Təsadüf yoxsa alın yazısı (Bölüm 16)

Təsadüf yoxsa alın yazısı (Bölüm 16)
Sevgi Dünyası
10.09.2017 7
Biz,yəni
Səlim Şahnaz mən eyni universitetdə təhsil alırdıq. Fakültələr eyni
idi, amma Səlim bizdən bir kurs yuxarı oxuyurdu. Olduqca yaraşıqlı idi..
Təsəvvür etməyə gərək yoxdur Şəhriyar onun eynisidir. Çox qızların
könlü onda idi. Mənim də xoşum gəlirdi, amma həm birinci kursda
oxuyurdum deyə o vaxtlar ayıb bilirdim özümə bunu bəlli etməyi həm də
şorgöz bilirdim onu. Bilirdim deyəndə
elə idi. Hər gün bir qız ağlayırdı onun üzündən təsəvvür elə. Arada
baxışlarını hiss edirdim dəhlizdə, amma əhəmiyyət vermirdim. Birinci
kurs bitəndə yaya tətilində bir iki dəfə onu məhləmizdə gördüm. Məni
görən kimi dayanıb uzaqdan baxırdı. Mən də qorxurdum ki, atam anam görər
universitetə də getməyə qoymazlar. O vaxtlar indiki kimi deyildi. Yenə
də əhəmiyyət vermirdim ki, yəqin ki, binamızda istədiyi qızlardan biri
yaşayır. Ikinci kursa keçəndə ilk dərs günü qapımız açıldı və Səlim
içəri keçdi. Onun barəsində yenə mənfi fikirə qapıldım ki, şorgözlüyünün
üzündən kursda qalıb. Sən demə elə deyilmiş. Zamanla bunu bildim.
Dərsdə baxışlarını üzərimdə hiss edirdim. Şahnaz o vaxtlar ayrı biri ilə
dostluq edirdi, amma Səlim bizim qrupa keçəndən sonra mənə yaxınlaşmağa
başlamışdı. Mən də saf inandım ki, doğrudan dost olmaq istəyir. Hər
fürsətdə soruşurdu ki, səlimdən xoşum gəlir ya yox. Mən də utanırdım
deyə hər dəfə yox deyirdim. Amma nə yalan deyim Səlimin baxışlarını hiss
etmək xoşuma gəlirdi. Zamanla ona alışmağa başlayırdım ya da bəlkə
sevməyə. Bunu sonradan biləcəkdim. Bir dəfə dəhlizdə qrup yoldaşım mənə
uzaqdan adımla xitab edib çağırmışdı. Səhəri o oğlanı qolu sınmış üzü
gözü yara içində gördük. Yaxınlaşıb soruşanda mənə dedi ki, get onu
sevgilindən soruş. Heç nə soruşmadım, amma ağlıma da gəlmədi ki, bu
Səlim ola bilər. Həmin günü dərsdən və gedəndə Şahnaza şübhələrimdən
dedim. Həm də dedim ki, ondan xoşum gəlir. Şahnaz isə başladı ki, o
şorgözdür, səni də aldadacaq. Bütün qızlara yalandan vədlər verir. Həm
də Şahnaz onun uzaqdan qohumu olurdu deyəsən. Çünki elə demişdi. Yavaş
yavaş könlümdən salmağa çalışırdı, amma bilmirdi ki, mən gündən günə ona
bağlanıram.Söz vermişdim özümə ki, onu sevməyəcəm, amma sevgi sözə
baxmır. Bir neçə gün sonra isə qrupun oğlanları məndən uzaq gəzməyə
başladılar. Kimə yaxınlşıb söz soruşurdum üzümə də baxmadan qaçırdılar.
Yenə heç nə başa düşməmişdim. Sizə nə olub deyə soruşada Səlim içəri
keçdi və "mən icazə verməmişəm” dedi. Donub qalmışdım. Başı ilə işarə
edəndə bütün qrup çölə çıxdı. Əlləri cibində mənə yaxınlaşıb. "Mənim
gələcək həyat yoldaşım oğlanlarla danışmamalıdır. Nə lazımdır məndən
soruş ”deyib çölə çıxmışdı. Nərgiz təsəvvür edə bilməzssən halımı. Həm
sevinridim ki, məni sevir və hörmət etdiyindən həyat yoldaşım deyir
digər tərəfdən onun özündən razılığı əminliyinə əsəb olmuşdum. Şahnaz
gəlməmişdi həmin gün. Evə tək gedəndə hiss etdim ki, arxamca kimsə
gəlir. Yavaşaca ayaqqabılarımı bağını bağlamaq bəhanəsi ilə yerə çökdüm
və griyə baxanda onu gördüm. Səlimi. Yaxınlaşdı mənə yenə ayağa
durmağımı dedi. Qalxanda isə özü əyilib ayaqqabılarımın bağını bağlamaq
istədi. Geri çəkiləndə qalxıb düz gözümə baxdı. Onun o baxışları
qarşısında sərt danışmaq mümkün deyildi. Əriyib gedirdin. Zamanla
arxamca gəlməyə başladı. Kiçik jestlər edirdi. Amma mən hələ onunnla bir
kəlmə brelə kəsə bilmirdim. Şahnaz isə həmişəki ampluasında idi. Onu
dayanmadan pisləyirdi. Amma Şahnaz gecikmişdi çünki mən onu çoxdan
sevirdim bunu anlamışdım. Biz gizlin görüşməyə başladıq. Sevgililər
kimi. Utanıb çəkingən olduğumdan həmişə mənə məsafəli davranırdı.
Incitməzdi heç vaxt. Bir il belə davam elədi. Daha da bir birimizə
bağlandıq. Artıq universitetdə də hamıya bildirmişdi ki, mənə yaxınlaşan
olmasın. Uzaq qohumlardan elçi çıxmışdı. Ülviyyəni atası. Kamal. Ona
deməyə məcbur idim. Dedimdə. Heç nə demədən gözlə deyib getdi. Bir gün
gözlə dedi. Mənsə evdə Kamalla evlənməyəcəyimi deyəndə aləm dəydi bir
birinə. Səlimlə maraqlanmaq üçün adını soyadını öyrənməyə çalışdılar.
Günlərlə universitetə qoymadılar qapını bağlayıb ac susuz saxladılar.
Dediyimin üstündə dayandım. O vaxtlar telefon hər evdə olmurdu deyə
səlimdən xəbərsiz idim. Şahnaz bizə gələndə isə ondan xəbər göndərmək
üçün kiçik məktub yazmışdım. Günlər sonra ailəm məni universitetə
buraxmışdı, amma dayıoğlanlarım yanımda cangüdən kimi gəlirdilər.
Təsəvvür et universitetdən icazə almışdılar ki, dərsdə də otursunlar.
Çox utanmışdım çox. Səlim də gəlmirdi dərsə deyə lap narahat olurdum.
Şahanzdan soruşanda isə məktubu verib ya yox. Şahnaz məktubu mənə uzadıb
oxumaq istəmədi.dediyində başımdan qayanar su töküldü elə bil. Dərsdən
icazəalıb ayaqyoluna getdim ki, üz gözümün yaşını silim. Dayıoğlanarım
çölə çıxanda hirslə ayaqyoluna gedirəm deyə qışqırdım. Onlar isə
ağladığımı görüb geri çəkildilər dəhlizdə dayandılar. Ayaqyoluna
girməyib həyətə çıxdım. Hava alamalıydım. Necə qaçdığıma özüm də məttəl
qalmışdım. Qolumdan kiminsə tutduğunu hiss etdim döndüyümdə Səlimi
gördüm. Gözlərində əsəb hirs. Amma mənimkindən çox ola bilməzdi.


