Təsadüf yoxsa alın yazısı (Bölüm 15)

Təsadüf yoxsa alın yazısı (Bölüm 15)
Sevgi Dünyası
10.09.2017 2
Qapıdakıların
səsinin çıxmadığını görüb Ülviyyə yavaşaşca otağından boylandı. Və o o
qadını tanıdı. Bu Şəhriyarın anası imiş. Baxışlarını yer dikmiş və heç
də təəcüblə baxmırdı. Ülviyyənin anası Gülnaz xanım səssizliyi pozdu

- Şşş..şahnaz...Ssəlim siz?

- Salam Gülnaz. Şəhriyarın anası yenə də baxışlarını qaldırmadan dilləndi.

Hər kəsin nədənsə təəcüblü olduğunu görə Şəhriyarla nərgiz isə bir
birilərinə baxaraq çiyin çəkdilər. Onlar da heç nə anlamamışdılar. – siz
tanışsınız ki. Deyə Nırgiz dilləndi. Bir açıqlama borclu olduqlarını
duyan hər kəs təlaşlandı. Gülnaz xanım özünü itirmədən Kamala baxaraq
qrup yoldaşlarım olublar dedi. Kamal bəy isə nədənsə heç də inanmışa
oxşamadı. Kənarda susan səlim bəy isə udquna udquna qalmışdı. Kamal bəy
içəri dəvət etdi onları. Bir müddət yenə heç kim dillənmirdi. Gülnaz
xanım isə Şəhriyara arada bir baxır gözlərini dərindən yumurdu. Heç kim
görməsin deyə tez qalxıb mətbəxə keçdi. Ülviyyə isə içəri ağlayaraq -
anası məni istəmir deyə Nərgizə sığınmışdı.

– ay qız dəlisən
istəməsə niyə gəlsinlər. Yəqin sən nə isə səhv başa düşmüsən. Ağlama
indi çıxanda səni belə görüb doğrudan istəmiyəcəklər. Aaaa xəbərin var
Şəhriyarın anası isə atası Gülnaz xalanın qrup yoldaşları olublar.

- Nə?

- Hə. Qapıdakıların halını görsəydin elə bil hamı ölü görmşüdü. Deyəsən
bir birilərindən heç xoşları gəlmirmiş o vaxtlar. Nərgiz özü də
axırıncı sözü dediyinə peşiman oldu. Dodağını dişləyib ümid etdi ki,
Ülviyyə onu eşitmədi. Ülviyyə isə daha da ağlayaraq – məni ona
verməyəcəklər görərsən, vermçəyəcəklər.

- Eee Ülviyyə bəsdirdə.. sən belə eləsən çıxıb Şəhriyarı bura çağıracağam

- Yox yox. Lazım deyil.. ağlamıram yaxşı.

- Ay sağol. Gəl yavaşca qulaq asaq görək nə danışırlar. Hər ikisi
qapıya tərəf gələndə nə qədər elədilərsə heç nə eşitmədilər. Ona görə
yox ki, otaq uzaqda idi ona görə ki, heç kim danışmırdı. Səlim bəy arada
göz altı Şahnaza baxır baxışlarını Kamal bəydənn qaçırırdı. Kamal bəy
isə düz Səlim bəyə baxırdı. Və bu baxışlar heç də evində qonaq
qarşılayan ev yiysəi baxışı deyildi. Daha çox qısqanclıq və hikkə var
idi.

- Heç kimin dillənmədiyini görən Şəhriyarsa get gedə ürəyi sıxılır az qala bağıracaqdı. Atasına tərəf əyilib

- Nə olub sizə? Belə edəcəkdinizssə gəlməzdiniz. Həm qrup yoldaşı
olmusunuz deyirsiniz həm danışmağa söhbət tapmırsınız. Səlim bəy astaca
oğluna – oğlum məncə biz indi gedək. Başqa vaxtı gəlib istəyirik qızı.

- Nə? Ata nə danışırsan sən

Bu an Gülnaz xala içəri girdi. Çay gətirmək adı ilə getmişdi, amma
əliboş qayıtdı. Gözlərindən və burnunun qızarmağından bəlli idi ki,
ağlamışdı. Qonaqların qarşısında dayanıb baxışını qaldırmadan – siz
getsəniz yaxşıdır, bizim sizə verəcək qızımız yoxdur dedi.

Hər kəs
bir anlıq ayağa qalxdı. Kamal bəy xanımının yanına gəlib onun çiyninə
əlini qoyub. – məncə də bu söhbət burada bağlansın.

