Təsadüf yoxsa alın yazısı (Bölüm 22)

Təsadüf yoxsa alın yazısı (Bölüm 22)
Sevgi Dünyası
10.09.2017 6
Evdə
dəhlizdə qapı ağzında dayanan çantalara baxan Gülnaz özünü saxlaya
bilməyib ağlayırdı. Gözünün ağı qarası qızının getməsi bəs deyilmiş kimi
həm də ömür gün yoldaşı da gedirdi. Kamal bəy onu evlilik həyatı
boyunca nə qədər tək qoysa da daima tez qayıdardı. Ülviyyə balaca olanda
isə hara getsə onları da özü ilə aparırdı. Indi isə çantaların
çoxluğuna baxanda başa düşürdü ki, bu
səfər deyəsən zənn elədiyindən uzun olacaq. Öyrəşməmişdi buna. Ona görə,
lap təsir edirdi. Kamal qapını açıb çantaları aşağı maşına aparmaq
istəyəndə Gülnazın ağladığını görüb pis oldu. Heç nə demədən alnından
öpüb çantanı əlinə aldı. Gülnaz isə dözməyərək ona arxadan sarılıb – tez
gəl, mən öyrəşməmişəm sənsiz qalmağa deyərək bərk bərk qucaqladı. -
Qızımızı da tez gətir, özü də tez gəl. Kamal isə gözünün dolduğunu hiss
etdirməmək üçün geriyə dönmədən – çalışaram deyib çıxdı. əli ürəyinin
üstündə idi. Bu müddət onu da çox sıxmışdı. Ülviyyə də otağından çıxıb
başı aşağı halda əlini çantasına atdı. Amma anasının üzünə baxa bilmirdi
baxmaq istəmirdi. Onun da bu işdə günahı yox idi. Nə bilərdi ki,
keçmişi bir gün qarşısına çıxacaq özü də bu şəkildə. Ayıb bir şey
etməmişdi. Sadəcə sevmişdi. Onun kimi o da bir zamanlar sevmiş və
güvənmişdi. Amma yenə də həzm edə bilmirdi. Anası onun qarşısında
dayanıb içini çəkə çəkə ağlayırdı. Ağladığından sözlər ağızndan aramla
çıxrdı. – Qızım.. məni bağışla.. mən... mən bilirəm bunu yaşatmamamlı
idim sənə. Lənət olsun o günə ki, Səlimi gördüm. Anasının bu sözü deyib
daha da hıçqırmasına Ülviyyə dözməyib onu bərk bərk qucaqladı. – Ana mən
səni çox sevirəm. Hər nə olur olsun səni çox sevirəm bunu unutma. Bu
dea keçəcək zamanla. Ülviyyəyə elə sarılmışdı ki, Gülnazın qolları
özündən asılı olmadan sanki illərin ağrısını indi gözündən axıdırmış
kimi hönkürtü ilə ağladı. Bir Allah şahid idi ki, o bunu nə qədər etmək
istəyib. Hər dəfə ülviyyəyə hər şeyi danışıb onunla dərdləşmək istəyib,
amma hər dəfə də özünə sərhəd qoyurdu. Bu da qoyduğu sərhəddin nəticəsi.
Qızı və yoldaşı onu tərk edirdi. Kamal bəy yuxarı qalxıb Ülviyyəni
çağırmaq istədi. Gülnazla Ülviyyəni belə görəndə lap sıxıldı. Onlar
görməsin deyə qapının ardında dayandı. Ürəyinin döyüntüsü gözünü
qaraltmışdı. Sanki qulaqlarında döyünürdü. Bir az özünü toparlayıb
Ülviyyəni çağırdı. – gecikməyək qızım gəl. Gülnaz Ülviyyədən ayrıla
bilmirdi. Ülviyyə güclə onun qollarının arasından çıxıb. - Bir müddət
keçsin ara sakitləşsin sən də gələrsən.

- Atan məni görmək istəmir Ülviyyə. O çağırmasa mən gəlməyəcəyəm.

- Elə demə. Onun üçün lap çətindir. Sevdiyini paylaşmaq necə bir hissdir özün bilirsən.

- Hə.. hə.. get qızım , gözlətmə onu.. bir birinizin qayğısına qalın.
Bu aralar çox arıqlayıb, yeyəmini də yaxşı yemir. Diqqət et ona..

- Yaxşı ana.

- Özünə də yaxşı bax. Ağlın Bakının havasına getməsin. Oralar sərin
olur. Nazik geyinmə əynini.. danışdıqca lap ağlayan Gülnaz artıq
taqətdən düşmüşdü.

- Ana yaxşısan..

- Hə yaxşıyam.. get sən.

- Yola salmağa gəlmirsən.

