Təsadüf yoxsa alın yazısı (Bölüm 14)

Təsadüf yoxsa alın yazısı (Bölüm 14)
Sevgi Dünyası
10.09.2017 7
Aradan
bir nece gun kecse de Ulviyye Sehriyara hec ne dememisdi.Dusundu ki axi
niye kimese gore sevdiyi insandan ayrilmalidir.Ozude tanimadigi
bilmediyi bir insana gore. Amma icine qorxu da dusmusdu. Sehriyar ise
her gun eve gelende anasindan niye elci getmediklerini
sorusurdu.Ulviyyenin yaninda behs etmese de anasina her gun tekid
edirdi. Anasi ise atan arasdirir ki
kimlerdendir ya da Zulfiyyenin ailesinden ayibdir zaman kecsin kimi
ifadeler deyir elciliyi texire salirdi. Nehayet Sehriyar dozmeyib hirsle
anasina - sabah elciliye gedirsiniz vessalam. Men Ulviyye ile evlenirem
ailesi ile yox ustegel Zulfiyyeye soz veren men deyilem. evde mubahise
dusende atasi Selim otaga daxil olur

- Ne bas verir burda. Sesiniz cole gelir.

- Ata sabah elciliye gedirsiniz

- Lap yaxsi gederik.

- Dedim ki, yox Sehriyar. Anasinin bu reaksiyasina her kes meetel qaldi.

- Men getmeyeceyem.

-Niye ana?

- Men soz verdiyim qizin...

- Allahim yene Zulfiyye deyire. Ana anlamirsan sen, men onu yox Ulviyyeni isteyirem.

- Onda icaze ver zaman kecsin. Qizin qelbin qirmayaq. Hem ne bilirik ne olacaq niye telesirsen ki?

- Anan duz deyir Sehriyar bir az sebr et.

- Axi ata.

- Narahat olma oglum yaxsi olacaq. Duz deyir o aileden ayibdir. bir az
zaman kecsin sen istediyin kimi elci gedib o qizi sene isteyerik.
Sehriyar atasina qarshi daha da cox direse bilmedi. Basini tesdiqlemek
menasinda yelleyib otagina getdi. Ulviyyeye munasib şekilde izah
etmeliydi, amma nece deyecek deye gotur qoy edirdi.

Nərgizlə Ülviyyə
otaqa oturub söhbət edirdilər. Ülviyyə o qadın haqqında onun sözləri
haqqında Nərgizə danışdı. Hər ikisi bir neçə dəqiqə susub səssizliyə
qərq oldular. Hər ikisi də nəsə düşünürdü. Nəsə yox daha çox qadının
kimliyi haqqında. Nərgiz baxışlarını qaldırıb Ülviyyəyə baxdı. Çox
narahat idi. Tez tez nəfəs almasından görürdü.

- Ülviyyə, narahat olma. Tanımadığın bilmədiyin insandan ötəri ayrılmayacaqsanki

- Əlbəttə yox. Amma kim idi o? Niyə elə yalvardı? Niyə elə dedi? Niyə ayrılmağımı istəyir?

- Bəlkə sən onunla bacı qardaşsan

- Ay qız səfehləmə

- Neynim elə ciddi sifət almısan ki, istədim bir az zarafat edim. Ülviyyə

- Hmmm

- Bəlkə Şəhriyarın anasıdır

Ülviyyə başını qaldırıb Nərgizə baxdı. – Mənim də ilk ağlıma gələn o
idi, amma elə olsa Şəhriyara istəmədiyin deyər mənə niyə gəlib deyir ki.

- Bəlkə özünü oğlunun yanında pis eləmək istəmir.

- Bilmirəm Nərgiz bilmirəm. Inan beynim donub.

- Şəhriyara demisən?

- Yox. Səncə deyim.

- Nə bilim seçim sənindir. Amma əgər anası idisə o zaman səni istəmir
demək. Bu pis oldu. Şəhriyar ana sözünə qulaq assaydı anası ona deyərdi.
Demək ki, öz bildiyini edəcək. Sən neynəyəcəksən?

- Nərgiz dayan stop de. Yenə düzdün qoşdun.

- Niyə ki bu da ehtimaldırda. Birdən istəmədi anası.

- Mənim anam kimi tərs biri yola gəlibsə inanmıram ki, kimsə etriaz edə
artıq. Görək də üzə çıxacaq da axır əvvəl kimliyi. Sən neynirsən? Vüsal
narahat eləmir ta?

