Təsadüf yoxsa alın yazısı (Bölüm 21)

Təsadüf yoxsa alın yazısı (Bölüm 21)
Sevgi Dünyası
10.09.2017 5

qədər müddətə orada dayanmışdılar bilmirdilər. Amma telefonlarına gələn
zənglərdən bəlli idi ki, uzun müddətdir. Hər ikisi səssizə
aldıqlarından nə gələn zənglərdən xəbərdar idilər nə smslərdən. Heç
onları bu maraqlamdırmırdılar da. Yavaş -yavaş hava qaralırdı deyə
buralarda nadir rastlanan səslərdə çəkilirdi. Ülviyyə yavaşca başnı
çevirib Şəhriyara baxdı. Günlərdir onu
yaxından görmürdü. Dəhşətli dərəcədə darıxmışdı. Onun baxışlarını,
səsini, gülüşünü. Isiti nəfəsini duymaq istəyirdi, ona toxunmasını
əlləri ilə saçını sığallamasını ist6əyirdi. Şəhriyarsa buz heykəl kimi
dayanıb əlində siqaret qarşı tərəfdəki təpəyə baxırdı

- Siqaret çəkdiyini bilmirdim. Ülviyyə astaca dediyi bu söz ortadakı səssizliyi pozdu.

- Çəkmirdim.

- Sağlığa zərərlidir.

- Ölsəm də bundan olmaz, narahat olma.

- Ölümdən danışma xahiş edirəm. Bayaq göndərdiyin..

- Niyə qaçdın?

- Mən qaçmadım.

- Qaçdın Ülviyyə, qaçdın. Nə məni düşündün nə aramızda olan bağı. Qorxdun sən.

- Xahiş edirəm Şəhriyar belə danışma. Şəhriyar əlindəki siqareti
tullayıb Ülviyyəyə tərəf döndü, ona doğru addımlayıb lap yaxınında
dayandı. Nəfəsində siqaretin qoxusu hələ qalmışdı. Ülviyyənin gözlərinin
içinə baxaraq – sevsəydin belə eləməzdin.

- Şəhriyar xahiş edirəm
danışma belə. Şəhriyar dodaqlarını onun alnına dayayaraq kiçik bir öpüş
qondurdu. – denən ki, sevmirəm. Denən ki, səni istəmirəm çıx get. Mən əl
çəkəcəyəm bir dəfəlik söz verirəm.

- Ülviyyə titrəyərək bərk bərk
Şəhriyarı qucaqladı. Özü də qorxdu. Demək istəsə də Şəhriyarın çıxıb
gedərəm sözü ona bir sillə kimi dəymişdi. Halbuki özü bir neçə saat
qabaq getmək üçün hazırlaşırdı.- şəhriyar da onu qucaqlmışdı. Ülviyyənin
ağlamaqdan tutulan burnunu çəkməsi səsindən başqa heç bir səs yox idi
ətrafda.

- Şəhriyar

- Ay can.

- Bağışla məni, nolar bağışla.

- Sshhh sakit, burda nə sənin günahın var nə mənim.

- Mən.. mən eləyə bilməyəcəyəm. Səni sevirəm.. həm də canımdan çox,
amma atam.. Şəhriyar bağışla, amma bunu ona edə bilmərəm.

- Mənə bax.. başını qaldır və mənə bax. Ülviyyə başını onun
sinəsinə dayadığından yüngülcə başını qaldırıb Şəhriyara baxdı.

- Sənə demədim ki, mənə güvən hər şeyi yoluna qoyacağam.

- Şəhriyar...

- Sənsə eşidən kimi hər şeyi qaçdın. Bax halımıza. Səncə bu yaxşı çıxış yoludur?

- Başqa çarəm yoxdur anlamırsan! Ülviyyə ondan ayrılaraq kənara çəkildi. Şəhriyar isə lap qəzəblənib qışqırmağa başladı.

