Təsadüf yoxsa alın yazısı (Bölüm 28)

Təsadüf yoxsa alın yazısı (Bölüm 28)
Sevgi Dünyası
10.09.2017 2
Şəhriyar da evinə qayıtmışdı. Anası əsəbindən çoxdan yatmağa getmişdi. Atası isə qonaq otağında oğlunu gözləyirdi.

- Gecən xeyrə qalsın ata

- Şəhriyar, bura gəl. Danışmalıyıq

- Ata, məncə danışdıq. Mnə fikrimdən dönən deyiləm.

- Oğlum başa düşürəm sevirsən, amma olmaz. Özün bilirsən. Onun valideynləri də icazə verməz.

- Dedim axı icazə verib. Kamal bəy özü şəxsən xeyir duasını verdi.

- Necə?

Şəhriyar bu bir neçə gündə olanları danışıca Səlim əvvəl heç nə demədi,
sonra. Başını bulayaraq. – yaxşı tutaq ki, evləndiniz. Xeyir işinzidə
bir araya gələ bilməyəcəyik. Yaxşı dedik lap orada da zorla dayandıq.
Sonra sizin evinizə

gedib gəlmək üçün güdməliyik ki, onlar nə vaxt çıxacaq o evdən

- Ata xahiş edirəm. Burda bunları düşünəcək yeganə isnan Kamal bəy idi.
Ülviyyə də mən də yalnız ona görə qalmışdıq. Nə sən nə anam. Bağışla,
amma sənin zəifliyin olubsa anamın bicliyi olubsa

- Şəhriyar düzgün danış!!!

- Mən sadəcə olanları danışıram. Mən və Ülviyyə bunu ödəməməliyik. Başa
düşürsən. Ola bilər. Amma keçdi getdi. Indi sən anamla evlisən. Sənin
də onun da öz ailsəi var. Icazə ver mən də öz ailəmi qurum. Amma öz
istədiyimlə. Mən sən deyiləm ata. Bağışla, amma bunları deməyə məcbur
etdin məni. Kamal bəy xəstəxanadan çıxan kimi Ülviyyəni adət ənənə ilə
onlardan istəyib üzük taxacağıq. Və tez bir zamanda da toyumuzu
edəcəyik. Bu belə olacaq. Istəməsinz gəlməyin mən adam taparam elçiliyə.
Seçim sizindir. Məndən demək. Gecən xeyrə.

Şəhriyarın bu sözünü
Şahnaz da eşitmişdi. Əlləri ağzında qapıda dayandığından Şəhriyar onu da
görüb. – demək ki, təkrarlamağa ehtiyac qalamdı. Ana ya toya
hazırlığını et ya da məni unudun.

Şəhriyar otaqdan çıxınca Səlim Şahnaza baxdı.

- Səlim bir şey de. Denən ki, icazə vermirəm

- Nə icazə vermirəm. Oğlun bizi valideylikdən silir sən nə icazəsindən danışırsan

- Yox yox..qoyma.. Sən ona desən ki, iatəmirəm o eləməz.

- Şəhriyarı tanımırmışsan kimi danışma

- Yox dedim Səlim. Olmaz. Ola bilməz. Mən onunla üz üzə gəlm ək istəmirəm.

- Demək özünü düşünürsən Şahnaz xanım. Heç olmasa burda oğlunun yerinə
qoy özünü.. Həm bilirsən nə var. Uşaq haqlıdır. Kiminsə günahının
cəzasını mənim oğlum çəkməyəcək. O seçdiyi ilə ailə quracaq

- Nə demək istəyirsən.

- Sən anladın. Gecən xeyrə.