- Yox. O gedən gedib. Bilmirəm ona nə deyibsə Kənan o gündən görmürəm, zəng də eləmir

- Darıxırsan?

- Yoxee.. Allah vurmuşdu onu. Get gedə içimdə sadəcə ona qarşı boşluq qalır.

- Bu ki yaxşıdır. Mən qorxurdum ki, unuda bilməyəcəksən

- Unutmaq mümkündür ki? Sadəcə zamanla alışırsan və gələcəyinə baxırsan

- Hmm...gələcəyinə kimlə baxırsan.

- Nə?

- Nə nə? Deyirəm gələcəyinə kimlə baxırsan? Ya da baxmağı düşünürsən.

- Əşi yoxee Etibar mənlik deyil

- Ay qız Etibar nədir. Mən Etibar dedim. Burnunun önündəkini görürsən?

- Kimi? Mustafanı.. hiiii o haradan çıxdı

- Məncə də o haradan çıxdı. Musatafa nədir. Səfehsən sən. Kənanı nəzərdə tuturam.

- Nəəə!? Dəlisən sən?! Başın xarab olub Şəhriyarın eşqindən. Yox daha nələr. O da Vüsalın tayıdır.

- Yox orada dayan. Vüsalnan onu bir tutma. Uşaq yazıq dəridən qabıqdan
çıxdı ki, səndən üzr istəsin hər dəfə də tərslədin. Sən onun
xəstəxanadakı hallarını görsəydin. Elə bil doğması var idi içəridə

- Xatırladım ki, məni iki dəfə öldürməyə cəhd edib.

- Axı bilmirdi sənin alregiyanı. Həm sənin o gülə qarşı alergiyan
olmasaydı düşünsən içəri girmisən hər yer adın kimi nərgiz gülləri. Necə
romantikdir

- Çoxx çoxxx.. Məni o dünyaya yola salmağın ən qısa yolu.

- Zarafat bir qırağa o sənə qarşı boş deyil.

- Məncə də içi məni öldürmək istəyi ilə doludur.

- Nərgiz zarafat bir kənara sən kobudluq edirsən ona. O olmasaydı Vüsal
sənə vura bilərdi, o olmasaydı Vüsal hələ də gəlib gedib sənə nəsə edə
bilərdi. Üzrxahlıq etmək üçün əlindən gələni edir, sənin bütün
kobudluqlarına dözü sənsə uşaq kimi o dinmədikcə daha da üstə çıxırsan.
Axırda pis partlayacaq məndən demək

- O partdasa nolacaq..

- Məncə düşün bu barədə. Və ən azından istəmirsənsə də incitmə. Hər kəsin hisslərinə hörmətlə yanaşmaq lazımdır.

- Bəs mən? Mənim hisslərimə də hörmətlə yanaşılmalı idi

- Canım ətrafda hamı Vüsal deyil. Düşün.

Nərgiz susub başını aşağı saldı. Həmin günü çox düşündü ki, bəlkə də
Ülviyyə haqldır o bu qədər kobud olmamalıdır. Düşündü ki, sabahdan
normal danışsın.

Səhər açılanda isə hər kəs işinin başına gedir.
Salma sənədələri Nərgizin otağından götürmək istəyəndə Nərgiz ona
baxmadan – qoy yerinə bu günülük əziyyət çəkmə özüm aparacağam deyir. –
niyə ki mən pis aparıram?

- Nə dəxli. Sənədi də yaxşı apararalar bəyəm. Sadəcə bu gündən özüm məşqul olacağam.

- Niyə? Yoxsa üz gördün Kənandan.. Mənə bax sarı cücə sən onu unut. O mənimdir

- Allahım səbr ver mənə. Mənə bax qara pıspısa get işinin başına. Dedim ki, özüm öz işimi görəcəyəm.

- Nə?!

Salma Nərgizin üstünə şığımaq istəyirdi ki, qapı açıldı. Sevda xanım
qızlara baxıb. Kənan bəyə sənədləri soruşur dedi. Nərgiz əlini atıb
sənədləri götürdü və Salmanın yanından göz süzdürərək keçib getdi.
Kənana başı aşağı sənədlərə baxarkən qapının döyüldüyünü eşitdi, başını
qaldırmadan – Gəl dedi.

Nərgiz içəri daxil olanda onu iş başında
gördü. Başını qaldırmadığından Nərgizin gəldiyindən xəbərsiz idi. Və
yenə də üzünü qaldırmadan – Səlminə xanım, sənədləri masanın üzərinə
qoyub çıxa bilərsiniz dedi. Nərgiz Kənanın o qıza Səlminə deməsinə
gülümsünüb – axır ki, bu şirkətdə məndən başqa ona kimsə gerçək adını
dedi.