Gülnaz dərindən nəfəs aldı. Nəfəsinin titrədiyindən nə qədər ağır
olduğunu anlayan Nərgiz – istəyirsiniz sonra davam edərsiniz. Deyə
Gülnaz xalanın əlindən tutdu. O isə gözləri dolmuş şəkildə başını yox
kimi yellədi.

- Ona qışqırmağa başladım. Niyə məktubumu oxumadığını
niyə mənimlə maraqlanmadığını niyə elçi gəlmədiklərini deyə qışqırmağa
başladım. O anda - nə məktub mənə məktub gəlməyib dediyində səsimi necə
başıma atmışdımsa əhəmiyyət verəyib danışmağa davam etmidşim. O isə əli
ilə ağzımı yumub. Indi mənə qulaq as dedi. Atama dedim, amma o mənə uzaq
qohumuza söz verdiyin dedi.. bu sözə yerimdə donub qalmışdım.

- Necə yəni? Və?

- Atam söz verib başa düşürsən.

- Başa düşdüm söz verib. Və? Neynəmək fikrindəsən.

- Gülnaz...mən... mən onun sözündən keçə bilmərəm. O boyda kişinin sözünü yerə salsam ailəmiz nəslimiz ondan üz döndərər.

- Aaa nə gözəl... toyuna çağırmağa gəlmisən?

- Gülnaz

- Nə Gülnaz! Nə!! Nə!! Nə!! Bəs mən? Mənə verilən vəd!

- Mən bilmirəm. Elə bilirsən mənə asandır.

- Əlbəttə asandır. Sən kişisən mənsə qadın. Mən sözümü keçirdə bilirəmsə ailəmi razı sala bilərəmsə sən də edə bilərsən.

- Gülnaz sənə demək asandır. Sənin ailən...