Şəhriyar isə dəli olmuş kimi – niyə? Başa düşmədim. Mən sizin qızınızı incidə

- Oğlum söhbəti uzatma gedirik. Atasının bu sözünə Şəhriyar lap dəli
oldu. Ülviyyə isə söhbəti eşidər eşitməz otağından qaçaraq qonaq otağına
gəldi. Ülviyyəni görən səlim bəy nəfəsini bir anlıq tutdu. əlindən
telefonu sürüşüb düşdü. Gülnaz onun bu halını görsə də əhəmiyyət
verməməyə çalışırdı. Amma Kamal bəyin əlinin altında olduğu üçün
titrədiyini istər istəməz hiss edəcəkdi. Kamal bəy isə onun çiynini daha
da sıxaraq gözü ilə sakitləşməyinə işarə vurdu.

Ülviyyə - eşitdiklərim doğrudur? Deyə reaksiya verdi.

- Axı niyə? Şəhriyar?

- Bilmirəm ülviyyə inan mən də heç nə bilmirəm? Ana ata, siz küsülü
olmusunuz bu ailəylə, niyə qrup yoldaşlarını illər sonra gördüyünüzə
sevinmədiniz niyə elçilik etmirsiniz? Mənə kimsə izah edəcək

- Oğlum
gedirik. Aşağıda səni gözləyəcəyik. Deyib Səlim bəy Şahnaza başı ilə
getmək işarəsini verdi. Şahnaz Gülnazın yanından keçərkən bir anlıq ayaq
saxladı başını qaldırmaq istəyirdi ki, yenidən yoluna davam etdi.
Şəhriyar isə dəli kimi otaqda ora bura gedir Ülviyyənin atasına
yaxınlaşıb – elçiliyi özüm edəcəyəm. Madəm ki, bu gün də atam anam
yanımda deyil özüm edəcəyəm.

- Oğlum getsən yaxşıdır.

- Amma

- Dedim axı bizim sizə verəcək qızımız yoxdur. Gülnazın bu sərt sözünə Ülviyyə dözə bilməyib –Ana! Deyə səsini qaldırdı.

Nərgiz onu sakitləşdirməyə çalışsa da Ülviyyə halsız oldu bir anlıq və
huşunu itirdi. Şəhriyar cəld onu tutaraq divana apardı. Hər kəs onun
başına yığışıb ayılmağı üçün əlini ovuşdurub adını çəkərkən Gülnaz göz
altı Şəhriyara baxdı. Gözündən düşən bir damla uzun zamandır saxladığı
xatirələrini canlandırdı. Yenə də ağır olsa da Şəhriyara dönməyərk –
oğlum xahiş edirəm get dedi.

- Yalvarıram get deyə pıçıldadı.
Şəhriyar isə - ayılsın gedərəm deyə yalvarış dolu baxışlarla Gülnaza
baxdı. Gülnaz təəcüblə ona baxıb başını təsdiqləmiş kimi yellədi.


Ülviyyə özünə gəldiyində isə hönkürtü ilə ağlamağa başladı. Nərgiz onu
otağa aparanda Şəhriyar – Ülviyyəm ağlama, hər şeyi yoluna qoyacağam söz
verirəm deyib Kamal və Gülnaza baxıb çıxdı evdən. Kamal bəy Gülnaza
yaxınlaşıb – düşünmürsən ki, hər şeyi danışmaq vaxtı çoxdan gəlib

-
Gəlib? Mən deyərdim çoxdan keçib Kamal bəy, həm də lap çoxdan. Nəyi
danışım. Hər şeyi bildiyimi zənn edirdim bu gün isə görürəm ki, mən də
heç nəyi bilmirmişəm.

- Nə?

- Kamal bəy, sonra danşarıq. Bu gün lazımından çox əsəb keçirtdik.

