Təsadüf yoxsa alın yazısı (Bölüm 19)

Təsadüf yoxsa alın yazısı (Bölüm 19)
Sevgi Dünyası
10.09.2017 17
- Ülviyyə aç qapını! Ülviyyə! Danışmamış gedən deyiləm onsuzda. Aç dedim! Ülviyyə!

Şəhriyar Ülviyyənin telefonu bağlaması ilə yuxarı qalxıb qapını
çırpmağa başladı. Ülviyyə qulaqlarını tutaraq ağlayırdı. – bitdi. Bitdi
Şəhriyar.. hər şey bitdi.. deyə pıçıldayırdı. Səsə ayılan qonşular
evdəkilər qapıya tərəf gəldilər. Kamal bəy qapını açan kimi Şəhriyar özünü
içəri salmaq istədi. Kamal bəy əli ilə onun qolundan tutub. – bu nə
tərbiyəsizlik? Gecəni bu vaxtı alacaqlı kimi qapını sındıdırsan.. cammat
var var bu binada.

- Ülviyyə ilə danışmalıyam

- Səhər danışarsa deyə

- Onunla danışmamış heç bir yerə gedən deyiləm. Ülviyyə!

- Oğlum hörmətin olsun. Qarşında atan yaşında kişi dayanıb.

- Kamal bəy, bağışlayın, istəyirsiniz lap məni vurun söyün, təhqir edin. Gedən deyiləm.

Gülnaz Şəhriyarın bu qəzəbli hlını görüb bir az çəkindidə. – Səninlə danışmaq istəmirsə istəmir. Tərslik eləmə. Get evinə.

- Gülnaz xanım Ülviyyəni çağırın. Ülviyyə bilirəm ki, eşidirsən.
Ülviyyə danışmalıyıq. Ülviyyənin qapısı açıldı. Başı aşağı şəkildə
sakitcə qapının yanında dayandı, yanaqlarını islaq, burnu qıpqırmızı
idi. Kirpikləri asta asta qalxıb enirdi. Ayaqda dayanmağa halı yox idi.
Qapıda güclə tutub dayanmışdı. Gülnaz qızının bu halını görüb əlini
ağzına qoyub ağlamağa başladı. Kamal bəy qızını yanına gələrək –Ülviyyə
yaxşısan qızım? Deyərək əlini onun çiyninə qoydu. Ülviyyə başını astaca
təsdiq mənasında yelləyərək, başını qaldırmadan – Danışmağa sözümüz
yoxdur Şəhriyar. Get.. telefonda hər şeyi dedim. Deyərək aramla
danışmağa başladı.

- Yox hər şeyi danışmadıq. Sən belə tez əl
çəkirsənsə mən necə mübarizə aparacağam deyə bilərsən mənə? Sevgin bura
qədərmiş. Ülviyyə əllərini sıxaraq – Şəhriyar get deyərək özündən asılı
olmadan dayandığı yerdə yerə çökəcəkdi. Atası onun tutdu. Şəhriyarda
yaxınlaşmaq istəyəndə Gülnaz onu tutub – Get, danışmaq istəmir. Onsuzda
halı pisdir. Sən də onu lap incidirsən

- Onu mən incitmirəm. Onu siz
incidirsiniz. Siz hamınız. Amma bu məslə burda bağlanmayacaq.
Biləsiniz. Deyib qapıdan çıxdı. Atası Ülviyyəni otağına gətirəndə
Gülnaz içəri girib ona çıxması üçün başı ilə yavaşca işarə elədi. Kamal
bəy otaqdan çıxdıqdan sonra Gülnaz Ülviyyəni yerinə uzandırıb üstünü
örtdü.

- Mənim ağıllı qızım anasının əlini saçından itələyən Ülviyyə

- Arzuna çatdın. Onunla münasibətimi kəsdim. Artıq Şəhriyar deyə birisi
həyatımda yoxdur. Amma bil ki, Ülviyyə də artıq yoxdur.

- O nə sözdür qızım. Mən sadəcə sənin xoşbəxt olmağını istəyirdim.

