Təsadüf yoxsa alın yazısı (Bölüm 17)

Təsadüf yoxsa alın yazısı (Bölüm 17)
Sevgi Dünyası
10.09.2017 7
Hava
tutqun idi yay olsa da. Ağlamağa hazır insan kimi hər an yağa bilərdi.
Səlim illər sonra onunla üz üzə gələcəyinin xəyalını dəfələrlə qurmuşdu.
Düşünürdü ki, ona bir üzr borcludur. Həm də halallıq almaq istəöyirdi.
Neçə illərdir ürəyində bu sevgi ilə yanaşaı ağır gələn vicdan əzabı, bir
gənc qızı gözüyaşlı qoymaq əzabı ona əzab verirdi. Sevgisi getmişdimi? Bunu belə bilmirdi.

- Salam. Səlim dönmədən gözlərini bərk yumdu. O gəlmişdi və illər
sonra onlar yarım qalan hər şeyi yenidən xatırlayacaqdılar.

- Salam. Necəsən?

- Bura niyə gəldiyimi açıqlayıb gedəcəyəm.

- Gülnaz

- Oğluna de qızımdan uzaq dayansın

- Gülnaz mən

- Mənim qızım sizin ailənizin əzablarını çəkmək məcburiyyətində deyil

- Gülnaz bir dəqiqə qulaq as.

- Qulaq asmalı bir şey yoxdur. Oğluna de çəkilsin qızımın həyatından.

- Şəhriyar qərarlıdır.

- Heç nə olmaz sən onu yola gətirərsən. Bu sizin ailədə var axı. Ata sözündən çıxmamaq.

- Gülnaz məni incidirsən

- Səni incidirəm? Demək inciyirsən? Nədən səlim. Nədən inciyirsən?

- Bir qulaq as! Səlimin səsinin yüksəlməsi ilə Gülnaz başını aşağı salıb hikkəsini uddu.

- Şəhriyar mənim kimi deyil. O istədiyi hər şeyi əldə edir. Indi də onun qarşısını alacaq gücdə deyiləm.

- Çox nahaq. Mən dedim və deyirəm. Sizə verəcək qızım yoxdur. Oğluna de
çıxsın getsin. Ülviyyə qürurludur, əgər Şəhriyar getsə o bir daha onu
axtarmaz. Bir neçə gün əzab çəkər bununla da bitər.

- Bir neçə gün? Sənin, mənim əzabım bir neçə gün çəkdi?

- Burda sən mən deyə bir şey yoxdur. Həm mən əzab çəkmirəm. Dediklərimi unutma. Oğlunla danış. Sağol

Gülnaz dönüb getmişdi. Səlim isə hələ də ürəyində deyə bilmədiyi
sözləri ilə baş başa qalmışdı. Onu arxasınca baxa baxa acı acı
gülümsəyərək. – heç dəyişməmisən inadçı Gülnaz xanım deyərək pıçıldadı.



Şəhriyar bir neçə gün içində baş sındırmağa çalışılrdı ki, neyləsin ki,
Ülviyyənin ailəsini öz ailsəni razı salsın. Əslində özü də görürdü ki,
bu vəziyyətdə bu mümkün deyil. Amma əllərini yanına salıb eləcə təslim
olmaq istəmirdi və olmayacaqdıda. Bu düşüncələrlə ülviyyənin əlini bərk
sıxdı istəmədən. Ülviyyə isə bunu hiss edib - Şəhriyar əlim.

- Bağışla.

- Neynəmək fikrindəsən? Mənə də de xahiş edirəm. Nə baş verir. Evdə heç
kim heç nə danışmır. Sən də burada axı niyə onlar izn vermirlər.

- Dedim axı sən bunları düşünmə. Bir az zaman ver mənə hər şeyi yoluna qoyacağam.

- Məncə bilmək mənim də haqqımdır.

