Zindan həyat (57-ci bölüm)

Zindan həyat (57-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 4
Şahin bəy gördüyü mənzərə qarşısında donub qalmışdı Elnursa yuxudan ayılmış olsada hələ yuxulu idi içəri girənın kim olduğunu müəyyənləşdirdi yerindən qalxaraq:Ataa

Şahin:bu nə deməkdi!

Elnur heç nə demədən atasına baxırdı

Şahin:səninləyəm eşitmirsən bu nə deməkdi bu nə hərəkətdi!!!

Elnur:ata izah edə bilərəm

Şahin:nəyi izah edəcəksən hə?nəyi sənin elədiyivə bilirsən nə deyirlər

Elnur:ata mənə qulaq as

Şahin:nə nə deyəcəksən dostumun şərikimin, nişanlısına gözüm düşüb deyəcəksən hə??

Elnur(çox pis vəziyyətə düşmüşdü atası onu nəylə günahlandırırdı)Ata sən heç nəyi blmirsən imkan ver mən səne danışım

Şahin:Əlinin bundan xəbəri olsa necə olar hə necə baxarsan üzünə əclaflıqdı sənin elədiyin

Elnur(atasının son sözü ox kimi dəymişdi qəlbinə həqiqətənmi onun elədiyi əclaflıqdı)Ataaaa bəsdi daha mən Laləni görəndə bilmirdim Əlinin nişanlısıdı sonra öyrəndim

Şahin:başa düşmədim o qız həm sənlə həmdə Əli iləəə???

Elnur:ataaa sən nə danışırsan yoxx bizim heç bir əlaqəmiz olmuyub

Şahin:ona görə bu haldasan ona görə 1 həftədi evə gəlmirsən?

Elnur:sadəcə mən biləndən sonra Lale Əlinin nişanlısıdı pis oldum o mənim qarşıma çıxmışdı dəfələrlə

Şahin:bir iki dəfə gördüyün qıza vurulası deyilsənki yığışdır bu uşaq söhbətlərini

Elnur:heç kim məni anlamır!

Şahin:nəyi anlamalıyıq nəyi!başqasının nişanlısını sevməyin normal bir hadisədi bizdə bunu normal qəbul etməliyik

Elnur:offff ata mən demirəm qəbul edin onsuzda özümdə qəbul edə bilmirəm!! (çevrilib qapıya tərəf getdi atasıda onu çağırararaq-Elnurr hara gedirsən bu söhbəti hələ bitirməmişik

Elnur:mənimçün bitib (deyərək qapını çırpıb çıxıb gedir)

Şahin:eşitmirsən geri qayıt.....desədə Elnur çoxdan çıxmıçdı......

Əli hələlik ki çoxda qısqanclıq etməsədə ama yenədə sorğu sualları davam edirdi bəzən bezdirici olduqda Lalə ona söz verdiyini xatırladırdi oda dediyini xatırlayıb azcada olsa özünü toparlıyırdı..Lalə hələ dərsdə idi Əli gəlib götürmək istədiyini ama restorandada işi olduğunu deyir

Lalə:mən özüm gedərəm sən işindən olma gəlmə

Əli:(əvvəlcə razı olmaq istəməsədə sonra razılaşır)hmm nə bilim nəsə özüm aparmaq istiyirəm

Lalə:off Əli bilmirəm daha istiyirsən gəl istiyirsən gəlmə!

Əli:nə oldu ?niyə belə dedinki istəmirsən gəlməyimi?

Lalə:mən demədim istəmirəm bayaqdan deyirsənki gəlmək istiyirəm ama işim var məndə dedimki işin varsa özüm gedərəmdə!

Əli:ama nəsə mənə elə gəldi başqa şeyə görə deyirsən

Lalə:Əlii başdadın yenə!

Əli:yaxşı onda dersdən sonra evə gedərsəndə həəə başqa heç yerə getmiyəcəysənki

Lalə:Əli mən başqa hara gedirəmki daha doğrusu gedə biliirəmki hara getsəm burnumdan gətirəcəysən mən bunu biləndən sonra səncə harasa gedəcəm!!

Əli:nəə başa düşmədim sən hara getmək istiyirsənki!!hə??niyə elə dedin??demək ürəyində haralarasa getmək istiyirdin ama mən qoymuram deyə getmirsəndə həə???