- Bil ki, Şəhriyardan əl çəkməyimin səbəbi atamdır. Tək qalmaq istəyiəm get.

Gülnaz ağlayaraq otaqdan çıxdı. Qapının arxasında dayanıb – Mənim nə
günhaım var bəs qızım? Mənim nə günahım var. Deyərək dizi üstüə çöküb
daha da bərk ağlamağa başladı. Kamal bəy onun qolundan tubu yavaşca
qaldırdı. Gülnaz nəmli gözlərlə ona baxdı. Baxışlarındakı sevgi istilik
yox idi. Yeini buz kəsmiş qara gözlər gördü. Bu onu daha da incitdi.

- Kamal.

- Gəl gedək uzan, sən də dincəl sabah danışarıq onunla. Lazım gələr bir
müddətlik qardaşımgilə göndərərik. Bakıdan uzaqlaşsa yaxşıdır onun
üçün.

- Kamal bəlkə danışaq. Kamal bəy buz baxışlarla Gülnaza
baxıb dodağını qaçırtdı. Bu acı gülümsəmə ilə də - Gülnaz biz danışmaq
üçün 20 ildən çoxdur gecikmişik. Get yat deyib özü eyvana çıxdı. Gülnaz
isə yerində donub qalmış, qarşısındakı insanı tanımaqd çətinlik çəkirdi.
O isti sevgi dolu baxan adamın yerinə kim idi gələn deyə düşünürdü. Bu
onu çox incitdi. Çünki düşünürdü ki, Kamalın gözlərindəki sevgi heç vaxt
itməz. Amma deyəsən Kamalı da itirirdi.

Nərgiz heç kəs eşitməsin
deyə qapını açıb ehmalca içəri keçmək istəyəndə dəhlizdə dayanan Gülnazı
gördü. Özünü itirərək açıqlama verəcəkdi ki, gecənin bu vaxtı niyə evə
belə girir, ümumiyyəltə hardaydı Gülnaz onu görmürmüş kimi otağına
keçdi. Nərgiz təəcüblənsə də cəld Ülviyyənin otağına keçəcəkdi ki, daha
yaxşı görən olmadı bu dəfə eyvandan çıxan Kamal bəyi gördü. Özünü daha
da itirsə də Kamal bəy də ona sadəcə başı ilə salam verib qapıdan bayıra
çıxdı. – bunlara nə olub deyə düşünürkən, astaca Ülviyyə oyanmasın deyə
qapını açdı. Ülviyyənin səsindən başa düşdü ki, o da oyaqdır və
ağlayır. Özünü yatağa atıb

- Ülüm nə olub? Niyə ağlayırsan

- Hər
şey bitdi Nərgiz.. Hər şey bitdi.. getdi.. daha gəlməyəcək.ağlamaqdan
hıçqırtı ilə deyilən bu sözlər Nərgizin bədənini ürpətdi. Bu hayqırtını
eşidə bilmirdi bərk bərk Ülviyyəni qucaqlayıb. – ey sakit ol.. Dedim axı
hər şey düəzləcək. Bax görərsən Şəhriyar hər şeyi yoluna qoyacaq.

- Heç nəyi də yoluna qoymayacaq! Anlamırsan! Anlamırsınız. Ülviyyə
yerindən qalxıb hirslə otaqda o baş bu baş getməyə başladı.

- Niyə başa düşmürsünüz ki, bu işdə yoluna qoyulacaq bir şey yoxdur.
Mən atamın üzünə necə baxaram hə Nərgiz. Düşün bir. Nə deyəcəyəm. Ata
bağışla amma mənim qaynatam bizə gəlib gedəndə gəlmə ya mən onlarla
yaşasam deyəcəyəm bağışla ata anamın keçmiş sevgilisi oldu neynim. Gör
nə qədər məntiqsizdir. Mən bunu ona eləyə bilmərəm.