Gecə uzun keçmişdi. Yuxusuz qaldıqları üçün. Amma səhərlər bir birini
qovduqca hər şey yerinə oturacaqdı. Aradan günlər keçmiş Kamal bəy artıq
xəstəxanadan çıxmışdı. Ülviyyə ilə danışan şəhriyar onlara yenidən elçi
gələcəklərini deyincə əvvəlcə qorxmuş halda Şəhriyara etriaz etmək
istəsə də onun sözünü qarısnda söz deyə bilməmişdi. Hətta elçilik günü
belə təyin olundu. O möhtəşəm gün çatdığında Şahnazdan başqa hamı
elçilikdə idi. Kamal bəy Səlim bəyin düz gözünü içinə baxırdı. Sanki
nəyəsə ima edirmiş kimi dik dik gözlərinə zillənirdi. Səlim bəy isə tez
tələsik qızı istəyib şirin çayı içib getmək üçün əlindən gələni edirdi.
Şəhriyarın bibiləri də elçilikdə olduğundan susqunluq pozulmuşdu.
Qadınlar arasında gedən söhbət ortamı yumuşaldırdı. Hər şey qaydasında
keçmişdi. Ülviyyənin həsini alınca Şəhriyar toydan söhbət salmışdı ki,
hamı gülməyə başladı. Şəhriyar özü də bu halına utanıb. Şey yəni sonra
bir də harada yığışacağıq deyə soruşdu. Ülviyyəni atası – var yox bir
qızım var. Deyirsən ona bir əzəmətli nişan eləməyim?

- Hə hə.. əlbttə bağışlayın.

Nişan günü də təyin olunmuşdu. Artıq hər şey hazır idi. Günlər bir
birini qovduqca o gün də gəlib çatmışdı. Hər şey mükəmməl görünürdü.
Ülviyyə otağında paltarını geyinmiş həyəcandan əlləri buz kəsmiş halda o
baş bu başa gedib gəlirdi. Nərgiz onun bu halına gülüb

- Dəli, nişanında belə həyəcanlısansa toyunda yıxılıb ölərsən ki.

- Başına gəlsin görərsən.

- Mənim başıma gəlib deyə Nərgiz bir anlıq duruxub başını aşağı saldı.

- Canım bağışla.. Elə demək istmədim. Off dilimi eşşək arısı vursun.

- Bilirəm narahat olma.

- Həm niyə pis olursan. Bax yaxşı ki, çıxdı getdi. Indi kənan var.

- Kənan deyib məni cinləndirmə. Onun adını çəkmə.

- Aa bağışla doğrudan axı o Fidanlaaa... (Nərgizin öldürücü baxışlarını
hiss edincə cümləsini dəyişib ) yəni o əyri ayaqla evlənmək istəyirdi
hə?

- Cəhənnəmə evlənsinlər. Qara cücə kimi balaları olsun. Ciy ciy deyə gəzsinlər ortalıqda.

- Allah eşqinə hardan tapırsan bu qarğışları. Bu qədər müddətdə noldu bu Fidanla qarşılaşmadılar.

- Nə bilim maraqlandırmır məni. Məndən niyə soruşursan.

- Yaxşı - deyib Ülviyyə ayağa qalxacaqdı ki, Nərgiz onu qolundan tutub yenidən yatağa otuzdurub

- Guya o əyri ayaq özünü naza qoyub da bunu görməyə utanırmış da. Özünü
elə göstərir ki elə bil rahibədir. Mən bilirəm onun necə ər xəstəsi
olduğunu. Qarşısına kor çıxsa gedər. Xoş Kənanın da kordan fərqi yoxdur.
Gedib gəlib fidanı mənə tərfiləyir. Ay qızın əndamı belə, saçı belə,
üzü belə, əlləri belə. Gözünə girsin o əlləri sənin. Hələ gör nolub.
Məni...təsəvvür elə məni bunları görüşdürmək üçün bələdçi tutublar. Amma
mən neynədim. Apardım Fidanı Mərdəkan bağına, qoydum orada dedim gözlə
gələcək. Kənanı isə göndərdim Malkan bağına. Sonra da dedim Malakanla
Mərdəkanı qarışdırmışam.

Ülviyyənin qəh qəhə çəkdiyin görən Nərgiz
özü də ona qoşuldu. – Gülmə zarafat eləmirəm. Hələ anamee... doğmaca
anam elə bil Fidanın anasıdır. Bilmir neynəsin ki, onu ərə versin.
Təsəvvür elə o gün piroq bişirb verib mənə ki, apar işə ver Kənana denən
fidan bişirib. Mən də qəşəngcə piroqu yolda məhv elədim. Içi başı
dağılmış halda yeyilməyəcək vəziyyətə gətirib qoydum Kənanın qarşısına
dedim – nuş elə ,adaxlın bişirib.

