Təsadüf yoxsa alın yazısı (Bölüm 23)

Təsadüf yoxsa alın yazısı (Bölüm 23)
Sevgi Dünyası
10.09.2017 22
Artıq
24 saat keçmişdi, amma Kamal bəyin vəziyyətində bir dəyişiklik yox idi.
Gülnaz xanım palatanın ağızndan bir dəqiqə belə olsun ayrılmamışdı.
Ülviyyə başını şəhriyarın çiyninə Nərgiz isə kənanın çiyninə qoymuş
yatmışdılar. Bütün gecə ayaqda qaldıqlarından hər kəs yuxulu idi. Bircə
Gülnazdan başqa. Bir an belə gözünü qırpmamışdı. Kamalı yataqda elə
çarəsiz və gücsüz görəndə içi
parçalanırdı. Bütün həyatı Kamalla tanış olduqları gündən bu günə kimi
yaşadıqlarını xatırladı. Nə qədər xoş anlar, xoşbəxt günlər yaşayıbmış
deyə düşündü. Hələ ilk tanışlıqlarında Kamal başqa birini sevdiyini
demişdi. Kamal geri çəkiləcəyini deyib getmiş, ailəsini razı salmışdı
ki, elçi gəlməsinlər. Daha sonra, sən demə Gülnazı gözdən qoymamış onun
haqqında araşdırmış və bilmişdi ki, sevdiyindən ayrılıb. Amma kimliyini
bilmirdi. Bilərək öyrənməmişdi. Çünki bilsəydi Gülnazın hər gün tökdqüyü
göz yaşına görə onu məhv etmək istəyirdi. Sonra dost kimi Gülnaza
yaxınlaşdı. Ən pis günlərində ona dəstək oldu. Gülnazın böyük sevgisinə
rəğmən yenə də ondan həyat yoldaşı olmasını, övladlarını anası olmasını,
evinin qəlbinin tək sahibi olmasını istəmişdi. Gülnaz razılaşmışdı.
Amma Kamal bilirdi ki, sevmir. Söz vermişdi zamanla özünü sevdirəcəkdi.
Amma Kamal heç vaxt bilmədi ki, Gülnaza verdiyi sözü tutdumu. Çünki heç
vaxt onun dilindən bu kəlməni eşitməmişdi. Əslində eşitmək də vacib
deyildi. Hərəkətlər bəlli edir sevgini. Gülnazdan görmüşdümü, hə əslində
görmüşdü. Gülnaz sevgi dolu bir qız idi. Hər kəsə gülərüz davranar, heç
kimin xətrinə dəyməzdi. Ülviyyə də eynən onu kimi idi. Kamal da ən çox
Gülnazın bu xasiyyətinə vurğun idi. Heç nəyə baxmayaraq gülümsəyər, öz
istiliyi ilə onun qəlbini də isidərdi. Gözlədi.. çox gözlədi ki, Gülnaz
səlim barədə danışsın və onu unutduğunu desin. Amma olmadı. Indi bu gün
çarəsizcə uzun zamandır qəlbinə atdığı dərdləri daşmış ürəyini
çatlatmışdı. Ayılmaq istəmirdi. Oyanıb yenidən sevdiyi qadının
gözlərində keçmişin kədərini görmək istəmirdi. ətrafda baş verənlərdən
xəbərdar lakin yuxulu idi. Yuxu rahat idi indi ona. Həkim otağın
qarşısına gəlib Gülnaz xanımı yerdə qapının ağıznda əyləşən görüncə
dözməyərək – özünüzü həlak elədiniz. Sizin belə olmağınızla o sağalan
deyil. Əksinə ona dəstək olmaq üçün gərək siz də güclü olasınız.

- Niyə oyanmır? Niyə reaksiya vemrir.? Məndən heç nə gizlətməyin xahiş edirəm.

- Narahat olmayın, yatızdırırıq. Indi ona ən az lazım olan şey stresdir. Bir az sakitləşməlidir. Təhlükə keçib.

- Onda niyə qoymursunuz keçim içəri?

- Baxın xanım, təhlükə sovuşub, amma hər an hər şey ola bilər. Dediyim kimi stressdən uzaq dayanmalıdır.

- Söz verirəm, heç nə deməyəcəyəm. Sadəcə yanına girib çıxacağam, xahiş edirəm. 5 dəqiqəlik mənə bəsdir

Həkim etriaz etmək istəsə də Gülnazın şişmiş gözlərini görüncə, göz
yaşının yanağından necə süzüldüyünü görüncə dözə bilməyib. – 3 dəqiqədən
artıq olmaz deyib qapını açıb onunnla içəri keçdi. Ülviyyəni oyatmadan
Gülnaz içəri keçdi. Kamalın iri bədənini yatağa çökmüş, aparatlara
bağlı vəziyyətdə görmək ona çox ağır gəldi. Yavaşca yanında diz çöküb
əlini ovcuna aldı. Hərbçi olduğundan iri cüssəli Kamal bəyin bir əli
Gülnazın iki əlinə ancaq sığırdı. Həkim yenə də çox qalmamağı tapşırıb
çölə çıxdı. Gülnaz Kamal bəyin əllərini öpür yanağına sürtürdü. Göz
yaşları Kamalın ovcuna düşürdü. Heç bir reaksiya verməsə də əlsində hiss
edirdi. Bilirdi ki, Gülnazdır yanında olan. Gülnaz səsini çıxartmaq
istəməsə də yavaşca danışmağa başladı.

