Təsadüf yoxsa alın yazısı (Bölüm 25)

Təsadüf yoxsa alın yazısı (Bölüm 25)
Sevgi Dünyası
10.09.2017 22
Kənanın öldürücü olsun sözünə ani reaksiya verən Şəhriyar az qalırdı onu öldürsün.

- Sənin başın doğrudan xarab olub deyəsən

- Bir səbrin olsun.. dərman deyərkən, dərmanın adı lazımdır. Tibb bacısı da həmçinin, amma qəşəng olsun

- Kənan!

- Nərgizi qısqandırmaq üçün, yoxsa mənim gözüm ondan başqasını uzun zamandır görmür. ...Elə baxma Vallah düz deyirəm.

- Nərgizə yox elə sənə də dərs vermək lazımdır. Sən ondan betər uşaq oldun.

- Vaxtımız yoxdur.. cəld dediyimi elə.

Şəhriyar başını bulaya bulaya dəhlizə çıxıb ətrafa boylanmağa başladı.
Özü də dodaq altında deyinə deyinə. Bunlar uşaqdır biz niyə baş qoşuruq
anlamadım. Sən bu günlərə düşəcək adamıyydın Şəhriyar. Lənət
şeytana...- bir dəqiqə olar sizi xanım.

Şəhriyar artıq tibb
bacısını tapmış onu Kənanın palatasına daxil olub hər şeyi
danışmışdılar. Ilk olaraq razılaşmasa da Kənan öz xarizmasından istifadə
edib onu razı sala bildi. Şəhriyar qaşlarını düyünləyib Kənana baxanda
Kənan da bunu fərqinə varmışdı. – Nə baxırsan? Başqa çarəmiz var idi.
Kim razılaşar ki, yalan danışsın.

- Nərgiz bilsə sən onu yuxunda görərsən.

- Sən deməsən haradan biləcək.

- Yox, maşAllah yaxşısan, daima bir planın var.

- Ooo sən hələ məni tanımırsan..

- Tanıdığıma məmnunam deyə bilməyəcəyəm təəsüf.

- Yekə oğlansan xətrimə dəyirsən, ayıb deyil, heç olmasa üzümə demə.

- Yox heç də ayıb deyil. Ayıb sizin ikinizə olsun ki, iki böyük insan kimi danışa bilmirsiniz belə oyunlar oynayırsınız.

- Xoş gəldin ata...Şəhriyar atam belə səndən daha gənc ruhludur.

- Nə halınız varsa görün mən Ülviyyənin yanına gedirəm.

- Ey hara? Sən mənim dostum kimi yanımda olmalısan.

- Kim dedi ki, biz dostuq.

- Mən dedim. Deyib əlini uzadan Kənana bezmiş halda baxan Şəhriyar -
günah sən də deyile günah Ülviyyədədir ki, Nərgizi özünə dost seçib.
Deyəndə Kənan qaşlarını çatdı.

- Eyy Nərgizimlə işin olmasın.
Qapının döyülməsi ilə Kənan özünü cəld yatağa atdı. Şəhriyara göz qaş
edib gözünü yumdu. Gələn Nərgiz idi. Ülviyyə ona yaxınlaşanda necə yalan
deyəcəyini düşünərkən, qormuşdu ki, Nərgiz onun yalanının tutacaq.
Çünki onlar uşaqlıq dostu idilər. Bir birilərini hər halından nə baş
verdiyini anlayırdılar. Amma bu çətin olmadı. Ülviyyə bir neçə cümləni
beynində toparlayıb demək istəyəndə ağızndan çıxan birinci kəlmədə
nərgiz özünü Xəstəxananın dəhlizinə atdı. – Kənana vurduğun
sakitləşdirici deyilmiş, Nədirsə onun halını pis edib. Bu cümlə kifayət
etmişdi. Ülviyyə rahatlasa da Nərgiz üçün qorxmuşdu. Onu çoxdandır belə
qorxan görməmişdi. Palataya girəndə Nərgiz yatağın kənarına gəlib Kənana
baxdı. Üzü Kənana tərəf olduğundan Şəhriyar və ülviyyə onun gözlərini
dolduğunu görməmişdilər. Ülviyyə isə Şəhriyara peşiman şəkildə baxıb –
indi neynəyəcəyik deyə sual dolu baxışlarını yönəltmişdi. Şəhriyar isə
ona çıxmağı işarə etdi. Hər ikis palatadan çıxmışdılar. Nərgiz yatağın
yanında diz çöküb səsszicə ona baxırdı. Kənan gözləri yumulu olduğundan
Nərgizin simasıı görə bilmirdi, amma açmağa da qorxurdu. Nərgiz ayıqdır o
saatca başa düşər deyə tərpənmədi. Amma onun səssizliyi Kənanı lap
hövsələdən çıxardırdı. Nərgiz isə qorxa qorxa pııçıltı ilə Kənanı
səslədi.

