Zindan həyat (45-ci bölüm)

Zindan həyat (45-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 36
Əli:Laləəə niyə qışqırırsan səsivi kimə eşitdirirsən hə!!

Lalə artıq nə edəcəyini necə danışacağını bilmirdi sakit danışsa niyə sakit danışırsan kimisə düşünürsən,möhkəm danışsa səsivi kimə eşitdirsən deyirdi beləcə Əli yenə danışır Lalədə məcburən cavablandırırdı Əli ilə Lalə burda dava edərkən evlərində Lalənin həyatının söhbəti gedirdi

Səlminaz:hə qızım nə deyirsən bilirəm təəcüblüsən bizi tanımırsan ama yenə deyirəma kimdən istəsən gedib öyrənə bilərsən adreslər verdim sənə nəvəmin iş yeri qaldığı evi qonşularından işçilərindən nə bilim onu tanıyan hamıdan soruşun görün mənim uşağım necədi ağıllıdı nəvəm tərifləmək kimi olmasın böyük kiçik yeri bilən hörmət saxlayan uşaqdı biraz qısqancdı oda sevgisindəndi

Şəhla:xala vallah bilmirəm nə deyim siz birdən birə gəldizki qızınıza elçi gəlmişik ama nə mən sizi tanımıram nə yoldaşım ona görə sizə heç nə deyə bilmərəm

Səlminaz:ay qızım mən elə bu dəqiqə qızı almağa gəlməmişəmki gəldik vəziyyəti sizə deyək siz düşünün daşının məsləhət edin biz 2günə yenə gələk

Şəhla:yaxşı onda axşam mən yoldaşımada deyim sonra danışaq hə birdə bir sözdə soruşum siz nənəsisiz oğlanın

Səlminaz:hə qızım mən Əlinin nənəsi buda Bahar bacısı

Şəhla:bəs anası?

Səlminaz:(başını aşağı əyərək hər şeyi demək istəyirdiki Bahar nənəsindən əvvəl danışdı çünki Əli ona demişdiki Laləyə yalandan ailəsi haqqında maşın qəzasında öldüklərin deyib)

Bahar:şey xala anamla atam maşın qəzasında dünyaların dəyişiblər biz uşaq olanda

Səlminaz(başını qaldırıb Bahara baxır Baharsa gözləri ilə sanki başa salırdı nənəsini oda vəziyyəti azdan çoxdan anlıyıb heç nə demir....və beləcə Şəhla qonaqların yola salır qapıdan çıxanda Əlinin maşının yanında gözlədiyinin görürlər

Səlminaz(Şəhlaya çevrilərək)Baxx odu mənim nəvəm gör necə yaraşıqlıdı maşallah

Şəhla Səlminazın görsətdiyi oğlana baxır Əli Şəhlanında ona baxdığını görüb özünü dik tutub başını utanırmış kimi aşağı salır Şəhla ilk baxışdan pis təsir bağışlamamışdı ama sanki ürəyi rahat deyildi ona baxanda beləcə Səlminaz Şəhlayla sağollaşıb maşına doğru gedirlər Əli nənəsini maşına mindirərək sözünü soruşurdu:Nənə nə oldu verdilər vse bitdi sabah nişan gətirək

Səlminaz(Əlinin sözlərinə gülərək)ay dəli nəvəm birinci dəfə getməklə adama qız verirlər özüdə tanımadıqları adama hələ fikirləşəcəklər araşdıracaqlar 2gündən sonra yenə gələciyik

Əli:nəə hələ fikirləşəcəklər?nəyi fikirləşirlər axı mənim kimi oğlanı gözlədirlər heç utanmırlar

Səlminaz:hə hə day demə sən göydən zənbilnən düşmüsən axı yeri get səni burda kötəyliyərəm yoxsa qaynananda ordan baxır biabır olarsan

Əli:(ona keçərək)aman nənə zalım nənə yar nənə

Səlminaz:buna bax bir oyunbaz keç sür gedək...

Əli maşını işə salıb ordan çıxıb şəhərə doğru yola düşürlər..Əli yol boyu nənəsindən nə danışdıqlarını necə reaksiya verdiyini soruşur nənəsi ilə bacısı isə yorulmadan cavab veriridler Baharın qızı Yeganədə onlarla getmişdi Əli Yeganəni çox istəyirdi o nə istəsə edirdi Yeganəni keənddən çıxana kimi qucağında oturdub maşın sürdürürdü:Dayısının bir dənəsi ölərəm səninçün biraz böyü maşın alacam sənə

Əli:(Yeganənın qulağına yaxınlaşaraq)nənəgili qoyaq sonra səninle gəzməyə gedək??