- Kamalım.. canım.. məni
qoyub getməyi ağlından belə keçirtmə. Inan mənə ardınca gələr orada da
yaxandan yapışaram. Deyib özü gülümsədi. Yenidən əlini öpərək – evimin
dirəyi, sənsiz mən heçnəyəm. Heç nə. Bilirəm gecikmişəm bu sözləri sənə
deməkdə. Həm də çox.. Bağışla məni. Amma gec də olsa deyəcəyəm. Mən
illərin kinini saxladım ürəyimdə. Halbuki orada sənin sevgin məskən
saldığından bixəbər idim. Sən söz vermişdin yadında? Demişdin nə olur
olsun sən sevəcəksən, özünü sevdirəcəksən. Demişdin sənin sevgin ikimizə
bəs edər. Mən buna güvənidm Kamal. Elə bilmə səni sevmədim. Sevdim, həm
də çox.. sən mənim həyatımın yoldaşı oldun. Bundan o tərəfi yoxdur
Kamal. Sən sözünü tutdun, özünü sevdirə bildin. Məni bağışla, bağışla
deyərək əlini öpüb ağlamağa başladı. Hıçqırıq içində bağışla deyə deyə
yanağını Kamalın əlinə sürtürdü. Həkim qapını açıb – vaxtdır. Deyincə
Gülnaz getmək istəyirdi ki, Aparatdan gələn qırıq qırıq səs artıq uzun
uzadı siqnalla əvəzlənmişdi. Kamal bəyin ürəyi dayanmışdı. Gülnaz həm
həkimə həm də Kamala baxır nə deyəcəyini bilmirdi. Həkim onu qolundan
tutaraq çölə çıxarıb tibb bacılarını çağırdı. Qışqırığa oyanan qızlar
və oğlanlar Gülnazın hayqırtısından başa düşdülər ki nəsə olub. Gülnaz
dəhlizdə - Kamal! Deyə qışqırır, Ülviyyə onu bərk bərk qucaqlayıb
ağlayırdı. Huşunu itirdiyindən xəbəri 9olmadı ki, sonra nə oldu.
Ayılanda palatada idi. Şəhriyarı başının ucunda görüb yerindən
sıçrayaraq – Kamal. Deyincə Şəhriyar onu sakitləşdirib – qorxmayın, hər
şey qaydasındadır. Ayılıb.

- Onu görməliyəm.

- Yox indi olmaz. Siz özünüz yaxşı deyilsiniz. Həkim sizə də istirahət deyib.

- Oğlum qurban olum icazə ver durum onu görməliyəm. Gülnazın mehriban
şəkildə "oğlum ” deməsi onun bu qadına olan kinini azaltmışdı. Indi hal
hazırda o qədər məsum görünürdü ki, Şəhriyar qarşısında Ülviyyənin
anasını yox sevən bir qadını görürdü. Ülviyyə anasına çox oxşadığından
baxışlardakı sevgini görməmək mümükün deyildi. Şəhriyar eyni
mehribanlıqla – xahiş edirəm bir az dincəlin sonra. Kamal bəy indi
yatır. Ayılıb. Aparatdan ayırıblar onu. Ayılan kimi də ilk sizi çağırıb.
O da sizi görmək üçün aləmi qatıb orada bir birinə .güclə
sakitləşdiriblər. Gülnaza elə bil dünyanı bəxş etmişdilər. Şəhriyarın
bu sözünə yerindən qalxıb onu qucaqladı. Sevincinin həddi hüdudu yox
idi. Elə bil indi ona ikinci həyatı vermişdilər. Hər şeyi yenidən
başlamaq üçün. Qəlbindəki kinininə də siləcəkdi. Söz vermişdi özünə.
Yalnız sevgi ilə, Kamalın sevgisi ilə dolduracaqdı.ə Gecikmişdi, amma
daha da gec olmadan eləmək istəyirdi. Ülviyyə palataya daxil olarkən
onları bu vəziyyətdə görüb təəcübləndi. Nərgiz də onun ardında
olduğundan onun səsi ülviyyəni ayıltdı.

