Yalnız sən

Yalnız sən
Sevgi Dünyası
10.09.2017 56
Bir yerlərdə
mənim üçün də vuran bir ürək vardırmı bilmirəm amma mən səndən başqa
heçkimsənin sevgisini istəmirəm! Sənin mənalı fikirlərin, sənin
qeyri-adiliyin, və sənin gözəlliyin yer üzündəki heçkimsədə ola bilməz
və sənin yerini heçkimsə ala bilməz mənimçün… Mənim yalnız sənin mələk
üzünə ehtiyacım var!

Zaman dayansın, dünya dönməsin, ömürümün bu ən gözəl yuxusu sonsuza
qədər bitməsin… Yalnız sənin əllərin olsun sıx tutduğum, yalnız sənin
gözlərin olsun içində itdiyim, yalnız sənin sözlərin olsun qulağımda
eşitdiyim!

Əsla getmə gözəl gözlüm, heç amma heç buraxma məni, səndən uzaq olsam
nəfəs belə al bilmərəm, sənsiz keçəcək bir tək ana dözə bilmərəm… Əgər
həyat deyə bir şey varsa o sənsən!

Sən mənim nəfəsimsən, Allaha uzanan əllərimsən, dualarımda getməyəsən deyə yalvaran səsimsən…Ölüm də səndən gəlsin mənə eynilə

həyat kimi!

Əcəlim olacağını bilsəm belə heç dayanmadan qaçaram sənin qollarına, səndən gələcək ölüm belə şirindir, xoşdur mənə.

Mənə qarşılıq gözləmədən sevə bilməyi öyrədən, tanışım, sevdiyim ilk SƏNSƏN…

Yaxşı ki varsan, yaxşı ki həyatımdasan..

Sonsuza qədər səninəm əgər qəbul etsən..!

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!