Yeganə:uraaaa gəzməyə gedəciyik

Əli:yavaş yavaş nənəgil bilməsin yoxsa onlarda gəlmək istəyəcək neyniriy onlari biz 3müz gedərik

Yeganə:(asta səslə)hə dayı nənə qoca nənədi cəzə bilmirçi onu aparmıyaq mamanıda aparmıyaq o mənə sok almır xəstələnərsən deyir sən alarsan

Əli:sən nə istəsən alacam

Bahar:ey orda nə pıçıldaşırsız hə??

Əli:sənə nə biz dayı bala söhbət edirik nədi paxıllıq eliyirsən??

Bahar:edin edin axırda vuruşub gəlmiyində üstümə

Əli:(gülərək)qorxma vuruşmarıq....biraz keçdikdən sonra Əli Yeganəni anasına ötürür artıq yuxusu gəlmişdi Yeganə yatdıqdan sonraSəlminaz danışır:Bahar sən niyə yalandan dedinki anamla atam qəzada ölüb?

Əli(Baharın sözün kəsərək)nənə mən demişdim Laləyə elə demişəm deyə yalan çıxmasın dediyim

Səlminaz:oğlum yalan ayaq tutar ama yeriməz onlara indi yalan dedin birdən sənin haqqında gəlib soruşanda kimsə nəsə dedi onda necə olacaq

Əli:kim nə diyə bilər axı yaşadığım yerdə heç kəs bilmir iş yerimdə də həmçinin sənin evinə gəlib soruşmayacaqlarki

Səlminaz:düz eləmirsən qızada ac həqiqəti de seni sevirsə buna görə səndən ayrılacaq deyilki

Əli:hələ yox nənə deyəcəm ama indi yox.......Yavaş yavaş Bakıya çatırdılar Lalə evə girib yalanı çıxmasın deyə həqiqətən duşa girib çimir sonra çıxıb əynini geyinir teli zəng çalır zəng edən Əli idi teli açıb danışır:alo

Əli:canım neynirsən

Lalə:heç nə nə oldu çıxdılar sizinkilər

Əli:gəlirik yoldayıq gəlib hər şeyi danışacam ama sənə qonağımda varhaa hazırlaş

Lalə:Əli kimdi bax deməki nənəmdi yada bacımdı xahiş edirəm sənə dedim axı istəmirəm onlarla indi görüşmək

Əli:qorxma onlar deyil onlardanda bətər biridi

Lalə:Əli dedə kimdi axı???

Əli:Yegiş Baharın qızı

Lalə:offf Əli qorxuzdun məni yaxşı gətirərsən

Əli:hə gətirəcəm uje Bakdayıq nənəmgili evə qoyub gəlirəm

Lalə:onların yanında danışırsan???

Əli:hə nə olsunki

Lalə:Əli dəlisən sənə nə dedim mən demədimki onların yanında danışma

Əli:yaxşı zarafat elədim benzin vurdururam maşına ona görə bayrdayam burda danışıram

Lalə:həə yaxşı onda gözdüyürəm səni......

Artıq Əli evlərinə çatmışdı nənəsigili düşürdüb Yeganəni Bahardan alaraq:Qızını oğurluyuram bugün məndədi

Bahar:Əli hara aparırsan

Əli:gəzməyə gedəcəyik

Bahar:səncanı su alma ona soyuq olur alsanda isti al sonra xəstələnir

Əli.narahat olma sən)....

Əli Yeganənidə görtürüb Lalənin yanına gəlir qapının zəngini çalır Lalə gəlib qapını açır

Əli:Biz gəldikk

Lalə:xoş gəldiz gəlin içəri (əyilərək)səndə xoş gəldin Yeganə xanım deyərək yanağından öpür Əli bunu görüb üzünü Laləyə uzdaraq:Məndə deyəsən xoş gəlmədim axı mənidə öp xoş gəlim

Lalə:Əliii dəlisən uşaq baxır

Əli:baxsında öp öpməsən bax Yeganəyə öyrədəcəm nənəmgilin yanında danışsın gördüklərini və görmədiklərini

Lalə:eeh Əli bəsdidə uşaqsan səndə

Əli:hə öpməsən ağlıyacam (Yeganənin qolundan tutub yəlləyərək)he Yegiş ağlasın dayı:

Yeganə:alamasın dayıı

Əli:(yalandan)uhu uhu uhu bax ağlayıram öpmür məni deki öpsün yoxsa dayanmayacam

Yeganə Lalənin əlindən tutub:öp daydayımı tezzz olll yoxsa ağlayacaq

Əli tez üzünü qabağa verərək:he öp yoxsa dayanmayacam bax uhuuuu uhuuuu

Lalə(Əliyə yaxınlaşaraq)min oyundan çıxıb istədiyivi elətdirməsən olmurda

Əli:yox olmur öpəcəksən???