- Yaxşı da. O da yedi səy. Başım çıxmır da nə tapıbe bu qızda.

- Bəlkə sən də tapa bilmədiyin

- Anlamadım?

- Səfeh Nərgiz hələ də anlamırsan?

- Nəyi?

- Off sən çox gözəl bilirsən nəyi dediyimi. Ikiniz də bir birinizi sevirsiniz.

- O keçmişdə idi. Indi başqasını sevir. Mənim doğmaca əmimqızını.

- Hə yəni sən sevirdin.

- Az sevməsəm niyə min hoqqadan çıxıb durum gedim Mərdəkan bağına o piroqu o günə qoyum.

- Ahaaaa... axır ki, ççox şükür.... amma.. bunu mənə yox ona de.

- Dəlisən sən. Üzümə deyir ki, Fidanı sevirəm.

- Ay səfeh sən ona de, gör o kimi sevir Fidanı yoxsa səni.

- Yəni deyirsən.

- Hə onu deyirəm

- Demək desəm Fidan səni sevmir...

- Nərgiz!!! Dur cəhənnəm ol, nişanqabağı əsəbləşdirmə. Elə belə yana
yana qalacaqsan. Bu gündən mən də əlimdən gələni edəcəyəm ki, Fidanla
evlənsinlər.

- Yaxşı da Ülü.. nə dedime mən.

- Canına azzar dedin. Dur cəhənnəm ol. Durr get gör gəldilər. Səsləri gəlir.

- Eee Ülü küsərəm.

- Mən səndən qabaq küsmüşəm tərs keçi.

Nərgiz kor peşiman otaqdan çıxıb Şəhriyarın gəldiyini gördü. Yanında
isə bütün yaraşıqlığı ilə hamını kölgədə qoyan Kənan. Heç Nərgiz də pis
görünmürdü, gözünün rəngində geyindiyi şifon paltar hər addıımladıqca
tərpənir onun bədənini zərfiliyini üzə vururdu. Kənan udqunub güclə
Nərgizi qolundan tutub yanına çəkməmək üçün saxlayırdı. Nərgiz onun bu
halını görüncə bütün naz qəmzəsi ilə yanından keçmək istəyirdi ki,
qonaqlar arasında balaca uşaq onun ayağının altında qalacaqdı az qalsın.
Nərgiz yerə sərilincə hamı ətrafına yığışdı. Nərgiz pərt olmuş
vəziyyətdə gülümsünüb – hələ yaşayıram narahat olmayın deyib ayağa
qalxdı. Kənan ona yaxınlaşıb, - Nərgiz yaxşısan desə də Nərgiz ona
baxmadan cəkld Ülviyyəni otağına girdi. Üst başını düzəldib. – gəldilər
hazırlaş çıxaq deyərək hamısı çal çağırla nişana getdilər. Açıq havada
olduğundan nişan başqa bir abu havayla keçirdi. Gülnaz ətrafa boylanır.
Şahnazı axtarırdı. Danışmaq üçün yox. Sadəcə qonaqların yanında pis
vəziyyətdə qalmamaq üçün. Nə də olsa hamı bəyin anası ilə tanış olmaq
istəyirdilər. Səlimin ona yaxınlşadığın görmədən boylanmağa davam
edərkən onun səsinə diksindi

- Salam Gülnaz.

- Aleykuma salam.

- Təbrik edirəm. inşAllah davamını görərik.

- Sağol. Səni də həmçinin. Şəhriyarın anası yoxdur deyəsən. Görünmür.

- Hə o bu izdivacı istəmir. Amma gələcək bilirəm. Yeganə oğlunun xeyir işini buraxmaz..

- Lap yaxşı.. sağol deyə getmək istəyirdi ki, Səlim yenidən onu səslədi

- Gülnaz.