Kənan birdən səsə başını qaldırdı. Nərgizi görüb təəcübləndi. – sən?

- Hə mən. Sənədləri gətirdim. Nəsə çatışmazlıq olsa çağırarsınız gələrəm həll edərik.

- Nə?

- Deyirəm ki, nəsə anlaşılmazlıq və problem olsa....

- Nərgiz sən yaxşısan?

- Hə nədir ki?

Kənan aağa qalxıb Nərgizə yaxınlaşıb ətrafında döndü, sonra əlini onun
alnına qoyub – ilk görünüşdə yaxşısan. Yıxılıb eləməmisən. Bəlkə də
başın harasa dəyib? Nərgiz qaşlarını çataraq

- Nə yıxılmaq?

- Nə bilim sənin bu sakit tonun, öz ayağınla sənədələri bura gətirməyin, üstəgəl hələ də məni acılamamağım?

- Istəyirsənsə acılaya bilərəm. Mənim üçün xoşdur

Kənan gülümsünüb – yox yox.. lazım deyil. Əyləş.

- Niyə

- Gözlə baxım, problem olmasa verərəm apararsan.

Nərgiz Kənana az əvvəl Səlminəyə sənədələri qoy çıx deyirdin indi mənə
əyləş gözlə deyirsən demək istəyirdi ki, dilini uddu və oturdu. Düşündü
ki, daha yaxşı iki dəfə gəlməz. Sakitcə Kənan sənədlərə baxmağa başladı,
amma fikri Nərgizdə idi. Arada göz altı ona baxırdı. Nərgizə isə yax
potoloka gah pəncərəyə gah qapıya baxırdı. Balaca uşaqlar kimi otağı
kəşf edirdi sanki. Onun bu hlına Kənan gülümsünəndə Nərgiz də gördü

- Noldu? Nəsə səhv yazmışam

- Yox ilk baxışda hər şey qaydasındadır. Amma..

- Amma nə? Nəsə varsa deyin düzəldim. Sabaha hazır olmalıdır.

- Mənə qarşı niyə aqresivsən?

- Niyəki olduqca sakitəm

- Indi demirəm, ümumiyyətlə.

- Mənim sizinlə bir problemim yoxdur.

- Onda niyə məni yaxına buraxmırsan

- Anlamadım.

- Yəni məni...

- Mən gəldim...oy bağışlayın Sevda xanım yerində yox idi qapını döymədən girdim.

Gələn Yusif idi.

- Ooo kimləri görürəm. Adını hələ də tapa bilmədiyim gözəl xanım. Aaa bəlkə adınız elə gözəldir.

Nərgiz busözə yenə gülümsündü. Kənan onun bu gülüşünə necə əsəbiləşdisə
istəmədən adını səsləndirdi və otağına yoladı. – Nərgiz xanım gedə
bilərsiniz

Nərgiz Kənanın bu tonuna diksinib cəld otaqdan çıxdı.
Yusif isə o yanından keçəndə - demək Nərgizmiş..bu daha ççox yaraşır
atan anan bilirdə..

Nərgiz artıq gülümsəmədən və reaksiya vermədən otaqdan çıxdı.

- Nəsə lazımdır Yusif?

- Nə olub niyə hirslənmisən.

Kənan bu suala duruxdu. Doğrudan da niyə hirslənmişdi ki...amma bir
bəhnə uydurmalı həm də Yusifi Nərgizdən uzaq tutmalı idi..—şeyy.. Nərgiz
əsəbiləşdirdi. Dünən yenə nişanlısı gəlib onunla işləyən oğlanı necə
döyübsə..inan görsən qorxardın.

- Doğrudan..

- Hə.. demişdim axı xəstə nişanlısı var.

- Bu qız onunnla necə birlikdə ola bilir

- Çox sevir onu. Indicə onu deyirdi mənə. Dəhşətli dərəcədə sevir. O dərəcə ki, gözü başqasını görümr

Kənan ömründə ilk dəfə idi ki, bu qədər yalanı ard arda uydururdu.

- Heyf, mənim bəxtimə ancaq elə qızlar ya evli olur ya nişanlı ya da
rəhmətə getmiş. Özü bu sözünə ürəkdən güldü, Kənan isə yalandan
gülümsənərək artıq Yusifi işə götürdüyünə peşiman olurdu.