Lalə:yaxşı deyib Əlinin üzündən öpür

Əli tez o biri üzünü çevirərək:bura qaldı

Lalə:orada qalsın daha

Yeganə:öp öp öp

Lalə Yeganəyə baxıb Əlinin o biri üzündəndə öpür

Yeganə:yeşşş dayımı öpdü Əlidə ona qoşulub onun kimi danışırdi biraz keçdikdən sonra Əli Laləyə:Lalə hazirlaş gedək

Lalə.hara

Əli:bu ölmüşü gezdirməyə həm bizdə biraz gezmiş olarıq

Lalə:Əli sən Yeganə ilə get mən gəlməyim

Əli:Laləəə dur hazirlaş gedəkk niyə evdə qalırsan axı tez ol dur(əlindən tutub qaldırır Lalə həvəssizcə gedib hazırlanır evdən çıxacaqkən Lalənin telinə zəng gəlir zəng edən anası idi Lalə bir telə birdə Əliyə baxırdı

Əli:aç danış

Lalə:desə sən tanıyırsan onda nə deyəcəm

Əli:deki hə tanıyıram sevirik bir birimizi

Lalə:ehh Əli bəsdi

Əli:yaxşı aç deki belə tanıyıram yeni bilirəmki kimdi

Lalə teli açıb danışır anası ona bugün elçi gəldiklərini deyir və onu tanıyıb tanımadığını soruşur Lalədə Əlinin dediyi kimi deyir ama anasi bəlkə daha yaxından tanıyırsan danışmısan o oğlanla bilirsən necədi Lalədə çıxılmaz vəziyyətdə qalıb:hə danışmışam bir neçə dəfə pis deyil

anasıda ona demək ona görə Nazimi istəmirdin hə

Əli ürəyində (paaa atonan sənun bu arvad Nazimdə nə görüb axı)

Lalə:hə ona görə idi....

Anasında biz tanımırıq necə biridi atana dedim əvvəlcə etiraz elədi tanımırıq kimdi kimlərdəndi sonra atasıyla anasının öldüyünü deyəndən sonra atan biraz yumşaldı şəhərdəki qohumlarına zəng vurub oların dediyi yerlərə göndərib indi maraqlanıb deyəcəklər indi sən istəyirsən???buda Nazim kimi olmasın gəl get axırdada yox istəmirsənsə bu başdan yox deyək olsun bitsin

Lalə:yox mama istəyirəm siz özünüz necə istəyirsiz araşdırın maraqlanın papanın xoşo gəlsə deki məndə istəyirəm

Şəhla:Lalə əminsən bax mən tanımıram o oğlanı

Lalə:hə mama əminəm

Şəhla:qızım yaxşı fikirləş nənəsinin dediyinə görə biraz qısqancdı o səni işdəməyədə qoymaz

Lalə:(o an deyə bilmədiki hə qoymuyacaq Əlini yaxşı göstərməkçün)yo mama elə şeylərə qarışmayacaq

Şəhla:nə bilim nəsə mənə inandırıcı gəlmədi ama razı olsanda mən şərtimi deyəcəm razı olarlar gələrlər olmazlar xow getdilər.Səndə çox danışma oğlanla orda bax atanın qohumları görər sonra söz falan çıxarma eşidirsən

Lalə(tutulmuşdu anasının bu sözünə gözləri dolmuşdu Əlidə görürdü vəziyyəti Lalənin qoluna sığal çəkərək gözlərinə baxırdı)Yaxşı mama sonra danışarıq teli söndürən kimi gözündən yaş süzülür Əli Lalənin gözünün yaşını silərək:canımm narahat olma az qalıb hər şey bitəcək daha belə yalan dolan olmuyacaq.....Bir əlaqəninki təməlini yalan qurur o əlaqə gec tez dağılır çünki yalan yalan doğurur deyiblər heqiqətəndə belədi bir yalanı ört bas etməkdən ötrü 2ci 3cü yalana l atırsan beləcə yalanlar içində məhv olub gedirsən....



Lalə kefsiz halda Əli ilə evdən çıxıb Yeganəni gəzməyə aparırlar yol boyu Əli sevincli danışsada Lalənin ürəyi heç rahat deyildi bilmirdi səbəbin ama ürəyi sıxılırdı ürəyində ancaq olanları düşünürdü:(Əli mən mən bunu istiyirəm yox istəmirəm alınmayacaq bizdə ama ayrılada bilmərəm sonra nə deyəcəm offf Allahım nə olar çıxış yolu göstər

Əli(Lalənin belə fikirli olduğunu görüb)Lalə yaxşısan

Lalə:nəə??