- Nə? Mənim ailəm səninki kimi hörmətli deyil? Səhvin var Səlim səhvin var.

- Mən elə demək istəmədim.

- Sən elə bunu demək istədin. Səlim əgər bu həftənin sonuna qədər həll
etməsən elçilik məasələsini mən Kamala hə deyəcəyəm. Ömürlük məni
itirəcəksən bunu bil. Indi get atanla danış.

- Gülnaz!

Bir
həftə keçdi, amma ondan səs səmir yox idi. Sonra...sonra yenə görüşdük
və mənə dediyi söz – mən bacarmayacağam oldu. Təsəvvür elə Nərgiz.
Ailəmi razı salmışdım bu bir həftə içində o isə mənə dedi ki, mən
bacarmayacağam. Ona nələr demədim. Qorxaq cəsarətsiz alçaq... hər şey..
Hətta sonda xoşbəxtlik arzulamadığımı belə dedim. Çünki ona dedim ki,
onun kimi yalançı vədlər verən biri onsuzda xoşbəxt olacaq. Və gördüyün
kimi xoşbəxtdirdə bir oğlu var və mənim ən yaxın rəfiqəmlə evlidir.
Gülnz xala acı acı gülümsündü.

- Bəs siz Gülnaz xala. Necə oldu sonra

- Sonra Kamalgilin ailəsi gəldi. Necə olmuşdusa Kamal hər şeyi
öyrənmişdi. Mənim fakültəmi dəyişmişdilər. Universitetin ayrı binasında
idi artıq. ÖZüm bunu istəmişdim. Bir gün Kamal universitetə gələndə mənə
dedi ki, bilir ki həyatımda kimsə olub və onu sevmişəm, amma söz verdi
ki, əlindən gələni edəcək ki, onu sevim. Hər eyi unudum.

- Onu sevdiniz?

- Qızım Sevgi əbədi deyil. Təzədən sevmək mümkündür. Kamala mənim ömür
gün yoldaşım oldu, tək övladımın atası oldu. Məni o halımla yəni
könlümdə başqa birinin olduğu təqdirdə qəbul etdi və yaralarımı sarımağa
kömək olacağına söz verdi. Zamanla ona öyrəşdim. O əvəzolunmaz
insandır. Mənim indi ağlamağıma baxma mən Səlimi hələ də sevdiyimdən
deyil, onun mənə qarşı onların mənə qarşı etdikləri haqsızlıqdan olur.
Düzür 19 yaşım var idi onda. Amma Nərgizim ilk olan heç nə unudulmur.
Necə ki ilk sevgi unudulmur ilk nifrət də elə.

Nərgiz əslində bunu
özü üçün soruşurdu həm də. Onu da ilk sevgisi daşa dəymişdi, amma o
Gülnaz kimi olmaq istəmirdi. Qəlbinin dərinliyndə bir daha ürəkdən
sevəcək deyə hiss vardı. Nərgizin təssüfləndiyini görən Gülnaz onun
balaca əllərini ovcuna alıb qızım yenidən sevmək mümkündür, amma bir
şərtlə ki, qəlbində o sevgiyə yer ayırasan, nifrətə ayırdınsa sevgi
məskən sala bilməyəcək.Mənim illər boyu tək səhvim bu oldu. Ürəyimdə
səlimə olan nifrəti böyütdüm kamala olan sevgim onun yanında kiçik
qaldı. Sən belə eləmə. Sonra onun saçını sığallayıb alnından öpdü.
Ülviyyə artıq oyanmışdı. Mətbəxə gəlib onları belə görəndə heç nə
demədən su içib yenidən yatmağa getdi. Nərgiz və nası ona baxırdı, o isə
heç nəyi vecinə almadan anasına tərəf də dönmədən Nərgizə baxıb
yüngülcə gülümsündü. Gülnaz narahat baxışlarla Nərgizə baxanda – narahat
olmayın Gülnaz xala düzələcək. Bilmirəm necə amma düzələcək. Şey....
Onu Şəhriyardan ayıracaqsınız?

- Nərgiz özün düşün bütün bu olanlardan sonra onlar necə birlikdə ola bilər

- Axı onlar birini sevir. Həm nə olsun. Olan olub artıq..

- Yox..olmaz vəssalam. Zamanla öyrəşəcək.

- Siz öyrəşmisiniz Gülnaz xanım?

- .....

- Məncə düşünün. Nərgiz Ülviyyənin otağına keçdi Ülviyyə sakitcə
yerində oturmuşdu. Nərgiz onun yanında oturanda başını onun dizlərinə
qoyub uzandı.

- Nə dedi? Niyə belə eləyiblər.

- Ən yaxşısı özündən soruş.

- Onunla danışmaq istəmirəm

- Ülviyyə o sənin anandır.

