Təsadüf yoxsa alın yazısı (Bölüm 24)

Təsadüf yoxsa alın yazısı (Bölüm 24)
Sevgi Dünyası
10.09.2017 29
Şəhriyar
Ülviyyə ilə yenidən kənarda dayanıb gülməmək üçün özlərini güclə
saxlayırdılar. Gülüş hədəfləri isə Nərgiz idi. Nərgiz onlara baxıb –
Adam orda can versin siz burda gülün deyincə ikisi də özünü toparlamağa
çalışdı. Şəhriyar Bu xəstəxanada yatmayan bir mən qaldım deyincə
Ülviyyə ona tərəf dönərək – Allah eləməsin elə demə deyə onun yanağını
sığalladı. Şəhriyar isə onun əlini tutub
öpdü. Bu səhnəni görən Nərgiz – vicdansızlar burda vicdan əzabından az
qala öləcək biri vareee. Sevginiz indiyə qaldı?

- Nərgiz özün
günahkarsan. Bəxtin gətirib ki, sadəcə sakitləşdirici idi. Ya birdən
başqa dərman olsaydı. Birdən doğrudan da nəsə olsaydı.

- Eee Ülü yaxşıda, onsuzda ürəyim partlayacaq burda.

- Öl elə.

- Ülü..

- Yaxşı çox üstünə getmə. Görmürsən o da pisdir.

- Pis deyil, sadəcə növbəti dəcəlliyinin günahını çəkir. Bir az böyümək lazımdır Nərgiz xanım.

- Şəhriyar ona denən də.. indi ağlayacağam.

- Nərgiz, bağışla, amma Ülviyyə haqlıdır. Bu dəfə çox ağ oldu. Həqiqətən bəxtin gətirdi.

- Onun məni necə tutduğundan xəbəriniz var, qoluma baxın gömgöydür.
Nərgizin qolu doğrudan da göyərmiş və qızarmışdı. Ülviyyə ona baxıb – bu
nədir? Əli qırılmasın. Deyincə nərgiz dodaqlarının büzüb - Görürsən
deyərək əzilib büzülməyə başladı. Şəhriyarda yaxınlaşıb baxınca

- Allah bilir nə demisən ki, belə eləyib.

- Bu nədire hamınız onun tərəfini tutursunuz. Bəs mən?

- Sənin tərəfini tutacaq bir şey göstər? O boyda oğlan palatada xor xor
yatır. Ülviyyənin bu sözündən sonra gələn Gülnaz xanım – Nə olub burda,
necə oldu oğlan deyə soruşdu. Ülviyyə yaxşı olduğunu deyib atasını
soruşdu. Kamal bəy də yaxşı idi, amma onu da yatızdırırdılar ki, bir
müddət sakit qalsın. Ona görə hələ heç biri onunla danışa bilməmişdi.
Eləcə ayıq olanda sakitcə baş çəkib çıxırdılar. Nərgiz kor peşiman
oturacaqda oturub fikrə getmişdi. Düşünüdü ki, doğrudan da bu dəfə ağ
elədi. Bu dərman başqa bir şey də ola bilərdi. Fikirləşdi ki, deyəsən
Kənan bu dəfə o üzrxahlıq etməlidir. Yanında çalan telefon səsi onu
fikrindən ayırdı. Zəng edən adı görüncə - öl elə orada, səndən üzr
istəyən sənin kimi olsun. Gərək həşərat öldürcü iynə olardı vurardım
canım qurtarardı deyib ayağa qalxdı. Ülviyyə onu eşidib telefona
yaxınlşadı. Zən g edən nömrənin üstündə "Sürəyyam” yazılmışdı. Ülviyyə
başa düşdü ki, Nərgiz qısqanıb. Başına gələnlər üzündən onunla maraqlana
bilməmiş kənanla münasibətləri nə həddə çatmışdı bilmirdi. Zəng
kəsilincə Şəhriyar ülviyyəyə yaxınlaşıb nə olduğunu soruşdu.

- Kənana "Sürəyyam” deyə bir addan zəng gəldi. Artıq neçənci zəngidir. Nərgiz görüncə rəsmən dəli oldu.

- O da sevir, amma xəbəri yoxdur.

- Necə o da sevir?

- Sənin xəbəri yoxdur. Bunlar ikisi bir birini dəli kimi sevir, amma
hələ heç biri dilinə gətirə bilmir. Yazıq Kənan neçə dəfə cəhd edib,
amma alınmayıb.

- Nə vaxt? Harda? Mənim niyə xəbərim yoxdur. Və ən əsası sən haradan bilirsən?

- Kənan danışmışdı.

