı
şəkildə oradan uzaqlaşdı. Nərgiz Vüsalın getdiyini görüb. – burda nə
gəzirdin? Səni dəvət edən olmuşdu?

- Dilindən nə vaxtsa şirin söz çıxır?

- Hə bayramlarda. Indi isə bayram deyil. Niyə gəlmisən?

- Səndən üzr istəmək üçün. Xəstəxanaya düşmənə az da olsa səbəb oldum.
Sonra aşağıda Vüsalın yaxınlşadığını görüncə düşündüm ki..

- Düşünmə...çox xahiş edirəm bir daha mənim probemlərimi həll etməyi düşünmə.

Kənan əlindəki gülü yerə ataraq – deyən lazımdır axı mənə bu lazımdır.

- Ay sağol sənə bu lazımdır?

- Yox.

- Onda sağol deyib qapını bağlayan Nərgizin hərkətinə hirslənən Kənan
qapını bir daha bərkdən döydü. Nərgiz qapını açınca – Nə var! Deyə
qışqırdı. O isə Nərgizin qolunu bərk tutub içəri keçdi.

- Bir də mənim üzümə qapını bağlasan incimə məndən.

- Nədir indi məni döyəcəksən?

- Deyəsən xətrinə dəyib nişanlını döyməyim?

- O mənim nişanlım deyil

- Hə doğrudan unutmuşdum axı siz ayrılmışdınız hə? o sənə xəyanət
etmişdi . Yəqin ki, səni bu dilindən çıxacaq şirin sözə həsrət qaldığı
üçün eləyib.

Nərgiz bu sözə bərk tutuldu. Kənan da dediyinə peşman oldu, amma söz artıq ağızdan çıxmışdı.

- Şey Nərgiz.. bağışla mən..

- Çıx get evimdən. Rədd ol!

- Nərrgiz

- Get! Çıx get!

Kənan heç nə demədən evdən çıxdı. Çox pis oldu, amma Nərgizi artıq bərk
incitmişdi. Ona yaralı keçmişini xatırlatmış yarasına duz səpmişdi.
Sanki onun günahı varmış kimi. Nərgiz isə otağına qaçaraq – hamınız eyni
zibilsiniz deyə hıçqıraraq ağlayırdı. – Allah hamınınız bəlasını
versin. Alçaqlar. Ancaq incitməyi bilin. əli ilə gözünün yaşını silib
içini çəkərək yenidən göz yaşını axıdırdı.

Ülviyyə Nərgizin bu
halından xəbərsiz göylərdə uçurdu xoşbəxtlikdən. Artıq addım addım
Şəhriyara yaxınlaşdığını düşünürdü. Tələsik otağından çıxıb mətbəxə
gəldi. Anası mətbəxtdə çay içirdi.

- Ana. Ana..Ana eşitmirsən məni

- Hə, ay can.. fikrim dağınıq idi eşitmədim. Gəl otur. [/quote]

- Niyə belə fikrə getmişdin? Nə düşünürdün?

- Səni,gələcəyini, necə olacağını

Ülviyyə yerindən durub anasını qucaqladı.

- Canım anam. Narahat olma. Söz verirəm mən xoşbəxt olacağam.

- Sən söz verirsən ya o söz verir

Ülviyyə onun bu sözünə gülümsəyərək. Onun sözünə ehtiyac yoxdur varlığı
bəs edir. Anası Ülviyyənin bu sözü dedirdəcək qədər aşiq olması onu
heyrətləndirdiyi qədər qorxudurdu da. Ülviyyə evin tək övladı olsa da
ərköyün böyüdülsə də hər zaman valideynləri ilə pərdəni saxlayar, heç
vaxt bu mövzularda onlarla heç nə danışmazdı. Amma indi Şəhriyar
haqqında belə deməsi sevgisinin gücünün əlaməti idi.

- inşAllah heç vaxt incitməz və verdiyi sözləri tutar.

Ülviyyə gördü ki, anasının gözləri dolub. Dözə bilməyib o da ağladı.
Ana qız bir birini qucaqlaşıb ağlaşdılar. Şəhriyarın anası isə narahat
halda otaqda o baş bu baş var gəl edirdi.