- Buna dözə bilmərəm. Arxanızca baxa bilməörəm gedin. Sağ salamat.

- Hələlik ana.

Ülviyyə gəlib maşına əyləşəndə atasını rənginin ağardığını görmüşdü.

- Yaxşısan, ata?

- Hə..o necədir?

- Yaxşıdır, bizim getməyimizə pis olub, əsas da sənin. Kamal üzündə
acı təbəssümlə gedək gecikiriki deyib ülviyyənin dediyinə heç bir
reaksiya vermədi. Onlar hava limanına doğru yol alarkən Kənan əlində
telefon şəhriyara yığırdı.

- Alo Şəhriyar, hazırsan?

- Kənan bilmirəm, bunlar mənə uşaq oyunu kimi gəlir.

- Aaaa cığalllıq eləmə də Şəhriyar. Nə oyunu. Həm oyun olsa belə, sonda
sevdiyinə qovuşacaqsan. Vaxt itirməyək getmək lazımdır hava limanına.
Öyrənmişəm 2 saata uçuşdur

- Mən neynəməliyəm yaxşı.

- Ay sağol
bu başqa məsələ. Sən bircə get hava limanına mən də gəlirəm. Kənan
telefonu söndürüb ardınca otaqdan çıxaraq Nərgizə yığdı. Nərgiz də hava
limanına gedirdi. Ülviyyə ilə orada sağollaşmaq istəyirdi. Səhər evdən
çıxanda Ülviyyə onu gəlməyə qoymamışdı ki, onunla sağollaşmasın. Çünki
onlar ikisi heç vaxt ayrı qalmayıblar. Nərgiz telefonun çaldığını görüb
açdı.. Ülviyyəni gedişi üçün kədərli olduğundan səsindən bu həzinlik
hiss olunurdu.

- Alo

- Necəsən Nərgiz?

- Yaxşıyam deyə bilməyəcəyəm

- Mən sənin əhvalını qaldırsam necə?

- Anlamadım.

- Deyirəm mən sənin əhvalını qaldırsam, kefini düzətləsm necə?

- Vallah Kənan bu saat zarafatlaşacaq halda deyiləm. Mənim kefimi
açacaq tək şey Ülviyyənin getməməsi idi, o isə gedir. Ona görə bu gün
mənə toxunma.

- Əgər onun getməsinin qarşısını alsam mənə qarşı kobud davranmaqdan əl çəkəcəksən?

- Sən bunu eləsən mən nə istəyirsən onu edərəm.

- Söz!

- Uff kənan sağol, halım yoxdur hələlik.

- Adam kədərli anında heç olmasa sevdiyini yanında istəyər sən bu
halında belə məni rədd edirsən, amma mənsə yanında olacağam deyib
dəstəyi asdı. Bu sözlərdən qızaran.Nərgiz cavab verməyə çatdırmadı.
Dəstəyi asıb gülümsəyərək – məndən beş betər dəlidire.. deyərək başını
buladı.

Şəhriyar hamıdan əvvəl hava limanına gəlmişdi. Terminalın
qarşısında dayanıb Ülviyyəni ondan uzaqlaşdıracaq təyyarənin uçuş
saatına baxırdı. Ağlında min fikir var idi. Vaz keçmək geriyə qayıtmaq
istədi. Ülviyyə ona gedəcəyini deməmişdi, yenə qaçırdı. Bu ona çox təsir
etdi, amma digər tərəfdən də onu o qədər sevirdi ki, inciklik qürur hər
şey kənarda qalırdı. Tərəddüdlər içində gedib oturacağa əyləşdi. Başını
əlləri arasına alıb gözləməyə başladı. Nərgiz də tez gələnlər arasında
idi. O da gəlib Şəhriyarı görmədən ön oturacaqda özünə yer alıb
gözləməyə başladı. Kənan az sonra gəlib şəhriyara zəng elədi. Telefonu
açb içəridə olduğunu deyən Şəhriyarın yanına gəlib əyləşdi. Qarşıda 2
oturacaq qabaqda oturan Nərgizdən xəbərsiz idilər. Nərgiz başını
döndərəndə onalrı gördü. Çaşqın halda yaxınlaşmaq istəsə də söhbətlərini
eşidib dayandı. Şəhriyarı inandıprmağa çalışan Kənana diqqətlə baxdı.
Nə istəyirdi niyə gəlmişdi deyə düşündüyündə ağlına az əvvəl telefonla
söhbətləri gəldi. – Əgər mənim kimi dəlidirsə vallah billah eləyəcək.
Ülviyyəni qoymayacaq getməyə Sevinərək onların ynaına gəlmək istədi,
amma yenə dayandı. Bu dəfə Ülviyyəni uzaqdan görüb ona doğru getdi.
Artıq Kənanı və Şəhriyarı unutmuş, gözü ağlamaqdan qızaran Ülviyyəni
qucaqlayır o da ağlamağa başlayırdı. Kamal bəy çantaları boşalda
bilmirdi. Hər biri ona dəhşətli dərəcədə ağır gəlirdi. Nərgiz onu görüb
Ülviyyəyə baxdı. Ülviyyə də qorxaraq atasına yaxınlaşıb – Ata nə olub?
Yaxşı deyilsən sən.