- Bəs
neyniyəcəksən. Əllərini çəkib oturacaqsan yerində. Şəhriyarı başqasına
verəcəksən əllərinlə. Həm sən elə bilirsən Şəhriyar əl çəkəcək? Mən
şəxsən zənn etmirəm.

- Əl çəkəcək. Əl çəkmək məcburiyyətindədir.

- Ülviyyə onun ailəsi də onun üçün dəyərlidir. Amma hər şeyi gözə alır. Sən zəiflik edirsən. Ağlını başına yığ.

- Siz ağlınızı başınıza yığın! Ülviyyənin səsini yüksəltməsi ilə Nərgiz diksindi. O heç vaxt Nərgizə qışqırmamışdı.

- Bir az məntiqli olun! Düşünün! Özünüzü mənim yerimə qoyun! BİTDİ!

- Bəs sevgin? Nə oldu şəhriyarın dərdindən ölürdün.

- Ölümşəm də.. bax sevgidir məni bu günə qoyan. Mən ölmüşəm Nərgiz
ölmüşəm. Ülviyyə dizlərini yerə qoyub ağlaya ağlaya "ölümşəm
mən...ölümşəm” deyə hönkürürdü.

Nərgiz onu qucaqlayaraq o da eyni şəkildə ağlamağa başladı.

Bir neçə gün keçsə də Şəhriyar Ülviyyə ilə danışa bilməmişdi. Telefonla
zəngləri cavabsız qalırdı. Sms lərə cavab yazılmırdı. Evdən çıxmadığına
onu yolda da tuta bilmirdi. Bir neçə dəfə evə gəlməyə cəhd etsə də
binanın qarşısındakı bələdçiyə onu içəri buraxmamaq tapşırılmışdı deyə
yuxarı da qalxa bilmirdi. Şəhriyarın günü gündən üzüldüyün görən anası
Şahnaz da oğlunun bu halına pis olurdu. Ağladığını görən Səlim bəy –
ağlama. Unudacaq. Qız da istəmir artıq, daha niyə ağlayırsan?

- Demək unudacaq. Sən unutdunmu Səlim? Unutdun?

- Şahnaz başlama yenə

- Şahnaz başlama, Şahnaz qutar, Şahnaz bir oğlumuz var, Şahnaz biz
evliyik.. Şahnaz...Şahnaz.... Səlim mən uşaq deyiləm. Bəsdir daha başımı
bu sözlərlə ovundurmağa çalışdın. Elə bilirsən görmürəm, koram.

- Şahnaz.

- Yox Səlim bu dəfə sən dinlə. Hə günah məndədir. Sevmək günahdırsa
günah məndədir çünki səni sevdim. Hamıdan əvvəl lap uşaqlıqdan sevdim.
Atangil ilk dəfə bizə gələndə mən məktəbdə oxuyurdu. Onun səni oğluma
alaca deməsiylə mən xəyallar qurdum. Hər gün sənin şəkillərinə baxıb
daha da sevdim. Sən isə mənim varlığımdan belə xəbərsiz idin. Sonra
univeristetə qəbul oldum.. Ancaq sən oxuduğun universitetə girim deyə
bütün ixtisaslara girərdim imtahanda. Qəbul da oldum. Amma sən yenə məni
görmədin. Ailəlikcə bizə gəldiniz yenə yanımdan düz keçdin. Sonra o
peyda oldu. Ona olan baxışların məni dəli edirdi. O baxışların ünvanı
mən olmalı idim mən! əlimdən gələni eləsəmdə onun da sənə qarşı boş
olmadığını gördüm. Dözə bilməzdim buna Səlim. Onunla evlənməyinə dözə
bilməzdim. Evdə söz çıxardm ki, sən unveristetdə mənə yaxınlq edirsən.
Görüşmək istəyirsən. Atam bu barədə atana deyəndə o da razılıq verdi ki,
yad birini almaqdansa qohumumu alaram deyib atamla əl sıxışdılar.

- Şahnaz bəsdir. Yetər! Danışdın bitdi! Istədiyin oldusa daha nəyin davasını edirsən?