- Kimdir kimlərdəndir
demədi. Mən o ailənin üzünə necə baxacağam. Dedim qızınınzı oğluma
bəyənmişəm indi də deyim oğlum başqasını bəyənib. Mən nə bilim kimi
bəyənib. Bəlkə oğluma layiq deyil heç. Yox amma Şəhriyar səhv seçim
etməz. Hiiii.. niyə etməsin. Safdır oğlum onu kim istəsə aldadar. Yox
yox bilməiş kimlərdəndir heç bir yerə elçi gedən deyiləm. Ay Allah mən
indi nə deyib Zülfiyyəyə. Qızın könlünə saldım oğlanı indi incitmədən nə
deyim. Səbr edək görək bəlkə oğlanı seçdiyi ailməizə layiq deyil heç.

Şəhriyarın atası Səlim içəri girəndə həyat yoldaşının otaqda sağa sola dönə dönə öz özünə danışdığını görüb.

- Deyəsən yaşlanırsan Şahnaz. Öz özünə danışırsan artıq

Şahnaz yoldaşına baxıb.

- Kişi bir bəlaya düşmüşük ki.

- Niyə nə olub

- Oğlun başqa qızı bəyəndiyini deyir. Biz isə Zülfiyyənin könlünü almaq istəyirdik.

- Biz yox sən. Məni bu işə başdan qatma demişdim.

- Sən nə vaxt nəyə qarışmısan ki. Deyib otaqdan çıxdı. Səlim başını
yelləyərək bu qadın oğlanın başını ağrıdacaq deyəsən. Deyərək divanda
yerini rahatladı.

Bu gece oz ozune danisanlar arasinda Kenan da var idi.

- axmaq Kenan, axmaq Kenan. guya üzr istemeye getmısdim qizi daha da
incitdim. Öküzem de. hele meni sag qoydusa özü boyuk şeydi.

sonra
da olanlari xatirladiqca Nergizin Vüsala tepik vurmasına gülümsedi. -
deli qiz. men özümu nece bagişladacagam Nergiz xanım...ah Nergiz
Nergiz...bir deq, he elbetde Nergiz! birden aglina gelen ideyani
reallaşdirmaq üçün eline aldigi telefonla harasa zeng vurdu.

Nergiz
ise bu vaxti yuxulamisdi. onun narahat oldugu vaxtlarda tek sevdiyi sey
yatmaq idi. Seher acilar acilmaz her kes isinin gucunun arxasinca
getdi. Ülviyyenin anası Gülnaz ise telefonla zeng edib iyneli iyneli
danişan Resadin anası Gülyaz ile danışirdi. daha dogrusu Gulyaz danişir o
ise dinleyirdi.

- heç yaxşi olmadı. ayib deyil, adaxlısi vardı deyerdiniz. elinde iki qarpiz tutur, ogluma qiz qehetdi?

- bir deq dayan. bayaqdan hormet edirem sesimi cixarmiram. Amma
serheddi aşma. Men qizima ele terbiye vermemisem ki, iki oglani elinde
tutsun. Menim qızımı isteyenler çoxdursa onun ne günahi. Qızımin adıni
ceken de ilk siz oldunuz.

- Reşad istemeseydi men hec dinmezdim de

- mene bax minnet vurma. Qizi mini isteyer biri alar. Reşad o biri ola
bilmeyibse burda hec kimin gunahi yoxdur. istederdi özunu. Sagol - deyib
telefonu bagladı.

buna baxe. Hele bir minnet vurur. senin minnetin olsun.

- yene ne danisirsan oz ozune Gülnaz xanım? bu Ülviyyenin atası idi.
divanda oturub esebinden ellerini ovusduran Gülnaza baxdi.

- Hec. bos ver. Sen maraqlandin? Nece oldu?

- he maraqlandim. dediler cox yaxsi ailedir.

- Kimlerdendir? taniş deyil?

- Yox. Amma bu meni qorxudur. Qizi tanimadigimiz aileye gondermek. ne
bilim. Kimden soruşdum menfi hec ne demediler. Amma ailenin ıcde nece
oldugunu bilmirik. kesilmemış qarpiz kimidir.