- Sən onu hələ də unuda bilməmisən? Kamal bəyin bu sözünü həm
gözləməyən həm də illərdir gözləyən Gülnaz dönüb ona sadəcə gülümsəyərək
– Mən mənə edilən haqsızlığı vəcanı bahasına verilən ama
gerçəkləşdirilməyən vədləri unuda bilmirəm. Kamal heç nə demədən başını
aşağı salıb – mən bir az hava alacağam deyib evdən çıxır. Gülnaz isə
Ülviyyənin otağına yaxınlaşnda onun ağladığını eşidib girmək istədi,
amma nə deyəcəkdi. Necə izah edəcəkdi bilmirdi. Eləcə səni ona vermirik
deməklə bitmirdi hər şey. Bilirdi ki, Ülviyyə özünə gələn kimi
soruşacaqdı onsuzda ona görə otağına gedib olanları həzm etməyə çalışdı.
Yerində uzanıb uzun uzun düşündü. Bu görüşü gözləyirdi, amma burda öz
evində yox, bu şəkildə yox. Sonra bir anlıq Şəhriyarı düşündü necə də
Səlimə bənzəyirdi. Onu qarşısında görəndə elə bil 29 il əvvələ qayıtdı.
Gözü qaşı, ağzı burnu. Əslində Ülviyyədə anasına çox bənəzdiyindən
Səlimin elə reaksiya verdiyin başa düşmüşdü. Amma nə əhəmiyyəti var ki.
Onu indi ən çox incidən isə ən yaxın dostunun bir vaxtlar sevdiyi
insanla ailə qurması olmuşdu. Ailə qurduğunu bilirdi, amma ən yaxın
rəfiqəsi ilə yox. İndi başa düşürdü Şahnazın birdən birə yoxa çıxmasını,
toyuna çağırmamasını illər keçsə də onunla əlaqə saxlammasını.
Yatağında artıq gözündə saxlaya bilmədiyi göz yaşları yastığa tökərək
hıçqırmağa başladı.

Şəhriyar isə dəli kimi evi alt üst edib – kimsə
mənə izah edəcək nələr olur deyə qışqırmağa başlayırdı. Divanda ağlayan
Şahnaz divara söykənib siqareti görməmiş kimi canına çəkən və əlləri
əsən Səlim onu heç eşitmirdilər. Şəhriyar – bu məsələ burda qalmadı
deyib evdən çıxdı.

Səlim Şahnaza baxıb – sən bilirdin? Dedi

-
Ailəni araşdıranda öyrəndim. əvvəl inanmadım, amma sonra qızı gedib
görəndə.......Gülnaza çox oxşayır hə? Elə bil almanın yarısıdır.

- Sən onu görməyə getmişdin?

- Hə..yox..mən.. anlamırsan mən bu izdivacın olmayacağını deməyə
getmişdim. Neynəməliydim ki, başa düşmədim. Bəlkə razı olmalıydım? Qıza
ayrılmasını istədiyimi demişdim.

- Niyə? Şahnaz niyə? Onu da bizim kimi...

- Denən, tamamla sözünü...bizim kimi nə?

- Şahnaz sən düz eləməmisən.

- Illər əvvəl olduğu kimi hə?

- Şahnaz!

- Səlim mən səni həmişə sevmişdim. Həmişə. Gülnazdan da əvvəl....O səni

- Şahnaz illər keçib

- Hə illər keçib, amma sən hələ də məni bağışlaya bilmirsən.

- Sənlik bir şey yoxdur. Hər nə varsa mənim günahımdır.

Şahnaz ağlayaraq – sən...sən onu hələ də unuda bilməmisən? Deyə qırıq qırıq dilləndi.

- Şahnaz bəsdir. Uşaqlıq eləmə. Bizim evlilik yaşına çatmış bir oğlumuz
var. Get yat. Mən bir az hava alacağam deyib evdən çıxdı. Bu gün hər
kəs hava alarkən havadakı xatirələrin ağırlığından ciyərlərinə ürəyinə
çökən ağırılığı duymaq heç də çətin deyildi. Bu gecə bu şəhər ayıq
qalanlarla birlikdə xatirələri yenidən canlandırmaq üçün can atırdı.
Səlim keçə boyu addımlayarkən siqaretdənmi yoxsa yaşananlardanmı
yaşarmış gözlərini qıydı. Yaraya duz basılmış kimi.

- Gözəlliyindən
zərrə qədər də itirməməsiən Gülnaz xanım. Deyib acı acı gülümsündü.
Dodağını dişlədi, siqareti dodaqları arasına aldı əlindən gələni etdi
ki, dinməsin, amma beyin ki susmurdu. Hələ qızın. Ilahi Ülviyyə səni ilk
gördüyüm günü xatırlatdı mənə. Adam bu qədər xain olmaz Gülnaz. Adam bu
qədər xainlik edib öz gözəlliyini qızına bəxş edib adamı yaralamaz.
İllər əvvəl səni məni indi də qızın oğlumu. Kim deyərdi bunu.. kim
düşünə bilərdi ki, bir gün bu baş verəcək. Axı biz bunu xəyal etmirdik
Gülnaz. Biz bunu istəmirdik. Biz övladlarımızın evlənməsini yox,
bacıqardaş olmasını istəyirdik. Ehh Gülnaz eh... Mən zəif oldum.. mən
elədim hər şeyi. 29 il əvvəl dediyin hər kəlmə indiyə qədər yanımdadır.