- Sən anlamırsan. Anlamaq istəmirsən ki, mən sənsiz qala bilmərəm.
Mənim də valideynlərim mənə əzizdir. Amma olmur. Sənsiz bir dəqiqə belə
qala bilmirəm. Indi mən neynim yaxşı. Ülviyyə dönüb yenidən şəhriyarı
bərk bərk qucaqlayıb hönkürməyə başladı. Şəhriyar dözməyib onu öpüncə
ağlamağını kəsmiş oldu. -Əgər hə desən sadəcə bircə hə desən dünyanı
qarşına sərərəm. Sən təki qaçma və mənə güvən.

- Yox. Yox... atamın
ürəyi buna dözməz. Özünə xəyanət edildiyini düşünəcək. Sən mənim yerimə
də qoy özünü nolar yalvarıram. Məni də başa düş. Elə bilirsən səni
sevmirəm. Sənə olan sevgim sənin sevgindən zərrə qədər belə əksik deyil.
Amma olmaz. Bağışla...bağışla Şəhriyar.

- Ülviyyə dayan Ülviyyə! Ülviyyə!

Ülviyyə ağlaya ağlaya yola tərəf gələrək qaçmağa başladı. Ətrafda iz
toz olmadığından çaş baş halda hara gedəcəyini düşündü. Şəhriyar ona
çatanda qolunda bərk tutub – axırıncı dəfə olsun ki, sözünü deyib
qaçırsan. Bu artıq ikincidir.

- Burax qolumu incidirsən.

-
Təki inciyən qol olsun.. bunu deyərək onu maşına tərəf aparan Şəhriyar
zorla maşına saldı. Ülviyyə artıq müqavimət göstərmirdi. Sakitcə maşında
əyləşmiş başını yana çevirmişdi. Şəhriyar maşını elə sürətli sürürdü
ki, Ülviyyə narahat olmağa başlamışdı. Indi sürətlə sürdüyünə görə yox,
onu evə qoyandan sonra eyni sürətlə hətta daha artıq sürətlə
gedəcəyindən qorxduğu üçün. Şəhriyar heç nə demədən onu evinin qarşısına
gətirib, maşını anidən saxladı.

- Get , bir də düşün. Gör bu elədiklərin bizə rəvadır? Gör keçmişin bədəlini bizə ödətdirməyə haqqın var? Düş get.

Ülviyyə ehmlaca maşından düşdü ,amma yenə də narahat idi. Şəhriyar
yüksək sürətlə qaza basınca maşın o andaca gözdən itdi. Ülviyyə təlaşlı
halda əlini telefonuna atdı. Saysız hesabsız yüzlərlə zəng gəlmişdi.
Evdəkilər və Nərgiz. Tez Nərgizə yığdı.

- Başın xarab olub sənin, haradasan bu zəhrimarı niyə götürmürsən. Anan atan dəli oldu ki, özünə nəsə eləmisən

- Nərgiz kömək elə

- Nə olub

- Şəhriyar, şəhriyar maşını çox pis sürür qorxuram ki, qəzaya düşər. Onu saxlamalıyıq.

- Dayan bir dəq.. sən onunlaydın.

- Nərgiz vaxt yoxdur.. indi bir şey düşün.

- Qışqırma. Panikaya salma məni.. yüksəsk sürət.... yüksək sürət..
maşın... tapdım... vallah billah tapdım. Indi mən sənə yığacağam.
Telefonu yerinə qoyan kimi Nərgiz yenidən nömər yığdı.

- Alo..
salam Etibar. Bilirəm incimisən, inan mənə nə qədər istəsən o qədər
üzrxahlıq edərəm, amma indi köməyinə ehtiyacım var. Etibar sonra
danlayarsan... indi təcilidir xahiş edirəm.. hə.. sənə bir maşın nömrəsi
verəcəyəm, yüksək sürətlə sürür yolda. Onu saxlasınlar.... necə yəni
dəlisə? Sən polis deyilsən.

- Nərgiz mən polisəm yol polisi yox

- Eee ayda ildə bir dəfə işim düşüb onu eləməyəcəksənsə nəyimə lazımdır sənin kimi əmim oğlu

- Nərgiz!