- ay kişi dayan gorek. Qızı verdin getdi. hele bir gelsinler baxaq taniyaq. Her isteyene qız vererler?

- Hə..

- sən de görüm kimdirlər, kimlərdəndirlər?

Gülnaz bu sualına cavab almamış Ülviyyə tələsik içəri keçib – mən
gecikdim, ata zəhmət olmasa məni işə aparasan?.. Metro ilə getsəm lap
gecikəcəyəm.

- Hə, gəl gedək. Gülnaza baxıb göz vurub- axşam danışarıq dedi.

Nərgiz isə çoxdan işə gəlmişdi. Şirkətə gəlib ərizəsini yazacaqdı. Bu
dəfə qərarlı idi. Otağına keçməmiş bir başa kadrlar şöbəsinə gedəcəkdi.
Otağına getsə Ülviyyə onu dilə tutub qoymaya bilərdi. Bunları düşünüərək
şirkətə daxil olanda qəribə baxışları üzərində hiss etdi. Nədənsə hər
kəs ona bu gün qəribə baxışla baxırdı. Kimisi öldürücü, kimisi
əylənirmiş kimi, kimisi də şad. Heç nə anlamadan kadrlar şöbəsinin
qapısına getdi, amma bağlı idi – Bu qız da işə vaxtında gəlməzeee...
otağına gedib gözləməyə qərar verdi. Kənanın otağının yanında olduğundan
bu gün ən son görmək istədiyi insandır deyə ayaqlarını ucu ilə otağına
doğru addımladı. Qəribə qoxu gəldiyini hiss etdi. Bu qoxu ona tanış idi
deyə tez nəfəs almadan əlini ağzına tutub otağın qapısını açdı. Başını
qaldırmamış hiss etdi ki, kimsə qapını onun əlindən çəkib bağladı.
Başını qaldıranda Kənanı gördü. Əli ağzında ətrafa baxdığında isə hər
tərəfin baş bütün nərgiz gülü olduğunu qoxusunun otağı dəhşətli dərəcədə
bürüdüyünü gördü. Otaqdan çıxmaq istəyirdi ki, Kənan qapının ağzına
keçib cüssəli bədəni ilə imkan vermədi. Nərgizin nəsə deməyinə imkan
vermədən elə hey danışırdı. – Nərgiz dünənki sözümə görə bağışla. Inan
mənə səöni incitmək istəmirdim, amma qapını üzümə bağlamağınla..

- Burax məni çıxım otaqdan..

- Yox sözümü eşit sonra.

Nərgizin biləklərindən tutuduğundan əlini ağzından çəkməli olmuşdu.
Əlində çabalayan nərgizin get gedə müqavimət göstərmədiyini görən Kənana
daha da ürəklənərək üzürxahlıq etməyə başladı.

Nərgiz isə get gedə batan səsi ilə - burax çıxmalıyam, güllər deyirdi.

- Yox dinlə sonra. Nərgiz,..Nərgiz? Nərgiz!

Nərgiz isə nəfəs alması çətinləşmiş və huşunu itirmişdi. Kənan heç nə
başa düşməyərək öz özünə - deyəsən romantikanı çox şişirtdim qız özündən
getdi deyə düşündü. Nərgizi stuluna əyləşdirib onu oyatmağa çalışırdı.
Nərgiz! Nərgiz ayıl..Nərgizin ürək döyünütülərini zəiflədiyini nəfəs
almadığın gördükdə özünü itirdi. Otağın qapısı döyüldü və içəri Kənan
bəyin katibəsi daxil olaraq Kənan bəyə atanız telefon...buna noldu?

- Bilmirəm özündən getdi..

- Aaaa güllər..onu çıxarın tezz... çıxardın burdan..

- Niyə noldu?

- Bronxları şişir bu gülün qoxusundan .. tez pəncərəyə tərəf aparın yox yoxx ən yaxşı çölə çıxardın. Çoxdandır burdadır?

- Hə. Yox..bilmirəm.. nə şiş?