- Anana deyəsən dərmanın
dozunu çox vurublar Kamal bəylə şəhriyarı səhv salıb deyə pıçıldadı.
Kənan onun yanında idi bu sözünə onu çimdikləyib – dilini dinc saxla,
heç olmasa burda dinmə deyincə. Nərgiz əli ilə qolunu ovxalayıb Kənan
öldürücü baxış atıb yenidən danışacaqdı ki, kənan onu bayıra çıxartdı.
Ülviyyə də palatada onların yanına gəldi. Anası onu görüncə Şəhriyardan
ayrılıb – qızım deyə mərhəmətli baxışları ilə Ülviyyəyə baxdı. O
baxışlarda bağışlanmaq üçün yalvarışlar var idi. Hər ikisinin gözünün
içinə baxır qucağını açıb Ülviyyəni çağırırdı. Ülviyyə anasını bərk bərk
qucaqlayıb ağlamağa başladı. Bu baş verənlərdən sonra göz yaşları
qalmaz deyə düşünmüşdü, amma sanki illərdir ağlamırlarmış kimi ana qız
özlərini göz yaşlarına buraxmışdılar.

Kənanla nərgiz isə dəhlizdə didişməyə davam edirdilər. Nərgizin bütün tərsliyi və kobudluğu yenə üstündə idi.

- Sən nə haqla mənə toxunursan. Qolumu göyərtdin bütün

- Sən nə vaxt düzgün danışacaqsan. Qız nə hayda sən nə hayda

- Allah Allah qayğıkeş olub mənim üçün. O mənə daha yaxındır məndən çox düşünəcəksən onu. 3 gündür tanıyırsan.

- Insanların biri birinə yaxın olması uzun zaman lazım deyil. 3 saat
hətta 3 dəqiqə belə bəs edər. Kənan bu cümləsini elə həlimliklə və
romantik şəkildə dedi ki, Nərgiz geri addımlayıb nə deyəcəyini bilmədən
söz axtarırdı ki, Kənan onun bu halına gülüb – axtarma.. qurban olum bu
dəfə də sus cavab axtarma. Xahiş edirəm. İnan mənə susanda o qədər gözəl
olursan ki.

- Sən yenə mənə çirkin dedin.

- Aydaaaa bilirdimee belə olacaq. Ona görə dedim də sus.

- Neyləyək Kənan bəy, mən də beləyəm.

- Xeyr sən əslində çox sakit, məsum birisən. Sən əslində qorxursan ki,
incinərsən. Qorxursan ki, yenidən səni incidərlər və ona görə də kim nə
xoş söz desə o saatca acılayırsan. Bağlanmaqdan qorxursan.. Sevməkdən
qorxursan. Sözlərini get gedə pıçıltı ilə deyərək Nərgizə yaxınlaşan
Kənan ondan cavab gözləsə də Nərgiz bu dəfə susmuş ağzı açıq halda
Kənana baxırdı.

- Düz dedim Nərgiz xanım? Sevməkdən qorxursan sən.

- Yox niyəki sənin kimi mən də sevirəm. Kənan bunu gözləmirdi. Gözləri
bərəlmiş halda Nərgizə baxıb. – bilirdime deyəcəksən, amma bu tezliklə
gözləmirdim. Hə mən də sevirəm. Həm də çox.. dəli kimi

- Mən də onu deyirəm də mən də sənin kimi sevirəm. Sən necə Sürəyyanı mən də elə Etibarı.

- Nə?! Nə Etibar?!

- Nə yox. Kim. Mən Sürəyyaya nə deyirəm?

- Ay qız Sürəyyanın bura nə dəxli? Hələ Etibarı demirəm.

- Necə yəni nə dəxli. Çox dəxli var. Telefonda ədəbsiz ədəbsiz sözlər deyən mən deyildim.

- Nə ədəbsiz. Sevirəm sözü nə vaxtdan ədəbsiz olub?

- Eee Kənan çəkil qarşımdan get Sürəyyanın yanına. Mən də sevgilimə zəng vurum.

- Nərgiz! Kənan onun qolunu yenə bərk tutub özünə tərəf çəkdi.

- Dəlisən burax. Qolum çıxdı?

- Mənə yalan danışma.

- Nə yalanı, burax qolumu. Qolumun göyərdiyini görsə səni o dünyalıq edər xəbərin olsun. .

- Nərgiz məni cinləndirmə nə sevgili.. Kənan nərgizin qolunu daha da
sıxdı. Ağrıdan qıvrılan Nərgiz qışqırınca ətrafdakılar onun köməyinə
gəlmək istədi. Kənanın qəzəbli baxışlarını görüb heç kim cəsarət etmədi.
Nərgiz onun əlindən çıxmaq üçün nə qədər çabalasa da alınmırdı. Kənanı
heç vaxt belə görməmişdi. Çox qorxdu və özündən asılı olmadan əlini atıb
gələn tibb bacısının məcməyisindən iynəni götürün ona batırdı. Kənan
heç bir reaksiya verməyincə içində olan dərmanı da onun bədəninə
yeritmiş oldu. Tibb bacısı qışqırsa da heç biri ona qulaq asmırdı. Kənan
yavaş yavaş Nərgizin qolunu buraxırdı. Və birdən üzündə qəribə bir
gülümsəməylə yerə yıxıldı. Nərgiz şok vəziyyətində ona baxıb sadəcə –
Allahım mən neynədim. Onu öldürdüm. Deyə bildi.

Ardı var



Müəllif Lili Shскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!