- Etibar xahiş edirəm. Bax nə istəsən edəcəyəm bircə o maşını saxla..
sənin tanışların olmamış olmaz. Həm biz burda danışdıqca vaxt itiririk

- Nə istəsəm.

- Etibar!

- Eee yaxşı başımın bəlası..

- Sağole.. narahat olma sözümü unutmadım. Dəstəyi asıb Ülviyyəyə
yığdı.. – alo Ülüm. Narahat olma həll elədim. Sənin Şəhriyarına cərimə
yazacaqlar amma kalan.

- Nə?

- əşi nə isə narahat olma həll olundu. Sən de görüm neylədin? Dedin ona gedəcəyini? Nə danışdınız.

- Nərgiz indi evə girməliyəm. Hələ evdəkiləri sakitləşdirim zəng vuraram.

- Vəfasızz.. bəs mən burda ölüm? Aloo.. Ülviyyə, buna baxe odboy verdi. Indi gəl döz görüm necə dözürsən.

Ülviyyə evə girən kimi, anası üstünə cumdu. – Ülviyyə! Haradasan sən? Öldüm burda.. Allahım çox şükür.

- Narahat olma.. gedim əşyalarımı yığım.

- Hardaydın? Heç nə olmamış kimi gedə bilmərsən dayan görüm

- Ana bəsdir. Harada olduğumu çox yaxşı bilirsən.

- Yenə onunla idin?

- Ana!

- Gülnaz! Kifayətdir. Qoy getsin. Kamal bəyin dəhlizdə olmadığını
görən Gülnaz diksinərək kənara çəkildi. Ülviyyə başını aşağı salıb
atasına baxmadan utanaraq otağına keçdi.

- Bəsdir qızın üstünə getdin. O özü çox yaxş bilir ki, neynəmək lazımdır.

- Kamal mən onun üçün deyirəm.

- Bilirəm Gülnaz bilirəm. Amma onzsuzda özündə deyil sən də üstünə
gedib lap dəli eləmə. O bizim qızımızdır. Nə qərar verəcəyini hər kəsdən
yaxşı bilir. Kamalın "bizim qızımızdır” sözü niyə Gülnazın ağlında
daha çox ilişib qalmışdı. Düşündü ki, görəsən bunu xüsusi vurğu ilə dedi
ya sadəcə o daha çox sözün üstündə qaldı. Kamala yaxınlaşıb – Hə o
bizim qızımızdır. Ona görə istəmirəm ki, kimsə onu incitsin.

- Onu səndən başqa incidən olmadı.

- Kamal..

- Hə Gülnaz.

- Sən.. sən də məni gühankar bilirsən?

- Mən günhakarsan demədim. Mən dedim ki, onu incidən Şəhriyardan çox sənsən.

- Neyləməliydim? Başa düşmürəm səni.

- Heç nə. Məsələ də ondadır ki, heç nə eləməməli idin. Qərarı onun özünə buraxmalıydın.

- Kamal mən səni..

- Hə..dayanma, eşidirəm. Məni düşünürdün. Arvadımın sevdiyi yeganə
insanla quda olmamağım üçün çabaladın ya özün görmək istəmirdin. Bəlkə
xatirələrin canlandı, ya da sevgin yenidən baş qaldırdı.