- Ay allah Kənan bəy qızı istəmirdiniz işdən çıxardardınız da tay
öldürmək niyə? Aparını burdan onu.. Kənan artıq ikinci dəfədir Nərgiz
qollarında şirkətdən çıxrdı. Ətrafdakılar həm çaşğınlıq həm paxıllıq
hissi ilə baxırdılar. – buna bax iki gündən bir özünü tülklüyə vurub
huşunu itirir yıxılır. Afrist..- ay qız elə demə görümrsən rəngi ağ
appaq olub. Salma isə uzaqdan olanları görüb yenə hikksəindən bilmirdi
neynəsin. – Sarı ifritə buna bax, bicliyi ilə kənanı əlimdən almaq
istəyir. Yuxunda görərsən Kənanı deyib qabağa gəlir.

- Kənan bəy nəsə olub?

- Bilmirəm huşunu itirdi. Asması varmış.

- Əşi nə asma, siz qoyun burda biz onu ayıldarıq indi qızlarla. Yəqin ki, havadan özünü pis hiss edib.

- Yox xəstəxanaya aparacam, çəkil.

Salmanı yüngülcə itəliyərək çıxışa doğru getdi. Qapıya yaxınlşan
Ülviyyə isə tələsirdi deyə çalan telefon zəngini eşitmirdi. Kənardan
kimsə onu səslədi. Bu dəfə xanım səsi idi. Həlim və sakitliklə - Ülviyyə
xanım sizsiniz? Deyə soruşdu. Ülviyyə bu xoş üzlü xanıma gülümsəyərək –
bəli buyurun dedi.

- Sizinlə danışa bilərik bir az.

- Bağışlayın, amma mən sizi tanımadım. Biz tanışıq?

- Yox. Siz məni tanımırsınız. Mən..

- Nərgiz!!! Nolub ona Qadının sözünü kəsən ülviyyə Kənanı qucağında
Nərgizlə gördüyü üçün artıq qadının kimliyi marağında deyildi. Geri
çönündüyündə qadın ona baxmağa davam edirdi, üzrxahlıq baxışı atıb
kənanın yanı ilə getməyə başladı.

- Nə olub ona?

- Huşunu itirib.

- Onu görürəm. Niyə olub?

Kənan çaş baş halda nəyi necə danışdığını bilmirdi. Mən üzr istəmək
istədim. Güllər aldım otağa yığdım. O da girəndə halı pisləşməyə
başladı. Bilmədim ki..

- Hansı gül

- Nərgiz

- Nə!?

- Bilmirdim..

Yenidən xəstəxana yenidən eyni dəhliz. Həkim bu dəfə nərgizi görəndə. –
yenə bu qız? Deyəsən xəstəxana xoşuna gəlib deyə zarafat eləmək istəsə
də Kənanın öldürücü baxışı onu oradan saniyə içində uzaqlaşdırdı.
Nərgiz yaxşı idi artıq. Amma hələ ki, oksigen alıb vermək üçün aparata
bağlı idi. Kənan pərişan halda ikinci dəfə dəhlizi o baş bu baş gedirdi.
Ülviyyə ona baxıb – bu heç yaxşı olmadı Kənan bəy deyərmiş kimi üzünə
baxdığını hiss edib –Mən bilmirdim. Bilsəm niyə eləyim dəliyəm. Ülviyyə
baxışlarını cəld aşağı saldı. Telefonla şəhriyara harada olduğunu xəbər
vermişdi deyə artıq şöəhriyarda gəlmişdi. Ülviyyənin yanına gəlib nə
olub deyə soruşduğunda Ülviyyə olanları danışdı. O da təəcüblə üzünü
Kənana qaldıranda kənana bayaq ülviyyədən duyduğu baxışları Şəhriyarın
üzündə görüb. – Nə?! Mən haradan bilim axı!

