Sənə söyləmək istədiyim sözlər...

Sənə söyləmək istədiyim sözlər...
Sevgi Dünyası
10.09.2017 20
 
 
Söyləmək istədiyim çox şey vardı sənə,Söyləməyə çəkindiyim,Çəkinib də söyləyə bilmədiyim,Söyləməyə qorxduğum bir çox şey işdə...Öz-özümə danışarkən,Dəmək asandır cümlələri.Qarşımda olduğun zaman,Kilidlənib qalır hecalarİki sözü birləşdirib söyləyə bilmirəmSƏNİ SEVİRƏM deyə bilmirəmGözlərinə baxdığımda dilim lal olurÜrəyimsə şirin sızlamalarla atırSəni görüncə hər şey bir-birinə qarışır...Götürüb aparırsan məniUcsuz-bucaqsız dənizlərə...Söyləyəcəklərim uçub gedirdi göylərəHər vaxt olduğu kimi bir başqa günə qalırdıSənə söyləmək istədiyim sözlər...Əslində iki söz söyləmək bu qədər çətin deyilHeç cür özümdə tapa bilmirdim bu cəsarətiQorxurdum səni itirməkdən,Gözəl gözlərindən məhrum qalmaqdan,Səni bir daha görə bilməməkdən...Əslində söyləmək istədiyim iki söz deyil,Əslində izah etmək istədiyim bir ömür...Ya ömürüm çatmazsaYa gücüm çatmazsaYa sənsizliklə baş-başa qalsa bu ürək...Nə edərəm o zaman mən bilmirəm bilmirəm...Bəlkə də söylədiyimdə ikimizdə xoşbəxt olacaqdıq...Bəlkə də eyni anda yox olacaqdıq...Xoşbəxt olmağı qəbul edirəm...İndi söyləyirəm sənə o iki sözüDinləyirsənmi məniEşidirsənmi səsimiİçim də sənə qarşı bir hiss bəsləyirəmSənin üçün bəslədimSənin üçün böyütdümİndi sahibinə vermək istəyirəmQəbul etsən SƏNİ SEVİRƏM.....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!