(sən..sən qorxaqsan, sən sadəcə qorxaqsan, sevgisinə, sevgilisinə
sahib çıxa bilməyən qorxaq! Məni də atam anam vermirdi, amma mən
dirəşdim, günlərlə ac qaldım, evdə bağlı qaldım, amma dönmədim yolumdan.
Çünki səni sevirdim. Sən isə atanın bir sözünə hər şeyini, məni qurban
verdin. Bəs mənə dediklərin, mənə verdiyin vədlər?

- Gülnaz anlamırsan atam...sən başa düşmürsən. Mən onlardan keçə bilmərəm.

- Bəs mənim atam anam.. elə bilirsən mənim üçün əziz deyillər. Sənin atan anandan əksikdirlər ki, mən onlara qarşı çıxdım?

- Gülnaz mən elə demək istəmədim

- Səlim sən nə dediyini özün də bilirsən? Sən mənə vəd verdin. Mənə
dedin ki, bizim ailəmiz olacaq, mənə gəlinliyimi xəyal elətdirdin Səlim.
Başa düşürsən sən bunu

- Gülnaz...bağışla..

-
Bağışla...bağışla.. həə əlbəttə.. amma bil! səni örümün sonuna qədər
nifrətlə xatırlayacağam Səlim, nifrətlə. Bağışlanmayacaqsan. Son
nəfəsimdə belə sənə haqqımı halal etməyəcəyəm bunu bil. İndi ailən kimi
istəyir get onu al. Xoşbəxt ol da demiyəcəyəm. Mən sevdiyimin mənim
yanımda xoşbəxtliyini istəyə bilərəm.

- Gülnaz elə danışma.

- Nədir qorxursan? Qorxma sən bu yalan danışmaq inandırmaq qabiliyyətinlə hamıdan xoşbəxt olacaqsan. )

Bunları xatırladıqca ürəyini tutan Səlim – mən xoşbəxt olmadım Gülnaz, olmadım. Deyə pıçıldadı.

Səhər açılmışdı, amma bunu heç kim üçün əhəmiyyəti yox idi. Çünki
gecəni yatan olmamışdı. Nərgiz Ülviyyəni bu vəziyyətdə qoymaq istəməsə
də Ülviyyə israrla onu işə göndərmiş özü isə sakitləşdirici atıb yatmaq
istədiyin demişdi. Nərgiz üəriy gəlməsə də düşündü ki, gedib icazə alıb
Ülviyyə oyanana qədər yanına gələr. O da gecəni ağladığından və
yatmadığından gözləri qızarmış və şişmişdi. İşə çatanda bir az
gecikmişdi deyə Kənan onu görən kimi bir az əsəbi şəkildə - dünən icazə
alıb getmisiniz bu gün isə gecikirsiniz. Nərgiz xanım bir az
məsuli....Sənə nə olub. Bu nə üz gözdür? O danışdığı müddətdə Nərgiz
başını ona tərəf qaldıranda ağarmış rəngini qızarmış gözlərini görüncə
özünü itirib nə dediyini də unutdu. Ona tərəf yaxınlaşanda isə nərgizin
lap kövrəldiyini gördü. – eyy.. sakit ol... nə olub. Yoxsa o alçaq yenə
gəlib. Mən onu..

- Yox dayan.. onluq deyil

- Bəs nə olub. Kim dəyib xətrinə, onu bu dünyadan köçürdərəm.

Nərgiz Kənanın bu sözünə özünü saxlaya bilməyib lap ağlamağa başladı.
Kənan isə onu yavaşca qucaqlayaraq. – Nərgiz sakit ol, de görüm nolub.
Nərgiz onu itələmədən ağlamağa çiyin axtarırmış kimi hönkürdü. Kənan isə
onun ağlamağını görmədiyindən lap dəli olmuşdu. Nərgizin göz yaşları
aylardır yığılmış kədərdən axırdı. Ülviyyə onun hər şeyi idi. Indi onun
belə olması onu da incidirdi. Kənanan hıçqıraraq nəsə danışmağa çalışsa
da Kənanın başa düşdüyü tək şey Ülviyyənin elçiliyinin alınmadığı idi.

- Yaxşı sakit ol. Buna görə də ağlayarlar, sən nələrdən keçmisən, az
qala ölmüşdün mənim üzümdən ona heç ağlamamsına indi bir elçiliyə görə
ağlayırsan. Qızı onsuzda ilk dəfədən heç kim vemrir.. ikinci dəfə
gedərlər. Olmadı qaçırdadır Şəhriyarla deyib nərgizin çənəsini oxşamağa
başladı. Nərgiz isə bunu gülümsünüb – çox sağol deyə pıçıldadı. Sonra
utanaraq kənanın qolları rasından çıxıb.