Əli:yaxşısan nə fikirləşirsən???

Lalə:heçç olanları Əli səncə düz edirik??

Əli(Yeganəyə şar alıb verirki oynasın və Lalənin yanına qayıdıb)Lalə nə danışırsan sən nə olub axı???

Lalə:Əli mən mən deyəsən (ürəyində istəmirəm) hə Lalə deki istəmirəm

Əli:hə nəə????

Lalə:nə isə Əli

Əli:Lalə başlamısan sona yetir!

Lalə:Əli qorxuram mən səninlə birlikdə yaşamaqdan qorxuram sənin qısqanclığın mənim həyatımı bizim həyatımızı məhv edə bilər sən özün hiss etmirsən ama sənin qısqanclığın normal deyil həddindən artıq çoxdu ona görə hələ saxlayaq bəlkə nişan işini yəni evdəkilər razı olsalar

Əli(Lalənin sözlərindən tutulur)Lalə nə danışdığını bilirsən bu yerə qədər gəlib çıxmışıq indi deyirsən saxlıyaq mən səninlə nişanlansam daha qısqanclığımda azalacaq evləndikdən sonra isə tamami ile rahat olacam biləcəmki sən mənə aidsən,həm səni ailən mənə verməsə qaçırdaram sən elədə belədə mənim olmalısan baça düşürsən məni!!!

Lalə:Əli nə danışırsan qaçmaq nədi heç vaxt

Əli:mən səndən fikrini soruşmadım ki qaçıracam dedim sən istəsəndə istəməsəndə

Lalə:Əli bəsdii!!belə danışma

Əli:yaxşı qorxma zarafat eləyirəm məncə razı olacaq ailən və sən mənimlə evlənəcəksən

Lalə daha heç nə deyə bilmirdi Əli heç cürə geriyə addım atmağı düşünmürdü...artıq 2gün keçmişdi Əli nənəsini yenə Laləgilə aparırırdı bugün artıq bir cavab verəcəkdilər anasıgil...bu 2gün ərzində Lalənin atası Əlinin iş yerindən qaldığı evdən onun haqqında soruşmuş və heç kimdən pis bir şey eşitməmişdi ona görə bir problem olmadığını deyirdi amaki özünü tanımırıq bilmirik necə insandı ona görə tərəddütdə idi Lalənin anası Şəhla isə Lalə ilə danışıb atasının danışdıqlarını deyirdi Lalədə özüdə yaxşıdı mən istəyirəm xahiş edirəm sizdə razı olun Şəhla Rasimədə bunları deyincə qızımız istəyirsə ürəyini qırmayaq bəlkə həqiqət yaxşıdı yaxşı olmaz nişanı qaytararıq həm elədə böyükk nişan etməyək kiçik aillə arasında həsin verək bir birlərin tanısınlar həm hələ Lalənin məktəbi var bitirsin sonra.....Artıq Əlinin nənəsi gəlib həm Lalənin atası ilə həm də anası ilə danışırdiı Əlinin nənəsi Səlminaz xanım nəvəsindən elə razı əmin danışırdıki Rasimdə ona inanırdı hər halda yalan deməyəcəkdiki Rasimdə qızının hələ oxuyacağını və bitirdikdən sonrada işləyəcəyin şərtini deyir nənəsidə Əlinin adından söz verirki Əli qarışmayacaq.. artıq aralarında danışmış bir həftəyə kiçik ailə arasında bir nişan etmə qərarını almışdılar....Əlinin nənəsi və bacısı Laləgildən çıxanda Səlminaz Rasimə Əlini görsədir Rasim Əli ilə danışmaq istəyirdi Əli Rasimin ona doğru gəldiyini görüb həyəcanlanır bilmirdi nə deyəcəyini Rasim gəlib Əli ilə salamlaşır Əli çox hörmətlə onunla salamlaşıb başını aşağı salır Rasimin ilk söhbətdən Əli ürəyinə yatmışdı sanki bəlkədə yetim olduğunu düşünərək ona yazığı gəlmişdi Əlidə danişarkən onun gözünə elə baxırdıki Rasim onun gözlərindən hiss etmişdi nə qədər açılar çəkdiyini Rasim biraz söhbət etdikdən sonra:İnşallah heç biriniz peşman olmarsınız Allah xeyirlisin etsin...Deyib Əli ilə sağollaşır Əli çox sevincli idi az qalmışdıki ordaca sevincindən qışqırsın....Artiq 1həftəyə nişan olacaqdı....Bu nişan Lalənin həyatında nələri dəyişəcəkdı nələr yaşayacaqdı hələki bunu heç özüdə bilmirdi......



Ardı var...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!