- Kənan..bağışla.. mən istəyərək eləmədim nə olar bağışla.
Hönkürtü ilə ağlamasına dözə bilməyib gözlərini açdı. Nərgiz başı aşağı
əlləri üzündə ağlayırdı. Yaxınlaşmaq istəsə də səbrini sıxıb "yox, bu
belə asan olmamalıdır, çək cəzanı Nərgiz xanım” deyə gözlərini yenidən
yumdu. Nərgiz isə onun əlini tutub gözünü silərək – Kənan nolar özünə
gəl.. Yalvarıram. Səsi tir tir əsən Nərgiz o qədər qorxmuşdu ki, əlləri
də əsirdi. Palataya girən tibb bacısı anlayışlamayan dildə dərman
vurluduğunu Kənanın bu dərmandan ömür boyu yatağa məhkum qala biləcəyini
dedi. Nərgiz daha da ağlayaraq dözməyib otaqdan çıxdı. Ülviyyə onun bu
halına acıyaraq Şəhriyara

- Mən gedirəm hər şeyi deyəm. Gör nə günə düşüb. Ona rəvadır bu.

- Dəymə.. qoy ikisi də ağlını başına yığsın. Nərgiz gözüaçıq qızdır
Kənanın yalan dediyin tutacaq.. onda da vay Kənanın halına

Şəhriyarın telefon çalması ilə söhbətləri kəsmiş oldu. Zəng edən
anası Şahnaz idi. Şəhriyar bir az aralanıb telefonu açdı.

- Oğlum haradasan, atan da narahat olur artıq. Gecə gec gəlib yatırsan biz oyanmamış qaçırsan.

- Ana dedim axıdostum xəstəxanadadır onun yanındayam. Tək qoya bilmərəm.

- Kimdir axı? Bəlkə biz də gələk.

- Yox.. yox siz tanımırsınız. Narahat olmayın, bu gün çalışacağam tez
gəlim. Şəhriyar telefonu bağlayıb Ülviyyənin yanına gəldi. Anası onun
yanında əyləşmişdi. Onlara yaxınlaşanda isə Gülnaz – oğlum neçə gündür
burada bizə görə avara olmusan, get işinin gücünün arxasına narahat
olma, daha yaxşıdır. Yəqin ki, bu gün bizi də yanına buraxarlar.

-
Yox, o nə sözdür. Mənim yerim indi buradır. Deyib əyləşən şəhriyara
baxan Gülnaz sevinməkdən daha ççox təəssüf hissi keçirdirdi.

Həkim
Kamal bəyin palatasından çıxıb onlara yaxınlaşaraq – Gözünüz aydın daha
xəstəmizə iynə vurub yatırtmağa ehtiyax yoxdur. Hər şey qaydasındadır.

- Onu görə biləri..

- Hə əlbəttə, özü də artıq sizi görmək istəyir, amma əvvəlcə xahiş etdi
birinizi çağırım yanına. Gülnaz gözlərində işıltı ilə palataya keçmək
istəyirdi ki, həkim onu dayandırıb.- Yox Gülnaz xanım. Sizinlə sonra
görüşəcək. Amma əvvəlcə bu cavan oğlanı çağırır- deyə Şəhriyara işarə
etdi. Hər kəs donmuş halda Şəhriyara baxırdı. Elə şəhriyarda qurumuşdu.
Ülviyyəyə baxıb "Hər şey yaxşı olacaq” baxışı ilə ondan ayrılıb palataya
girdi. Kamal bəy ağır ağır nəfəs alırdı. Şəhriyarı görüncə üzündə
təbəssümlə ona əli ilə oturmağı işarə etdi. Şəhriyar yavaşca əyləşib
baxışlarını yerə tikdi. Ağlından min fikir keçdi. Yəqin ki, qızından
uzaqq durmağı, ona yaxınlaşmamağı buradan getməyi xahiş edəcək. Bunları
eşidəcəyi təqdirdə nə deyəcəyini bilmədən əllərini sıxmağa başladı. Nə
də olsa qarşısında sağlam insan dayanmırdı. Ürək xəstəsi, sevdiyi qızın
atası dayanmışdı. Şəhriyar bu düşüncələrə dalarkən Kamal bəyin ona necə
baxdığını görmürdü. Kamal bəy gülümsəyib səössizliyi pozdu.