- Mən əslində bu gün də
icazə almağa gəlmişdim. Bilirəm ağ elədim, amma söz sonrakı günlərdə
lazım olsa gecə də qalıb işləri bitirərəm.

- D əli dəli danışma. O
nə sözdür. Əlbəttə indi Ülviyyəni yanında olmalısan. Amma belə halda
qoya bilmərəm. Mən aparacağam, etriaz da istəmirəm.

- Amma..

-
Dedim ki, etiraz istəmirəm. Deyib onun əlindən tutaraq şirkətdən
çıxardırdı ki, kənardan baxıpşlar onların üzərində cəmləndi. Nərgiz
ağlayır, kənan isə onun əlindən tutub aparırdı. Hərə bir cürə yozarkən
kənardan olan iki cüt baxış sadəcə təəcüb və qısqanclıq hissi ilə
baxırdı. Bu Yusiflə Salma idi. Yusif Kənanın bu hərəkətinə çaş baş
qalmış Salma isə Kənanı itirmək qorxusundan artıq beynində planlar
cızmağa başlamışdı. Ülviyyəgilə çatdıqda isə nərgiz ehmalca kənana tərəf
dönərək – çox sağol dedi. O qədər sakit və məsum şəkildə dilləndi ki,
Kənan dözməyib əllərini əlinin içinə almış və öpmüşdü. Nərgiz özü də
şokda idi. əllərini çəkib qaşlarını düyünlədi. Kənan isə yenə də
gülümsünüb. Belə elədim ki, əslk nərgizi üzə çıxardasan. Qaçlarını çat
ki tez qocalasan qırışların çoxalsın. Nərgiz yenə bu sözə gülümsünüb
maşından düşüb sağollaşdı. Ülviyyə hələ ayılmamışdı. Gülnaz xala qapını
açanda Nərgizin halını görüb- sən beləsənsə təsəvvür et biz nə haldayıq
deyib hönkürdü. Bu gün nədənsə hər kəs ağlamğa çiyin axtarırmış kimi
kimi tapdı ağlayırdı. Düzdür Nərgiz Gülnazın öz qızı kimi idi. Ülviyyə
ilə bir yerdə böyümüşdülər. Ona görəö Gülnaz xala onun yanında özünü
rahat hiss edir və ağlayırdı. Bir az sonra hər ikisi mətbəxtdə oturub
dillənmədən gözlərini masaya dikmişdilər. Nərgiz dərindən nəfəs alaraq –
niyə belə oldu? Niyə ülviyyəni onlara vermək istəmirsiniz? Küsülü
olmusunuz ola bilər. Amma illər keçib axı siz qrup yoldaşlarısınız,
uşaqlıq xatirələridir onlar

- Biz təkcə qrup yoldaşı olmamışıq Nərgiz.

- Necə?

- Səlim..yəni Şəhriyarın atası.. o...o..

- Eşidirəm

- O mənim ilk sevgim olub.

- Nə?! Nərgiz gözləri hədəqəsindən çıxacaqmış kimi baxırdı. Nə
deyəcəyini bilmirdi, nə deyə bilərdi ki. Ağzı açıq halda ona baxıprdı.

- Hə..eşitdiyin kimi. Anası Şahnaz isə ən yaxın rəfiqəm olub. Biz də
səninlə ülviyyə kimi idik. Ya da mən elə bilirdim. Heç nə soruşma çünki
mən də bilmirəm ki, onlar necə ailə qurub. Bildiyim tək şey bu oyunun
içində uduzan mən olduğumdur. Deyib yenidən ağlamağa başladı. Nərgiz
ayağa qalxıb onu qucaqladı. – yaxşı yaxşı sakit olun. Ülviyyə nəsə
bilir?

- Yox qızım.. qətiyyən bilməməlidir. əsla.. dediyimə peşiman eləmə


- Yaxşı yaxşı narahat olmayın. Amma nə vaxt istəsəniz dinləməyə hazıram
sizi. Gülnaz himə bəndmiş kimi başını yelləyib əgər danışmasam öləcəm
bu sıxıntıdan. Illərdir düz 29 ildir içimdə saxlamaqdan məhv oldum.
Deyib olanları bir bir danışmağa başladı..
P.S Bu gündə 2 bölüm istəyirsiniz? :19:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!