- Kamal!
Bəsdir. Bu nə danışıqdır? Kamal Gülnaza yaxınlaşıb diqqətlə onun
gözlərinə baxdı. Gülnaz yenə də Kamalın gözlərindəki istiliyi görmədi.
Yerini buz kəsmiş baxışlar almışdı. Gülnaza diqqətli baxdıqdan sonra
qapıya tərəf gedib – mən də sabah Ülviyyə ilə gedəcəyəm. Bir müddət belə
olsa yaxşıdır deyib evdən çıxdı. Gülnaz şok olmuşdu. Heç nə deyə
bilmədən Kamal artıq çıxmışdı. Göz yaşları indi onun ən vəfalı dostu
idi. Bu günlərdə onu tək qoymyan vəfalı sevgili. Tək Gülnaza yox, göz
yaşları bir çoxunun vəfalı sevgilisi idi. Ülviyyə narahat halda
Şəhriyara yığmaq istəsə də eləmədi. Düşündü ki, lap əsəbiləşər. Şəhriyar
isə artıq evə taksi ilə gəlirdi. Həddindən artıq yüksəsk sürətlə idarə
etdiyinə görə maşın polsiu saxlamış və əlindən alaraq cərimə
meydançasına aparmışdı. Əslində cəza almaqla kifayətlənə bilərdi, amma
polis aparacaqlarını deyincə şəhriyar o halda olmadığı üçün etriaz
etmədən talsiyə əyləşmişdi. Nərgizin planı işə yaramışdı. Əlinə
telefonunu alanda saysız zənglərin gəldiyini gördü. Ən çox yığan Kənan
idi. Yadına düşdü ki, ona zəng vuracağını söz vermişdi. Amma o halda
olmadığından yenidən telefonu cibinə qoyacaqdı ki, Kənanın nömrəsi
ekranda peyda oldu. Bu dəfə açdı.

- Alo

- Ay qardaş niyə imkan vermirsən sevdiyimə qovuşum?

- Nə?

- Nə isə ürəyim partladı burda. Sənə təcili sözüm var. Ülviyyə barədə.

- Kənan nə danışırsan nə təcili nə Ülviyyə

- Ülviyyə sabah gedir. Moskvaya əmisigilə.

- Sən haradan bilirsən?

- Boş ver uzun söhbətdir. Indi sən de görüm qız qaçırtmaq məsləsinə necə baxırsan?

- Nə?!

- Telefon söhbəti deyil, haradasan gəlim ora. Şəhriyarla telefon
danışığını sonlandıran Kənan Nərgizə bir mesaj atıb otaqdan çıxdı.


Nərgiz isə Ülviyyədən mesaj gəldiyin düşünərək həvəslə telefonu əölinə
aldı. Kənandan görüb lap həvəsləndi. Amma mesajdan heç nə anlamadı. "Hər
şeyi yoluna qoycağam ” mesajı oxuduqdan sonra zəng vursa da Kənan
telefonu götürmürdü. Ardınca sms yazssa da yenə də cavab yox idi. O da
Ülviyyəyə zəng vurub danışdı. Ülviyyə olanları danışdıqdan sonra
dərindən nəfəs alaraq – bilmirəm Nərgiz. Deyə bilməzdim gedəcəyimi. Lap
dəli olardı. Bu zaman bəlkə hər şeyi qaydasına qoyar.

- Şəhriyar bilsə sənə getməyə imkan verməz. Mən də istəmirəm.. Bəs mən nenyiyəcəyəm hə? Burda tək quqqulu kimi.

- Nə kimi?

- Hər nə isə mövzumuz o deyil

- Allah səni güldürsün, bu halımda da məni güldürdün. Mənə bax Şəhriyara deməmisən gedəcəyimi? Bax söz vemisən?

- Yox mən heç nə deməmişəm. Amma deməmək üçün özümü güclə saxlayıram. Sənin qarşını ancaq o ala bilər.

- Ehh Nərgiz.. Atam da mənimlə gedəcək.

- Biyy Kamal əmi də? Bəs Gülnaz xala? Tək qoyacaqsınız burda?

- Atam yəqin ki, tez qayıdar inanmıram anamı burda tək qoya.

- Hə Kamal əmi onsuz qala bilməz.

- Hə atam çox sevir onu.

- Elə Gülnaz xala da.

- Onu bilmirəm.

- Elə demə. Mən onunla söhbət edəndə özü dedi.

- Nə isə.. Nərgizim yatım səhər tezdən işdə görüşərik. Gələcəyəm ərizəmi yazam məzuniyyət üçün.

- Ok.. öpdüm, yuxunda məni gör..

- Dəli qız.. sağol.

Kənan Şəhriyarı barda görüb ona yaxınlaşdı. – bilmirdim buralara gəldiyini.