- ....

- Məni bağışlamayacaqsan?

Gülnaz onun bu sözünə gülümsəyərək dönüb Kamala baxdı. Kamalın gözü
onlarda idi. Gülnaz gülümsəməsini daha da genişləndirib içdən təbəssümlə
- Səlim mən səni çoxdan bağışlamışam. Mənim qəlbimdə sevgidən başqa heç
nə yoxdur. Sənə kinim belə uçub gedib. Deyərək Kamala yaxınlşadı. Kamal
əlini onun çiyninə aparanda hər iksinini xoşbəxtlyiin bir anlıq
qısqanan Səlim acı bir təbəssümlə geriyə dönüb masasına əyləşdi. Nişan
öz axarı ilə davam edərkən Kənan Nərgizi bir anlıq belə gözdən qoymurdu.
Çox gözəl görünürdü deyə qsıqanclıq damarı tutmuşdu. Elə Nərgiz də
kənanın baxdığı istiqamətlərə baxar onun kimə baxdığını tapmağa
çalışırdı. Etbarı görüncə - Etibar, Etbar bura gəl.

- Nədi?

- Nədi? Ayıb olsun. Adam əmisi qızı ilə belə danışar.

- Sən xeyirə çağırmarsan.

- Aaaaa olamdı ki, deyəcəkdim gedək rəqs edək.

- Nə? Dəlisən sən? Nə rəqs? Sən rəqs etməyi bacarırsan? Güldürmə və biabır etmə.

- Gəl çox danışma. Deyərək Etibarın əlindən tutub Kənanın görə
biləcəyi yerdən onunla asta asta lirik mahnını oynaçmağa başaldı.

-
Nərgiz Allah rzası üçün burax gedib. Indi özün otval verdin mənə barı
qoy başqalarını gözaltı edim. Sənin üzündən burada heç kim mənə yaxın
durmaz.

- Az danış. Ayıb olsun özü də. Qızları göz altı edirsən. Nc nc nc.

- Yox oğlanları göz altı edəcəkdim? Tövbə əstafurulla. Hardan yarandı
bu mənimlə rəqs etmək eşqi.. deyəndə Kənanın qəzəblə yaxınlşadığını
görüncə - ey bir dəqiqə, başa düşüdüm. Nərgiz heç anlamadan sual
verəcəkdi ki, kənanın yanlarında bitdiyini gördü. Ağzını açmaq istəyəndə
Etibar Nərgizdən əlini çəkib – Bilirsiz nə var, gedin probleminizi
başqa yerdə həll edin. Aaaa dəli əlində qalmışam. Mənə bax cavan oğlan
onu incitsən səni məhv edərəm. O mənim bacımdır artıq. Başa düşdüm

- Düşdüm.

- Çox gözəl, indi tut əlindən get rəqs elə. Mən də orada cavan qız var
getdim ora deyərək Etibarın uzaqlaşması ilə Nərgiz ağzı açıq halda onun
arxasınca baxdı. Özünə gəlməmiş Kənan onu özünə sıxıb rəqsə davam etdi.

- Hə, Nərgiz xanım. Qardaşınız sizi mənə əmanət etdi.

- O mənim sevgilimdir.

- Hə əlbəttə..

- Mən onu sevirəm. O isə məni atdı.

- Tərk edilmiş qız.. nə qədər acı.. aman Allahım.

- Lağ eləmə.

- Allah eləməsin. Sonra başıma gələr.

- Nədir Fidanın qaçmasından qorxursan?

- Fidan yatıb durub şükür edir ki, mənim kimi oğlan tapıb.

- Yaxşı görək. Gözlə haa birdən göz dəyər.

- Dəyməz. Göz muncuğu taxır.

- Səfeh deyib onun əlindən çıxacaqdı ki. Anasının yaxınlaşdığını gördü.

- Oğlum kənan Fidanı gətirmişşəm. Gedək onunla rəqs et.

Nərgiz artıq səbri tükənmiş halda


- Eeeeeee bəsdirin artıq deyincə bütün zal dönüb ona baxdı.
 Ardı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!