Lalə(yenə Əlinin sual atəşinə tutulmuşdu artıq onun bu yorucu suallarına cavab vermək bezdirmişdi artıq onu)Əliii bəsdii dahaaa mən heç yana getmək istəmirəm heç yanada getmirəm!!!

Ama Əli yenə hər şei unutmuş söhbəti uzadırdı çox danışdıqdan sonra artıq sakitləşmişdi ama Lalənin yenə bütün əsəbləri alt üst olmuşdu Əli artıq Lalə ilə sağollaşsada dərsdən çıxınca ona xəbər verməsini tapşırır Lalə dərsə belə getməyi istəmirdi Əliyədə artıq evə getdiyini deyib dərsdən çıxıb gedir...

Elnur isə atasının sözlərini düşünərək maşınla özüdə bilmədən harasa sururdu:Mən yalnış heç nə etməmişəm!niyə niyə heç kim məni anlamır!!onu unuda bilmirəmsə bu mənim günahımdı!!

Yox artıq onu unudacam həm unudulmuyacaq adam yoxdu bitdi artıq ama son dəfə onu görüm daha qarşıma çıxsada yolumu dəyişəcəm.....(Elnur belə danşıqla özünü aldadadaraq təskinlik verirdi və yolunu dəyişib Lalənin qaldığı binanın qarşısına gəlib maşını saxlıyır maşından düşüb getmək istəsədə hələdə qərar verməmişdi...

Lalə isə marşurutda oturmuş fikirli halda pəncərədən bayıra baxırdı:artıq boğulurdu Əlinin qısqanclıqları onun həyatını tamamı ilə alt üst etmişdi özündən aslı olmuyaraq gözündən yaşlar süzülürdü heç fərqində belə deyildi insanların arasında olduğunu biraz keçdikdən sonra dayanacaqda saxlatdırıb düşür və evə doğru gəlir tək istəyi özünü tez evə çatdırıb doyunca ağlamaq idi əsəbləri ancaq elə sakitləşirdi...iri addımlarla evə doğru gedir ürəyində danışırdı:bu nə vaxtacan belə davam edəcək ona heç nə təsir etmir hətta Qurana belə and içdi off Allahım niyə dəyişmir axı o mən onunla ömür boyu necə yaşıyacam axı necə...

Elnur sonda qərar verib maşından düşüb binaya girir Lalənin qaldığı evin qapısına gəlib bütün cəsarətini topluyaraq qapının zəngin çalmaq istiyirdiki əlini geri çəkir:offf açsa nə deyəcəm niyə gəlmisən desə nə cavab verəcəm səni unuda bilmirəm deyəcəm çox gülüncdü onunla heç bir əlaqəm olmuyub ama onu özümə çox yaxın hiss edirəm bunu ona necə izah edə bilərəmki yox alınmayacaq lazim deyil.....deyərək pilləkənlərlə aşağı düşür Lalədə artıq binaya çatmışdı ürəyində danışa danışa gəlir gözündən yaşlar süzülürdü o binaya daxil olarkən Elnurda binadan çıxır Lalə önünə baxmadığı üçün Elnura dəyir başını qaldıraraq:Adam kimi gedində bir önünüzə baxında!

Günah Lalədə olsada ama Elnuru günahlandırırdı onsuzda Əlinin əsəblərinin gərgin etməsi onun bütün əsəblərini pozmuşdu..

Elnursa:(Laləni bu halda görüncə belə ürəyində bir titrəmə baş verirdi onun üstünə əsəbləşməsini belə eşitmir görmürdü)Laləə yaxşısan

Lalə:( qarşısında Elnuru görüncə pis olur o başqa birinin olduğunu düşünmüşdü tez əli ilə üzündən göz yaşlarını silib:Mən yaxşıyam

Elnur:niyə ağlayırsan nəsə olub??

Lalə:yox heç nə olmuyub!

Elnur:Lalə xahiş edirəm mənə de nə olub axı niyə beləsən??

Lalə:dedim axı heç nə olmuyub.....Deyərək pilləkənlərə doğru gedir

Elnur:Lalə getmə danışaq biraz

Lalə:(arxaya çevrilərək)nə danışaq!mən səninlə nə danışmalıyamki!sənə demədim birdə gəlmə!

Elnur:Lalə niyə özünə əziyyət verirsən sən Əlini sevmirsən niyə onunla birlikdəsən başa düşmürəm niyə??