- Mən də bu gün öyrəndim.

- Oo içməyə başlamısan, bu nədir. Gecə hələ indi başlayırsa bu qədər sərt içki tez deyil?

- Başımı dağıtmalıyam.

- Şəhriyar bu zibildən uzun zamandır istifadə etmişəm inan mənə başı
dağıdır, amma fikirdən yox ağrıdan. Ona görə qoy kənara mənə qulaq as.
Neyləmək fikrindəsən Ülviyyə ilə bağlı.

- Deyəsən heç nə. Istəmir məni.

- Necə istəmir? Ona görə işlərini yazıq Nərgizimin üstünə atıb işə gəlmir?

- Ooo Nərgizim..

- Bunu aqncaq sənin yanında cəsarətlənib deyə bilərəm. Onun yanında desəm....

- Məncə də hələ cəhd etmə. Ən azından sevgini etiraf elə sonra.

- Elə bilirsən eləməmişəm. Elə bil kimsə qarğıyıb məni nə vaxt etriaf
etsəm bir əmma çıxır. Amma söhbətimiz bu deyil. Mənim bir planım var.
əminəm ki, ona getməyə icazə verməyəcəksən.

- Nə plan?

- Əminəm ki, Ülviyyə və ailəsi onu qaçırıldıqdan sonra verməyə razı olacaq.

- Başa düşümürsən Kənan, ailəsi yox özü istəmir. Ailəsi də istəmir, amma özü istəmiyəndən sonra mən heç nə edə bilmərəm.

- Əlini qolunu bağlayıb oturacaqsan?

- Neynim?

- Mən deyəni elə. Nərgizin qəhrəmanı olmağımın tək çıxış yolu səndən keçir.

- Mən də deyirəm bu niyə mənə yaxşılıq edir. Denən ta öz dərdim var da.

- Yox elə sizin dərdi çəkəcəkdim. Siz ikinzidə ağılsızlıq edirsinizssə
mənə nə? Təbii halınıza pis oldum, amma mən sizdən geri qalmıram. Sən
yenə ən azından sevdiyini demisən mən yazığa o da qismət olmayıb.

- Mənə bax döyülmək istəyirsən deyəsən.

- Sən Allah onsuzda bu gün Nərgizin "poklonniklərindən” (pərəstişkar.) birinin yumuruğunu çənəmə yemişəm.

- əcəb olub sənə.

- Sən zarafat elə. Qız elə bil maqnitdir, ay balam başqa qız yoxdur
gərək gəlib bundan yapışasınız. Ayda ildə birni sev seç o da dəli
çıxsın, özü də hamının sevgisini qazanan. Yenə sözümü dağıtdın. İndi nə
deyirsən xoşbəxt olub məni də xoşbəxt etmək istəyirsənsə danışım planı.

- Yaxşı danış görüm..

Kənan danışıb bitirdikdən sonra – Hə nə deyirsən?

- Sən deyəsən kinolara çox baxırsan deyirəm.

- Aydaaa qardaşım mən hər şeyi təşkil edirəm. Sən sadəcə razılaş

- Deyəsən vaxtikən çoz qız qaçırtımısan

- Bunu nərgizin yanında desən heç nə.

- Qaçırtımsan.

- Qaçırtsam evli olaram hər halda, sadəcə mənim fantaziyalarım
genişdir. Deyərək əlini saçına aparıb özündən razı şəkildə sığalladı.
Qaşının birini də qaldırıb gülmsəyərək Şəhriyara – uşaq olarsan da deyə
əlavə elədi.

- Bilmirəm.


- Bilmirəmi yoxdur razısansa mən
başlayıram. Şəhriyarın yenə tərəddüd etdiyini görən Kənan - qardaşım
sonda Ülviyyənə qovuşacaqsan bundan artığı var? Şəhriyar gülümsəyərək
aşını təsdiq formasında yellədi. Kənan isə əlinə telefonu alıb planını
gerçəkləşdirmək üçün zənglərə başladı.
 
Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!