- Oğlum, narahat olma. Bura səni nə acılamağa, nə danlamağa, nə də....nə də qızımdan uzaq dayanmağı deməyə çağırmamışam.

Şəhriyar onun bu sözünə anidən başını qaldırıb gülümsəməylə Kamal bəyin üzünə baxdı.

- Hə onu deməyəcəkdim. Deyəcəyim başqa bir şeydir. Amma aramızda qalacaq. Kişi kimi ikimizin arasında

- Hə.. hə əlbəttə.

- Neçə vaxtdır burada məni iynələrlə uyuşdursalarda hər şeydən xəbərim
var. Sənin burda qızıma həyat yoldaşıma dəstək olmağından tutmuş hər
şeydən. Bu iynələr məni halsızlaşdırıb. Çox danışa bilməyəcəyəm. Sənin
Ülviyyə ilə vəziyyətin elədir ki, hər adamın başına gəlməz. Nə bilərdin
ki, sevəöcəyin qızın ailəsi ilə sənin ailən bir araya gələ bilməz,
gəlməməlidir. Mən Ülviyyənin düzgün addım atacağından əmin idim.
Bilirdim ki, o nə qərar versə düzgün olan o olacaq. Qızım məni seçdi.
Atasının qürurunu düşündü.

- Hə məni fəda etdi

- Səni yox.
Sevgisini. Bunlar ayrı şeydirlər. Sevgi ən böyü2k hissdir. Bunu hər kəs
bilməz, hiss etməz. Heç onu bilmək də lazım deyil, onu hiss etmək
lazımdır. Əgər qızım sənin sevgini bilsəydi o zaman ona unutmaq daha
asan olardı, amma o sənin sevginin böyüklüyünü hiuss etdiyi üçün günü
gündən gözümün önündə əridi getdi. Əlimdən nə gəlirdi? Mən də o anda
qürurumu düşünürdüm.

- Amma bu bizijm günahımız deyil axı.

- Hə
düzdür. Sizin günahınız deyil. Amma özünü mənim yerimə qoy. Düşün ki,
bir vaxtlar Ülviyyənin dəli kimi sevdiyi bir adamla illər sonra qohum
olacaqsan, onunla üz üzə gələcəksən. Hər ona baxanda görəsən mənim
qadınım hələ də onu sevirmi sualları ilə beynini çürüdəcəksən. Asan
deyil, heç asan deyil

- Bəs indi? İndi necə olacaq? Heç nə dəyişməyəcək

- Dəyişdi Şəhriyar, çox şey dəyişdi.

- Necə?

- Icazənlə o mənə qalsın. Amma bir tək kəlmə deyəcəyəm, artıq mən həyat
yoldaşımdan zərrə qədər şübhə etmirəm. Onun qəlbindən xəbərdaram. Bu
mənə bəs edir, geri qalan hər şey artıq bəhanədir.

- Yəni..icazə verirsiniz.

- Yox icazə vermirəm.. ... Xeyir dua verirəm. Qızımı götür get buralardan.

- Necə?

- Eşitdiyin. Mən Gülnazı yola gətirərəm.

- O imkan verməsə Ülviyyə..

- Oğlum, dedim axı mən onu yola gətirəcəyəm. Mənim də özümə görə
yollarım var... deyib Kamal bəy əlin ilə ürəyini göstərib – bu zəif
ürəyə kiminsə nəsə deməyə əsas da Gülnazın nəsə deməyə ürəyi gəlməz.
Hər iksi gülümsədi. Şəhriyar Kamal bəyin əlini bərk bərk sıxıb – çox
sağolun.. çox çox sağolun. Mənə indi dünyaları verdiniz. Amma bunu edə
bilməyəcəyəm Mən Ülviyyəni götürüb getmək istəmirəm. Onu sizin evdən ağ
gəlinliklə çıxmasını istəyirəm. Sizin və Gülnaz xanımı xeyir duasıyla.

- Oğlum sizin vəziyyətdə bu mümkün deyil.

- Əsas siz mənə dəstək odunuz, xeyir duanızı verdiniz. Demək ki, geri qalan hər şey düzələcək.

Kamal bəy gözləri dolmuş halda – qızım çox şanslıdır deyincə Şəhriyarın ona cavabı onu daha da kövrəltdi.

- Əsl mən şanslıyam ki, onun sevdiyi mənəm

Gülnazla Ülviyyə dəhlizdə narahat halda əyləşərkən kiminsöə təlaşlı
halda ağlayaraq onlara tərəf gəldiyini gördü. Qadın hay şüvənlə Kənanın
yatdığı palataya tərəf getdi. Şəhriyardla atası haqqında düşünən
Ülviyyə Nərgizi və Kənanı tamam unutmuşdu.