Ülviyyənin anası Gülnaz xanım artıq elçilər bu gün gələr sabah gələr
adı ilə hər gün evi dərindən təmizləyir kim haradasa oturmaq istəsə -
yavaş ol dağıtma qonaq gələ bilər deyirdi. Görünür ki, qızının
xoşbəxtliyini görüb artıq etriaz etməyəcəkdi. Ülviyyənin atsı Kamal bəy
içəri daxil olarkən. Gelnazı yenə evi yığışdıran görüb – Bəsdir də, bu
evi nə qədər təmizləyərlər.

- Neyim gəlib desinlər nə pinti anası var. Qızı da ointidir yəqin. Eşitməmisən deyiblər anasına bax qızını al.

- Səni görən olsa evinə baxmadan qızını alaralar.

- Bu kompliment idi indi yoxsa nə.

- Ehh Gülnaz.. illər məni qocaldır amma səndən zərrə qədər heç nə
almır. Ülviyyənin indiki halının görəndə ilk dəfə səni grdüyüm gün
yadıma düşür.

Gülnazın ən az istədiyi şey keçmişi xatırlmaq idi.

- Mən sənə çay gətirim deyib cəld otaqdan çıxır.

Kamal bəy isə üzünə qonan kədərlə başını bulayıb. -İllər keçib axı.. illər.. deyə öz özünə danışmağa başlamışdı.

Şəhriyar Ülviyyənin narahatlığını gördükcə özü də narahat olurdu. Axı
vəd vermişdi ona demişdi ki, Ülviyyəni tez bir zamana özünə istəyəcək.
Ülviyyə əslində onun yanına gələn qadına görə pis olmuşdu naraatlığı
ondan idi, amma Şəhriyar bunu özü ilə əlaqələndirirdi. – Ülviyyə inan
mənə, bu məsələi tez br zamanda həll edəcəyəm

- Hansı məsələni?

- Elçiliyi deyirəm

- əlbəttə inanıram. Narahat olma. Əsas odur ki, valideynlərimiz
razıdır. Ülviyyə bu sözü deyərək Şəhriyara baxırdı. Bəlkə nəsə hiss
edər, bəlkə onun valideynlərinin istəmədiyini deyər. Şəhriyarsa onun
üzünü əlləri arasına alıb - əlbəttə ki. Bir birini uzun uzun gözlərini
içinə baxanda Şəhriyar onu öpmək istədi. Ülviyyə isə cəld çəkilib
utanaraq – mən gedim deyib maşından düşüb qaçdı. Şəhriyar onun bu
hallına gülərək- onsuzda axır əvvəl mənim olacaqsan hara qaçacaqsan ki
deyib güldü. Evə gələndə isə anasını divanda əyləşən görüb yaxınlşamaq
istədi. Yaxınlşanda kimləsə telefon danışığıını eşitdi.

- Narahat
olmayın bir az işləri var, bitirən kimi gələcəyəik...həəə.. əlbəttə
istəyir. Oğlum mənim sözümdən çıxmaz. Yox. Yox.. o nə sözdür... Yaxşı
gəlinimə salam de, öp əvəzimə. Inşallah tezliklə evimdə görərəm. Yaxşı
sağol..gedim axşama yemək hazırlayım. Sağol.

- Ana.

- Şəhriyar... burdaydın? Nə vaxt gəlmisən? Mən yeməyi qoyum.

- Dayan! Sən Ülviyyəgilə zəng vurmşdun. Ana çox sağol.. bilirdim ki, bu işi uzatmayacaqsan.

- Oğlum mən. Yox.. Ülviyyə deyildi

- Necə yəni? Bəs kim?

- Ana səninləyəm kimə deyirdin gəlinim?

- Mən

- Nə mən ana nə mən? Məndən xəbərsiz mənə elçi gedirsən?

- Oğlum bax, ağıllı balam o qızla sənin evliliyin

- Nə bax? Nə bax!? Mən heç nə bilmirəm. Ya sabah elçiliyə gedirsiniz ya da atamla tək gedib qızı özümüz istəyərik Vəssalam

- Oğlum.

- Mən sözümü dedim.

Şəhriyar evdən çıxdı. Şahnaz divana əyləşib əlini başna tutdu. Gözləri
dolmuş şəkildə - Mən nenyiyəcəyəm indi deyib əli ilə ağzını tutdu.