- Sənin sevginin? Hə mənim oldun. Hə evləndik, oğlumuz oldu.. amma nə olsun. Ürəyin.. ürəyin mənə tabe olmadı Səlim.

- ......

- Görürsən susursan? Indi denənə görüm oğlunla onun qızının
evliliyindən sonra neyniyəcəksən? Getməyəcəksən onlara ya onlar gələndə
evdən qaçacaqsan. Nəvəmiz olanda da adını övladlarınıza qoymaq
istədiyiniz adı qoyarsınız artıq. Ya da bəlkə ən yaxşısı o da sən də
boşanıb ikiniz də təzədən evlənəsiniz. Şahnazın üzə gələn sillə onu
susdurdu. Bu neçə ildə Səlim ona nəinki əl qaldırmaq heç səsini
qaldırmamışdı. Otaqdan çıxanda qapıda dayanıb

- Mərdi qova qova namərd eləmə Şahnaz deyib çıxdı.

Şahnaz onun bu sözünü anlamadı. Əli üzündə gözündən yaş damla damla axırdı.

Bu bir neçə gündə Nərgiz isə işə qaça qaça gedir Ülviyyənin də işlərini
görüb tələsik Ülviyyənin yanına qayıdırdı. Kənan ondan qaçdığını
düşündüyü üçün pis olmuşdu. Xəstəxanada həkimin onun sözün kəsməsiylə
Nərgizin utanaraq oradan çıxması bir olmuşdu. Arxasınca qaçsa da o
çoxdan taksi ilə getmişdi. O gündən ancaq salamlaşıb sağollaşır ya da
işlə bağlı Kənanın üzünə baxmadan ondan qaçırdı. Kənan da çox üstünə
getməmək üçün otağına getmirdi. Amma bu 3 gün içində Nərgizi az qala
gündə bir neçə saniyəlik görməsi onu lap dəli edirdi. Yusifi işdən azad
etdiyindən rahatlamışdı. Bilirdi ki, onu narahat edən yoxdur şirkətdə.
Pəncərə qarşısında fikrə gedərkən Nərgizin şirkətə gəldiyini gördü.
Düşündü ki, bugün artıq danışsın. Uzaqlaşmaq istəyirdi ki, kiminsə ona
yaxınlşadığını gördü. Nərgiz də onunla səmimi şəkildə görüşüb
gülümsəyirdi.

- Ay da bu kimdir? Bu qız maqnitdir nədir? Cəld oradan çıxıb bayıra çıxacaqdı ki qapıdan girən Nərgizi gördü.

- O kim idi?

Salamsız kəlamsız verilən bu suala çaqın qalan Nərgiz heç nə demədi.

- Söz soruşdum axı.. Deyirəm o kimdir?

- Sənin də sabahın xeyir. Kim?

- Qapıda güldüyün və görüşdüyün adam.

- Hə Etibarı deyirsən...

- İndi də Etibar çıxdı?

- Anlamadım.

- Deyirəm indi də Etibar çıxdı. Indi əlimi buna bulamalıyam

- Ey sənə nə olub? Özünə gəl. O mənim dostumdur. Ona toxunma. Həm sənə
nə? Sən kimsən ki məndən haqq hesab soruşursan. Nərgizin bu sözü
Kənanın xətrinə dəydi bir addım geri çəkilərək.

- Demək mənə kiməm, Mənə nə? Yaxşı Nərgiz xanım.. olsun. Deyib oradan uzaqlaşdı.

- Kənan... Nərgiz onu çağırsa da kənan çoxdan oradan uzaqlaşmışdı.
Nərgiz özü də pis oldu. əli ilə ağzından vurub – bu dilini dinc saxlasan
nə olar hə? O gün sənə az qalsın sevgi etiraf edəcək birinə deyirən
sənə nə? Axmaq Nərgiz.