- Siz Kənanla görüşmüdünüz ki?

- Hə səni qaçırmaq planının quranda arada danışmışdı

- Nə?!

Şəhriyar özü də anidən dediyi sözün fərqinə sonra vardı. Xəstəxanada
ara qarışıq olduğundan vaxt tapıb olanları, onun və Kənanın hava
limanında necə olduğnu danışmamışdı. Hər şeyi danışdıqdan sonra ikisi də
susdular.

- Şəhriyar, bu, bu çox...bilmirəm nə deyim. Söz tapa
bilmirəm sənə. Yaxşı ki, heç nə olmadı. Əgər atam bu olacaqlardan sonra
infarkt olsaydı nə səni ömür boyu bağışlaya bilərdim nə özümü.

- Bağışla, amma elə çarəsiz idim ki, mənə səni vəd edənin hər sözünə balaca uşaq kimi qulaq asmağa hazır idim.

- Hələ mən nərgizə sənə deməməyi tapşırmışdım.

- Nərgiz deməyib. Kənandan gedəcəyini eşitmişdim.

- O ikisi dəlidir sənə nə olub?

- Məni də sən dəli eləmisən. Şəhriyar əlinin tərsi ilə Ülviyyənin
yanağına sığal çəkdi. Ülviyyə əslində hirslənmişdi, amma bu anda bütün
qəzəbi yox oldu.

- Yaxşı indi neynəyəcəyik. Ülviyyənin bu
sualına Şəhriyar da nə cavab verəcəyini bilmədi. Onu ən çox üzən
Ülviyyənin yanında çarəsiz qalması idi. Amma zəif ola bilməzdi,
olmamalıydı. Madəm ki, artıq Ülviyyəsi getmədi və onun yanındadır nə
bahasına olur olsun hər şeyi yoluna qoyacaqdı. Ülviyyəyə baxıb – olmadı
qaçırdacağam deyib burnundan öpdü.

- Shhh. Anam burdadır, görər.
Həm nə qaçırtmaq. Nə dir yoxsa Kənanla nərgizə baş qoşacaqsan..
Ülviyyənin sözünü Kənanın çalan telefonu kəsdi. Yenə ekranda Sürəyyam
adlı şəxs idi zəng edən. Ülviyyə ətrafa boylanıb nərgizi görməyincə -
Şəhriyar dayanmadan zəng edirlər, açsaq ayıb olmaz. Bəlkə doğrudan
narahat olur. Bayaqdan zəng edir.

- Açıb nə deyəcəyik? Zəng
kəsilincə ikisi də oturacağa söykəndilər yenə telefon çalınca Ülviyyə
dözməyib açdı. Nərgiz isə xəstəxananınhəyətində o tərəfə bu tərəfə
gedi gələrək – Günah sən də deyile məndədir. Adam sandım, Amma yox
harada??? Vüsalın tayısan. Hələ utanmadan mənə...eee nə isə...
oturacaqda oturub qollarını qoynuna yığdı. Anasının telefon zənginə
diksinib açıb danışdı. Xəstəxanaya gəlmək üçün zəng vurmuşdu. Nə lazım
olduğunu soruşub gətirmək üçün. Kənan isə palatada gözlərini yavaş yavaş
açırdı. Artıq 3 saat idi ki, yatırdı. Ayılınca ilk əvvəl elə bildi
evində yatağındadır. Gözünü yumub gərnəşərək yataqda o biri təfə keçmək
üçün dönəcəkdi ki, yerə sərildi. Bağırtısına Şəhriyar və Ülviyyə içəri
qaçdı. Onu yerdə görüncə hər ikisi qorxdu, amma Kənan başını qaldırıb –
Hamısını eləyə o balaca cadugərdir. Sözünə gülüməyə başladılar. Ona
kömək edərək yerdən qaldırıb otuzdurdular. Kənan həm yuxunun keyliyindən
həm də daş yerə dəydiyindən ağrıdığı üçün sızıldayırdı. Qolunu
tərpətdikcə - bu qızı məhkəməyə verib özümdən ən azı 10 metr
uzaqlaşdıracağam deyincə Ülviyyə - özünsən günhakar, qolunu nə günə
qoymusan xəbərin var? Yazıq əllərini bilmir necə gizlətsin ki,
göyərtilər görünməsin.

- Ülviyyə haqlıdır Kənan. Bu dəfə doğrudan ağ eləmisən. Qızı döyərdində ta.

- Mənə utanmadan sevgilisndən danışanda belə olacağını bilməliydi. Qızarmadan üzümə sevgilimi sevirəm deyir. Abırsız.

- Nə sevgilisi? Onun sevgilisi yoxdur.