Nərgiz isə palıatada işdən ağlayaraq Kənanın əlini bərk bərk sıxıb öpürdü.

- Kənan nolar, yalvarıram, aç gözünü və denən ki, yaxşıyam. Nolar qalx
ayağa.. mənə bunu yaşatma. Allahım bunu mənə niyə edirsən. Mənim heçmi
xoşbəxt olmağa haqqım yoxdur. Niyə kimi sevirəm əlimdən alırsan axı deyə
üsyan edərkən Kənan ürəyində "Vallah nərgiz bircə sevdiyini mənə də
etriaf elə gözümü açacağam söz.” Deyə danışırdı. Palataya hay şüvənlə
girən qadın Kənanı görüncə lap içini çəkib ona tərəf qaçdı. Nərgiz
qadına baxıb geri çəkildi, tanımadığından düşündü ki, yəqijn anasıdır.
Amma Kamran bəyin həyat yoldaşının dünyasını dəyişdiyinidə bilirdi. Heç
nə anlamadan geri çəkilincə Qadın nərgizə dönüb, bəs deyirdilər eləcə
dərman vurulub yatır. Bu ki meyidə oxşayır. Cannn Kənanım can.. İçəri
daxil olan tibb bacısını görüncə qadın onun yaxasından yapışıb – qızım
noldu bu ayılmadı, mənə dedilər ki, eləcə yatıb. Tibb bacısı
çaşqınlıqla bir qadına bir Nərgizə bir də yataqda uzanıan amma
əzəzlələrinin yığıldığı hiss olunan kənana baxıb bilmədi ki, nə desin.
Düşündü ki, qadına da eyni şeyi desin. Amma hər şey tərsinə getdi. Qadın
Kənana vurulan iynənin öldürücü təsirə malik olduğunu eşidincə yerə
sərildi. Kənan artıq dözməyib qalxdı. Nərgiz də qadını qaldırmağa
çalışdığından kənanın yerindən durduğunu ilk əvvəl fərqinə varmadı. Daha
sonra Kənanın – Sürəyya xala ayıl, zarafatdır, vallah billah
zarafatdır, bax sağam. Sürəya xala sözlərinə Nərgiz çaşqınlıqla Kənan
baxıb əli ilə gözünü yaşını silərək – Nə dedin sən? Zarafat? Sürəyya
xala.

- Nərgiz hər şeyi izah edəcəyəm, bircə kömək elə onu
qaldıraq. Tibb bacısı da onlara kömək edərək qadını ayıltdı. Kənan bütün
bunların zarafat olduğunu izah edincə Sürəyya qəzəbli baxışlarla ona
baxırdı. Kənan yavaşca başını döndərib Nərgizə - Sən də bağışla sadəcə
istədim.. spzü ağznda qaldı. Nərgizin silləsi onu susdurdu. Palatadan
çıxan Nərgizin arxasınca baxan Kənan qalxıb getmək istəyirdi ki, daha
bir sillə onu yerində oturdu. Bu dəfə Sürəyya xala vurmuşdu – Sürəyya
xala sən niyə?

- Sus, köpəyuşağı, mən boyda arvadı aldadır. Əcəb oldu elə. O qız az vurdu, mən olsaydım eşşək su

- Eşşək sudan gələndə gələcəyəm, amma indi getməliyəm deyib onun szünü
ağıznda qoyan Kənan cəld çıxıb dəhlizə qaçdı. Ülviyyə Nərgizi
dayandırmaq istəsədə o ağlayaraq oradan uzaqqlaşmışdı. Kənan Ülviyyədən
tez təpənərək Nərgizi tutmuşdu.

- Nərgiz dinlə məni.

- Cəhənnəm ol gözüm görməsin səni

- Nərgiz, bağışla mən sadəcə istədim ki.

- Sən sadəcə uşaqlıq etdin. Sən alçaqsan

- Eeeee bəsdir daha. Mənim də səbrimin bir sərhəddi var deyərək Nərgizi
çiyninə alan Kənan maşınına doğru gedəcəkdi. Ülviyyə onları görüb
yaxınlaşmadı dayanıb gülərək onları seyr edirdi. Və birdən kiminsə
nərgizi hikkə ilə çağırması hamısını susdurmuşdu

- Nərgiz!?


Kənan geri dönəndə gördüyün qadını tanımadı. Nərgizə - bu kimdir,
adaxlılarının anası? Deyə soruşunca başını qaldıran Nərgiz için çəkərək –
hiiii mama... deyuə bildi.

Kənan isə dodaq altında – bu heç yaxşı olmadı, həm də heç deyəbildi.

 

Ardı var


 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!