Mən Öldüyüm Gün Ağlama

Mən Öldüyüm Gün Ağlama
Sevgi Dünyası
10.09.2017 39
Mən Öldüyüm Gün Ağlama



Çoxu ağlar, sənsə o gün,
Qürurlu dur mənim üçün.
Bəzisi etsə toy-düyün,
Ürəyini çox dağlama.
Mən öldüyüm gün ağlama�

♥♥♥

Qəm qüssəni at kənara.
Bu yolla gedirsən hara?
Öz gününü etmə qara.
Sən mənimçün yas saxlama.
Mən öldüyüm gün ağlama�

♥♥♥

Qəbrimə qoy tər gülləri,
Biraz ağla, tez dön geri.
Səhifələ xoş günləri,
Pis günləri varağlama.
Mən öldüyüm gün ağlama�

♥♥♥

Bu sevgidə yalan varsa.
Qəlbinə nur salan varsa.
Sənə layiq olan varsa,
Mənə çoxda bel bağlama,
Mən öldüyüm gün ağlama�скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!