- Xahiş edirəm Ülviyyə. Inad etmə və mənim sözümə güvən. Sadəcə bir az gözləyəsi olacaq

- Mən səni bir ömür gözləyərəm Şəhriyar bunu bilirsən.

- Bilirəm canım bilirəm. Ülviyyə başını Şəhriyarın sinəsinə qoyaraq
ağalamağa başladı. Şəhriyar isə qəfəsə bağlanmış və qurtulmaq istəyən,
çarəsizcə özünü divarlara sıxılmış kimi hiss edirdi. Ağlına tək bir
fikir gəldi. O da Gülnazla danışmaq.

Kənan isə Nərgizin işə bikef
gəlib getdiyini gördüyündən onunla daha çox maraqlanmaq əhvalını
düzəltmək istəyirdi. Düşnüdü ki, bir qutu şirniyyatla da onun üzündə
təbəssüm oyada bilər. Bilirdi ki, Nərgiz kimi qızlar bahalı
hədiyyələrdənsə belə xırda jestlərə daha çox sevinər. Nərgiz otağa
girəndə Kənan əlində qutu onun masansının yanında idi.

- Burda neynirsən?

- Məni qabaqladın. bunu qoyub çıxmaq istəyirdim. Düşündüm bəlkə
əhvalını bu açar. Nərgiz bu günlər içində Kənanın ona olan diqqətinin
fərqində idi. Onun bu jestinə mülayim təbəssümlə gülümsəyərək – çox
sağol dedi və ona yaxınlaşıb qutunu aldı. Sonra qutunu üzrəniə baxıb
gülərək. – yaxşı ki bu dəfə zorla şirniyyatı yedizdirməmisən dedi. Kənan
təəcüblə ona baxdı.

- Necə yəni, bəyənmədin?

- Yox. Yox. Yaxşıdır. Amma mən yeyə bilmərəm.

- Niyə?

- Bu darçınlıdır. Mənimsə darçına alergiyam var. Deyib gülümsədi.

- Sən lap əldə qayırmasan ki... Kənan sözünü deyib cəld susdu.. Düşündü
ki, indi bir sillə ona doğru gələcək, amma yanıldı. Nərgiz onun bu
sözünə ürəkdən gülməyə başladı.

- Mən ən yaxşısı sənə mənə nə olar nə olmaz onun siyahısını verim. Yoxsa bu gedişlə sən məni öldürərsən.

Kənan heyran heyran onun təbəssümünü izlərkən özündən asılı olmadan – sən artıq çoxdan məni öldürmüsən dedi.

Nərgiz heyrətlə ona baxdı. Kənan da cəld sözünü toparlamaq üçün – şey
yəni, acılamağınla...yəni əvvəllər. Təzə tanış olanda, daha doğrusu
işləyənədə...yənii... nə isə özün başa düşdün deyib otaqdan çıxdı. Çıxan
kimi qapının ardında – axmaq Kənan balaca uşaqlar kimi özünü itirirsən.
Nə olub sənə? Nərgiz sən mənə nenyirsən malenkaya kaldunya (balaca
cadugər) Nərgiz isə içəridə rəng verib rəng aldı. O artıq anlayırdı ki,
Kənanın bu jestləri nə deməkdir. Istər istəməz birinci sıxıldı. Düşündü
ki, ən yaxşısı onu özündən uzaq tutsun. Nə özü bir də yanar nə də
şirkətdə müdirin oğlu ilə adı hallanar. Məyus halda yerinə keçib.
Şirniyyat qutusunu açdı. Fikirli halda ağzına aparıb dişləməyə başladı.
Hiss etdi ki, boğazı yanır. Birdən ayılıb neynədiyini fərqinə vardı cəld
dəhlizə qaçanda Yusiflə toqquşdu. Yusif onun qızardığını görüb

-
Nə olub sənə? Deyə qolundan tutdu. O isə əlini çəkib ayaqyoluna tərəf
qaçdı. Nərgizin gözündə yaş axdığından elə başa düşdü ki, o ağlayır.
Halbuki ağlamırdı sadəcə boğazı yandığından gözləri sulanmışdı.
Ayaqyolunu qarşısında o tərəf bu tərəfə gedərkən Salma gəldi.