Kənan isə hirsindən otaqda olan əşyaları
dağıdırdı. Pəncərənin yanında dayanıb əli saçlarını qarşıdıraraq. –
Etibarmış, mənə nəymiş, mən kiməmiş... mən sənə göstərərəm kiməm.. Madəm
bu yolla başa düşmədin. ÖZün gəlib sevdiyini deməsən mənə də Kənan
deməsinlər. Görərsən Nərgiz xanım.

Nərgiz otağına gəlib narahat
halda düşündü ki, Kənanın könlünü necə alsın. Bir bəhanəylə onun otağına
getmək istədi. Əlinə aldığı sənədlərlə otağa doğru gedərklən Salmanın
onun otağından sevincli halda çıxdığın gördü.

- Ooo kimləri görürəm.. Sarı cücə? Burda neynirsən

- Çəkil Səlimnə, səninlə söhbət edəcək zamanım yoxdur.

- Bir dəqiqə hara?

- Sənə hesab verəcəyəm müdirin otağına girəndə? Bəlkə icazə alım?

- Canım mənim, bundan sonra əziyyət çəkmə. Bütün işləri özüm görəcəyəm.

- O niyəymiş?

- Kənan belə istədi. Az əvvəl mənə dedi ki, sənin əlindən keçən bütün
işləri ona özüm çatdırım. Nərgiz onun bu sözünə əvvəlcə tutuldu daha
sonra isə inanmayaraq otağa keçdi. Kənan onun gəldiyini görsədə bivec
halda başını qaldırmadan əlində telfonda nəsə yazırdı.

- Səlimənin dediyi doğrudur?

- Sizə öyrətməyiblər ki, qapını döyüb müdirin otağına keçərlər Nərgiz xanım?

- Nə?

- Deyəsən bu gün karlığınız üstünüzdədir. Nə deyirəmsə təkrar elətdirirsiniz.

- Kənan nə olub? Mən bayaq qapıda...Kənan Nərgizin sözünü yarımçıq qoyaraq telefonda kimləsə danışmağa başladı.

- Alo, əzizim.. ay can.. mən də darıxmışam... (qəhqəhə atıb) axşam
gələcəm.. hara gedək? Mmm nə bilim.. bəlkə elə evdə olarıq həə yaxşı
opdum..(qəhqəhə ataraq nərgizə tərəf baxdı) Mən indi işdəyəm deyə
bilmirəm. Axşam gəlnədə nə istəsən deyəcəyəm.

Nərgiz dırnaqlaını ətiən batırıb dodaqlarını dişləməyə başladı.

- Nərgiz xanım nəsə lazım idi.

- Mən.. şey.. yox.. bağışlayın narahat etdim. Çıxım sevgilinizlə rahat danışıb.

- Buyurun. Hə bir də Salma ilə göndərərsiniz bütün sənədləri onunnla işləyəcəyəm.

- ....

- Nəsə oldu?

- Yox.. anladım. Sağolun.

Nərgiz qapını elə hikkə ilə örtde ki, kənan buna gülərək. "bu hələ
sənin xoş günlərindir nərgiz xanım. Mən göstərəcəyəm sənə kiməm. "
deyərək telefonu bir də qaldırıb.- Sürəyya xala bayaq yadımdan çıxdı
deyəm. Axşama plov bişirdə. – Adə sənin başın xarab olub o nə danışıq
idi mənimlə danışırdın. 40 illik ərimlə boşatdırassan . opurem, ay can
darıxmışam. Sənin mənə ay can deyə telefonu açmağın xeyrə əlamət döyül.

- Ee yaxşıda nə dedimee. Dedim axşam evə gələcəm. Səndən ötəri darıxmışam da..

- Dəli oğlum. Yenə kimə göstərirdin özünü adə.. Mənə bax. Məni bu
işlərinə qatma. Öpürmüş sözlər deyəcəkmiş. Sən axşam gəl eşşək sudan
gəlincəyə qədər çırpım səni sən də bax.

- Eee Sürəyya xala böyüdüm də mənə uşaq kimi davranırsan.. yaxşı yaxşı axşam görüşərik.