- Yox yaxşıyam, hava çox isti oldu birdən.
Halsızlaşdım. Desə də hava əslində o qədər də isti deyildi. Kənan
Ülviyyə Nərgizi görüncə Şəhriyarın qolundan tutub aralı getdi. Başı ilə
göstərərək – budur gəldilər, artıq plana keçmək lazımdır. Şəhriyar
başını döndərdiyində Kamal bəyi də gördü. Yəqin yola salmağa gəlib deyə
düşünərkən əlində iki paspportun olduğun görüb – atası yanındadır. Kənan
plan təxirə düşür. Olmaz.

- Nə? Nə ata? Nərgiz mənə bunu deməmişdi. Aydaaa. Indi neyniyək?

- Heç nə. Özüm gedib danışaram..

- Hara? Şəhriyar artıq yolunu onlara tərəf almışdı. Kamal bəyin
vəziyyəti isə getdikcə pisləşirdi.və birdən şəhriyar yaxınlşanda onu
görməsə də onun üzərinə yıxıldı. Qışqırıqlar çaşqınlıqlar ortanı daha da
qarışdırdı. Şəhriyar – Kamal bəy! Deyərək onu bərk bərk tutmuşdu.
Ülviyyə isə Şəhriyarın hardan çıxdığını anlamadın atasına tərəf
əyilərək, qorxudan ağlayaraq – ata ata nə oldu deyə hııçqırıdı. Nərgiz
və Kənan da onlara qoşulunca artıq ətrafdakılar onları əhatəyə alırdı.
Şəhriyar onun köynəyinin yaxasını açıb – kənara çəkilin hava alsın deyə
bağırırdı. Kənanla onu maşına oruzdurub xəsətəxanaya yollandılar.
Ülviyyə və Nərgiz də onlarla birlikdə idi. Nərgiz nə qədər Ülviyyəni
sakitləşdirməyə çalışsa da Ülviyyə şokdan nə elədiyini bilmirdi.


Xəstəxanada dəhlizdə olan abu hava olduqca ürək sıxıcı idi. Ülviyyəni
sakitləşdirmək üçün artıq iynə vurmuşdular o da palatada uzanmış
yuxlamışdı. Nərgiz onun yanından bir dəqiqə belə olsun ayrılmırdı.
Şəhriyar divara söykənib Ülviyyəni izləyirdi. Təlaşdan heç kim Gülnaza
xəbər verməmişdi. Həm nə deyəcəkdilər. Yazıq qadın yoldaşının dərdini
çəkəcəkdi yoxsa qızın halına yanacaqdı. Necə deyəcəkəlrini bilmirdilər.
Kamal bəy infarkt keçirmişdi. Aparata bağlı uzanmış huşu özündə
deyildi. Ülviyyə yavaş yavaş özünə gələndə ətrafa baxıb harada olduğun
anlamadı. Nərgiz cəld ayağa qalxaraq – Ülüm, yaxşısan? Deyə sakitcə onun
saçını sığallayaraq soruşdu. Şəhriyarda yaxına gəlib onu əlindən tutdu.
Ülviyyə hər ikisinə çaşqın halda baxıb sonra olanları xatırladı.

- Ata! Deyə yerindən dik qalxdı. Şəhriyar onu tutub – shh sakit ol.. yaxşıdır.. narahat olma.

- Onu görməliyəm burax!

- Ülviyyə indi olmaz!

- Şəhriyar burax görməliyəm. deyə Ülviyyə yenidən həyəcanlanaraq
ağlamağ başladı. Şəhriyar onu bərk bərk qucaqlayıb sakitləşdirmək
istəyirdi. Kənan nərgizin qolundan tutub başı ilə çıxmasını istədi.
Nərgiz – amma deyincə Kənan onu susduraraq – indi tək qalsalar yaxşıdır.
Deyib ehmalca Nərgizi otaqdan çıxardı. Ülviyyə isə hələ də şəhriyara
yalvarırdı ki, onu atasının yanına aparsın.

- Nolar xahiş edirəm burax mən onu görməliyəm.

- Həkim icazə vermir içəri girməyə?

- Nəyi var nə oldu?

- Infarkt deyərək Şəhriyar sakitcə başını aşağı salıb dilləndi.