Lalə(gözlərini yerə dikərək nə deyəcəyini bilmirdi çünki Elnur haqlı idi o Əlini sevmirdi ama bunu necə deyə bilərdiki Elnur Lalənin heç nə demədiyini görüb biraz yaxına gələrək:hə Lalə mən düz deyirəm onu sevmirsən hə??onunla məcbur bir yerdə olmalı deyilsən..

Lalə(tez başın qaldıraraq)Yox mən onu sevirəm sənə qalmayıb məcbur və ya istəyərək bir yerdəyəm maraqlanma qarışma çıx get çıxma qarşıma!

Elnur:Lalə yalan demə sevmirsən

Lalə:sevirəm mən onu sevirəm! ...deyərək pilləkənlərlə tez tez yuxarı çıxır Elnursa yenədə Lalənin arxasınca eyni sözləri təkrar edirdi-Mən bilirəm bilirəmki sən onu sevmirsən Lalə bilirəm....

Lalə tez evə girib qapını bağlıyıb qapıya söykənir:Sevmirəm hə sevmirəm ama bunu heç kimə deyə bilmərəm.....

Elnur çarəsizcə binadan çıxıb gedir artıq son dəfə Laləni gördüyünü düşünsədə buna dayana bilməyəcəkdi....Elnurun atası Şahin bəy isə çox əsəbi şəkildə evə gəlib yoxdaşı Azadə xanıma bütün olanları danışır anasıda eşitdiklərinə inana bilmirdi:O qədər qız varkən qız tapmadı bu uşaq

Şahin:bilmirəm bu işə bir əncam çəkmək lazımdı yoxsa axırı pis ola bilər..

Azadə:necə

Şahin:bilmirəm bəlkə restoranı Əliyə verim Elnuruda Moskvaya qardaşının yanına göndərək

Azadə:səncə gedəcək

Şahin:bilmirəm

Azadə(biraz düşünərək)ay Şahin deyirəm bəlkə onu evləndirək

Şahin:kiminlə

Azadə:Səadeəin qızı Xavərlə

Şahin:Bəhruzun??

Azadə:həə mən bir dəfə Elnura demişdim düzdü etiraz etmişdi ama sen məcbur etsən (Bəhruz Şahingilin ailəvi dostları idi Şahində bu evliliyi həmişə istəsədə heç vaxt dilə gətirməmişdi)

Şahin:onu məcbur necə evləndirmək olar

Azadə:off bilmirəm onda başqa çarə tap..

Əli restorandakı işlərindən vaxt tapan kimi tez Laləyə zəng vurub danışır bugün elə danışdığına görə Lalədən yenə üzr istiyir Əlinin artıq üzr istəməyi belə onun əsəblərinə toxunurdu ama Əli yenə danışır onunla barışırdı......

Artıq bir həftədə geridə qalmışdı keçən bir həftədə Lalənin anası zəng vurub evə gəlməsini deyirdi Lalədə dərslərdən icazə alıb gələcəyini deyir Əli getməsini istəməsədə toyları olacaq deyə daha heç nə demir....Elnur isə yenə evə getməmiş Rəsulun evində qalırdı anası necə dəfə gəlib onu evə çağırsada razılaşmırdı atası isə dahada əsəbləşirdi onun belə etməsinə oda Rəsulun evində gəlib Elnura o qııi unutmasını və Xavərlə evlənməsini deyir ama Elnur qətiyyən razı olmurdu Şahində Elnurun razı olmadığını görüb onda ya restoranı satıb Moskvaya getməsini yadaki burda qalıb Xavərlə evlənməsini şərt qoyub düşünüb ona cavabını deməsini tapşırıb çıxıb gedir Elnur dahada pis vəziyyətə düşür əvvəlcə hər şeyi atıb getməyi düşünür ama Laləni heç görmədən yaşamaq ona dahada əzab verəcəyini düşünür evlənədə bilməzdi o Xavəri istəmirdi ama atası ona 2 yol 1 seçim vermişdi 1ni seçməli idi və artıq qərarıiı vermişdi evə gəlib atasına qərarını deyir anası Azadə çox sevinir Elnurun Xavərlə evlənməsini qəbul etdiyinə və səhər ilk iş Bəhruz gilə elci gedirlər.....
 
Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!