Bu Sürəyya xala idi, Kənanın dayəsi. O həmişə onunla bu zarafat tonunda
danışardı, amma bu gün sırf nərgizə ina d olsun deyə elədi. İşə də
yaramışdı. Nərgiz hirsindən otağında az qalırdı ağlasın. – Alçaq. Özünə o
saatca birini tapdı. Hələ bir mənə eşq elan edir. Buna bax. Sənə bu da
azdır Nərgiz. Adamını tanımırsan kimə oldu güvənirsən. Axşama qədər
Nərgiz də Kənan da hirslə şirkətdə gəzsələrdə bir birilərini görəndə
ətrafına gülümsəməyə başlayırdılar sanki əhvalları heç korlanmayıb hər
şey qaydasındadır.

Kənara çəkilən kimi isə hamını acılamağa əsəbi
olmağa davam edirdilər. İşdən çıxanda Kənan Nərgizin şirkəti qapısında
görüb yanında Salamaya tərəf dönərək ona yaxınlaşdı. – Gözəl saçlarınız
var Salma xanım Salam təəcüblə ona baxaraq – çççooox sağolun Kənan
bəy. Bu dialoqu və Kənanın Salmaya baxışlarını görən Nərgiz hikkəsindən
addımlarını sərt atmağa başladı. Kənan onun çıxdığını görüb özünü
yenidən düəzltdi. Salma isə artıq əlləri ilə saçlarını önə gətirir
Kənanın köynəyinə toxunmaq istəyirdi ki, kənan geri çəkilərək. – Əminəm
ki, bu taxma saç hamıya yaraşar deyib çölə çıxdı. Nərgiz hikkə ilə
addımladığından ayaqqabısının dabanı qırıldı və ayağını burxdu.
Yıxılacaqdı ki, kənan onu tutdu. – Yaxşısan?

- Əlini çək.. oyy bağışlayın əlinizi çəkin Kənan bəy.

- Gözüm atmırdı.. insanlıq etmək istədim. Fərq etməzdi siz ya başqası.

- Məncə fərq edərdi. Əminəm ki, Səlminə olsaydı qucağına alıb
xəstəxanaya qədər aparardın. Deyib addımlamaq istəyəndə ayağını yerə
basa bilmədi. Ağrıdan qışqırdı. Kənan ona yaxınlaşacaqdı ki – orda
dayan. Bir addıpm belə yaxınlşama deyən nərgizin qəzəbli baxışları
altında Kənan geri çəkildi. – Sürünərəm amma sənə möhtac olmaram deyərək
ayağını sürət sürtə ağrı ilə oradan uzaqlaşmağa çalışdı. Kənan balaca
uşaqlar kimi məyus halda – deyəsən oyunum tərs gedir.. bu yaxınlşamaq
əvəzinə məni düşmən elədi. Deyərək onun hər ayağını basanda acıdan
qıvranmağına özü də sıxıldı. Yenə də onu tək qoymayacaqdı. Arxadan gəlib
onu qucağına alıb maşına apardı. Nərgiz nə qədər çrıpınsa da qışqırsa
da kənan ona fikir vermədən maşına qoyub evinə qədər gəldi. Nərgiz yol
boyunca o qədər qışqırıb bağırmışdı ki, artıq yorulub susmuşdu. Hər
ikisi sakitcə maşında əyləşmişdilər. Kənan danışmaq istəsə də acığına
gəlmişdi nərgizin ona kimsən deməsi. Bu qədər müddətdə qürurunu
tapdayaraq bu qızın arxasınca düşməsi ona zərrə qədər də təsir etməmişdi
deyə çox təəsüf edirdi. Nərgiz isə kənanın heç nə danışmayacağını görüb
"Mən gedim sevgilinizin evinə gecikərsiniz” deyib hikkə ilə maşının
qapısını örtdü. Kənan onun bu halına gülüb maşında – sən məndən beş
betər sevirsənee, amma keçi kimi inad et hələ. Sevdiyini deməyincə
məndən xoş sözü yuxuda görərsən sən. Hələ bu xoş günlərindir deyib
əllərini bir birinə sürtdü.
 Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!