- Yusif bəy siz burda neynirisiniz?

- Nərgizi gözləyirəm. Niyəsə ağlayırdı. Yəqin yenə nişanlısı onu incidib. Bu axmaqda nə görüb axı bu qız.

- Demək nişanlı məsələsini siz də bilirsiniz

- Hə Kənan dedi. O qız bu xəstəni necə sevə bilər axı. Adam sevdiyinə bu qədər əzab verər?

- Nə əzabı?

- Qısqanc olmasını deyirəm də. Yanında olan oğlanları döyməyini. Eşitməmisiniz

- Başa düşmədim. Kimisə döyüb.

- Hə şirkətdə bir neçə nəfəri ölümünə döyüb.

- Onu kim deyib?

- Kənan.

- Nərgiz nişanlısından çoxdan ayrılıb. Nişanlısının da bu şirkətdə
kimisə döyüdyün xəbərini sizdən eşidirəm. Burda hamı sağ salamatdır.
Kimdir bu qıza dönüb baxan ki o oğlan da onu döysün.

- Necə yəni ayrılıb?

- Hə də ayrılıb.

- Bəs Kənan mənə dedi ki.... anladım. Çox sağolun Salma xanım.

- Nəyə görə? Salmanın sualını cavablandırmaq istəyərkən Nərgizin
çıxdığını görən Yusif daha da ürəkli şəkildə\ onun yanına gələrək
nəvazişlə onun qolundan tutub – Nərgiz nə olub sənə? Kim ağladıb? Nərgiz
onun bu hərəkətini görüb qolunu cəld çəkdi.

- Nə ağlamaq? Mən ağlamıram

- Axı göz yaşlarıyla bura qaçdın.

- Yox narahat olmayın sadəcə gözüm sulanmışdı

- Nərgiz mənə yalan danışmağına gərək yoxdur. Mən sənin dostunam

- Nə?

- Hə. Biz yaxşı dost ola bilərik. Pis başa düşmə. Niyyətim sadəcə dost olmaqdır.

- Təşəkkür edirəm, amma mənim dosta ehttiyacım yoxdur deyib qaşlarını
çataraq otağına tərəf gəldi. Yusif isə artıq başa düşümüşdü ki, Kənan
ona yalan danışıb. Salma da bu xəbəri lazımi orqana çatdırmaq üçün Kənan
bəyin otağının qarşısına gələrək əlinə aldığı ilk kağızla onun otağına
keçdi.

- Kənan bəy, Nərgiz xanımı başı qarışıq olduğundan sənədləri
sizə mən gətirəsi oldum. Yusif bəylə söhbət edirdilər. Amma bir
birlərinə çox yaraşırdılar həqiqətən. Bilniri ki, yusif bəy ona qarşı
boş deyil. Elə Nərgiz də elə görünürdü.. oyy deyəsən çox danışdım...siz
sənədləri....aaa buna baxee sənədləri səhv götürmüşəm. Indi gətirərəm
deyib otaqdan çıxdı. Salmanın dəxilsiz otağa girib dəxilsiz danışmasına
da təəccüblə baxan Kənan yadında sadəcə Yusif və Nərgiz sözünü saxlaya
bildi. Çünki gerisi ona maraqlı deyildi. Cəld otağından çıxıb nərgizi
gördü. Əsəbi olduğu bilinirdi. Düşündü ki, yusif yəqin ona hər şeyi
deyib. Nərgiz eyni əsəblə Kənan yaxınlaşanda Kənan onun ağzını açmağa
imkan verməyərək – Səni qısqandığımdan belə elədim. Dedi. Nərgiz isə
yerində donub qaldı. Arxaya çönüb heç kimi görmədiyindən dönüb bir də
təəcüblə Kənana baxaraq – Nə? Kimi? Deyə bildi Kənan sözünə davam eləmək
istəyirdi ki, Yusifi gördüyü üçün susdu. – Kənan bəy biz danışa
bilərik? Nərgizin yusifin səsini eşidən kimi cəld dönmədən otağına
keçdi.