Şəhriyar əsəbi olduğu üçün Ülviyyəyə zəng vurmadı ki, səsindən hiss
olunar. Ona görə sms yazıb atası ilə danışmağa başladı. Sms də isə
qısaca – evdəkilərə denən, sabah gəlirik. Yazılmışdı. Atası ilə danışan
Şəhriyar onun razılığını almış anası getməsə beləonunla gedəcəyinə söz
vermişdi.

Ülviyyə bu xəbəri alar almaz sevincindən qaça qaça
anasını qucaqlamış – ana , ana sabah gəlirlər, sabah gəlirlər deyə
otaqda fırlanırdı.

- Ay qız dayan görüm kim gəlir?

- Şəhriyar.. yəni ailəsi gəlir. Elçiliyə... Nərgizə deməliyəm...

- Qızım dayan görüm nə vaxt...dəli qız...

Ülviyyənin bu sevincini görüb anası doldu. Nəhayət ki, rahatlamışdı.
Şəhriyarı tanımaq üçün özü də səbirsizlənirdi ki, qızını sehrləyən bu
oğlan kimdir.

Gün təkcə Ülviyyəyə uzun gəlməmişdi. Elçilikdə
iştirak edəcək hər kəs üçün uzun bir gün oldu. Bitmək bilmirdi. Nərgiz
dostunun şad gününə o qədər sevinirdi ki, bu gün Salmaya belə ilişmir,
onu acılamr, onun acı sözlərinə içdən gülərək keçib gedirdi. Kənan bu
halını görüb xoş hal oldu. – bu qıza gülmək doğrudan yaraşır. Deyə
içindən düşünməyə başlayırdı. – Nərgiz xanımın kefi bu gün yaman
yaxşıdır. Kənanın səsini eşidib Nərgiz geri döndü. Eyni təbəsümlə - hə
həm də çox.. necə olmayım. Şəhriyar bu gün Ülviyyəyə elçi gedir nəhayət

- Oo təbriklər. Ona görə icazə alıb demək. Şəhriyar yaxşı oğlandır. inşAllah onu xoşbəxt edər.

- Hə həm də qızıl kimi oğlandır. Nərgizin bu sözünə reaksiyası dəyişən
Kənan bilsəydim sən belə bəyənirsən dilə gətirərdik səni alardı.

- Nə?

- Heç nə. Deyirəm bilsəydim kefin bu qədər yaxşıdır çoxdan elçiliyi
təşkil edərdim. Hər gün elçi gələrdim ki, sən belə güləsən.

Nərgiz
yenə anlamamış baxışlarla Kənana baxdı "bu oğlanın bir dediyi ilə
ikincisi tutmur, ümumiyyətlə nə demək istəyir anlamadım yenə spruşsam
deyəcək qız axmaqdır. ” deyə düşünərkən.

- Bəlkə bunu qeyd edək?

- Necə anlamadım?

- Yəni gedək çay içək, tort sevisən?

- Hə sevirəm, amma işlərim çoxdur

- Müdirin mən deyiləm icazə verirəm.

- Hə..əlbəttə amma icazə verirsiniz demək.

Kənan gülümsəyərək özündən razı halda - əlbəttə verirəm dedi.

- Onda mən getdim.

- Hara bəs mən? Birlikdə..

- Elçiliyə hazırlığa kömək etməyə.. çox sağolun və sağolun. Nərgiz
sağollaşıb getmişdi. Kənan isə çaşqın halda – məni axmaq vəziyyətində
qoydu deyəsən. Sənə bu da azdır Kənan.


Axşam yaxınlaşdıqca hər kəs
həyəcandan əsirdi. Budur vaxt tamam olurdu. Artıq onlar gəlmək
üzərəydilər. Şahnaz nə qədər istəməsə də getmək məcburiyyətində idi.
Qapının zəngi çalanda Ülviyyə otaqda əl ayağı əsirdi. Nərgiz qaçıb
qapını açmaq istəyirdi ki, Ülviyyənin anası ilə atası da qonaqları
qarşılamaq üçün qaıya yaxınlşadı. Bir tək Ülviyyə utandığından çölə
çıxmadı. Qapı açıldı. Salam verilməmiş hər kəs susub bir birinə baxmağa
başladı. Aralarında bir tək Nərgiz – salam xoş gəlmisiniz dedi bir də
Ülviyyənin atası. Digərləri isə gözləri bərəlmiş şəkildə bir birilərinə
baxmağa başladılar. Şəhriyarda valideynlərinin susduğunu görüb pis oldu
və - özü xoş gördük deyə bildi. Qapıdakılar isə hələ də bir birlərinə
ölü görmüş kimi baxırdılar.

 
P.S Buda 2-ci bölümünüскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!