- Etibarı gözümə soxurdu az qala. Ülviyyə onun bu sözünə gülərək –
Etibar onun əmisi oğludur. Düzdür Nərgizə qarşı hissləri var, amma
Nərgiz ona qardaşdan başqa gözlə baxmayıb və baxmaz da.

- Kənan göz altı Ülviyyəyə baxıb onun mmimikasına baxdı. – Doğrudan

- Hə. Mən də tanıyıram Etibarı. Yaxşı oğlandır. Şəhriyar qabağa gələrək Ülviyyəyə baxıb

- Çox yaxşı oğlandır? Deyə soruşunc Ülviyyə onaq baxmadan – Hə adamın
Allahı var çox yaxşıdır. Sonra Şəhriyara baxınca başa düşdü ki, Etibarı
tərifləmək ona qalmayıb. Və birdən sözünə davam edərək. – Amannn...
Allah yiyəsinə qismət eləsin. Neyniyək ki, indi yaxşıdır yaxşıdırda.
Sizdən yaxşı olmasın. Yəni qardaşçım olsun.. Nə isə mən gedim Nərgizə
baxım deyə palatadan çıxmaq istəyincə Kənan onu səsləyərək geri çağırdı.
Ülviyyə baxışlarını Şəhriyara yönəltmədən çəkinə çəkinə Ülviyyə Kənana
doğru döndü.

- Dəqiq onun sevgilisi deyil?

- Hə də.. Əmisi
oğludur dedim axı. Ülviyyənin ehtiyyat etdiyinı görüb Şəhriyara baxan
Kənan onun da qısqanc baxışlarla Ülviyyəni süzdüyünü gördü.

-
Bəsdirin, qısqanacaq biri varsa o da mənəm burada. Ülviyyə səni sevir
Şəhriyar ona lazımdır o Etibarmış İnammış. Siz əsl mənə kömək edin. Mən
bu nərgizi necə yola gətirim. Axırıncı fəsadından sonra əslində ondan
uzaq qaçmalıyam, amma neynim ki, tam özümə uyğun bir dəlini tapmışam.

- Neynəmək istəyirsən? deyərək Şəhriyar pəncərəyə tərəf getdi.

- Bilmirəm. Hələ ağlıma bir şey gəlmir, amma onu saxlaya bilməsəm
doğrudan axırda məni öldürəcək. O iynə başqa bir dərman da ola bilərdi..
Birdən Kənan ağlına fikir gəlmiş kimi üzü güldü. – iynə, əlbəttə...
niyə ağlıma gəlmirdi ki, bu..

Şəhriyar və Ülviyyə ona heç nə
anlamamış kimi baxırdılar. Kənan ağlındakıları danışıb hər ikisindən
kömək istədi. Ülviyyə əvvəlcə etiraz etdi. – yox məni qatmayın bu işə,
Nərgiz məni bağışlamayacaq. Bağışla Kənan, amma olmaz. Hər halda Nərgiz
mənə daha yaxındır nəinki sən.

- Yaxşı da Ülviyyə. Kiçik bir dərs verəcəyəm, həm sevdiyini etiraf edər mən də bilərəm doğrudan sevir ya yox.

- Bilmək istəyirsənsə mən öyrənib deyərəm, amma bu yolla olmaz.

- Yox mənə lazımdır özü, öz dili ilə etiraf etsin.

- Amma Kənan.

- Ülviyyə qorxma heç nə olmaz. Həm özün deyirdin ki, Nərgiz uşaqlığını
atmalıdır. Bəlkə bu yolla qorxar və bir daha ağlına gələn hər şeyi
eləməz.

- Şəhriyar başa düşmürsünüz o olduqca həssasdır. Bu ona
doğrudan pis təsir edə bilər. Mən bu oyunda yoxam. Kənan təəsüflənib –
yaxşı onda heç olmasa bu plandan ona danışma. Hər şey mənim boynuma.
Vaxtımız azdır onsuzda. Ülviyyə xahiş edirəm. İnan mənə bundan sonra onu
incitsəm mənim boynumu vurarsan.

- Söz ver ki, bir də belə oyun oynamayacaqsan

- Söz söz söz.

- Yaxşı. Gedim onu çağırım.. Offf Kənan.

- Çox sağol Ülviyyə. Ülviyyə otaqdan çıxınca Kənan Şəhriyara dönərək
plannı gerçəkləşdirmək üçün onda da kömək istədi. Şəhriyar mənə təcili
bir dərman tap öldürücü olsun.

- Nə?!
Bu gün 2 bölüm olacaq xanımlar narahat olmayın :11:


Ardı var (Müəllif Lili sh)
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!