- Kənan niyə mənə yalan dedin?

- Nə barədə?

- Nərgizin nişanlısı barədə

- Yusif o qızdan uzaq dayan.

- Niyə?

- Çünki.. çünki.. uzaq dayan vəssalam.

- Məncə sən bu dəfə uduzacaqsan.

- Anlamadım.

- Deyirəm oyunu bu dəfə uduzacaqsan. Kənara çəkilməyəcəyəm. Nərgiz kimi
seçsə o oyunu udacaq.. Kənan Yusifin bu sözünə ayağa qalxıb onun
yaxasından tutaraq – Nə cürətlə? Sən kimsən ki, oynadığın oyuna onu da
qatırsan? O sənin üçün oyuncaq deyil eştidin. Özü də nərgiz yox Nərgiz
xanım. Indi get işinin başına.deyərək yaxasını buraxdı. Yusif heç nə
demədən otağından çıxanda – görərik kimi seçəcək deyərək qapını örtdü.
Kənan əsəbindən partlasa da həm də qorxdu. Ona görə ki, əgər Yusif
Kənanın dediklərini Nərgisə desə Nərgiz onu bir dəfəlik siləcəkdi.
Düşündü ki, ona hər şeyi özü etriaf etməlidir. Özü də bu gün. Cəld gedib
nərgizin otağının qapısını döyüb içəri keçdi.

- Nərgiz, bu gün
axşam ortaqlarla iş yeməyimiz var. Sən də iştirak etməlisən. Vacibdir.
Axşama hazır ol gəlib götürəcəyəm. Nərgizin ağzını açmağına imkan
verməmiş qapını bağlayıb. – bu dəfə də yalan dedim, amma gəlməyəcəkdin
başqa çarəm yox idi deyərək öz otağına keçdi. Axşam hər şey ideal olmalı
idi deyə telefonu əlinə alıb tapşırıqlarını verməyə başladı. Nərgiz
isə şok vəziyyətdə heç nə anlamamış – niyə burda normal adamlar çalışmır
ki, nolar birini ağlı başında olsun da. Salma Kənanın nərgizi yeməyə
aparmasını eşitdiyindən bildi ki, heç bir iş yeməyi yoxdur. Olsaydı hər
kəsdən əvvəl onun xəbəri olardı. Mane olmaq üçün Nərgizə Kənanın ylan
dediyin demək istəsə də özünü bu işdə günhazı çıxartmalıdır deyə cəld
Yusifin yanına gedərək olanları çatdırdı. Yusif isə - bu axşam yeməyində
tək olmayacaqlar Salma buna imkan vermərəm deyə Salmaya göz vurdu.

Nərgiz evdə hazırlanıb kənanın gəlməsini gözləyirdi. Hansı sənədləri
götümrək lazımdır deyə soruşduğunda kənan hər şeyi özüm götürəcəyəm
orada baxarsınız deyə Nərgizi inandırmışdı. Kənan gəldiyini xəbər
verəndə isə Nərgiz aşağı düşüb maşına əyləşdi. Çox gözəl görünürdü. Sadə
idi, amma özünün gözəlliyi bu sadəliklə tamamlanırdı.

- Kənan yol
boyu kompliment deək istəsə də nərgizin hirsləndirməmək üçün susurdu.
Nərgiz isə öz özünə - buna baxe.. bir xoş söz demədi. Adam bir deyər
gözəl görünürsən nə bilim paltar rəng yaraşıb. Ehh.. Mənə nə vaxt
ağıllısı rast gəlib ki. Deyə ürəyində öz özünə danışmağa başladı. Onu bu
danışığını Kənanın sözü kəsdi. – nə deyime.