- Nə? Ülviyyə lap şoka düşmüşdü. Artıq nə edəcəyini bilmədən günahkar axtarmağa başladı.

- Sən elədin.

- Nə ?

- Sən gəldin.. səni görməsəydi belə olmayacaqdı. Lənət olsun. Sən
elədin. Bax görürsən bizim bir araya gəlməyimiz nələrə başa gəlir.
Ülviyyə səsini qaldırıb Şəhriyarın sinsəni yumuruqlasa da Şəhriyar bu
sözlərin acıdan deyildiyini bilirdi onu daha da bərk qucaqlayıb saçını
öpərək

- Söz verirəm hər şey düzələcək deyə o Ülviyyəni özünə sıxdı.

- Ülviyyə isə hələ də hönkürtü ilə ağlayır yenə də sən elədin.. ya da mənəm günahkar deyə çırpınırdı.

Nərgiz dəhlizdə onun səsini eşidəndə bədəbi ürpərdi cəlld içəri keçmək
istəsə də Kənan onun qolunu tutaraq – məncə tək qalsalar yaxşıdır –

- Axı o acı çəkir.

- Nərgiz Şəhriyar ordadır. Narahat olma. Nərgiz oturacağa çöküb əlini
üzünə tutdu. Bir neçə saniyə sonra onun çiyinlərinin əsdiyini görən
Kənan anladı ki, Nərgiz ağlayır. Onun qarşısında çöküb əllərini üzündən
çəkdi. Nərgiz gözlərini sıxmış balaca uşaqlar kimi ağlayırdı..bu dəfə
acı çəkdiyi bəlli idi. Bu qızlar bir birinə\ necə bağlıdır deyə
düşünüərək nərgizi Ülviyyəyə qısqandıda. Onun yanına oturub başını öz
sinəsinə doğru çəkdi. Saçlarını sığallayaraq sakitləşdirmək üçün aramla
danışırdı.

- Sən ağlama, sənə gülmək yaraşır. Bax görərsən hər şey
yoluna düşəcək. Deyərək onu özünə trəf sıxdı. Nərgizdə Kənanın bu
istiliyinə biganə qala bilməyib daha da həssaslaşıb ağladı. Palatadan
Ülviyyənin səsini eşitdikcə Kənana daha da qısılır, elə bil onun acısını
Nərgiz öz bədənində hiss edirmiş kimi qıvrılırdı. Kəönan onu oradan
uzaqlşadırmaq istəsə də nərgiz getmək istəmirdi. Gözünü yaşını silib –
Gülnaz xalaya deməliyəm. Bilməlidir deyə telefonu əlinə alaraq səsini
düzəldib nömrəni yığdı. Gülnazı qoxutmamaq üçün özünü toparlasa da
alınmırdı. Gülnaz isə evdə vaxtı hesablayaraq təyyarə enən kimi
Ülviyyəyə zəng edəcəkdi. Telefonun zəng çaldığını görüb əl atdı. Nərgiz
idi. Burda onunla qalan yeganə insan, gülümsəyərək telefonu açdı.. amma
az sonra telefon əlində yerə sürüşərək düşdü. Özü də diz üstə çöküb
pıçıltı ilə - Kamal deyə bildi.. bu pıçıltı içindəki hayqırtının səsi
oldu. Ülviyyə atasının palatasını ynaıdna o yana bu yana gedir.
Barmaqlarını sıxırdı. Şəhriyar ona yaxınlaşıb. – barmaqlarını qıracaqsan
indi sakitləş,.

- Niyə qoymurlar içəri keçim. Axı o mənim atamdır.
Dəhlizdə anasını görüncə bir addıpm geri çəkildi. Şəhriyar isə -
Ülviyyə ona indi hamıdan çətindir, belə eləmə. Sənin anandır.

- O da günahkardır. Biz hamımız günahkarıq şəhriyar

- Yox. Inan mənə burda heç kimin günahı yoxdur. Anana indi sənin
dəstəyin lazımdır. Mənə bax.. Ülviyyə mənə bax. Ülviyyə isə baxışlarını
yerə dikmiş bütün əzələlərini sıxmışdı.

- Gözümün işığı mənə bax.. Şəhriyarın bu sözünə daha da yumuşalan Ülviyyə ona baxaraq dodaqlarını büzdü.

- Get onun yanına deyə şəhriyar əli ilə üzünü sığalladı.

- Gülnaz şüşədən Kamala baxırdı. Dözməyib yerə çökdü, hamı onun yanına
gəlib ayağa qalxması üçün kömək eləsələrd də Gülnazın əli ayağı
tutmurdu.

- Kamal, Kamalım deyə qırıq qırıq dillənirdi. 

 

Müəllif Lili Sh

Ardı var


 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!