- Ana qızını xoşbəxtliyini istəyər. O isə əvvəldən əlindən gələni edir ki, mənim üzüm gülməsin.

- Dəlisən sən o nə sözdür.

- Nə isə mən yatmaq istəyirəm.

- Yaxşı yat sakitləş.. Ülviyyə yuxuya gedərkən şəhriyar yenidən evə
qayıdır ata və anasının divanda əyləşib susduqlarını görnəd stul götürüb
qarşılarına qoyur və əyləşir

- Indi deyim görüm nə baş verir?

- Şəhriyar məncə indi zamanı deyil

- Xeyr ana indi tam zamanıdır. Eşidirəm. Kimsə heç nə deməsə bu otaqdan çıxmayacaq.

- Oğlum anan düz deyir indi yox.

- Ata kimsə nəsə deməsə bu otaqdann çıxmayacaq. Mənim üzümü bir də görmək istəyirsinizssə hər şeyi danışacaqsınız.

- Yox! Yox! Şəhriyar uşaqlıq edirsən.

- Mən uşaqlıq edirəm? Məncə əksinədir.. buyurun eşidirəm. Nə baş verib!
Şəhriyarın axırıncı kəlmələrini aramla bölə bölə və əsəblə deməsi
anasını titrətdi. Nə desin, necə desin ki, bir vaxtlar sevən iki
insannın arasına girib. Necə desin ki, Gülnazı ailəsinə pisləyən o olub,
necə desin ki, ona olan sevgisindən ən yaxın dostunu satıb.

- Ana
eşidirəm. Ata! Buyurun. Səlim Bəy aramla boğazını yaşlayaraq – oğlum gəl
gedək ikimiz danışaq.. deyərək ayağa qalxdı. Eyvana çıxan kimi Şəhriyar
onun arxası ilə gəldi. Səlim arxaya dönmədən aramla danışmağa başladı.
Hər şeyi danışdıqca Şəhriyar şok olmuş vəziyyətdə divara söykəndi. Bir
müddət elə qalıb sonra səssizliyi pozdu – indi necə olacaq?

- Bilmirəm

- Necə bilmirəm.Sizin cavanlıqda yaşadıqlarınızı biz ödəmək məcburiyyətindəyik?

- Oğlum bu iş alınan deyil

- Yox ata.. Sənə elə gəlir. Bu iş alınacaq. Deyib eyvandan çıxdı.

Günün sonuna qədər hamı ruh kimi gəzirdi. Ülviyyə bütün gücünü toplayıb
anasını yanına getdi baxışlarını qaldırmadan – eşidirəm dedi. Anası isə
udqunaraq. – mən səni çağırmamışdım.

- Ana nə demək istədiyim başa düşdün. Eşidirəm. Danış. Nə baş verib.

- Danışmağa bir şey yoxdur. Bu evlilik olmayacaq. Vəssalam.

- Ana nə baş verib! Gülnaz dözməyib ağlamağa başladı. Anasını bu halın
görəndə özü də pis oldu, amma yerindən təpənməyərək – danış deyə
dilləndi. Gülnaz bu gün olanları danışmağa bir daha güc tapmadı.
Çiyinləri düşərək hönkürtü ilə ağlamağa başladı. Ülviyyə onun dsnışa
bilməyəcəyini görüb o da ağlayaraq otağına keçdi. Üzü yatağa uzanmışdı
ki, telefonuna gələn zəngə başını qaldırdı bu Şəhriyar idi.

- Alo Şəhriyar.

- Ülviyyəm.

- Şəhriyar nə baş verir? Niyə kimsə mənə izah etmək istəmir?

- Sakit ol.. Narahat olma.. eyy ağlama orada. Hazırlaş düş aşağı burdayam.

- Gəlirəm deyib telefonu söndürdü.

Aşağı düşən kimi Şəhriyar onu bərk bərk qucaqladı. Gözünün yaşını silib alnını öpüb saçlarını qoxladı

- Ülviyyəm qorxma. Hər şeyi həll edəcəyəm. Inan mənə. Xahiş edirəm sadəcə inan.

- Necə? Axı nə baş verir?

- Sən bu gözəl başını belə şeylərə yorma. Mən dediyim elə. Səbr et. Söz
verirəm. Şəhriyar Ülviyyəni ehmalca dodaqlarına öpüş qondurdu. Ülviyyə
başını onun çiyninə qoyub huzurlu şəkildə gözlərini yumdu. Səlim bəy
fikirli halda eyvanda siqaret çəkərkən telefonu zən çaldı. Tanımadığı
nömrə idi.

- Alo

- Alo.

- Sən?

- Hə mənəm. Danışmalıyıq.

Səlim telefonu yerə qoyub əlində yazdığı adresə baxdı. Illər sonra yenidən onunla üz üzə gələcəkdi.P.S Buda 2-ci bölüm :03: скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!