- Nə?

- Nə nə?

- Dedin nə deyime. Soruşuram ki, nə yəni

- Mən onu səsli dedim. Deyərək kənan ald dodağını dişlədi. Aydın olmuşdu ki, beynindəki düşüncəsini dilə gətirmişdi.

Nərgiz onun bu halına gülümsəyərək. – sən yaxşısan? Dedi. Nəsə sözlü adama oxşayırsan.

- Çataq danışarıq. Nərgiz arxa oturacaqda əyləşmişdi. Qabağa gəlib ön
oturacağa boylananda saşları Kənanın çiyninə töküldü. Ətrindən lap
özünü itirən kənan istəmədən anidən əyləcə basdı. Nərgiz daha da qabağa
gələrək yerindən durası oldu.

- Neynirsən sən? Noldu?

- Sən neynirsən. Niyə qabağa gəlirsən ki? Adam bu qədər ətir vurar.

- Pah minnətin olsun ki, bu ətiri vurub sənin maşınına minmişəm

- Heç dəxli var. Nə axtarırsan.

- Sənədləri. Dedin hamısı götürəcəyəm. Mən də boylandım ki, ordadır yoxsa yox. Yoxsa gözüm atmır sənə yaxınlşamaqdan ötrü.

- Of Nərgiz of... şirini elə də bu dilini nolar

- Sənə qalmayıb

- Mən sənin müdirinəm. Nə desəm o dur.

- O işdədir. Indi biz yoldayıq. Istədimiyi deyə bilərəm. Deyinə deyinə
restoranın qarşısına gəldilər. Kənan ilk əvvəl restoranı bağlatdırmaq
istəsə də Nərgizdə şübhə yaradar deyə eləmədi. Hər ikisi masa arxasına
əyləşəndə. – nldu müdir bəy, hansı qonaqlarınız? Deyərək iynəli şəkildə
Kənana baxdı.

- bir azdan gələrlər. Biz yeməyimizi sifariş verək.
Menuya nəzər saldı. Nərgiz də Menunu əlinə alıb menyuya baxırmış kimi
elədi amma göz altı kənanı izləyirdi. Çox təlaşlı və həyəcanlı idi. Bir
az da gülümsəyib menyunu qaldırdı ki kənan görməsin. Sifarişlərini verib
gözləməyə başladılar. Kənanın nəsə demək istəyirdi həmin anda vaz
keçirdi.

- Kənan nə olub sənə?

- Mən.. mən...Nərgiz sənə bir şey etriaf etməliyəm. Daha doğrusu iki şey. Bilmirəm necə başlayım.

- Aha eşidirəm. Ikisini de de gəlsin.

- Asan deyil....şey mən...

- Axşamınız xeyir...bu səs onların hər ikisinin diqqətini özünə çəkdi. Bu Yusif idi.

- Yusif!! Səni burda nə işin var deyərək kənan ayağa qalxdı.

- Yemək yeyirdim sizi gördüm. Dedim bir salamlaşım. Nərgiz, nişanlın nə əcəb icazə verib burda olmağına.

- Nə? Nə nişanlısı.


- Aa gizlətmə. Bilirəm ki,səni dəhşətli dərəcədə qısqanan, elə sənin də
dəhşətli dərəcədə sevdiyin bir nişanlın var. O dərəcədə qısqanır ki,
yanında kimi görsə həmin anda o adamı xəstəxanalıq edir. Nərgiz təəcüblü
halda bir Yusifə bir kənana baxıb dururdu. Kənan isə yumuruğunu sıxaraq
başı aşağı halfda əyləşmişdi.
 
P.S Səbirsiz qızlarımızın istəklərini nəzərə alaraq bu gündə 2 bölüm verəcəm.Təki siz məndən inciməyin :128: скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!