Şəhriyarda başını
Ülviyyəyə döndərib – bilmirmiş dedi və gülümsədi yavaşca. Əslində hər
ikisi özünü gülməmək üçün zorla tuturdular. Nərgiz yaxşı idi artıq,
Kənanın rəngi elə qaçmışdı ki, Nərgiz yalan olmuşdu onun yanında. Günah
işlətmiş balaca uşaqlar kimi anası indi öyrənəcək və onu cəzalandıracaq
kimi çabalayırdı. Az sonra Ülviyyə nərgizin yanına girdi. Nərgiz onu
görüb gülümsədi yenə.

- Yenə bizi qorxutdun. Yaxşısan? Deyə
soruşanda Nərgiz astaca başını tərpətdi. Bir az sonra qapını kimsə döydü
və şəhriyar qapıdan boylanıb – olar deyə soruşanda Nərgiz eyni
təbəssümlə onu qarşıladı.

- Nərgiz xanımımz deyəsən xəstəxanaya öyrəşib.

Nərgiz qaşlarını çatıb danışmaq istəyirdi ki, Kənan başını qapıdan
yavaşca içəri saldı. Onun içər5i salması ilə nərgiz başının altında
qoyduğu yastığı ona tərəf atdı. Kənan cəld çəkildiyindən yastıq qapıya
dəydi

- Nərgiz bağışla mən bilmirdim

- Get burdan.. Çıxx.. düz
ikinci dəfədir məni öldürmək istəyir bu.. deyin çıxsın. Ülviyyə nərgizi
güclə saxlayırdı əlinə nə kçeirdisə Kənanın üzərinə atırdı. Şəhriyar
Kənanı tutaraq

- məncə sən indi getsən yaxşıdır.

- Axı mən doğrudan bilmirdim.

- O bildmədiyini bilmir Kənan. Indi hirslidir öldürə bilər məncə biz
çıxaq. Kənan kor peşiman otaqdan çıxdı. Ülviyyə nərgizi sakitləşdirərək.
– getdi daha bəsdir. O yazıq da onsuz səndən betər günə düşdü. Axı
hardan bilsin.

- Nə yazıq? Bu ikinci cəhdidire məni öldürmək
istəyir. Xəbərin yoxdur otaqda yer qalmamışdıye stoldan tutmuş şkafların
başı pol hər yer nərgiz gülü idi.

Ülviyyə özünü saxlaya bilməyib güldü.

- Ülviyyə gülmə. O məni öldürmək istəyir sən gülürsən. Mən sabahdan
çıxıram işdən. Yox. Yox elə bu gündən. Mənim əvəzimə gedib ərizə
yazarsan. Ülviyyə nərgizi sakitləşdirib çölə çıxdı. Kənan hələ də
getməmişdi. Pərişan halda Ülviyyəyə baxdı. Onun bu halına Ülviyyəni
ürəyi ağrıdı. Özündən asılı olmadan ona içindən caaaan deməyi gəlirdi.
Şəhriyarla üzlərindəki təbəssümü gizlətməyə çalışsalarda Kənan – gülün
gülün. Rahat olun. Gülünəsi vəziyyətdir elə. qızdan üzr istəmək
istədikcə daha da batıram. Adı Nərgiz ola özü də nərgiz gülünə düşmən
ola. Bu ancaq bu qızdan çıxar.

Şəhriyarla Ülviyyə artıq dözə
bilməyib qəh qəhə atdılar. Kənan isə saçlarını qarışdırıb – indi mən
neyniyəcəyəm. Bu dəfə məni sağ qoymaz bu. deyə bərkdən onlardan soruşdu.
Şəhriyar əlini onun çiyninə qoyub gülə gülə - fikir eləmə bu hamının
başına gələ bilərdi.desə də özünü saxlaya bilmirdi yenə. Kənanın
mimikası həmin anda hamını güldürərdi. Nərgizi evə yola salıb Ülviyyəni
işə aparanda şəhriyar gördü ki, Ülviyyə fikirldi. Əlindən tutub – nə
olub? Hara getdi fikrin yenə. Mən burdayam axı

Ülviyyə onun bu
sözünə gülümsəsə də düşündüyü şey bu gün yanına gələn xanım idi.
Təlaşdan kimliyin öyrənə bilməmişdi. Artıq onu getdikcə maraq bürüyürdü
ki, bu xanım kimdir?

 
Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!